Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,6 Kb.
Pdf görüntüsü
səhifə8/70
tarix20.10.2017
ölçüsü4,6 Kb.
#5869
1   ...   4   5   6   7   8   9   10   11   ...   70

Игтисади сийасят: методолоэийа вя практика 
 
29 
Məqsədlərin  həyata  keçməsi  ehtimalı.  Məqsədlər  həm  si-
yasi, həm də iqtisadi baxımdan real olmalıdır. 
 Məqsədlərin  ölçü  indikatorlarının    müəyyənləşdirilməsi. 
Məqsəd  kəmiyyət  ifadəsinə  malik  olmalıdır,  yəni  elə  indikator 
müəyyənləşdirilməlidir ki, onun vasitəsilə məqsədin hansı dərəcə-
də  əldə  olunduğunu  təyin  etmək  mümkün  olsun.  Belə  prosedura 
“əməliyyatlaşdırma” adlanır. Məsələn, qiymət səviyyəsinin stabil-
liyi  məqsədi,  müxtəlif  qiymət  indekslərinin  vasitəsilə  müəyyən-
ləşdirilə  bilər  (ÜDM-in  qiymət  indeksi  və  ya  həyat  səviyyəsi 
indeksi,  yəni  istehlak  qiymətləri  səviyyəsinin  dəyişməsi).  Lakin 
bir mənalı demək olmaz, hansı inflyasiya sürəti - orta illik 1% və 
ya 2% qiymət səviyyəsinin stabilliyini ifadə edir. 
Alətlərin  istifadəsinə  nəzarət.  Məqsədlər  elə  müəyyənləş-
dirilməlidir  ki,  aparilan  siyasətin  nəticələri  imkan  daxilində  isti-
fadə  olunan  alətlərlə  əlaqələndirilsin.  Bunun  üçün  məsuliyyət, 
qərar  qəbul  edənlərin  üzərinə  düşür.  Hökumətin  sərəncamında 
müəyyən məqamlarda olan alət başqa təşkilatlarda, məsələn, Mər-
kəzi Bankda da ola bilər. Ona görə də belə aləti siyasət aparmaq 
üçün ideal hesab etmək olmaz. Ən azı ona görə ki, bir-birinə zidd 
tədbirlərin aparılması təhlükəsi var. 
 Məqsədlərin  seçimini  şərtləndirən  mühüm  bir  məqamda  
kollektiv  qərar  qəbulu  vasitəsilə  məqsədlərin  qoyuluşunun 
xüsusiyyətləri hesab olunmalıdır. 
Nəzərə alsaq ki, demokratik və liberal  dəyərlər  baxımından 
məqsədlərin  müəyyənləşdirilməsində  ən  vacibi  –  fərdin  fikridir, 
onda  razılaşmaq  lazımdır  ki,  siyasi  məqsədlərin  seçimi  üçün  ya 
fərdi mülahizələrin aqreqasiyası və ya seçilmiş təmsilçilərin (par-
lament üzvləri) fikirləri əsas götürülməlidir. Hər bir  zəruri  halda 
referendumun  keçirilməsi  mürəkkəb  və  bahalı  prosedura  olduğu 
üçün,  inkişaf  etmiş  ölkələrdə  parlament  demokratiyası  sistemi 
mövcuddur  və  bu  sistemdə  siyasi  məqsədlər,  aşağı    səmərəliliyə 
malik  olan  yekdilliklə  səsvermə  vasitəsilə  yox,  çoxluğun  səsver-
məsilə  müəyyənləşdirir.  Yekdilliklə  səsvermə  sisteminin  müəy-
yən  üstünlükləri   olsa da, məsələn  bu prinsip faktiki olaraq istə-
nilən halda azlığın hüquqlarını təmin edir, bütövlükdə onun səmə-
Расим Щясянов 
 
30 
 
rəli  olmaması  nümunəsi  kimi  tarixi  faktlar  çoxdur.  Məsələn,   
XVIII  əsrdə  Polşada  hər  bir  zadəgan  “Liberum  veto”  hüququna 
malik  idi.  Ona  görə  də  düzgün  və  tez  qərar  qəbul  etmək  faktiki 
mümkün deyildi. Müasir siyasi sistemlərdə isə, effektli qərarların 
stabil  qəbulu  əksəriyyətin  səs  verməsi  qaydası,  hüquqi  dövlət  və 
hakimiyyət bölgüsü, o cümlədən fərdin hakimiyyətinin müvəqqəti 
məhdudlaşdırılması (bir mandatla) vasitəsilə təmin olunur. Qərar-
ların səs çoxluğu ilə qəbulu və siyasi rəqabət şəraitində kompro-
missin  tapılması  problemin  həllinin  rasionallaşmasına  xidmət 
edir. Lakin  nəzərə  almaq  vacibdir ki, qərarların səs çoxluğu ilə 
qəbulunda  aqreqasiya problemi   yarana  bilir. Çünki əksəriyyət 
bir-biri ilə rəqabət aparan alternativlərdən yalnız birini seçməlidir. 
Problem  yalnız  o  halda  olmur  ki,  fərdlərin    seçdiyi  üstünlüklər   
eynidir və ya oxşardırlar. 
Erroy  (Arrow)  qərar  qəbulunda  alternativlər  sırasında  se-
çimdə problemin mövcudluğunu əks etdirən “Qeyri-mümkünlük 
teoremi”  təklif  etmişdir.  Bu    teoremə    görə,  aşağıdakı  şərtlərin 
eyni zamanda ölənilməsi şəraitində iki alternativdən birinin seçil-
məsi mümkün deyil: 
- Bütün şəxslərin  səs hüququ var, bu isə diktaturanı müm-
künsüz edir; 
- Yalnız bu iki alternativə münasibətdə üstünlük vermə kol-
lektiv qərar  qəbulunu müəyyənləşdirir (başqa alternativlərin təsi-
rini rədd edir); 
-  Qərar qəbul edənlərin üstünlük vermələrinin bütün kombi-
nasiyaları mümkündür (fərdi üstünlük vermə sistemlərinin qeyri-
məhdudluğu); 
-  Əgər bütün fərdlər II varianta nisbətən I varianta üstünlük 
verirlərsə, reallaşdırılmalıdır (“pareto - meyarı”). 
Məqsədlər  piramidası.  qtisadi  siyasətin  məqsədləri  nadir 
hallarda  əvvəlcədən  apriori  məlum  olur  (məsələn,  ənənələrlə 
müəyyənləşir).  Əksər  hallarda  onları,  çağdaş  dövrdəki  cəmiyyət 
üzvlərinin  təsiri  altda  olan  siyasətçilər  müəyyənləşdirir.  Konkret 
məqsədlər isə daha yüksək səviyyəli mücərrəd məqsədlərdən asılı 
olaraq  formalaşır.  Məsələn,  nümunə  üçün  aşağıdakı  məqsədlər 


Игтисади сийасят: методолоэийа вя практика 
 
31 
piramidasını göstərmək olar. Ali məqsədi cəmiyyətin max rifahı-
nın təmin  edilməsi kimi, belə məqsədə nail olunmasını isə cəmiy-
yətdə sülh, əmlak varidatı, azadlıq və ədalətliliyin təmin olunması 
kimi    qəbul  etsək,  iqtisadi  siyasətin  məqsədlərini  aşağıdakı  kimi 
konkretləşdirmək olar: 
Sülh.  Bu  məqsədə  çatmaq  üçün  növbədə  ölkə  daxilində  və 
başqa  ölkələrlə  müharibə  olmaması  təmin  edilməlidir.  Çox  va-
cibdir ki, həm də sosial  sülh  yaransın, bu həm həmkarlar ittifaqı 
ilə  sahibkarlar  arasında  münaqişələrin  dinc  nizamlanmasını  (mə-
sələn,  əməkhaqları  üzrə);  həm  də  müxtəlif  ictimai  qrupların  ma-
raqlarının  kompromisini  əhatə  edir.  Xarici  sülhü  qorumaq  üçün 
ordu,  daxili  sülhü  qorumaq  üçün  isə  hüquqi  baza,  məhkəmə  sis-
temi  vacibdir.  Sosial  sülhü  təmin  etmək  üçün  isə  münaqişələrin 
nizamlanmasının müəyyən mexanizmi və həmçinin müvafiq iqti-
sadi və sosial siyasət yaradılmalıdır.  
Azadlıq.  qtisadi  siyasətin  məqsədləri  kimi  bu  baxımdan 
sahibkarlığın sərbəstliyi; sənət və iş  yeri seçmə sərbəstliyi, həm-
çinin  istehlak  və  sərmayə  qoyuluşu  sərbəstliyi  seçilə  bilər.  Belə 
azadlıqların təmin edilməsi tədbirləri rəqabətin stimullaşdırılması 
və təhsil siyasətləri daxilində aparıla bilər.  
Rəqabətin  nizamlanması  siyasəti,  bir  tərəfdən  iqtisadi  sər-
bəstliyi, digər tərəfdən isə əmək bazarında rəqabət aparan müəssi-
sələrin müxtəlifliyini təmin edir. Peşə seçimi və iş yeri seçiminin 
sərbəstliyini  təmin  etmək  üçün  bu,  çox  vacibdir.  Təhsil  siyasəti 
ümumi və peşə təhsili almaq üçün və bütövlükdə məlumatlanmaq 
üçün geniş imkanlar yarada bilər. Bu zaman dövlətin pulsuz təhsil 
vermək  imkanları  mühüm  əhəmiyyətə  malikdir.  Təhsil  eyni  za-
manda  rasional  istehlak  və  yığım  qərarlarının  qəbulunu  şərtlən-
dirir. Azadlığın daha başqa mühüm cəhəti hərəkət sərbəstliyidir. 
Rifah. Bu məqsəd, adambaşına gəlirin yüksək həddi, ictimai 
nemətlərlə  təminolunmanın  yüksək  səviyyəsi,  təbii  ehtiyatların 
mövcudluğu,  əhalinin  hər  nəfərinin  sərbəst  vaxtının  həcmi  və  s. 
kimi  göstəricilərlə  ifadə  edilə  bilər.  Bu  məqsədə  istiqamətlənən 
iqtisadi  siyasət,  ilk  növbədə  istehsal  faktorlarının  (əmək,  kapital, 
təbii / torpaq ehtiyatları və texniki biliklər) müxtəlif təsərrüfatçılıq 
Расим Щясянов 
 
32 
 
sahələri arasında səmərəli bölüşdürülməsini həll etməlidir.  şsizlik 
və  istehsal  güclərinin  yarımçıq  istifadəsi,  ehtiyatların  səmərəsiz 
xərclənməsi  hesab  olunur.  şsizliyin  səviyyəsi  yüksək  olduqca, 
cəmiyyət istehsalı genişləndirə bilər (tam məşğulluğu təmin edə-
nədək) və ya cəmiyyətin bütün üzvləri (ən azı əksəriyyəti) öz sər-
bəst  vaxtlarını  daha  səmərəli  istifadə  edə  bilərlər.  Uzunmüddətli 
dövrdə  istehsal  güclərinin  tam  yüklənməməsi  keçmişdə  ehti-
yatlarin  qeyri-səmərəli  istifadə  olunmasını  (indi  istifadə  olunma-
yan  maşınlar  istehsalında)  göstərir.  Nəhayət  daha  çox  aktivlərin 
ə
ldə  olunması  məqsədi  də  qoyula  bilər.  Böyük  aktivlər  həm  də 
ona görə faydalı ola bilər ki, onlar həm də təhlükəsizlik “mühiti” 
və ictimai qürur hissi yaradır. 
 Ədalət. Hər bir cəmiyyətdə ədalət haqda təsəvvürlər müx-
təlifdir. Ədaləti bəziləri bərabər əməyə görə eyni miqdarda əmək-
haqqı  verilməsində;  vətəndaşların  maddi  və  qeyri  maddi  dəyər-
lərlə  təminatında  (transfert  ödəmələri  vasitəsilə  sosial  ədalətin 
bölgü  su  vasitəsilə)  bərabərlikdə;  dövlət  qulluğuna  daxil  olmaq, 
cinsi,  irqi  və  dinindən  asılı  olmayaraq  aktiv  və  passiv  seçki  hü-
ququna malik olmaq kimi qəbul edirlər. Bütün əhali üçün bərabər 
imkanlar  ayrıca  siyasi  məqsədlər  kimi  də  qəbul  edilə  bilər.  Belə 
bərabərliyin  əldə  olunması  üçün  isə  əsasən  təhsil  və  əmlak  siya-
səti  alətləri  istifadə  olunur.  Ədalətin  mühüm  bir cəhəti  də  ondan 
ibarətdir  ki,  indiki  nəsillər  təbii  ehtiyatları  həddən  artıq  istifadə 
edərək  gələcək  nəsillərin  iqtisadi  inkişaf  imkanlarını  azaltmasın. 
Alt məqsəd kimi tam məşğulluğun təmin edilməsi götürülə bilər. 
Ə
dalətlilik  yalnız  maddi  aspektlərlə  yox,  həm  də  hamının  eyni 
dərəcədə dövlət qulluğuna daxil olması, açıq məhkəmə, K V-lərə 
çıxmaq  imkanı  və  s.  məqsədlər  toplusuna  daxil  olmasını  əhatə 
edir.  
 
                                Ali məqsədlə
Sülh 
Azadlıq 
Rifah 
Ə
dalət 
Xarici 
sülh 
Azad sahibkarlıq 
Adambaşına 
gəlir 
Bölgünün ədalətliliyi 
Daxili 
sülh 
Sərbəst  rəqabət 
  ctimai    rifah 
mkanların  bərabər-
liyi 
Sosial 
Informasiya 
Sərbəst  vaxt 
Tam məşğulluq 


Yüklə 4,6 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə