tədqiqi əsasında atmosferə və ətraf mühitə ziyanlı təsirin azaldılmasının əsas
yollarının müəyyən edilməsi və bu sahədə əməli təklif və tövsiyələrin işlənməsidir.
Elmi yeniliyi müəyyən edən ə
sas nə
ticə
lə
r sırasına aşağıdakılar aiddir:
Çuqunəritmə texnoloji proseslərində zərərli maddələrin yaranma mənbələri və
onların təsnifat əlamətləri müəyyən edilmişdir. Texnogen tullantıların insan və ətraf
mühitə təsiri və təhlükəsizlik normaları araşdırılmışdır. stehsal tullantılarının
zərərsizləşdirilməsi üsulları tədqiq edilmişdir.
Çuqun istehsalı tullantıların ətraf mühitdə yayılması və su təchizatı sisteminin
riyazi modelləri işlənmişdir. Texnogen tullantıların azaldılmasının səmərəli üsulları
seçilmiş və müvafiq təklif və tövsiyələr işlənmişdir.
Aparılmış tədqiqatın təcrübi əhəmiyyəti ondan ibarətdir ki, müəllifin əldə
etdiyi nəticələr, tövsiyə və təkliflər Azərbaycanda çuqunəritmə texnoloji proses-
lərində zərərli tullantıların azaldılması və ekoloji durumun qiymətləndirilməsində
istifadə oluna bilər.
Dissertasiyanın strukturu və
hə
cmi. Dissertasiya işi referat, giriş, üç fəsil,
nəticələr, istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Dissertasiya işi 76
səhifədə şərh olunmuş və işdə 14 cədvəl, 18 şəkil, 76 ədəbiyyat mənbəyi vardır.
FƏS L 1. ÇUQUNƏR TMƏ TEXNOLOJ PROSESLƏR N N ÜMUM
XARAKTER ST KASI
1.2.
Çuqunə
ritmə
texnoloji proseslə
rinin ə
sas xüsusiyyə
tlə
ri
Çuqunun bir konstruksiya materialı kimi sə
ciyyə
lə
ndirilmə
si. Müasir
həyatı tökmə üsulu ilə hazırlanmış maşın və mexanizmlərsiz, metal məmulatlarsız
təsəvvür etmək mümkün deyil (1,2). Maşınlar çoxsaylı müxtəlif əməliyyatları yerinə
yetirərək insan əməyini olduqca yüngülləşdirir (3-5).
Metal məmulatları isə bizi hər yerdə – evdə, işdə, küçədə əhatə edir. Bunlara su
kəməri boru və kranları, qızdırıcı radiatorlar, qaz qızdırılan, tikiş maşınları, tozsoran,
çil-çıraq hissələri, qapı dəstəkləri heykəlciklər və s. aiddir (5-7). Küçələrdə, parklar-
da, bağlarda, meydanlarda, metroda və bir çox yerlərdə biz çuqundan və başqa
ə
rintilərdən tökülmüş müxtəlif məhəccərlərə, güldanlara, barmaqlıqlara, barelyeflərə,
heykəllərə rast gəlirik.
Hazırda metal və ərintilərdən məmulat istehsalının müxtəlif üsulları (tökmə,
yayma, döymə, ştamplama, qaynaq, kəsməklə emal və s.) mövcuddur. Bu üsullar
içərisində ən geniş yayılanı tökmədir. Xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki,
orada töküklərdən istifadə edilməsin.
Məsələn, traktorlarda onun kütləsinin 55%-i, metalkəsən dəzgahlarda isə 90%-i
qədər tökük hissələr tətbiq olunur. Ona görə də, maşın və mexanizmlərin keyfiyyəti,
etibarlılığı, uzunömürlülüyü, əsasən, töküklərin keyfiyyət və xassələrindən asılıdır.
Tökmə, metal məmulatlar istehsalının en sadə və ucuz üsuludur. Bu üsulla
müxtəlif kütləli (bir neçə qramdan 400 t-dək), quruluşlu, uzunluqlu (1 sm-dən 20 m-
dək) və divar qalınlıqlı (0,3-500 mm) hissələr hazırlanır.Bura avtomobil, traktor,
dəzgah, təyyarə, qatar, raket, tikiş maşım, foto və kino aparatları hissələri, və
həmçinin, müxtəlif qab-qacaqlar, su kəməri kranları, ətçəkən, bəzəklər, heykəlciklər,
məhəccərlər və s. daxildir. Üsulun əsas üstünlüklərindən biri də istehsal tullan-
tılarından təkrar istifadə edilməsidir.
Qrafit çuqunda struktur və xassələrə aşağıdakı kimi təsir edir: dartılmada
möhkəmlik həddini aşağı salır; özlülük həddini, nisbi uzanmanı, nisbi qısalmanı və
plastikliyi artırır; tökmələrin titrəmə şəraitində uzun müddət işləməsini təmin edir.
Qrafitin forma, ölçülərindən, habelə, kimyəvi tərkibindən asılı olaraq çuqunların
aşağıdakı növləri var: boz çuqun, aralıq çuqun, ağ çuqun, kürəvi qrafitli yüksək-
möhkəm çuqunlar, döyüləbilən çuqunlar.
Çuqunların struktur quruluşuna görə aşağıdakı növləri var: ferrit əsaslı, perlit
ə
saslı, ferrit-perlit əsaslı. Tərkibində
C
-nun miqdarına görə isə çuqunun aşağıdakı
növləri var: evtektikaya qədərki çuqunlar, evtektika çuqunu (4,3%) C, evtektikadan
sonrakı çuqunlar.
Metallurgiya zavodlarından alınan posa çuqunlarından əlavə, metallik şixtəyə
çuqun və polad qırıntısı, geri qaytarılan istehsal tullantıları tökmə sistemi, əlavəlik,
skrap, zay töküklər və s. də daxil edilir. Çuqun və polad qırıntısı tikələrinin ölçüləri
100
200
250
×
×
mm, kütləsi isə 1-35 kq həddində olmalıdır.
ri çuqun qırıntılarını əvvəlcədən sındırır, polad qırıntılarını isə elektrik və ya
qaz qaynağı ilə doğrayırlar. Qırıntıları təklif edilən ölçülərə saldıqda əridici soba
məhsuldarlığı artır, əridilən çuqunun temperaturu isə yüksəlir. Qırıntı və tullantılar
ə
vvəlcədən qumdan, çirkdən, qəlpədən təmizlənməlidir. Kənardan tökmə sexinə
gətirilən qırıntının kimyəvi tərkibi göstərilən sertifikatı olmalıdır.
Metal yonqarları vaqrankaya briketlər şəklində verilir. Briketlər möhkəm
olmalı, yük altında dağılmamalıdır. Briketləşdirmədən əvvəl yonqarlar çirkdən,
yağdan və pasdan təmizlənməlidir. Tökmə sexinin şixtə anbarına göndərilən metallik
ş
ixtə boşaldılır, xüsusi ayrılmış yerlərdə saxlanılır və nəzarət edilir.
Kiçik üçmetrli vaqrankalar üçün nəzərdə tutulan domna çuqun posaları
xırdalanır. Böyük diametrli vaqrankalarda əritmə zamanı posaların xırdalanması
lazım deyil. Bütün hallarda metallik şixtə tikələrinin ölçüləri vaqrankanın daxili
diametrinin 1/3-dən böyük olmamalıdır. Vaqranka şixtəsinin orta tərkibi aşağıdakı
1.1 cədvəlində verilmişdir.