Cədvəl 2.6-da kənd təsərrüfatında 2000-2013-cü illərdə istehsal edilmiş
bitkiçilik məhsullarının artım dinamikası təqdim edilmişdir. Göründüyü kimi
Azərbaycanın SSR tərkibində olduğu dövrlərdə strateji bitkiçilik növləri hesab
edilən pambıq və tütün istehsalı bəzi illər istisna olmaqla ümumilikdə ilbəil azalma
templəri nümayiş etdirməkdədir. Pambıq istehsalı 2004-2005-ci illərdə artsa da,
sonradan azalma yenidən davam etmiş, 2010-cu ilə nəzərən 2011-ci ildə yenidən
güclü artım qeydə alınmış, lakin növbəti illərdə yenidən azalma templəri qeydə
alınmış və 2013-cü ilə pambıq istehsalı 2011-ci ildəkinə nəzərən təxminən 30%
azalmışdır. Bunların əvəzində isə tərəvəzin, ərzaqlıq bostan bitkilərinin, , dənli və
dənli paxlalılarla (bu bitki növü üzrə 2009-cu ildə istehsal öz pikinə çatmışdır,
növbəti ildə azalsa da 2010-cu ildən başlayaraq yenidən artım nümayiş etdirmişdir )
kartofun istehsal həcmi bəzi illərdə kənarlaşmalar nəzərə alınmasa ümumi artım
templəri nümayiş etdirmişdir.
Cədvəl 2.6
Bitkiçilik məhsullarının istehsalı (min tonla)
llər
Dənli və
dənli
paxlalılar
Pambıq
Tütün
Kartof
Tərəvəz
Ə
rzaqlıq
bostan
bitkiləri
2000
1 540,2
91,5
17,3
469,0
780,8
261,0
2001
2 016,1
83,6
12,7
605,8
916,4
290,9
2002
2 195,9
80,4
3,3
694,9
974,6
330,3
2003
2 057,8
99,6
4,7
769,0
1 046,3
356,7
2004
2 158,2
135,7
6,5
930,4
1 076,2
355,3
2005
2 126,7
196,6
7,1
1 083,1
1 127,3
363,8
2006
2 078,9
130,1
4,8
999,3
1 186,4
362,1
2007
2 004,4
100,1
2,9
1 037,3
1 227,3
417,6
2008
2 498,3
55,4
2,5
1 077,1
1 228,3
407,7
2009
2 988,3
31,9
2,6
983,0
1 178,6
410,8
2010
2000.5
38.2
3.2
953.7
1189.5
433.6
2011
2458.4
66.4
3.6
938.5
1214.8
478.0
2012
2802.2
57.0
4.3
968.5
1216.2
428.0
2013
2955.3
45.2
3.5
992.8
1236.3
429.8
2012-ci ildə 1030.8 min hektar (qarğıdalı daxil edilməklə) taxıl sahəsi biçilmiş
və 2802.2 min ton məhsul götürülmüşdür. Hektarın orta hesabla məhsuldarlığı 27.2
sentner olmuşdur. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə taxıl istehsalı 14 faiz və
ya 343.8 min ton, məhsuldarlıq isə 1.8 sentner artmışdır. Dənli və dənli paxlalıların
tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. Belə ki, istehsal olunmuş taxıl
məhsulunun 65.9 faizini və ya 1847.4 min tonunu buğda təşkil etmişdir.
Hesabat ilində sahələrdən 968.5 min ton kartof, 1214.9 min ton tərəvəz bitkiləri,
428.0 min ton ərzaq üçün bostan məhsulları toplanmışdır.
2012-ci ildə cəmi 4.3 min ton tütün yarpağı yığılmışdır. 2011-ci illə
müqayisədə tütün istehsalı 19.3 faiz (0.7 min ton) və məhsuldarlıq 3 sentner
artmışdır. 2012-ci ildə 3.6 min hektar sahədə emal üçün şəkər çuğunduru əkilmişdir.
Hektardan 337 sentner məhsul götürülməklə 175.7 min ton şəkər çuğunduru istehsal
edilmişdir. 2012-ci ildə meyvə və giləmeyvə istehsalı 2011-ci ilə nisbətən 44 min ton
(5.7 faiz), üzüm istehsalı 13.1 min ton (9.6 faiz) və çay yarpağı istehsalı 33.8 ton (6.3
faiz) artaraq müvafiq olaraq 809.8 min tona,150.1min tona və 567.9 tona çatmışdır.
Təsərrüfatlarda payızlıq-tarla işləri başa çatmışdır. Gələn ilin məhsulu üçün təmiz
herik şumu da daxil olmaqla 1079.2 min hektar şumun 93.4 faizi əkin üçün istifadə
edilmiş və 2013-cü ilin məhsulu üçün 1008.2 min hektarda dən və yaşıl yem üçün
payızlıq bitkilər səpilmişdir. Bunun da 997.4 min hektarı və ya 98.9 faizi dən üçün
nəzərdə tutulmuşdur. Dənlik taxılın 69.2 faizi və ya 690.5 min hektarı buğda əkini
sahəsidir. 2011-ci illə müqayisədə taxılın əkin sahəsi 4.3 faiz, o cümlədən buğdanın
ə
kin sahəsi 0.2 faiz genişlənmişdir. Kənd təsərrüfatının əsas sahəsi olan heyvandarlıq
sahəsində mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı dinamik olaraq
artır. Son illər sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş
müəyyən işlər mal-qaranın baş sayının və heyvandarlıq məhsullarının artmasına öz
müsbət təsirini göstərmişdir.
2013-cü ilin 12 ayı ərzində 1073.7 min hektar payızlıq və yazlıq dənli və dənli
paxlalı bitkilərin sahəsi biçilmiş və 2961.9 min ton məhsul götürülmüşdür. Hektarın
orta hesabla məhsuldarlığı 27.6 sentner olmuşdur. 2012-ci ilin müvafiq dövrü ilə
müqayisədə taxıl istehsalı 5.7 faiz və ya 159.7 min ton artmışdır.
Dənli və dənli paxlalıların tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. Belə ki,
istehsal olunmuş taxıl məhsulunun 64.1 faizini və ya 1898.1 min tonunu buğda təşkil
etmişdir.Yanvar-dekabr aylarında sahələrdən 992.7 min ton kartof, 1232.8 min ton
Dostları ilə paylaş: |