Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İQTİsadi İslahatlar



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix11.07.2018
ölçüsü0,52 Mb.
#54839
1   2   3   4   5   6   7

Qeyri-neft  sektorunun  inkişafı,  o  cümlədən  onun  ixrac  potensialının 

artırılmasında qərarların qəbulu modellərinin ilkin işlənilməsi” 

mövzusu  üzrə  tədqiqat  işində  qeyri-neft  sektoruna,  xüsusən  də  onun  ixrac 

potensialının artırılmasına təsir göstərən amillər seçilərək təsir xüsusiyyətlərinə müvafiq 

olaraq  sinfi  təsnifat  verilmişdir.  Mövcud  meyarların  təsirinin  qiymətləndirilməsi 

prosesində qeyri-səlis  şəraitin ola biləcəyini  nəzərə alaraq, belə şəraitdə müvafiq olaraq 

amillərin  seçilməsi  üçün  xüsusi  metodologiya  seçilmişdir.  Tədqiqat  işi  ekspert 

qiymətləndirmələr aparılması məqsədi ilə davam edir (məsul icraçı: i.e.d. V.M. Vəliyev, 

icraçı: A.M. İsmayılova). 



 

Problem. Enerji və infrastruktur xidmətlərinin sosial-iqtisadi 

inkişaf göstəricilərinə təsirinin qiymətləndirilməsi 

 

“Azərbaycanın enerji balansının sahələrarası təhlili” 

mövzusu üzrə tədqiqat işi aparılmışdır. Cari ildə 2003-2011-ci illər üzrə təbii qaz və 

elektrik enerjisinin tələb-təklif göstəriciləri üzrə məlumatlar toplanmış, əhali və iqtisadi 

sektorlarda istehlak göstəriciləri təhlil edilmişdir. Eyni zamanda, Azərbaycanın 2012-ci il 

enerji  balansı  üzrə  məlumatlar  yenilənmiş  və  enerji  balansının  xərclər-buraxılış 

modelinə  müvafiq  olaraq  təhlil  olunması  üçün  ilkin  nəzəri  baza  işlənilmişdir(məsul 

icraçı: i.e.d. V.M. Vəliyev, İ.A.Mirzəliyev, N.B.Ağayev, N.A.Cabbarova). 

 

Problem. Dağlıq Qarabağ və ona qonşu inzibati rayonların 

Ermənistan tərəfindən işğalı nəticəsində dəymiş ziyanın 

qiymətləndirilməsi 

 

Bu problem üzrə plan tərtib edilmiş, müvafiq metodologiya seçilmiş və məlumatlar 

toplanmışdır.  Lakin,  sonillərdə  bu  səpkidə  müxtəlif  institutional  qurumların  apardığı 

qiymətləndirmələr və  dəymiş zərərlə bağlı alınmış fərqli  nəticələr əsas götürülərək Milli 

Məclis  tərəfindən,  dəymiş  zərərin  qiymətləndirilməsi  ilə  bağlı  vahid  komissiya 

yaradılmışdır.  Bu  qiymətləndirmə  komissiyası  tərəfindən  zərərin  qiymətləndirilməsinin 

aparılması  nəzərdə  tutulmuşdur.  Bütün  bunları  nəzərə  alaraq,  bu  bölmənin  İnstitut 

tərəfindən  işlənilməsi  dayandırılmış,  toplanılmış  işçi  materialların  həmin  işçi  qrupuna 

göndərilməsi  planlaşdırılmışdır  (məsul  icraçı:  i.e.d.  V.M.  Vəliyev,  icraçılar:  i.e.n.  R.N. 

Hüseynəliyev,  i.e.n.  O.İ.  İbrahimov,  i.e.n.  V.Ə.  Rüstəmov,  i.e.n.  M.R.  Rəsulova,  F.Q. 

Mikayılov, i.f.d. E.F. Qasımov, N.F. İsmayılova, A.Q. Davudov) 

 

Problem. Məlumat bazasının formalaşdırılması, statistik 



göstəricilərin təhlili və cari işlərin yerinə yetirilməsi 

 

  “Statistik  məlumatların  yenilənməsi,  təsnifləşdirilməsi  və  emalı”və 

“Statistik baza üçün sahəvi göstəricilərin elektron bazasını yeniləmək” 

mövzuları  üzrə  müvafiq  olaraq  kənd  təsərrüfatı,  tikinti,  sənaye,  nəqliyyat,  təhsil, 

turizm  və  digər  sahəvi  göstəricilərin  elektron  bazası  yenilənmişdir,  eləcə  də  “MDB 

ölkələrinin 

ə

sas 

sosial-iqtisadi 

göstəricilərinin 

elektron 

bazasını 

yaratmaq” mövzusu üzrə MDB ölkələrinin əsas sosial-iqtisadi göstəricilərinin elektron 

bazası hazırlanır



 

     “İqtisadi  rayonların  pasportunun  yenilənməsi”  və  ““Azərbaycan 

təqdimatı” kitabının yenilənməsi” 

mövzuları  üzrə  Azərbaycan  Respublikasının  iqtisadi  rayonları  və  ümumilikdə 

sosial-iqtisadi inkişafı üzrə İnstitut tərəfindən hazırlanmış və mütəmadi olaraq yenilənən 



İqtisadi  Rayonlarının  Pasportları  və  Azərbaycan  Təqdimatı  2012-ci  ilin  sosial-iqtisadi 

göstəriciləri  əlavə edilərək yenidən işlənilmiş, Nazirliyin və İnstitutun Veb səhifələrində 

yerləşdirilmiş, CD disklərində elektron yerləşdirilmiş və çap olunaraq təqdim edilmişdir. 

Eyni zamanda iqtisadi rayonların çap olunmuş pasportları və ölkə təqdimatı Azərbaycan 

Respublikasının  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramının  icrasının 

yekunlarına həsr edilmiş illik konfranslarında nümayiş etdirilir.  

  

“Regionların  və  inzibati  rayonların  elektron  statistik  bazasını 

yeniləmək” 

mövzusu  üzrə  pilot  olaraq  Dağlıq  Şirvan  iqtisadi  rayonu  timsalında  onun  bütün 

inzibati  rayonları  fərdi  olaraq  da  əlavə  edilərək  elektron  statistik  bazası  2012-ci  ilin 

rəqəmləri  əlavə  edilərək  hazırlanmışdır  (məsul  icraçı:  i.f.d.  E.F.  Qasımov,  icraçılar: 

S.A.Vəliyev, N.A.Cabbarova,H.H.Məmmədov, A.İ.Şabanova). 

 

Dövlət  proqramlarının,  Azərbaycan  Respublikası  Prezidentinin 



fərman,  sərəncam,  tapşırıqlarından  irəli  gələn  və  digər  məsələlərin  icrası 

istiqamətində  İnstitutda  Dövlət  Proqramları,  Azərbaycan  Respublikası  Prezidentinin 

fərman,  sərəncam  və  tapşırıqlarından,eləcədə  Nazirliyin  Kollegiyasının  qərarları, 

müvafiq  əmr  və  göstərişlərindənirəli  gələn  məsələlərin  icrası,  həmçinin  müxtəlif 

qurumlardan daxil olmuşcari işlərin yerinə yetirilməsi ilə bağlı kompleks işlər aidiyyəti 

üzrə yerinə yetirilmişdir. 

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə