Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə198/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   191   192   193   194   195   196   197   198   199

Бизнесин тяшкили вя идаря едилмяси 

456 


-  vergiqoyma; 

-  lisenziyalaşdırma; 

-  vizalaşdırma; 

-  bank və sığorta fəaliyyəti; 

-  əmlak və girov münasibətləri; 

-  zonanın idarə edilməsi; 

-  Xüsusi  qtisadi Zonalara məxsus digər spesifik məsələlər. 

Xüsusi  qtisadi Zonalara məxsus spesifik bir xüsusiyyət də idxal-ixrac 

üzrə  vergi  və  rüsumların  bir  qayda  olaraq  bu  şəbəkədə  nəzərdə  tutulma-

masıdır. Belə məqam isə investisiyaların rentabelliyini təmin edir.  nvestor 

firmalara formalaşmış praktikaya uyğun olaraq 5 ildən 35 ilə qədər vergi fa-

silələrlə tətbiq olunur. Bir sıra hallarda bu mərhələ təyin olunmuş sərhədlər 

bilmir və əksər halda ixrac əmtəəsinin istehsal tsikli ilə üst-üstə düşür. 

Xüsusi  qtisadi  Zonaların  səciyyəvi  xüsusiyyətlərinə  aşağıdakıları  aid 

etmək olar: 

I. Müxtəlif imtiyaz və stimulların tətbiqi. O  cümlədən: 

-  xarici ticari (idxal-ixrac rüsumlarının azaldılması və ya ləğvi, xarici 

ticari əməliyyatlarının qaydalarının sadələşdirilməsi); 

-  fiskal-vergi stimullaşdırılması ilə bağlı güzəştlər; 

-  maliyyə-subsidiyaların müxtəlif formaları; 

-  inzibati-müəssisələrin  qeydiyyat  prosedurunun,  vətəndaşların  viza 

rejiminin sadələşdirilməsi. 

Xüsusi   qtisadi  Zonalarda mənfəət normasında güzəşt 30-35 faiz, bə-

zən orta hesabla 40 faiz nəzərdə tutulur. Burada kapital qoyuluşunun özünü-

ödəmə müddəti azalır, yəni 3-3,5 ildən çox olmur. 

II. Geniş iqtisadi spektrdə müstəqil qərarvermə hüququ. 

III. Lokal və nisbi sadə idarəetmə sistemi. 

IV. Mərkəzi dövlət hakimiyyət strukturları tərəfindən hərtərəfli dəstək. 

Xüsusi  qtisadi  Zonaların  spesifik  xüsusiyyətləri  sırasında  yaranış 

şə

rtləri  də  vacibdir.  Belə  ki,  burada  Xüsusi  qtisadi  Zonaların  yaranması 



sferasında  bir  sıra  tələblər  formalaşmışdır.  Bu  tələblər  arasında  mühümlə-

rinə aşağıdakıları aid etmək olar: 

-  nəqliyyat və kommunikasiya imkanlarının genişliyi; 

-  bazarlara münasibətdə əlverişli coğrafi mövqe; 

-  inkişaf etmiş istehsal potensialı; 

-  münbit istehsal və sosial infrastruktur; 

-  mineral xammal resursları potensialına maliklik. 

Dünya təsərrüfatında Xüsusi  qtisadi Zonaların funksional cəhətlərinə 

aşağıdakılar aiddir: 

-  iqtisadi artımın sürətlənməsi; 

-  beynəlxalq əmtəə dövriyyəsinin aktivləşməsi; 

-  investisiyaların mobilləşməsi; 




Бизнесин тяшкили вя идаря едилмяси 

457 


-  iqtisadi inteqrasiyon proseslərin dərinləşməsi. 

X Z  effektiv  təsərrüfatçılığın  diversifikasiyasında  xüsusi  əhəmiyyət 

kəsb  edir.  Əmtəə  çeşidinin  artmasına  səbəb  olur.  X Z-in  yaranmasında 

bütün bu spesifik xüsusiyyətlər bir amala xidmət edir. Bu amalın fövqündə 

isə  biznes  fəaliyyətinin  genişləndirilməsi,  sahibkarlığın  inkişaf  missiyası 

dayanır.  Məlumdur  ki,  işgüzar  münasibətləri  ümumi  məxrəcə  gətirən  təş-

kilati-hüquqi formaların məcmusu kimi biznes və onun infrastrukturu çıxış 

edir.  Biznes  infrastrukturu  kredit,  gömrük  sistemi,  kommersiya  bankları, 

fond, valyuta, əmtəə, xammal və əmək birjalarında vasitəçilik təşkilatlandı-

rılması, qeyri-birja vasitəçiliyi, hərraclar, vergi sistemi, sığorta, reklam, au-

ditor, konsaltinq kompaniyaları, informasiya agentlikləri və kütləvi informa-

siya vasitələri, ticarət palataları, fondlar və digər müvafiq təsisatlarla əhatə 

olunur.  Mükəmməl  biznes  infrastrukturunun  formalaşması  isə  Xüsusi 

qtisadi  Zonaların  yaradılmasından  kənarda  qala  bilməz.  Beləliklə,  X Z 

effektivliyi  daim  kapital  artımı  təmin  edən  səciyyəlidir.  Məhz  buna  görə 

bazar  iqtisadiyyatlı  ölkələr  Xüsusi  qtisadi  Zonalar  yaratmadan  dayanıqlı, 

səmərəli inkişaf edə bilməzlər.  

Xüsusi  qtisadi  Zonaların  yaranması  və  təşəkkülü  həmin  zonaların 

yaradıldığı ölkələrin iqtisadi siyasətinin tərkib hissəsi kimi diqqəti cəlb edir. 

Burada məqsədlər müxtəlif və genişşaxəli olsalar da, bu zonaların ən vacib  

prinsipləri  konkret  olaraq  iqtisadi  dirçəliş  və  ticarət-iqtisadi  əlaqələrin 

genişləndirilməsinə  istiqamətlənəndirlər.  Bir  çox  mənbələrdə  X Z-in  qarşı-

sında duran prinsipial məqsədləri və vəzifələri 3 sahəyə – sosial, iqtisadi və 

elmi-texniki istiqamətlərə bölürlər. Fikrimizcə, X Z-in əsas vəzifələri, məq-

sədləri özündə cəmləyən cəhətləri, xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 

qtisadi blok üzrə: 

-  nvestisiyaların  cəlb  edilməsi  və  onların  fəallıqlarının  artırılması 

məqsədilə əlverişli investisiya mühitinin yaradılması; 

- Qanunvericilik bazasının təkmilləşdirilməsi və onların icra mexaniz-

minin müəyyənləşdirilməsi və bu prosesdə milli maraqların qorunması; 

-  Beynəlxalq  əmək  bölgüsü  resurslarından  və  üstün  elementlərindən 

səmərəli  istifadəni  təmin  etməklə  ixrac  təyinatlı  məhsulların  istehsalı  və 

xarici ticarət dövriyyəsinin artırılması; 

-  Xarici  ticarət  dövriyyəsində  qeyri-neft  sektorunun  payının  artırıl-

ması; 

-    Bölgədə    infrastrukturun    təkmilləşdirilməsi    istiqamətində    vacib  



işlərin görülməsi; 

-  Ölkə  iqtisadiyyatının  müxtəlif  sahələrinə  dövriyyə  vəsaitlərinin  və 

büdcəyə daxilolmaların artırılması. 

Sosial blok üzrə: 

-  Bölgənin  və  regionun    sosial-iqtisadi  inkişafının  sürətləndirilməsi 

istiqamətində prioritet  layihələrin həyata keçirilməsi; 




Бизнесин тяшкили вя идаря едилмяси 

458 


-  Region  əhalisinin  sosial  təminat  problemlərinin  kompleks  həllini 

sürətləndirmək  məqsədilə  işsizliyin  azaldılması,  yeni  iş  yerlərinin  yara-

dılması və əhalinin aktiv hissəsinin və əməkqabiliyyətli kütləsinin məşğul-

luğunun təşkili; 

-  Ölkədə  yoxsulluğun  aradan  qaldırılması  üzrə  aparılan  tədbirlərin 

effektivliyinin artırılması; 

-  Tüfeyliliyin,  cinayətlərin  azaldılması,  narkomaniyaya  qarşı  dövlətin 

gördüyü  tədbirlərdə «sosial təminat» anlayışı amilinin gücləndirilməsi; 

-  Müasir  idarəetmə  texnologiyasına  malik  menecer  və  sahibkarların 

yetişdirilməsi və iqtisadiyyatın inkişafında onlardan səmərəli istifadə; 

- Əhalinin sağlamlığını təmin etmək üçün dünya standartlarına uyğun 

gündəlik tələbat və istehlak mallarının istehsalının təşkili. 

Elmi-texniki blok üzrə: 

-  Elmi-texniki  yeniliklərə,  elmi-tədqiqatlara  marağın  artması  və 

bununla əlaqədar təkliflərin reallaşdırılması; 

- Ənənəvi milli iqtisadiyyat sektorlarının inkişafının sürətləndirilməsi, 

modernizasiya  edilməsi  və  bu  məqsədlər  üçün  yeni  texnologiyaların  tət-

biqinin təşkili; 

-  Mövcud  istehsal  komplekslərindən,  iri  qurğulardan  və  infrastruktur 

imkanlarından  səmərəli  istifadəsinin  təmin  edilməsi  və  onların  rentabellik 

səviyyələrinin yüksəldilməsi, məhsuldarlığının artırılması və s. 

Qeyd etmək lazımdır ki, bu bloklar üzrə verilən vəzifə və məqsədlərin, 

xüsusiyyətlərin  və  prinsiplərin  əksəriyyəti  inkişaf    etməkdə  olan  ölkələrin 

sosial-iqtisadi həyatı üçün xarakterik  sayıla bilər. 

Dünya   təsərrüfat   sistemində   qloballaşma   və   inteqrasiya   proses-

lərinin  dərinləşməsi,  bu  təsərrüfat  sisteminin  formalaşdığı  dövrdə  ticarət-

iqtisadi  əməkdaşlıq  prinsiplərinin  təkmilləşdirilməsi  və  ölkələrin  iqtisadi 

inkişaf  istiqamətlərinin transformasiyası nəticəsində X Z-in xarakterlərində, 

onların prinsip və xüsusiyyətlərində müxtəlif amillər özünü göstərməkdədir. 

stehsal  olunan  məhsulun  təyinatlı  əlamətinə  görə  zonalar  –  ixrac-

istehsal zonasına, idxal-istehsal zonasına və qarışıq zonalara ayrılırlar. 

Zonalar fəaliyyət əlamətinə görə – ticarət zonasına, istehsal zonasına, 

beynəlxalq  xidmət  zonasına;  elmi-texniki  inkişaf  zonasına  və  sərmayə 

yardımı  zonalarına  ayrılırlar.  Zonaya  daxilolma  rejiminə  görə  açıq  zonaya 

və qapalı zonaya ayrılırlar. 

 

30.4. Biznesin inkişafında Xüsusi  qtisadi zonaların rolu 

 

Dünya ölkələrinin təcrübəsi göstərir ki, milli iqtisadiyyatın dünya iqti-



sadiyyatına səmərəli inteqrasiyası, ölkənin və onun regionlarının qarşısında 

duran aktual sosial-iqtisadi problemlərin həlli üçün X Z-in yaradılması mü-

hüm rol oynaya bilər. 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə