26
2014-cü ildə Rusiya və MDB ölkələrində alüminium və alüminium məhsullarına
tələb 1,9 milyon ton olmuşdur. Bunun demək olar ki yarısı 900 min tonu Rusal şirkətinin
ilkin alüminium istehsalı hesabına, 300 min tonu tekrar emal hesabına qalan 700 min ton
isə idxal hesabına ödənilmişdir.
Cədvəl 20. Rusiya alüminium məhsullar idxalı.
Alüminium məhsullar idxalı
milyard dollar
min ton
1.
2012
1,728
390,44
2.
2013
1,775
455,36
3.
2014
1,558
366,85
2014-cü ildə Rusiya və MDB ölkələrində alüminium və alüminium məhsullarına
tələb 1,9 milyon ton olmuşdur. Bunun demək olar ki yarısı 900 min tonu Rusal şirkətinin
ilkin alüminium istehsalı hesabına, 300 min tonu tekrar emal hesabına qalan 700 min ton
isə idxal hesabına ödənilmişdir.
Rusiyanın ən böyük alüminium zavodu olan Krasnoyarsk Alüminium Zavodu
dünyada ikinci yerdədir. Rusiya alüminium istehsalının 27%-i, dünya alüminium
istehsalının 3%-i bu müəssisənin payına düşür. 4300 nəfər işçinin fəaliyyət göstərdiyi
müəssisə 865 000 ton alüminium, 134 900 ton alüminium falqa istehsal etmək gücünə
malikdir. Əsasən avtomobillər üçün diskilər, kabel, alüminium qutular istehsal olunur.
Qazaxıstan alüminium sənayesi:
MDB ölkələri içərisində ikinci ən böyük gil-
torpaq istehsalçısı Qazaxıstandır. Ən böyük müəssisə isə Povladar Alüminium Zavodudur.
2010-cu ildən etibarən zavodda A8 və A85 markalı 20kq-lıq alüminium külçələr istehsal
olunur.
Cədvəl 21. Qazaxıstan bokstit hasilatı və gil-torpaq istehsalı (min ton).
2007
2008
2009
2010
2011
2012
2013
1. Boksit
4942.6 5160.0 5130.0 5310.4 5495.3 5170.2 5192.8
2. Gil-torpaq
1550.2 1713.4 1734.0 1866.9 1918.7 1760.4 1840.5
27
Son 7 il ərzində ən çox istehsal 2011-ci ilə təsadüf edir. Dünya bazarlarında
alüminiuma tələbin yüksək olması və alüminium qiymətlərinin yüksək olması istehsalın
böyük həcmli olmasına səbəb olmuşdur.
Tacikistan alüminium sənayesi:
Tacikistan Mərkəzi Asiya ölkələrində
alüminium istehsalında aparıcı ölkələrdəndir. Tacikistan alüminium sənayesinə əsas şirkət
TALCO-dur. Şirkətin istehsal gücü 450 000 tondur. Müəssisə 2009-cu ildə 90,3% istehsal
gücü ilə fəaliyyət göstərmişdir. 2008-2009 illərdən sonra böhran səbəbi ilə dünya
alüminium istehsalında geriləmə müşahidə olunmuşdur, belə ki, 2013-cü ildə zavod 54,6%
istehsal gücü ilə fəaliyyət göstərmişdir. 2013-cü ildə 218 min ton gil-torpaq, 216 min ton
ilkin alüminium, 150 min ton anod blokları istehsal olunmuşdur. 2008-ci ilə nəzərən gil-
torpaq istehsalı 45,8%, ilkin alüminium istehsalı 45,6%, anod blokları istehsalında isə
40,3% azalma müşahidə olunmuşdur.
Cədvəl 22. Tacikistan Alüminium sənayesinin istehsal göstəriciləri (ton).
2007
2008
2009
2010
2011
2012
2013
Gil-torpaq
421450 402003 361239 350921 280813 275033 218477
Ilkin alüminium,
o cümlədən satış üçün
419060 399450 359386 348845 278364 272506 216369
416824 397504 358928 348533 278305 272335 216284
Anod blokları
259562 251642 233184 232069 195128 194482 150016
TALCO şirkəti Tacikistanın məhsul ixracında böyük paya malikdir. Bu göstərici
aşağıdakı qrafikdə göstərilmişdir.
28
4.AZƏRBAYCAN ALÜMİNİUM SƏNAYESİ
4.1. Azərbaycan alüminium sənayesinin tarixi və mövcud vəziyyəti
Ənənəvi olaraq Respublikada alüminium sənayesinin əsasını təşkil etmiş “Gəncə
Gil-torpaq” müəssisəsində xammal kimi yerli Zəylik alunit və xaricdən idxal olunan boksit
filizlərindən gil-torpaq istehsal edilərək Sumqayıt Alüminium Zavodunda ilkin alüminium
istehsalı üçün istifadə edilirdi.
Ölkəmizdə fəaliyyət göstərən ən iri alüminium müəssisələri Sumqayıt Alüminium
Zavodu və Gəncə Gil-torpaq kombinatı olmuşdur.
Sumqayıt Alüminium Zavodu tikintisinə 1949-cu ildə (əsas təyinatını müəyyən edən
istehsal sexlərinin- elektroliz sexinin və civədüzləndirici yarımstansiyanın tikintisinə 1952-
ci ildə) başlanmış, 1955-ci il martın 8-də ilk əlvan metal külçə- ilkin alüminium alınmışdır.
1959-1960-cı illərdə ikinci seriyasının korpusları tikilmiş, 1964-cü ildə elektroliz
sexinin alüminium məftil istehsal edən şöbəsi, 1968-ci ildə məişət soyuducuları üçün
29
buxarlandırıcı istehsal edən sexi, 1974-cü ildə alüminium və latun metallardan qab-qacaq
istehsal edən sexi, 1976-ci ildə təkrar alüminium külçəsi istehsal edən sexi, 1977-ci ildə
həmin sexin metal tullantılarından latun və mis külçələri istehsal edən şöbəsi işə
düşmüşdür. Müəssisə 1997-ci ildə fəaliyyətini dayandırmışdır.
Alüminium sahəsində fəaliyyət göstərən digər müəssisə Gəncə Gil-torpaq kombinatı
olmuşdur. Ötən əsrin ortalarında fəaliyyətə başlamış Gəncə Gil-torpaq İstehsalat
Sahəsində Daşkəsən rayonunun Zəylik mədənindən gətirilən alunit və idxal boksit
filizindən istifadə edilməsi nəzərdə tutuluşdur. İstehsalat prosesi zamanı il ərzində əmələ
gələn 2 milyon ton şlamın yığılması məqsədilə müəssisənin ərazisində ümumi sahəsi 159
hektar olan 2 ədəd şlam hovuzu tikilərək istifdəyə verilmişdir. 1976-cı ildə müəssisədə
istehsal gücü 300 min ton boksit filizinin emalı xətti işə salınmış və xarici ölkələrdən
(Qvineya və Hindistan) idxal olunan boksitin emalına başlanmışdır.Bu müəssisənin illik
istehsal gücü boksit xətti üçün 300 min ton, alunit xətti üçün 150 min ton təşkil etmişdir.
Ötən əsrin 90-cı illərində yaşanan problemlər ölkədə alüminium istehsalını kəskin azaltmış
və müəssisə 1997-ci ildə fəaliyyətini dayandırmışdır.
2000-ci ildə Daşkəsən Zəylik alunit mədən müəssisəsinin, Gəncə Gil-torpaq
kombinatının və Sumqayıt Alüminium Zavodunun bazasında “Azəralüminium” ASC
yaradılmışdır. 2002-ci ildə respublikanın alüminium istehsalı müəssisələri yenidən bərpa
olunaraq istehsala başlamış və bu alüminium sənayesi qeyri-neft sektorunun aparıcı
sahəsinə çevrilmişdir.
2008-ci ildən başlayan və sonrakı illər dərinləşən iqtisadi böhran dünyanın bütün
ölkələrində alüminium istehsalı sənayesinə ciddi təsir göstərmiş, bir sıra zavodlar
fəaliyyətini dayandırmış, bəziləri isə istehsalını məhdudlaşdırmışdır. Bu illər ərzində
dünyada alüminiumun qiyməti təqribən iki dəfə azalmışdır ki, bu da istehsalı idxal
xammalından asılı olan Azərbaycan alüminium sənayesinin aparıcı müəssisələri Gəncə
Gil-torpaq kombinatının və Sumqayıt Alüminium Zavodunun dayanmasına səbəb
olmuşdur.
30
Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan
boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat
(alüminium vərəq-rulon və lövhə şəklində, hər iki üzü boyanmış vərəq və lövhə)
məhsullarının istehsalı bu sahə üzrə aparıcı şirkət olan Det-AL Holding tərəfindən həyata
keçirilir.
Şirkətin baza müəssisəsi olan Det-AL Alüminium Kompleksi Gəncə şəhərində
yerləşir. Kompleksin ümumi ərazisi 81 hektar, ümumi tikinti altı sahə isə 102.000 m
2
ərazini əhatə edir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri
Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu) və
2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir
Stansiyası), çoxlu sayda sex, istehsalat və sosial obyektlət daxildir. Holdinqin ümumi işçi
sayı isə 910 nəfərdir.
Det-AL Alüminium Kompleksinin təməli 2008-ci ildə qoyulmuşdur. 2011-ci ildə
Kompleksin ilk 50.000 tonluq istehsal gücünə malik 1-ci fazası işə başlamışdır. 2013-cü
ilin may ayından etibarən Det-AL Alüminium Kompleksinin Yarımfabrikat məhsulları
istehsal edən (Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama
Zavodu) zavodları sınaq məqsədilə fəaliyyətə başlamışdır. Zavodun ümumi ilkin
alüminium istehsal gücü ildə 50 min tondur.
1.Metal Tökmə və Fasiləsiz Yayma Zavodu (illik 50,000 ton məhsuldarlıq ilə)
Elektroliz zavoduna yaxın ərazidə yerləşən bu zavodun tikili sahəsi 12,240 m
2
olmaqla, 6 aşırımdan ibarətdir. Layihə çərçivəsində burada 8 ədəd (4 ədəd 30 tonluq, 4
ədəd 25 tonluq) mikserlər (əritmə peçləri) və 4 ədəd metalyayma aqreqatı quraşdırılmışdır.
Elektroliz vannalarından çıxarılan maye alüminium, Metal Tökmə və Fasiləsiz Yayma
Zavoduna daşınaraq, burada ildə 50 min ton-qalınlığı 6-10 mm, genişliyi 1000-1700 mm,
daxili diametri 610 mm, xarici diametri 2200 mm(maks.) və ümumi ağırlığı 15.000 kq
(maks.) həcmində olan rulon şəklində alüminium lövhə (vərəq) istehsal ediləcəkdir.
31
2.Təzyiqlə Emal (illik 35,000 ton məhsuldarlığı ilə) və Boyama (illik 15,000 ton
məhsuldarlığı ilə) Zavodu
Bu zavodun ümumi ərazisi 19,602 m
2
-dir. Bunun 14,418 m
2
hissəsi Təzyiqlə Emala,
5,184 m
2
isə Boyamaya aiddir.
Əsas avadanlıq olaraq burada quraşdırılmış soyuq yayma aqreqatı vasitəsilə 8-0,15
mm qalınlığında rulon və vərəq istehsal ediləcəkdir. Həmin zavodda bu aqreqatla yanaşı
yan kəsmə, eninə kəsmə, uzununa kəsmə, dartıb düzəltmə, boyama aqreqatları və 3 ədəd
termik emal soba da quraşdırılmışdır.
Layihənin əsas Podratçısı-bu sahədə Çin bazarının 70%-ni əhatə edən, China Non-
Ferrous Metals Processing Technology Co.,LTD (CNPT) şirkətidir.
Yerli tikinti işləri-yerli şirkətlər olan “As-Tikinti” MMC və “AzMetalQaynaq”
MMC şirkətləri tərəfindən həyata keçirilir.
Layihənin həyata keçirilməsi nəticəsində 300-ə yaxın yeni iş yerləri açılmış, orta
əmək haqqı 400 manat təşkil edir. Layihə işə düşəndən etibarən alüminium yarımfabrikat
məhsullarının ixracı müvəffəqiyyətlə həyata keçirilir.
4.2. Azərbaycan alüminium sənayesinin ekoloji səmərəliliyi
Mövcud iqtisadi sistem tükənmək üzrə olduğundan onun yenidən qurulması üçün
meydana çıxan hədsiz ehtiyac yaşıl iqtisadiyyat üzrə debatı şərləndirir. Beynəlxalq
Energetika Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək CO2 emissiya həcmi 130%
artacaq, bu isə orta qlobal tempraturun 6
0
C artmasına, nəticə etibarı ilə isə ətraf mühitdə
geridönməz dəyişikliklər riskinin yaranmasına səbəb olar. Belə ki, yaşıl iqtisadiyyat
istiqamətində fəaliyyət nəinki iqlim dəyişikliyindən irəli gələn problemlərin həllinə
yönəlib, həmçinin davamlı iqtisadi inkişafa rəvac verir. “Yaşıl iqtisadiyyat” iqtisadi artımın
ekoloji nəticələri və ehtiyatlardan istifadə arasında asılılığın aradan qaldırılmasını nəzərdə
tutur. Yaşıl biznesin əsas təşəbbüsü xidmət və istehsal prosesi zamanı meydana gələn
32
zərərli kimyəvi maddələrin, material və tullatıların təsirini azaltmaq yaxud aradan
qaldırmaqdır.
Yaşıl Sənaye Sektorları və Biznes üçün yeni perpektivlər- təmiz enerji və yaşıl
biznes praktikasına maraq və böyük investisiyalar ən müxtəlif sənaye sahələrində iqtisadi
inkişaf və bazarın böyüməsini nəzərdə tutur.
Cədvəl 23. Yaşıl iş yerlərində tərəqqi və gələcək potensial.
Yaşıllaşma
potensialı
Günümüzə qədər
Yaşıl iş yerlərində
baş verən irəliləyişlər
Uzun müddətdə
Yaşıl iş yerlərinin
yaranması
potensialı
Sənaye
sahələri
Polad
Yaxşı
Zəif
Zəif
Alüminium
Yaxşı
Zəif
Zəif
Sement
Zəif
Zəif
Zəif
Kağız kütləsi
və kağız
Yaxşı
Yaxşı
Yaxşı
Təkrar emal
Əla
Yaxşı
Əla
Yaşıl biznesin ən geniş əhatə etdiyi sahə tulantıların yenidən emalı və tulantıların
idarə olunması sahəsidir.
Yaşıl biznesin alüminium sənayesində tətbiqi alüminium məhsulların yenidən emalı
və tullantıların idarə olunması səahəsində effektiv təsir göstərər. Alüminium tullantıların
idarə olunması və yenidən emalı tullatıların toplanması, daşınması, emalı, yenidın emalı və
ya ləğvindən ibarətdir. Bu, tullantıların insan səhhətinə və ətraf mühitə mənfi təsirini
azaltmaq və ya bərpa olunaraq xammal kimi istifadəsini nəzərdə tutur.
Gəncə şəhərindəki Det-AL Alüminium Kompleksinin nəznində alüminium
tullantıların yenidən emal və tullantıların idarəolunmasını həyata keçirən müəssisənin
gələcəkdə inşası alüminium sənayesinə öz tövhəsini verə bilər.
33
Məlumat üçün bildiririk ki, son illər ərzinda ABŞ, Kanada və bir neçə inkişaf etmiş
ölkələrdə alüminium içki qutularının yığılaraq təkrar emalı hökuət tərəfindən həyata
keçirilən tətbirlərdəndir. 2013-cü ildə 1,72 milyon dollar həcmində içki qutusu yığılaraq
təkrar emala verilmidir.
Azərbaycan ətraf mühit qanunvericiliyinin aşağıdakı prinsipləri yaşıl iqtisadiyyatın
inkişafını vurğulayır:
Təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi;
Ekoloji tarazlığın qorunub saxlanması və mühafizəsi;
Təbbi ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadənin
və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi;
“çirkləndirici ödəyir"(ətraf mühitə dəyən zərərin istehsalçı tərəfindən
ödənməsi yolu ilə məsuliyyətin artırılmasıdır.)
34
Ədəbiyyat siyahısı
1.www.kpars.ir/wp-content/uploads/2014
Opportunities, Challenges and Potential Markets in İran Aluminium İndustry
2.www.statista.com
Bauxite reserves worldwide top countries 2014/statistic
3.www.infogeo.ru/metals/proizv/
Казакистан статистика производство
3.
www.infogeo.ru
Статистика по цветным металлам и ферросплавам
4.www.acadeia.edu/5500816/
Dvelopment Strategy of Aluminium Industry in Iran
5.www.world-aluminium.org
8.www.a;uplanet.com/documenti/InfoAlluminio/Execative_Summary_impactEU
9.2013 Minerals Yearbook
10.www.riotinto.com/documents/
Rio Tinto releases solid first quarter production performance
11.www.blog.article.com/2015/06/01/can-aluminium-become-channel-middle-east-
economic-diversity
12.www.aluminiumleader.com/en/serious/industry/
13.www.alueurope.eu/production-eu-primary-aluminium-supply/
14.www.rusal.ru
15.www.aluminalimited.com
16.www.mineral.ru/NEWS/
17.www.aluminium.or.jp
Japan Aluminium Association
18.www.worldal.com/market/statistics/
Dostları ilə paylaş: |