Игтисади сийасят: методолоэийа вя практика
13
dir. Bu baxımdan iqtisadi siyasətin səmərəliliyinin təmin olunma-
sı üçün aşağıdakı üç mühüm şərtin qorunması olduqca vacibdir:
1. qtisadi siyasət həmişə iki mühüm faktorun təsiri alt-
da formalaşır: daima dəyişən təsərrüfat şəraiti və iqtisadi
təfəkkür səviyyəsi. Bu iki faktor qarşılıqlı asılı olsa da nisbi
sərbəstliyə malikdirlər. Çəmiyyətin inkişaf səviyyəsi yüksəldikcə
iqtisadi təfəkkür dəyişir, cünki dəyərlər haqqında təsəvvürlər
dəyişir. Beləliklə hətta ənənəvi vəzifələri, yeni dəyərlər prizma-
sından həll etməyə calışırlar.
2. qtisadi siyasət ölkənin reallıqları ilə uzlaşdırıldıqda,
o cümlədən siyasi qüvvələr nisbəti, istehsal-texniki potensial,
sosial şərait, ümumdövlət və yerli idarəetmədə institusional
qaydalar və s. nəzərə alındıqda daha effektli olur.
3. qtisadi siyasət ölkənin qlobal maraqlarının və ona
müvafiq formalaşdırılan dövlətin siyasi kursunun təmin
edilməsinin həllediçi vasitəsidir. Basqa sözlə iqtisadi siyasət
ümumi, milli qlobal siyasətin tamamlayıcısıdır.
Müasir iqtisadi siyasətin mahiyyəti, elmi kateqoriya kimi
evolyusiyası, tətbiqi xüsusiyyətləri və nəzəri-metodoloji əsasla-
rını daha aydın təhlil etmək, bu məsələdə yeni və klassik siyasi
iqtisadın fərqlərini daha aydın dərk etmək üçün, fərdi və ictimai
rifahın istehsalının xüsusiyyətlərini, o cümlədən bazarın və
dövlətin rolunu müqayisə etmək vacibdir.
Klassik siyasi iqtisadın diqqət mərkəzində maddi sərvətlərin
istehsalı dayanırdısa, yeni siyasi iqtisadda qeyri – maddi sərvətləri
daha vacib hesab edilir. Yəni, klassik siyasi iqtisad ilk növbədə
iqtisadi prosesləri öyrəndiyi halda, yenisi daha çox siyasi pro-
seslərə diqqət verir. Lakin bu o demək deyildir ki, ənənəvi siyasi
iqtisad, dövlət siyasəti məsələlərini öyrənmirdi. Yanaşma üsulu
fərqli idi. Bu fikri təsdiq etmək üçün siyasi iqtisadın əsas inkişaf
mərhələlərinə diqqət yetirmək vacibdir. lk növbədə isə, ənənəvi
siyasi iqtisadda dövlətin rol və funksiyaları haqda baxışları təhlil
etmək zəruridir. Siyasi iqtisadın müstəqil elm kimi yaranması –
kapitalizmin yaranması ilə şərtlənmişdir. lk dövrlərdə bu elmin
tədqiqi obyekti istehsal sferası yox, mübadilə sferası olmuşdur.
Расим Щясянов
14
Sonralar isə dünya ticarətinin inkişafı ticarətçilərin rolunun artma-
sına gətirmişdir. Siyasi iqtisadın ilk “məktəbi” – “merkantilizm”
(XVI-XVIII əsrlər) məhz ticarətçilərin maraqlarının ifadəsi kimi
meydana çıxmışdır. 1615-ci ildə Antuan de Monkretyen (1575-
1621) “Siyasi iqtisad traktatı” adlı əsərini nəşr etdirməklə, əslində
gələcək elmə ad vermişdir.
Merkantilistlərin tədqiqatlarının mərkəzində ticarət və
tədiyyə balansının problemləri dayanırdı. Merkantilistlər sadə
müşahidəçi deyildilər, onlar iqtisadi həyata dövlətin fəal müda-
xiləsini “mütləqləşdirməyə” çalışırdılar. Ticarət burjuaziyası öz
maraqlarının ümumilli dövlət maraqları kimi ifadə etməyə can
atırdı. Məhz bu prizmadan proteksionit (himayəçi) siyasət ticarət
burjuaziyası ilə zadəganlığın müvəqqəti ittifaqının ifadəsinə çev-
rilmişdi.
Lakin inkişafın sürətlənməsi, o cümlədən, manufakturanın
yayılması və maşınlı istehsalın yaranması kapitalizmin adekvat
maddi – texniki bazasını formalaşdırdı. Belə şəraitdə isə, siyasi
iqtisadın klassikləri kapitalizmdə sərvətlərin mənbəyini artıq mü-
badilə sferasında yox istehsal sferasında tapmağa çalışırdılar.
Lakin, hətta ən yaxşı “klassik” siyasi iqtisadçılar bilavasitə
ictimai istehsal prosesini yox, onun yekunları – kapitalist sərvətini
tədqiq etməyə üstünlük verirdilər. Məsələn, A.Smit “kapitalist
sərvətinin istehsalı və yığımı şərtlərini”; D.Rikardo – “bölgü
münasibətlərini”; S. de Sismondi – istehlak münasibətlərini əsas
tədqiqat obyektinə çevirmişdilər.
Bununla belə, merkantilistlərdən fərqli olaraq Adam Smit
(1723-1790) özünün məhşur “Xalqların sərvətliliyinin səbəbləri
və xarakterinin tədqiqi” (1776) adlı əsərində dövlətin əhəmiy-
yətini və rolunu xüsusi mülkiyyətin xarici və daxili təcavüzlərdən
mühafizə və müdafiəsində; xüsusi mülkiyyətçilər üçün əlverişli
olmayan istehsalın təşkilində görürdü. David Rikardo (1772-
1823) özünün əsas tədqiqatını (“Siyasi iqtisadın başlanğıcı və
vergi qoyma”) vergi qoymanın prinsiplərinin təhlilinə (1817) həsr
etmişdir. C.Mill (1806-1873) isə özünün “Siyasi iqtisadın prin-
Игтисади сийасят: методолоэийа вя практика
15
sipləri” (1848) adlı əsərində ilk dəfə olaraq bazarın “boşluqları”
anlayışının şərhini verməyə çalışmışdır.
Artıq XIX əsrin 30-cu illərində liberal doktirina iki istiqa-
mətə ayrılır: “Klassik liberal” nəzəriyyə - azad sahibkarlığı mü-
dafiə etməklə dövlətin iqtisadiyyata hər hansı müdaxiləsinin yol-
verilməzliyini bəyan edirdisə, “islahatçı” müasir liberal konsepsi-
ya tərəfdarları ( .Bentam, Ceyms Mill və Con Mill) fundamental
liberal dəyərlərdən imtina etməyərək dövlətin fəal rolunun
zəruriliyini iddia edirdilər.
“ slahatçı liberal” eremiya Bentam (1748-1842) hesab
ediridi ki, maraqların harmoniyasını (”xoşbəxtliyin hesabı” (arif-
metika)) düşünülmüş qanunvericiliklə təmin etmək olar. Ona görə
də o, qanunvericilik sahəsində liberal islahatların ardıcıl tərəfdarı
kimi tanınmışdır. .Bentam “irsi aristokratiya” qaydasını tənqid
edərək seçki hüququnun demokratikləşdirilməsi uğrunda mübari-
zə aparırdı. O “ciddi cəzalandırma” tərəfdarı deyildi, çünki hesab
edirdi ki, “cəzanın qaçılmazlığı” onun ciddiliyindən daha vacib-
dir. Bentamın ictimai siyasət konsepsiyası dövlətin əsas vəzifələri
kimi yaşayış minimumu, təhlükəsizlik, bərabərlik və normal dola-
nışığın təmin edilməsini əhatə edirdi. I.Bentamın bu konsepsiyası
klassik siyasi iqtisadın görkəmli nümayəndələri hesab olunan ata
və oğul Ceyms Mill və Con Stüart Millin iqtisadi baxışlarının
formalaşmasında çox mühüm rol oynamışdır.
“Liberal islahatçılıq” konsepsiyası “proqressiv inkişaf
faktoru” kimi dövlətin iqtisadiyyata fəal müdaxiləsi problemini
müəyyənləşdirməyə imkan vermişdir. Doğrudur həmin dövrdə
dövlətin iqtisadiyyata müdaxiləsi dedikdə müasir anlamdakı
iqtisadi siyasət başa düşünülmürdü. Dövlətin iqtisadiyyata müda-
xiləsi ilk növbədə, iş günün, əməyin təhlükəsizliyi şərtləri və
minimum əməkhaqqı səviyyəsinin tənzimlənməsinə istiqamətlə-
nən qanunvericilik fəaliyyəti və zərurət yarandıqda sosial kon-
fliktlərin həllində iştirak baxımından qəbul edilirdi. Bu ideyalar
sonralar “fransız həmrəyçiliyi” və alman “kateder - sosializmi”
tərəfdarları tərəfindən inkişaf etdirilmiş və güclü “paternalist
dövlət” yaradılması cərəyanının meydana gəlməsində mühüm rol
Расим Щясянов
16
oynamışdır. Lakin iqtisadi nəzəriyyələrin əsas inkişaf istiqamət-
lərinin formalaşmasında bu konsesiyaların ciddi təsiri olmamışdır.
Kapitalizmin inkişafı, təsərrüfatçılıq metodlarının seçimində
ə
nənəvi “feodal ideologiyalarının” rolunun tədricən “əməli töv-
siyələrə” keçməsini sürətləndirdi. Məsələn Alfred Marşal (1842-
1924) özünün məhşur əsərində dövlətin roluna çox az diqqət
vermişdir. “Siyasi iqtisadın prinsiplərinin” yalnız sonuncu, 5-ci
cildində vergiqoymanın ənənəvi məsələlərinin izahı verilir. Bu-
rada artıq yeni nöqteyi-nəzər vergi yükünün dəyişməsi problemi
qoyulur. Bununla belə dövlətin iqtisadiyyatdakı roluna geniş
spektrdə A.Marşall tərəfindən baxılmamışdır.
Dövlətin iqtisadiyyata müdaxiləsinin tənqidi Leon Valrasın
(1834-1910) “Sosial iqtisadiyyat oçerkləri. Ictimai sərvətin böl-
güsü nəzəriyyəsi” (1896) adlı kitabında ətraflı əsaslandırılmışdır.
A.Valras əsas funksiyaları ictimai nemət istehsalı və inhisarlar
üzərində nəzarətlə məhdudlaşan, “kiçik” dövləti məqbul hesab
edir. qtisadi funksiyaların məhdudlaşdırılmasını vergilərin azal-
dılması üçün əsas hesab edən Valras aparıcı vergi növünün gəlir
vergisi yox, əmlak vergisi olmasını məqsədəuyğun hesab edirdi.
talyan iqtisadçısı U.Masolla dövlət maliyyəsini tədqiq
edərək, faktiki olaraq ilk dəfə “ictimai nemət” məfhumunun xa-
rakterini açmışdır (1890). Artıq 1896-cı ildə Isveç iqtisadçısı
Knut Viksel (1851-1926) sübut etdi ki, fərdi və sosial xərclərin
(MPC və MSC) limit səviyyələrindəki fərq dövlət xərcləri və
vergilərin hesabına ləğv edilə bilər. Bunun üçün lazım olan icti-
mai nemətin zəruri həcmini isə ancaq siyasi yollar – səsvermə va-
sitəsilə müəyyənləşdirmək olar.
Nemətlərin “ictimai” və “fərdi” növlərə ayrılması isə, bir
tərəfdən onların keyfiyyət fərqi, digər tərəfdən isə ictimai rifah
halının maksimum artırılmasını təmin etmək üçün “toplanması”
kimi problemlər doğurdu. Bu problemlər isə ilk dəfə Valfred
Paretonun (1848-1923) “Siyasi iqtisad kursu” (1896-1897) və
Artur Sesil Piqunun (1877-1959) “Sərvət və rifah halı” (1912) və
“Rifah – halının iqtisadi nəzəriyyəsi” (1920) əsərlərində qaldırıl-
mışdır. Problemin belə qoyuluşu sonralar N.Kaldar, T.Sitovski,
Dostları ilə paylaş: |