Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix20.09.2018
ölçüsü0,55 Mb.
#69786
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

46

 

 



olmayanbölmələri də) mənfəət mərkəzi kimi nəzərdən keçirilməlidir. Hətta bəzi ştab 

bölmələrinin əsas vəzifəsi gəlir əldə edilməsi olmasa da onların gəlirləri ola bilər. 

Gəlirlərin  bankın  funksional  bölmələri  arasında  bölüşdürülməsinə  ikinci 

yanaşma  “Vəsaitlərin ümumi fondu”nun aktivlərinin bölüşdürülməsi  modelinə əsas-

lanır. Bu modelin əsasını bütün resursların biləşdirilməsi ideyası təşkil edir. Sonra isə 

məcmu vəsaitlər əlverişli hesab edilən aktivlər (ssuda, dövlət qiymətli kağızları, kas-

sada olan pul və s.) arasında bölüşdürülür. 

“Vəsaitlərin ümumi fondu” modelində konkret aktiv əməliyyatın həyata keçiril-

məsi  üçün,  cəlb  edilmiş  vəsaitlərin  yerləşdirilməsi  bank  qarşısında  duran  məqsədə 

nail olumasına imkan verənə kimi, həmin vəsaitin hansı mənbədən daxil olması heç 

bir əhəmiyyət kəsb etmir. 

Gəlirlərin bankın bölmələri arasında “Vəsaitlərin ümumi fondu”modeli əsasında 

bölüşdürülməsi  metodu  “Bank  daxilində  bank”  modeli  əsasında  bölüşdürülməsi 

metodundan fərqlənəcəkdir. 

“Bank daxilində bank” modelində bankın resursların cəlb edilməsi və yerləşdi-

rilməsini həyata keçirən idarələri fərqləndirilir, vəsaitlərin yerləşdirilməsi əməliyyat-

larının  hər  bir  üçün  resursların  cəlb  edilməsi  mənbələri  müəyyən  edilir  və  bunun 

ə

sasında gəlir faizləri (resursların yerləşdirilməsindən əldə edilən gəlirlər) resursların 



yerləşdirilməsi və yerləşdirilməsini həyata keçirən arasında yenidən bölüşdürülür. Biz 

“Vəsaitlərin ümumi fondu” modelinə əməl edərək aktiv bank əməliyyatlarının aparıl-

ması üçün zəruri olan resurların mənbələrini fərqləndirmirik. Şərti olaraq belə hesab 

edirik  ki,  bankın  hər  bir  idarəsi  tərəfindən  cəlb  edilmiş  vəsaitlər  vahid  ümumbank 

fondunda  birləşdirilir  və  bu  vəsaitlər  sayəsində  hər  bir  idarə  özünün  aktiv  əməliy-

yatlarını həyata keşirir. 

Maliyyə  xidmətləri bazarında  kredit xidmətləri başlıca  bank  məhsulu olduğun-

dan  yuxarıda  izah  edilən  metodikaya  və  prinsiplərə  əsaslanaraq  biz  şərti  misalla 

kredit  xidmətinin  qiyməti  müəyyən  edilmişdir.  Banklar  tərəfindən  müştərilərə 

göstərilən  xidmətlərin  spektrinin  genişləndirilməsinə  baxmayaraq  kreditləşmə 




47

 

 



kommersiya  banklarının  gəlirlərinin  əsas  mənbə  olaraq  qalır  və  bank  aktivlərinin 

strukturunda ən böyük xüsusi çəkiyə malikdir. 

Hər bir məhsul kimi bank ssudasının da özünü borc alanın bankın müəyyən vaxt 

kəsiyində müvəqqəti istifadə üçün ona verdiyi vəsaitə görə ödədiyi haqq kimi təqdim 

edən  bir  qiyməti  vardır.  Bankın  ssudanın  verilməsini  həyata  keçirən  bölməsinin 

xərcləri kredit xidmətinin maya dəyərini təşkil edir. 

Kredit xidmətlərinin maya dəyəri birbaşa və dolayı xərclərdən ibarətdir. Birbaşa 

xərclər a) kredit əməliyyatlarının həyata keçirilməsi üçün zəruri olan resursların cəlb 

edilməsi  ilə  əlaqədar  faiz  xərclərindən  və  b)  kreditin verilməsi  prosesinin  təşkili  ilə 

ə

laqədar  olan  qeyri-faiz  xərclərindən  (işçilərin  əməkhaqqı,  bank  avadanlıqlarının 



amortizasiyası və s.) ibarətdir. 

Dolayı xərclər isə bankın ştab bölmələrinin xərclərinin müəyyən hissəsindən və 

bilavasitə  bankın  müxtəlif  idarələrinin  xərclərinə  aid  edilməsi  mümkün  olmayan 

ümumbank xərclərindən ibarətdir. 

Müştərilərə  verilən  kreditin  qiyməti  banka  həm  kredit  əməliyyatlarını  həyata 

keçirlməsi  ilə  əlaqədar  faiz  və  qeyri-faiz  xərclərini  ödəməyə,  həm  də  onun  inkişafı 

üçün lazım olan mənfəəti təmin etməyə imkan verməlidir. 

Aşağıda  və  qeyri-faiz  xərclərinin  müəyyən  edilməsinə  yanaşmalar  nəzərdən 

keçirilir. 

1. Kredit əməliyyatlarını həyata keçirən idarənin faiz xərclərinin müəyyən edil-

məsi. Faiz xərclərinin məbləğinin funksional bölmələr arasında bölüşdürülməsi ban-

kın fəaliyyətinin müxtəlif istiqamətlərinin effektliliyinin qiymətləndirilməsinin yuxa-

rıda izah edilən prinsipləri əsasında aparılır. 

Faiz  xərclərinin  məbləği  resursların  həcmi  və  quruluşu,  həmçinin  resursların 

ayrı-ayrı  növlərinin  qiyməti  əsasında  müəyyən  edilir.  Bu  xərclərin  hesablanması 

qaydası aşağıdakı cədvəldə verilmişdir (cədvəl 2.1): 

 

 

 




48

 

 



Cədvəl 2.1 

Resurslara görə ödənişlərin məbləğinin bankdaxili bölgüsü 

darələr 

Aktivlərdə 

xüsusi çəkisi 

(%-lə) 


Resurslara 

görə ödənişlər 

(min man.)

Passivlardə 



xüsusi çəkisi 

(%-lə) 


Resurslara 

görə 


daxilolmalar 

(min man)

**

 

Resurslara görə 



bankdaxili ödə-

nişlərin həcmi 

(min man)

*** 


Beynəlxalq 

ə

məliyyatlar 



 

70,47 


 

7037,45 


 

74,54 


 

5245,72 


 

1791,73 


Ssuda 

ə

məliyyatları 



 

8,91 


 

889,79 


 

 



 

889,79 



Dilinq 

ə

məliyyatları 



 

7,69 


 

767,96 


 

7,57 


 

58,13 


 

709,83 


 

2. Kredit əməliyyatlarını həyata keçirən idarənin qeyri-faiz xərclərinin müəyyən 

edilməsi. Yuxarıda qeyd edildiyi kimi, bu xərclər bankın idarələri arasında birbaşa və 

dolayı  bölüşdürülə  bilər.  Bank  bölmələrinin  avadanlıqların  amortizasiyası,  icarə 

haqqı və bu kimi birbaşa xərclərinin uçotu üçün hər bir idarə və hər bir birbaşa xərc 

növləri üzrə ayrıca şəxs hesabların açılmalıdır (cədvəl 2.2): 

Cədvəl 2.2 

Dolayı  və  bilvasitə  konkret  bölmənin  xərclərinə  aid  edilməsi  mümkün  olmayan 

birbaşa xərclərin  idarələr arasında bölüşdürülməsi 

darələr 


 

ş

çilərin 



sayı 

(nəfər) 


ş

çilərin 


xüsusi çəkisi 

(%-lə) 


Xərclərin 

məbləğinin 

hesablanması 

formulu 


darələrin 

xərclərinin 

ümumi 

məbləği 


Hesablaşma-kassa xidməti idarəsi 

36 


25.7 

3263.36


×

0.257 


838,68 

Beynəlxalq əməliyyatları idarəsi 

20 

14.3 


3263,36

×

0,143 



466,66 

Təhlükəsizlik idarəsi 

19 

13.6 


3263,36

×

0,136 



443,82 

Amortizasiya idarəsi 

17 

12,1 


3263,36

×

0,121 



394,86 

Ssuda əməliyyatları idarəsi 

12 

8.6 


3263,36

×

0,086 



280,65 

Marketinq idarəsi 

5,7 


3263,36

×

0,057 



186,01 

Təhlil idarəsi 

5,7 


3263,36

×

0,057 



186,01 

Qiymətli kağızlar idarəsi 

5,7 


3263,36

×

0,057 



186,01 

Depozit əməliyyatları idarəsi 

3,6 


3263,36

×

0,036 



117,48 

Dilinq əməliyyatları idarəsi 

 

3263,36



×

0,050 


163,17 

 

Onda  bankın  idarələrinin  faiz  və  qeyri-faiz  xərcləri  ümumi  məbləği  2.3.  saylı 



cədvəldə verilmiş məlumatlarla xarakterizə olunacaqdır. 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə