Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 213,58 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix02.03.2018
ölçüsü213,58 Kb.
#29085
1   2   3   4   5   6   7

 

 

tədqiqi    əsasında  atmosferə  və  ətraf  mühitə  ziyanlı  təsirin    azaldılmasının  əsas 



yollarının müəyyən edilməsi və bu sahədə əməli təklif və tövsiyələrin işlənməsidir.  

Elmi yeniliyi müəyyən edən əsas nəticələr sırasına aşağıdakılar aiddir: 

Çuqunəritmə texnoloji proseslərində zərərli maddələrin yaranma mənbələri və 

onların təsnifat əlamətləri müəyyən edilmişdir. Texnogen  tullantıların insan və ətraf 

mühitə  təsiri  və  təhlükəsizlik  normaları  araşdırılmışdır.  stehsal  tullantılarının 

zərərsizləşdirilməsi üsulları tədqiq edilmişdir.  

Çuqun istehsalı tullantıların ətraf mühitdə yayılması və su təchizatı sisteminin 

riyazi modelləri işlənmişdir.  Texnogen tullantıların azaldılmasının səmərəli üsulları 

seçilmiş və müvafiq  təklif və tövsiyələr işlənmişdir. 

Aparılmış  tədqiqatın  təcrübi  əhəmiyyəti  ondan  ibarətdir  ki,  müəllifin  əldə 

etdiyi  nəticələr,  tövsiyə  və  təkliflər  Azərbaycanda  çuqunəritmə  texnoloji  proses-

lərində  zərərli  tullantıların  azaldılması  və  ekoloji  durumun  qiymətləndirilməsində  

istifadə oluna bilər. 



Dissertasiyanın  strukturu  və  həcmi.  Dissertasiya  işi  referat,  giriş,  üç  fəsil, 

nəticələr,  istifadə  olunmuş  ədəbiyyat  siyahısından  ibarətdir.  Dissertasiya  işi  76 

səhifədə şərh olunmuş və işdə 14 cədvəl, 18 şəkil, 76 ədəbiyyat mənbəyi vardır. 



 

 

FƏS L 1. ÇUQUNƏR TMƏ TEXNOLOJ  PROSESLƏR N N ÜMUM  



XARAKTER ST KASI  

1.2.

  Çuqunəritmə texnoloji proseslərinin əsas xüsusiyyətləri 

 

Çuqunun  bir  konstruksiya  materialı  kimi  səciyyələndirilməsi.  Müasir 

həyatı  tökmə  üsulu  ilə  hazırlanmış  maşın  və  mexanizmlərsiz,  metal  məmulatlarsız 

təsəvvür etmək mümkün deyil (1,2). Maşınlar çoxsaylı müxtəlif əməliyyatları yerinə 

yetirərək insan əməyini olduqca yüngülləşdirir (3-5).  

Metal məmulatları isə bizi hər yerdə – evdə, işdə, küçədə əhatə edir. Bunlara su 

kəməri boru və kranları, qızdırıcı radiatorlar, qaz qızdırılan, tikiş maşınları, tozsoran, 

çil-çıraq hissələri, qapı dəstəkləri heykəlciklər və s. aiddir (5-7). Küçələrdə, parklar-

da,  bağlarda,  meydanlarda,  metroda  və  bir  çox  yerlərdə  biz  çuqundan  və  başqa 

ə

rintilərdən tökülmüş müxtəlif məhəccərlərə, güldanlara, barmaqlıqlara, barelyeflərə, 



heykəllərə rast gəlirik. 

Hazırda  metal  və  ərintilərdən  məmulat  istehsalının  müxtəlif  üsulları  (tökmə, 

yayma,  döymə,  ştamplama,  qaynaq,  kəsməklə  emal  və  s.)  mövcuddur.  Bu  üsullar 

içərisində  ən  geniş  yayılanı  tökmədir.  Xalq  təsərrüfatının  elə  bir  sahəsi  yoxdur  ki, 

orada töküklərdən istifadə edilməsin.  

Məsələn, traktorlarda onun kütləsinin 55%-i, metalkəsən dəzgahlarda isə 90%-i 

qədər tökük hissələr tətbiq olunur. Ona görə də, maşın və mexanizmlərin keyfiyyəti, 

etibarlılığı, uzunömürlülüyü, əsasən, töküklərin keyfiyyət və xassələrindən asılıdır. 

Tökmə,  metal  məmulatlar  istehsalının  en  sadə  və  ucuz  üsuludur.  Bu  üsulla 

müxtəlif kütləli (bir neçə qramdan 400 t-dək), quruluşlu, uzunluqlu (1 sm-dən 20 m-

dək)  və  divar  qalınlıqlı  (0,3-500  mm)  hissələr  hazırlanır.Bura  avtomobil,  traktor, 

dəzgah,  təyyarə,  qatar,  raket,  tikiş  maşım,  foto  və  kino  aparatları  hissələri,  və 

həmçinin, müxtəlif qab-qacaqlar, su kəməri kranları, ətçəkən, bəzəklər, heykəlciklər, 

məhəccərlər  və  s.  daxildir.  Üsulun  əsas  üstünlüklərindən  biri  də  istehsal  tullan-

tılarından təkrar istifadə edilməsidir. 



 

 

Qrafit  çuqunda  struktur  və  xassələrə  aşağıdakı  kimi  təsir  edir:  dartılmada 



möhkəmlik  həddini  aşağı  salır;  özlülük  həddini,  nisbi  uzanmanı,  nisbi  qısalmanı  və 

plastikliyi  artırır;  tökmələrin  titrəmə  şəraitində  uzun  müddət  işləməsini  təmin  edir.   

Qrafitin  forma,  ölçülərindən,  habelə,  kimyəvi  tərkibindən  asılı  olaraq  çuqunların 

aşağıdakı  növləri  var:  boz  çuqun,  aralıq  çuqun,  ağ  çuqun,  kürəvi  qrafitli  yüksək-

möhkəm çuqunlar, döyüləbilən çuqunlar.  

Çuqunların    struktur  quruluşuna  görə  aşağıdakı  növləri  var:  ferrit  əsaslı,  perlit 

ə

saslı,  ferrit-perlit  əsaslı.  Tərkibində 



C

-nun  miqdarına  görə  isə  çuqunun  aşağıdakı 

növləri  var:  evtektikaya  qədərki  çuqunlar,  evtektika  çuqunu  (4,3%)  C,  evtektikadan 

sonrakı çuqunlar. 

 Metallurgiya  zavodlarından  alınan  posa  çuqunlarından  əlavə,  metallik  şixtəyə 

çuqun  və  polad  qırıntısı,  geri  qaytarılan  istehsal  tullantıları  tökmə  sistemi,  əlavəlik, 

skrap, zay töküklər və s. də daxil edilir. Çuqun və polad qırıntısı tikələrinin ölçüləri 

100


200

250


×

×

 mm, kütləsi isə 1-35 kq həddində olmalıdır.  



ri  çuqun  qırıntılarını  əvvəlcədən  sındırır,  polad  qırıntılarını  isə  elektrik  və  ya 

qaz  qaynağı  ilə  doğrayırlar.  Qırıntıları  təklif  edilən  ölçülərə  saldıqda  əridici  soba 

məhsuldarlığı  artır,  əridilən  çuqunun  temperaturu  isə  yüksəlir.  Qırıntı  və  tullantılar 

ə

vvəlcədən  qumdan,  çirkdən,  qəlpədən  təmizlənməlidir.  Kənardan  tökmə  sexinə 



gətirilən qırıntının kimyəvi tərkibi göstərilən sertifikatı olmalıdır. 

Metal  yonqarları  vaqrankaya  briketlər  şəklində  verilir.  Briketlər  möhkəm 

olmalı,  yük  altında  dağılmamalıdır.  Briketləşdirmədən  əvvəl  yonqarlar  çirkdən, 

yağdan və pasdan təmizlənməlidir. Tökmə sexinin şixtə anbarına göndərilən metallik 

ş

ixtə boşaldılır, xüsusi ayrılmış yerlərdə saxlanılır və nəzarət edilir.  



Kiçik  üçmetrli  vaqrankalar  üçün  nəzərdə  tutulan  domna  çuqun  posaları 

xırdalanır.  Böyük  diametrli  vaqrankalarda  əritmə  zamanı  posaların  xırdalanması 

lazım  deyil.  Bütün  hallarda  metallik  şixtə  tikələrinin  ölçüləri  vaqrankanın  daxili 

diametrinin  1/3-dən  böyük  olmamalıdır.  Vaqranka  şixtəsinin  orta  tərkibi  aşağıdakı 

1.1 cədvəlində verilmişdir. 



Yüklə 213,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə