müəyyən edilmişdir. Tədqiqatın nəticələrinə görə ölkəmizdə sığorta və lizinq
mexanizmlərinin inkişafı bu sahənin maliyyələşmə imkanlarını genişləndirəcəyi kimi,
kreditlər üçün daha asan şəkildə zəmanətlərin təmin edilməsinə də yol açacağı müəyyən
edilmişdir.Eyni zamanda, müəyyən edilmişdir ki, lizinqin təkmilləşdirilməsi
istiqamətində aparılan siyasət lizinq xidmətləri bazarının inkişafına, kiçik və orta
sahibkarlığın maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin
həvəsləndirilməsinə, həmçinin, Azərbaycanın lizinq sektoruna xarici və daxili
investisiyaların cəlb edilməsi üçün əlverişli mühit yaradılmasına yönəldilməlidir.
Tədqiqat işində Türkiyə və İspaniya təcrübəsi əsas götürülməklə ümumilikdə, kənd
təsərrüfatında, o cümlədən üzümçülükdə risklərin yüksəkliyini nəzərə alaraq, hökumətin
təşəbbüsü ilə ölkədə Kənd Təsərrüfatı Sığortası Fondunun (bundan sonra Fond)
yaradılması istiqamətində əməli tövsiyələr verilmişdir. Beynəlxalq maliyyə böhranları
zamanı yüksək dayanıqlılıq göstərilməsi, davamlı və dinamik inkişaf etməsi və dünyada
sürətlə yayılması səbəbilə, Azərbaycanda kənd təsərrüfatı, o cümlədən, üzümçülük üzrə
sığortanın təkmilləşdirilməsi zamanı təkavul mexanizminə də diqqət yetirilməsi
məqsədəuyğun sayılır. Ölkə əhalisinin əksəriyyətinin müsəlman olması da bu modelə
üstünlük verilməsinin lehinə işləyən daha bir güclü arqumentdir(məsul icraçı:
A.Q.Davudovicraçılar: Q.F.Mustafayev, N.N. Əhmədov).
“Müqayisəli üstünlük əsasında idxalı əvəz edən və ixracyönümlü
rəqabətqabiliyyətli məhsulların müəyyənləşdirilməsi üzrə araşdırmanın
aparılması”
mövzusu üzrə tədqiqat işində aşkar müqayisəli üstünlük göstəricilərini
hesablamaqla ölkəmizin aqrar-sənaye kompleksi məhsullarının əsas tərəfdaş ölkələrlə
müqayisədə aşkar müqayisəli üstünlüyü müəyyən edilmişdir. Tədqiqat nəticəsində aşkar
müqayisəli üstünlük göstəricisi kimi balassa indeksləri əsasında 200-ə qədər məhsul
aşkar müqayisəli üstünlük əsasında araşdırılmışdır.Aparılmış tədqiqatın nəticələri
yekunlaşdırıldıqdan sonra siyahısı müəyyənləşdiriləcək, idxalı əvəz edən və
ixracyönümlü rəqabətqabiliyyətli məhsullar barədə konkret təkliflər veriləcəkdir(məsul
icraçılar: i.e.n. V.Ə. Rüstəmov,M.M.Mehdiyev,icraçılar: A.Q. Davudov, Q.F.Mustafayev,
N.N. Əhmədov).
“Yeyinti
sənayesinin
ayrı-ayrı
sahələrində
təmərküzləşmənin
səviyyəsinin müəyyən edilməsi”
mövzusu üzrə tədqiqat işində yeyinti sənayesinin ayrı-ayrı sahələrində
təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi üzrə tədqiqat işində təmərküzləşmənin
obyektiv əsası, yeyinti sənayesinin ayrı-ayrı sahələrində təmərküzləşmə səviyyəsi, yeyinti
sənayesində təmərküzləşmə səviyyəsinin göstəriciləri, bazarda təmərküzləşmə
səviyyəsinin müəyyən edilməsi indeksləri, Azərbaycanda yeyinti sənayesi istiqamətləri
üzrə məlumatlar ümumiləşdirilmiş, Azərbaycanda yeyinti sənayesində mövcud olan
təmərküzləşmə ilə bağlı təhlillər aparılmışdır (məsul icraçılar: i.e.n. R.N. Hüseynəliyev,
icraçı: E.İ. Qədirov).
“Respublikanın idxal asılılığı olan əsas qida və yüngül sənaye
məhsullarının və müqayisəli üstünlüyə malik olan məhsulların müəyyən
edilməsi”
mövzusu üzrə tədqiqat işində 2013-cü ildə ərzaq balanslarının təhlili və aşkar
müqayisəli üstünlük göstəriciləri və potensial rəqabətqabiliyyətlilik göstəriciləri əsasında
idxal asılılığı olan əsas qida və yüngül sənaye məhsullarının siyahısı müəyyən edilmişdir.
Tədqiqatlar aşağıdakı göstəricilər əsasında aparılmışdır:
1) aşkar müqayisəli üstünlük göstəricisi kimi Balassa indeksləri;
2) potensial müqayisəli üstünlük göstəricisi olan daxili resurs sərfi əmsalı;
3) ərzaq balansı.
Aparılmış tədqiqatın nəticələri yekunlaşdırıldıqda idxal asılılığı olan əsas qida və
yüngül sənaye məhsullarının siyahısının müəyyən edilməsi barədə konkret təkliflər
veriləcəkdir(məsul icraçılar: i.e.n. R.N. Hüseynəliyev, i.e.n. V.Ə.Rüstəmov, Mehdiyev
Malik,icraçılar: A.Q. Davudov, Q.F.Mustafayev, N.N. Əhmədov).
“Ölkənin qeyri-neft sektorunun 2003-2012-ci illər üzrə inkişaf
dinamikasının təhlili (regional aspektdə)”
mövzusu üzrə tədqiqat işində iqtisadi göstəricilərin (qeyri-neft, sənaye, kənd
təsərrüfatı, pərakəndə ticarət dövriyyəsi, tikinti, nəqliyyat, telekommunikasiya və poçt,
ə
haliyə göstərilmiş pullu xidmətlər, turizm sahələrini əhatə edən) statistik tədqiq
edilməsi əsasında iqtisadiyyatın aktual təmayülünün təhlili müəyyən edilmiş və müvafiq
nəticələr əldə edilmişdir.Aparılmış təhlil nəticəsində müəyyən edilmişdir ki, ölkədə qeyri-
neft məhsullarının buraxılışında həm qeyri-neft sənayesi, həm də kənd təsərrüfatı
məhsullarının xüsusi çəkisi azalmışdır (məsul icraçılar: N.F.İsmayılova, A.Q.Davudov,
icraçılar: Q.F.Mustafayev, N.N.Əhmədov).
“Təsərrüfat cəmiyyətlərində qiymətli kağızlardan istifadə məsələləri”
mövzusunda tədqiqat işi üzrə bir sıra işlər görülmüşdür:
1) mövcud nəzəri yanaşmalar, elmi-təcrübi materiallar və mütərəqqi dünya
təcrübəsinin təhlili əsasında müasir dövrdə təsərrüfat cəmiyyətlərində qiymətli
kağızlardan istifadə üzrə nəzəri-metodoloji əsaslar öyrənilmiş və ümumiləşdirilmişdir;
2) müvafiq nəzəri-metodoloji əsaslara uyğun olaraq, təsərrüfat cəmiyyətlərində
qiymətli kağızlardan istifadəni şərtləndirən səbəblər və bu prosesin müasir xüsusiyyətləri
öyrənilmiş və sistemləşdirilmişdir;
3) ölkədə təsərrüfat cəmiyyətlərində qiymətli kağızlardan istifadə və bu prosesin
dövlət
tənzimlənməsi
sahəsində
mövcud
vəziyyəti
təhlil
olunmuş
və
qiymətləndirilmişdir;
4) ölkədə qiymətli kağızlar bazarının inkişafı ilə bağlı siyasətə dair təklif və
tövsiyələr işlənib hazırlanmışdır (məsul icraçı: i.e.n.V.Ə.Rüstəmovicraçı: A.Q. Davudov).
“Ekoloji turizmin inkişaf etdirilməsi istiqamətində araşdırmaların
aparılması”
mövzusu üzrə tədqiqat işində əsasən dünya ölkələrinin ekoturizm sahəsində
təcrübələri tədqiq edilmiş, inkişaf etməkdə olan ölkələrdən Keniya nümunəsi üzərində
dayanılmışdır. Bundan başqa ilk 10 ekoturizm üzrə ölkələrin təcrübəsi nəzərdən
keçirilmişdir. Tədqiqat işində ekoturizmə qatılan turist profili incələnmiş və ekoturizmə
qatılan turistlərin əsasən təhsilli, 35-54 yaş arasında olan yüksək gəlirli insanlar olduğu
müəyyən edilmişdir. Tədqiqatları nəzərə alaraq, Azərbaycan nümunəsi verilmişdir. Qeyd
edilmişdir ki, Azərbaycanın sahib olduğu iqlim, coğrafi yerləşməsi və təbii qaynaqların
zənginliyi ekoturizmin inkişaf etdirilməsi üçün geniş şərait mövcuddur. Əsasən dağətəyi
bölgələrdə,xüsusilə, Lənkəran iqtisadi rayonunda, Naxçıvan və Qafqaz sıra dağları
ə
təyində yerləşən bölgələrdə ekoturizm imkanları mövcuddur. Ölkədə ekoturizmin
inkişaf etdirilməsi sahəsində kiçik müəssisələr üçün münbit şərait yaradılmalı, ümumi
qiymət səviyyəsi yuxarı olduğuna görə onların aşağı salınması məqsədilə tədbirlər həyata
keçirilməli, təbii qaynaqların qorunması üçün xüsusi bölgələr təşkil edilməli, dünya
ölkələrindən
Keniya
Respublikası,
Kanada
kimi
ölkələrin
təcrübələrindən
faydalanılmalıdır. Eyni zamanda, ekoturizmə qatılan turistlərin sakit, yaşıllığı bol olan
ə
razilərdə, kənd və qəsəbələrdə istirahəti üçün şərait yaxşılaşdırılmalıdır. Həmçinin, kənd
turizmi üçün formalaşan tələbə cavab vermək məqsədilə Finlandiya təcrübəsi tətbiq edilə
bilər(məsul icraçılar: i.e.n. H.Ə. Eynalov,i.e.n. S.H.Abasova,icraçılar: Q.F.Mustafayev,
R.R.Məmmədov).