Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə9/197
tarix06.02.2018
ölçüsü5,72 Mb.
#26543
1   ...   5   6   7   8   9   10   11   12   ...   197

Dünya iqtisadiyyatının tarixi 

 

 



22

                                                            

Digər,  daha  müasir  arqument  bundan  ibarətdir  ki,  determinizm  – 

tarixin  nəzəriyyələşdirilməsi  anlamındadır  və  nəzəriyyə  tarixi  digər 

ictimai elmlərdən asılı vəziyyətə salır. 

Yekun  olaraq,  tarix  –  digər  elmlərin  (sosiologiya,  sosial 

antropologiya,  iqtisadiyyat  və  s.)  nəzəri  müddəalarinin  aprobasiyası 

poliqonuna  çevrilir.  Yəni  keçmiş  haqqında  biliyin  müstəqil  sferası  kimi 

çıxış  etmir.  Ənənəviçilər  –  tarixi  alternativlərin  sonsuz  axını  kimi  şərh 

edirlər. 

Təsadüfiliyin  tarixi  prosesin  arqumenti  kimi  modernləşdirilməsi 

cəhdləri  də  olmamış  deyildir.  Bu  anlamda  modernistlərə  aksidental  və 

antifaktiki tarix məktəblərini aid etmək olar. 

Tədqiqatçıların  bir  qrupu  (A.Teylor,  A.Fletçer)  öz  vəzifələrini 

məlum  tarixi  hadisələrin  səbəbləri  haqqında  sabit  təsəvvürlərə  yenidən 

baxmaqla,  onların  mütləq  təsadüfi  xarakter  daşıdığını  sübut  etməkdə 

görürlər.  Digər  qrup  (R.Foqel,  S.Engerman  və  s.)  tarixdə  nəyin  baş 

vermədiyini,  yaxud həqiqətdə nəyin baş verdiyini istisna etməklə model 

formalaşdırmağa çalışırlar. 

Tarixin,  bir  elm  kimi  proqnostik  funksiyası  da  şübhə  altına 

alınmışdır.  Tarixi  öngörmə  əslində  cəmiyyətin  elmi  idarəedilməsi 

anlayışı ilə eyni məzmun kəsb edir. 

“... Müasir cəmiyyətin ümuminkişaf prosesini tam və rasional bilik 

səviyyəsində idarəetməyə çalışmaq – illiyuziyaya qapılmaq deməkdir”.

22

 

Maraqlıdır ki, K.Marks tarixi prosesdə alternativ seçimlərin mümkün-



lüyünü  istisna  etməmişdir:  “təsadüfləri”  həm  də,  insanların  xarakterinə  aid 

edirdi.


23

 

Həqiqətən 



də, 

tarixi 


öngörmənin 

dəqiqliyinə 

inanmaq 

mümkünsüzdür.  Belə  ki,  əvvəla,  insan  səhv  edə  bilər;  ikincisi,  tarixin 

hərəkətverici  qüvvəsi  kimi  təkcə  iqtisadiyyat  (əsasında  texniki  tərəqqi 

dayanan) deyil, həm də külli sayda amillər (siyasi, mədəni, ideoloji və s.) 

çıxış  edirlər;  üçüncüsü,  insan  –  tarixi  prosesdə  yeganə  imperativə  tabe 

olan “kapillyar” deyildir. 

R.Aron  yazırdı  ki,  tarixi  bilik  “...  Keçmişdə  qalmış  cəmiyyətlərin, 

epoxa və mədəniyyətlərin interpretasiyasında hamı tərəfindən qəbul edilə 

biləcək yeganə versiyanı ortalığa qoymaqda acizdir”.

24

 



Beləliklə, universal xarakterli “tarix qanunları” olmayıb və yoxdur. 

                                                 

22

 Joffrin L. La gauche retrouvce. Paris, 1994.p.103 



23

 Маркс К. Энгельс Ф. Соч. Т.33.- С.175 

24

 Aron R. Dimensions de la conscience historique. Paris, 1961, p.14 




Dünya iqtisadiyyatının tarixi 

 

 



23

                                                            

Tarix fəlsəfəsinin ortalığa qoyduğu ziddiyyətli məqamların və ifrat 

müxtəlifliyin mahiyyətini bir sıra amillərlə izah etmək olar. 

Belə ki, tarix, yaxud tarix prosesi: 

1.

 



Müxtəlif sosial zamanlarda baş verir: Yəni zamanın “sosial” məz-

munu  müxtəlif  dövrlərdə  müxtəlif  təzahür  xüsusiyyətlərinə 

malikdir.  Əgər,  nəzərə  alsaq  ki,  zamanın  “yeganəliyi”,  yaxud 

vahid  zaman  deyilən  şey  yoxdur  və  müxtəlif  dövrlərdə  zamanın 

iqtisadiləşmə,  siyasətləşmə  və  sosiallaşma  dərəcəsi,  eləcə  də 

mahiyyəti arasında əsaslı fərqlər mövcuddur, onda “müxtəlif sosial 

zamanda”  gedən  tarixi  proses  məna  tutumu  baxımından  fərqli 

hissələrə parçalanacaqdır; 

2.

  Müxtəlif  mədəniyyətlər,  sivil  dəyər  öz  mahiyyətlərinə  adekvat 



olaraq tarixi prosesi “müxtəlif cür” məna ilə yükləyirlər; 

3.

  Coğrafi mühitin müxtəlifliyi birmənalı olaraq fərqlilik doğurur; 



4.

  Sosial-iqtisadi, texniki inkişaf (ayrı-ayrı cəmiyyətlərdə) səviyyəsinin 

fərqliliyi  tarixi  prosesin  mahiyyət  eyniliyini  parçalayan  amil  kimi 

çıxış edir; 

5.

  Müxtəlif cəmiyyətlərdə (yaxud ölkələrdə) hakim dəyər sistemi, 



din, ideologiya və s.-nin fərqliliyi mövcuddur. 

Bununla  belə,  etiraf  etmək  lazımdır  ki,  tarixi  tərəqqi  bütövlükdə 

obyektiv  xarakter  daşıyır.  Belə  ki,  insanın  harada,  nə  vaxt  və  necə 

yaşamasından  asılı  olmayaraq,  yaşamanın  əsasını  maddi  tələbatların 

ödənilməsi təşkil edir. Yəni istənilən halda cəmiyyət (inkişaf səviyyəsindən 

asılı  olmayaraq)  maddi  istehsal  sferasına  xüsusi  diqqət  yetirməlidir. 

stehsalın  təşkili  və  həyata  keçirilməsi  bir  qayda  olaraq,  “irsi  keçənlərə”, 

yaxud “mirasa” (əvvəlki nəsillərdən qalan) əsaslanır. Yəni bizim qəbul edib-

etməməyimizdən  asılı  olmayaraq,  obyektivdir.  Beləliklə,  tarixi  prosesin 

obyektivliyi 3 əsas sütun üzərində bərqərardır: 

1)

  nsaların  həyat  fəaliyyətinin,  müəyyən  maddi  əsaslarının 



mövcudluğu; 

2)

  Mənafelər; 



3)

  Tələbat; 

Müasir  elmi  fikirdə  tarix  fəlsəfəsi  qarşısına  qoyulan  və  həlli 

istənilən əsas problemi aşağıdaki kimi ifadə etmək olar:

25

 

1.



  Çoxsaylı  tarixi  faktlar  arasından  əsas  olanı  (olanları)  aşkara 

çıxarmaq  və  tarixi  hadisələrin  (sosial-iqtisadi  sistemlərin)  in-

kişaf təmayülləri və qanunauyğunluqlarını müəyyənləşdirmək; 

                                                 

25

 Социальная философия. М; 1996.- С.51 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə