24
diyyatı üçün kənd təsərrüfatı mühüm rol oynayırdı. Rusiyada
bütün təbəqələrə torpağı azad surətdə alıb satmaq olmazdı.
Buna görə də kapitalist kənd təsərrüfatı sahibkarlığını inkişaf
etdirməyin mümkünlüyü son dərəcə məhdudlaşmışdı. Mülkə-
darların əksəriyyəti torpaq üzərindəki inhisarçı hüququndan
istifadə edərək, kəndlilərin pay torpaqlarını azaltmaq və biyarı
genişləndirməklə öz təsərrüfatlarını təhkimçilik zəminində
davam etdirirdilər. Nəticədə kəndli təsərrüfatı zəifləyirdi. Bu-
nun nəticəsində ölkənin əhalisinin artdığı və ayrı-ayrı təsərrüfat
sahələrinin qeyri-bərabər inkişaf etdiyi bir şəraitdə kənd təsər-
rüfatında böhran vəziyyəti güclənirdi.
XIX əsrin birinci yarısında türk xalqlarının məskunlaş-
dığı ərazilərdə sosial-iqtisadi inkişaf eyni səviyyədə olmamışdı.
Volqaboyunun kənd təsərrüfatında zəif olsa da inkişaf var idi.
Volqaboyunun kənd təsərrüfatı zəif inkişaf etsə də kənddə
ictimai təbəqələşmə getdikcə artırdı. Yoxsul kəndlilərin vəziy-
yəti ağırlaşır, dövlət kəndlilərinə verilən torpaqlar hər il aza-
lırdı. Bölgəyə rus kəndlilərinin köçürülməsi müstəmləkəçilik
siyasətini gücləndirirdi. XIX əsrin 40-cı illərində Volqabo-
yunda dövlət kəndliləri arasında “kartof qiyamları” adlandırılan
geniş hərəkat başlandı. Bu hərəkat dövlət torpaqlarında kənd-
lilərin kartof əkməyə məcbur edilməsinə qarşı yönəlmişdi.
”Kiselyov islahatı”na görə dövlət kəndliləri üçün tətbiq edilən
qaydalar kəndliləri əsarət altına almağın yeni forması idi. Yeni
təşkil olunan dövlət mülkləri nazirliyinin başçısı təyin edilmiş
P.Kiselyov islahatın təşəbbüsçüsü və fəal tərəfdarı idi. Bütün
dövlət kəndliləri bu nazirliyin sərəncamına verilirdi. slahatın
məqsədi dövlət gəlirlərini artırmaqdan və mülkədarlara kənd-
liləri necə idarə etmək lazım olduğunu göstərməkdən ibarət idi.
slahata əsasən dövlət kəndliləri üçün yerli idarəetmə orqanları
yaradıldı. Bu tədbirlər mövcud sistemi qoruyub saxlamaq və
möhkəmləndirmək, feodal iqtisadiyyatının böhranını zəiflət-
mək məqsədilə görülürdü. “Kiselyov islahatı” kənd icmalarının
işlərinə qarışmağa imkan yaratmış, vergiləri artırmışdı. Kəndli-
25
lərin hərəkatı elə güclü idi ki, hərbi dairələr bir sıra yerlərdə
çox çətinliklə sakitlik yarada bildilər.
Sibir kəndliləri əkinçilik, maldarlıq və balıqçılıqla məş-
ğ
ul olurdular. Əvvəllər olduğu kimi, XIX əsrin birinci yarı-
sında da Sibirə Rusiyanın mərkəzi quberniyalarından əhalinin
köçürülməsi davam etmişdi. Köçürülənlərin çox hissəsi Sibirin
kənd təsərrüfatına yararlı torpaqlarında məskunlaşırdılar. Bu
isə Sibir xalqlarının əkinçiliyi öyrənib oturaq həyat tərzinə keç-
məsinə şərait yaradırdı. Sibirdə kənd icmaları feodal asılılığı
şə
raitində fəaliyyət göstərirdi. Mülkədar torpaq sahibliyinin
olmaması, boş torpaqların mövcudluğu və torpaqların zəbt edil-
məsi kəndlilərin ictimai təbəqələşməsinə səbəb olurdu. XIX
ə
srin birinci yarısında əkinçiliyin qeyri-bərabər inkişaf etmə-
sinə baxmayaraq, kənd təsərrüfatı məhsullarının istehsalında
artım özünü göstərirdi. Sibirə köçüb gələnlərin əkin sahələrini
genişləndirməsi kənd təsərrüfatı məhsullarının artımına səbəb
olmuşdu.
Krımın kənd təsərrüfatında maldarlıq, əkinçilik, bağçı-
lıq əsas yer tuturdu. Kənd əhalisinin xeyli hissəsinin pay tor-
paqları olmadığına görə torpağı icarəyə götürürdülər. Əsasən
yerli kəndlilərin vəziyyəti ağırlaşmışdı. Belə ki, köçüb gələn-
lərə yerli əhalinin hesabına torpaqlar verilmiş, bir hissəsi də
satın almaq yolu ilə torpaq əldə etmişdilər. Kənd təsərrüfatında
muzdlu əməkdən geniş istifadə olunmağa başlanmışdı. Bu da
kənddə əmtəə-pul münasibətlərinin inkişafını sürətləndirirdi.
Ə
mtəə-pul münasibətləri inkişaf etdikcə mülkədar təsərrüfatları
bazar əlaqələrinə cəlb olunurdu. Onlardan bəziləri kapitalist
sahibkarlığı yolu ilə getməyə çalışırdı, lakin mülkədarların
ə
ksəriyyəti torpaq üzərindəki inhisarçı hüququndan istifadə
edərək öz təsərrüfatlarını təhkimçilik zəminində genişləndirir-
dilər. Nəticədə kəndli təsərrüfatı zəifləyir, bununla da istehsal-
çının xüsusi təsərrüfatının olması sarsılırdı. Bu isə iri mülkədar
torpaq sahibliyinin meydana çıxmasına səbəb olurdu.
26
Rusiyada metal emal edən köhnə rayonları arxada
qoymuş Ural sənayesi XIX əsrin birinci yarısında xeyli inkişaf
etmişdi. Uralda zavodların yaradılması xüsusi sahibkarlığın
nəticəsi idi və daxili bazarda dəmirə, misə tələbatın artma-
sından, xarici ticarətin inkişafından irəli gəlirdi. Bu zavodlarda
muzdlu fəhlələrin və təhkim edilmiş kəndlilərin əməyindən is-
tifadə edilirdi. Sonradan muzdlu fəhlələrin xeyli hissəsi “daimi
təhkim edilmişlərə” çevrilir və əslində zavod sahiblərindən təh-
kimçi asılılığı vəziyyətinə düşürdülər. Volqaboyunun mədən-
zavod müəssisələrində işin böyük hissəsi muzdlu fəhlələr
tərəfindən görülürdü. Muzdlu fəhlələrin böyük əksəriyyətindən
kapitalist sənayesinin inkişaf etdiyi, kəndlilərin təbəqələşməsi
prosesinin getdiyi yerlərdə istifadə olunurdu. Şəhərlərdə və
sənaye rayonlarında çoxlu muzdlu fəhlə cəmləşirdi. Su nəq-
liyyatında, gəmiqayırmada və yükvurma-yükboşaltma işlərində
muzdlu əmək böyük əhəmiyyət kəsb edirdi. Volqa su yolunda
fasiləsiz olaraq çoxlu gəmi hərəkət edirdi. Bunlar ən müxtəlif
tipli və su basımlı çay gəmiləri idi. Bu gəmilər taxıl, mal-qara,
duz, dəmir və başqa sənaye malları daşıyırdılar. Volqa-boyun-
da yerləşən şəhərlər Orta Asiya və Cənubi Qafqazla ticarət
ə
laqələrini genişləndirirdilər. Daxili bazarın və xarici ticarət
ə
laqələrinin genişlənməsi iqtisadi inkişafın nəticəsi idi. Səna-
yenin və ticarətin inkişafı feodal cəmiyyəti sistemində burjua-
ziyanın yaranmasına gətirib çıxartdı. Kapitalizmin təşəkkülü
prosesində sənaye aparıcı rol oynayırdı və sənaye təhkimçiliyin
ləğv olunmasını daha təkidlə tələb edirdi.
Zəngin təbii sərvətlərə malik olan Sibirdə əsas sahə
dağ-mədən sənayesi idi. Lakin dağ-mədən sənayesində texniki
gerilik özünü göstərirdi. Sibirdə torpaq yolların şəbəkəsi böyü-
yürdü və son dərəcə uzun olan böyük Sibir yolu Sibiri Avropa
Rusiyası ilə birləşdirirdi. Yenisey və Lena kimi suyu çox olan
Sibir çaylarından yük daşımaları üçün istifadə edilirdi. Sibir
Rusiyanın xarici ticarətində mühüm rol oynayırdı. Rusiya Sibir
vasitəsilə Orta Asiya, Çin və Monqolustan ilə ticarət edirdi.
Dostları ilə paylaş: |