Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
Elektron idarəetmə şöbəsinin
ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra - Nazirlik)
aparatının struktur bölməsi olan Elektron idarəetmə şöbəsi (bundan sonra - şöbə) bu
Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin vahid kompüter şəbəkəsinin,
internet səhifəsinin yaradılması, təkmilləşdirilməsi, onların işinin təşkil olunması,
keyfiyyətli və fasiləsiz internet bağlantısının təmin edilməsi sahəsində işlərin təşkilini
və tənzimlənməsini həyata keçirir.
1.2 Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər
qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”ni, digər qanunvericilik
aktlarını, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikası iqtisadiyyat
nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını (bundan sonra - təşkilati-
sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.
1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən
Nazirliyin aparatının bölmələri, strukturuna daxil olan qurumlar və strukturuna daxil
olmayan tabeliyindəki digər qurumları (bundan sonra - Nazirliyin strukturları), təsisçisi
olduğu, səhmlərinin saxlanması və idarə olunması Nazirliyə həvalə edilmiş hüquqi
şəxslər, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və
qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri
2.0. Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.0.1. Nazirliyin vahid kompüter şəbəkəsinin və proqram təminatının yaradılmasını
təmin edir;
1
2.0.2. Nazirliyin elektron poçtunun, internet səhifəsinin fəaliyyətini təmin edən
proqramların tənzimlənməsini və müasir texnologiyalara uyğun olaraq elektron
informasiya məlumatlarının mühafizəsini təmin edir;
2.0.3. müvafiq sahənin inkişafını təmin edir;
2.0.4. qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
3. Şöbənin vəzifələri
3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq,
şöbənin vəzifələri aşağıdakılardır:
3.0.1. Nazirliyin elektron informasiya təminatının həyata keçirilməsində fəaliyyət
istiqamətləri üzrə iştirak etmək;
3.0.2. vətəndaşlar tərəfindən Nazirliyin internet informasiya ehtiyatlarının sərbəst,
maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə olunması üçün tez və asan əldə edilən,
optimal şərait yaradılmasını təmin etmək;
3.0.3. fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici
sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
3.0.4. Nazirlikdə informasiya texnologiyalarından istifadənin səmərəliliyinin
artırılmasını və ictimaiyyətin Nazirliklə əlaqələrinin asanlaşdırılmasını, habelə
Nazirliyin elektron poçt ünvanına göndərilmiş məktubların aidiyyəti strukturlara
çatdırılmasını təmin etmək;
3.0.5. Nazirlikdə elektron informasiya ehtiyatlarının formalaşdırılması və
Nazirliyin internet səhifəsində yerləşdirilməsinin proqram təminatını həyata keçirmək;
3.0.6. əldə olunması məhdudlaşdırılan informasiya internet informasiya
ehtiyatlarına daxil edildikdə, onun əldə olunmasını mümkünsüz edən tədbirlər
görülməsini təmin etmək;
3.0.7. Nazirliyin vahid kompüter şəbəkəsinin yaradılmasını, fəaliyyətinin
tənzimlənməsini və onun fasiləsiz işini təşkil etmək;
3.0.8.
Nazirlikdə
intranet
şəbəkəsinin
xidmətlərindən
istifadənin
təkmilləşdirilməsini və elektron sənəd dövriyyəsini təşkil etmək;
2
3.0.9. Nazirliyin informasiya resursları, şəbəkələri ilə təminatını, informasiya
təhlükəsizliyinin, azadlığının müdafiəsini, fərdi məlumatların mühafizəsini və
Azərbaycan dilini dəstəkləyən kompüter proqramlarının tətbiqini təşkil etmək;
3.0.10. Nazirliyin informasiya təhlükəsizliyi sistemi ilə təminatını və informasiya
resurslarından etibarlı istifadə edilməsini təmin etmək;
3.0.11. Nazirliyin ümumistifadəli informasiya texnologiyaları şəbəkələrinə
qoşulmasını və informasiya təhlükəsizliyi sisteminin yaradılmasını təmin etmək;
3.0.12. Nazirliyin keyfiyyətli və fasiləsiz internet bağlantısını və elektron poçtunun
işini təmin etmək;
3.0.13. kompüter və şəbəkə avadanlıqlarının idarəedilməsini təmin etmək;
3.0.14. şəbəkənin, sistemlərin, avadanlıqların yeniləşdirilməsi konsepsiyasının
planlaşdırılmasını təmin etmək;
3.0.15. yeni avtomatlaşdırılmış sistemlər haqqında informasiya əldə edilməsi və bu
sistemlərin tətbiq planının hazırlanmasını təmin etmək;
3.0.16. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə,
müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun
olaraq baxılmasını təmin etmək;
3.0.17. səlahiyyətləri çərçivəsində Nazirliyin inkişaf konsepsiyasının (strateji
planının) həyata keçirilməsini təmin etmək;
3.0.18. şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;
3.0.19. şöbənin işçiləri tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun
olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
3.0.20. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş
digər vəzifələri yerinə yetirmək.
4. Şöbənin hüquqları
4.0. Şöbənin vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
4.0.1. Nazirlikdə tətbiq olunan iş proseslərinin proqram təminatının yaradılması,
kompüter və şəbəkə avadanlıqlarının idarəedilməsi, Nazirliyin internet səhifəsinin,
3
elektron poçtunun fasiləsiz işinin təşkili prosesinə zərurət yarandıqda mütəxəssislərin
cəlb edilməsi üçün Nazirliyin rəhbərliyinə müvafiq təkliflər vermək;
4.0.2. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr
aparmaq,
Nazirliyin fəaliyyətinə aid elektron informasiya məlumatlarının
təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
4.0.3. informasiya texnologiyaları sahəsində modernləşmə və yeni texnologiyaların
tətbiqinin həyata keçirilməsi üçün təkliflər vermək;
4.0.4. Nazirliyin strukturları tərəfindən internet informasiya məlumatlarının
hazırlanması təcrübəsini ümumiləşdirmək, təhlil etmək və bu təcrübənin
təkmilləşdirilməsinə dair təkliflər vermək;
4.0.5. fəaliyyət istiqamətləri üzrə Nazirliyin strukturları tərəfindən hazırlanmış
qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair təkliflər
vermək;
4.0.6. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar
səlahiyyətləri daxilində Nazirliyin strukturlarına müvafiq qaydada sorğular ünvanlamaq
və onlardan müvafiq məlumatları (sənədləri) almaq;
4.0.7. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi
qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və
beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;
4.0.8. fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və bu
sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
4.0.9. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün
təkliflər vermək;
4.0.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş
digər hüquqları həyata keçirmək.
5. Şöbənin fəaliyyətinin təşkili
5.1. Şöbənin strukturu və işçilərinin sayı nazir tərəfindən müəyyən və təsdiq edilir.
Şöbə bilavasitə nazirə tabedir və onun qarşısında hesabat verir. Nazir tərəfindən
4
səlahiyyət verilmiş şəxs istisna olmaqla heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə
bilməz.
Şöbənin strukturuna Şəbəkə və əməliyyat sistemlərini idarəetmə sektoru və
Elektron sistemlər və proqram təminatı sektoru daxildir.
5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən
şəxs (şöbə müdiri) rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə
yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən
müavin(lər)i vardır. Şöbə müdirinin müavin(lər)i şöbə müdiri tərəfindən on(lar)a həvalə
edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən
məsuliyyət daşıyır(lar).
Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə
müdirinin müavini (müavinlərindən biri) və ya nazir tərəfindən təyin olunmuş digər
şəxs həyata keçirir.
5.4. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad
edilir.
5.5. Şöbə müdiri:
5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların
fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
5.5.3. şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş
iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə
tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
5.5.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən
edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən bu
Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-
sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
5.5.5. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri
görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;
5
5.5.6. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin
digər strukturlarından zəruri məlumat və sənədləri alır;
5.5.7. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada baxılmasını təşkil edir;
5.5.8. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
5.5.9. şöbəni təmsil edir.
5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
6. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri
6.1. Şəbəkə və əməliyyat sistemlərini idarəetmə sektorunun vəzifələri
aşağıdakılardır:
6.1.1. Nazirliyin vahid kompüter şəbəkəsinin yaradılmasını, tənzimlənməsini və
onun fasiləsiz işini təşkil etmək;
6.1.2. Nazirliyin strukturları arasında elektron informasiya mübadiləsini təşkil
etmək;
6.1.3. Nazirliyin elektron informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyini
və mühafizəsini təmin etmək;
6.1.4. Nazirliyin ümumistifadəli informasiya texnologiyaları şəbəkələrinə
qoşulmasını təşkil etmək;
6.1.5. kompüter və şəbəkə avadanlıqlarının idarəedilməsini təmin etmək;
6.1.6. Nazirliyin keyfiyyətli və fasiləsiz internet bağlantısının təmin edilməsi üçün
zəruri tədbirlər görmək;
6.1.7. şəbəkənin, sistemlərin, avadanlıqların yeniləşdirilməsi konsepsiyasının
planlaşdırılmasını təmin etmək;
6.1.8. Nazirliyin elektron poçtunun fasiləsiz işini və daxil olmuş məktubların
aidiyyəti üzrə çatdırılmasını təşkil etmək;
6.1.9. vətəndaşlar tərəfindən Nazirliyin internet informasiya ehtiyatlarının sərbəst,
maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə olunması üçün tez və asan əldə edilən,
optimal şərait yaradılması üçün zəruri tədbirlər görmək;
6
6.1.10. informasiya texnologiyaları sahəsində modernləşmə və yeni
texnologiyaların tətbiqinin həyata keçirilməsi üçün təkliflər hazırlamaq;
6.1.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına,
görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin
Kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər vermək;
6.1.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş
digər vəzifələri yerinə yetirmək.
6.2. Elektron sistemlər və proqram təminatı sektorunun vəzifələri aşağıdakılardır:
6.2.1. yeni avtomatlaşdırılmış sistemlər haqqında informasiya əldə edilməsi və bu
sistemlərin tətbiq planının hazırlanmasını təmin etmək;
6.2.2.
Nazirliyin
informasiya
resursları
ilə
təminatını,
informasiya
təhlükəsizliyinin, azadlığının müdafiəsini və Azərbaycan dilini dəstəkləyən kompüter
proqramlarının tətbiqini təşkil etmək;
6.2.3. Nazirliyin informasiya təhlükəsizliyi sistemi ilə təminatını və informasiya
resurslarından etibarlı istifadə edilməsini təmin etmək;
6.2.4. Nazirliyin informasiya təhlükəsizliyi sisteminin yaradılmasını təmin etmək;
6.2.5. Nazirlikdə elektron informasiya ehtiyatlarının formalaşdırılması və
Nazirliyin internet səhifəsində yerləşdirilməsinin texniki proqram təminatını həyata
keçirmək;
6.2.6. əldə olunması məhdudlaşdırılan informasiya internet informasiya
ehtiyatlarına daxil edildikdə, onun əldə olunmasını mümkünsüz edən tədbirlər
görülməsini təmin etmək;
6.2.7. Nazirliyin strukturları üçün proqram təminatının yaradılmasını təşkil etmək;
6.2.8. Nazirliyin internet səhifəsinin fəaliyyətini təmin edən proqramların
tənzimlənməsi və fasiləsiz işinin təmin olunması üçün zəruri tədbirlər görmək;
6.2.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına,
görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin
Kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər vermək;
7
6.2.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş
digər vəzifələri yerinə yetirmək.
8
Dostları ilə paylaş: |