Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi



Yüklə 265,51 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix20.10.2017
ölçüsü265,51 Kb.
#6132
1   2   3   4   5   6   7   8   9

26 

 

2014-cü  ildə  Rusiya  və  MDB  ölkələrində  alüminium  və  alüminium  məhsullarına 



tələb 1,9 milyon ton olmuşdur. Bunun demək olar ki yarısı 900 min tonu Rusal şirkətinin 

ilkin alüminium istehsalı hesabına, 300 min tonu tekrar emal hesabına qalan 700 min ton 

isə idxal hesabına ödənilmişdir. 

Cədvəl 20. Rusiya alüminium məhsullar idxalı. 

 

Alüminium məhsullar idxalı 



milyard dollar 

min ton 


1. 

2012 


1,728 

390,44 


2. 

2013 


1,775 

455,36 


3. 

2014 


1,558 

366,85 


2014-cü  ildə  Rusiya  və  MDB  ölkələrində  alüminium  və  alüminium  məhsullarına 

tələb 1,9 milyon ton olmuşdur. Bunun demək olar ki yarısı 900 min tonu Rusal şirkətinin 

ilkin alüminium istehsalı hesabına, 300 min tonu tekrar emal hesabına qalan 700 min ton 

isə idxal hesabına ödənilmişdir. 

 

Rusiyanın  ən  böyük  alüminium  zavodu  olan  Krasnoyarsk  Alüminium  Zavodu 



dünyada  ikinci  yerdədir.  Rusiya  alüminium  istehsalının  27%-i,  dünya  alüminium 

istehsalının  3%-i  bu  müəssisənin  payına  düşür.  4300  nəfər  işçinin  fəaliyyət  göstərdiyi 

müəssisə  865 000  ton  alüminium,  134 900  ton  alüminium  falqa  istehsal  etmək  gücünə 

malikdir. Əsasən avtomobillər üçün diskilər, kabel, alüminium qutular istehsal olunur. 



Qazaxıstan  alüminium  sənayesi:

  MDB  ölkələri  içərisində  ikinci  ən  böyük  gil-

torpaq istehsalçısı Qazaxıstandır. Ən böyük müəssisə isə Povladar Alüminium Zavodudur. 

2010-cu  ildən  etibarən  zavodda  A8  və  A85  markalı  20kq-lıq  alüminium  külçələr  istehsal 

olunur. 

Cədvəl 21. Qazaxıstan bokstit hasilatı və gil-torpaq istehsalı (min ton). 

 

 



2007 

2008 


2009 

2010 


2011 

2012 


2013 

1.  Boksit 

4942.6  5160.0  5130.0  5310.4  5495.3  5170.2  5192.8 

2.  Gil-torpaq 

1550.2  1713.4  1734.0  1866.9  1918.7  1760.4  1840.5 



27 

 

 



Son  7  il  ərzində  ən  çox  istehsal  2011-ci  ilə  təsadüf  edir.  Dünya  bazarlarında 

alüminiuma  tələbin  yüksək  olması  və  alüminium  qiymətlərinin  yüksək  olması    istehsalın 

böyük həcmli olmasına səbəb olmuşdur. 

Tacikistan  alüminium  sənayesi: 

Tacikistan  Mərkəzi  Asiya  ölkələrində 

alüminium istehsalında aparıcı ölkələrdəndir. Tacikistan alüminium sənayesinə əsas şirkət 

TALCO-dur. Şirkətin istehsal gücü 450 000 tondur. Müəssisə 2009-cu ildə 90,3% istehsal 

gücü  ilə  fəaliyyət  göstərmişdir.  2008-2009  illərdən  sonra  böhran  səbəbi  ilə  dünya 

alüminium istehsalında  geriləmə müşahidə olunmuşdur, belə ki, 2013-cü ildə zavod 54,6% 

istehsal gücü ilə fəaliyyət göstərmişdir. 2013-cü ildə 218 min ton gil-torpaq, 216 min ton 

ilkin alüminium, 150 min ton anod blokları istehsal olunmuşdur. 2008-ci ilə nəzərən gil-

torpaq  istehsalı  45,8%,  ilkin  alüminium  istehsalı  45,6%,  anod  blokları  istehsalında  isə 

40,3% azalma müşahidə olunmuşdur. 



Cədvəl 22. Tacikistan Alüminium sənayesinin istehsal göstəriciləri (ton). 

 

2007 



2008 

2009 


2010 

2011 


2012 

2013 


Gil-torpaq 

421450  402003  361239  350921  280813  275033  218477 

Ilkin alüminium, 

o cümlədən satış üçün 

419060  399450  359386  348845  278364  272506  216369 

416824  397504  358928  348533  278305  272335  216284 

Anod blokları 

259562  251642  233184  232069  195128  194482  150016 

TALCO  şirkəti  Tacikistanın  məhsul  ixracında  böyük  paya  malikdir.  Bu  göstərici 

aşağıdakı qrafikdə göstərilmişdir. 




28 

 

 



 

 

4.AZƏRBAYCAN ALÜMİNİUM SƏNAYESİ 



4.1. Azərbaycan alüminium sənayesinin tarixi və mövcud vəziyyəti 

Ənənəvi  olaraq  Respublikada  alüminium  sənayesinin  əsasını  təşkil  etmiş  “Gəncə 

Gil-torpaq” müəssisəsində xammal kimi yerli Zəylik alunit və xaricdən idxal olunan boksit 

filizlərindən gil-torpaq istehsal edilərək Sumqayıt Alüminium Zavodunda ilkin alüminium 

istehsalı üçün istifadə edilirdi. 

Ölkəmizdə  fəaliyyət  göstərən  ən  iri  alüminium  müəssisələri  Sumqayıt  Alüminium 

Zavodu və Gəncə Gil-torpaq  kombinatı olmuşdur. 

Sumqayıt Alüminium Zavodu tikintisinə 1949-cu ildə (əsas təyinatını müəyyən edən 

istehsal sexlərinin- elektroliz sexinin və civədüzləndirici yarımstansiyanın tikintisinə 1952-

ci ildə) başlanmış, 1955-ci il martın 8-də ilk əlvan metal külçə- ilkin alüminium alınmışdır. 

1959-1960-cı  illərdə  ikinci  seriyasının  korpusları  tikilmiş,  1964-cü  ildə  elektroliz 

sexinin  alüminium  məftil  istehsal  edən  şöbəsi,  1968-ci  ildə  məişət  soyuducuları  üçün 




29 

 

buxarlandırıcı istehsal edən sexi, 1974-cü ildə alüminium və latun metallardan qab-qacaq 



istehsal  edən  sexi,  1976-ci  ildə  təkrar  alüminium  külçəsi  istehsal  edən  sexi,  1977-ci  ildə 

həmin  sexin  metal  tullantılarından  latun  və  mis  külçələri  istehsal  edən  şöbəsi  işə 

düşmüşdür. Müəssisə 1997-ci ildə fəaliyyətini dayandırmışdır. 

Alüminium sahəsində fəaliyyət göstərən digər müəssisə Gəncə Gil-torpaq kombinatı 

olmuşdur.  Ötən  əsrin  ortalarında    fəaliyyətə  başlamış  Gəncə  Gil-torpaq  İstehsalat 

Sahəsində  Daşkəsən  rayonunun  Zəylik  mədənindən  gətirilən  alunit  və  idxal  boksit 

filizindən  istifadə  edilməsi  nəzərdə  tutuluşdur.  İstehsalat  prosesi  zamanı  il  ərzində  əmələ 

gələn 2 milyon ton şlamın yığılması məqsədilə müəssisənin ərazisində ümumi sahəsi 159 

hektar  olan  2  ədəd  şlam  hovuzu  tikilərək  istifdəyə  verilmişdir.  1976-cı  ildə  müəssisədə 

istehsal  gücü  300  min  ton  boksit  filizinin  emalı  xətti  işə  salınmış  və  xarici  ölkələrdən 

(Qvineya  və  Hindistan)  idxal  olunan  boksitin  emalına  başlanmışdır.Bu  müəssisənin  illik 

istehsal gücü boksit xətti üçün 300 min ton, alunit xətti üçün 150 min ton təşkil etmişdir. 

Ötən əsrin 90-cı illərində yaşanan problemlər ölkədə alüminium istehsalını kəskin azaltmış 

və müəssisə 1997-ci ildə fəaliyyətini dayandırmışdır. 

2000-ci  ildə  Daşkəsən  Zəylik  alunit  mədən  müəssisəsinin,  Gəncə  Gil-torpaq 

kombinatının  və  Sumqayıt  Alüminium  Zavodunun  bazasında  “Azəralüminium”  ASC 

yaradılmışdır.  2002-ci  ildə  respublikanın  alüminium  istehsalı  müəssisələri  yenidən  bərpa 

olunaraq  istehsala  başlamış  və  bu  alüminium  sənayesi  qeyri-neft  sektorunun  aparıcı 

sahəsinə çevrilmişdir. 

2008-ci  ildən  başlayan  və  sonrakı  illər  dərinləşən  iqtisadi  böhran  dünyanın  bütün 

ölkələrində  alüminium  istehsalı  sənayesinə  ciddi  təsir  göstərmiş,  bir  sıra  zavodlar 

fəaliyyətini  dayandırmış,  bəziləri  isə  istehsalını  məhdudlaşdırmışdır.  Bu  illər  ərzində 

dünyada  alüminiumun  qiyməti  təqribən  iki  dəfə  azalmışdır  ki,  bu  da  istehsalı  idxal 

xammalından  asılı  olan  Azərbaycan  alüminium  sənayesinin  aparıcı  müəssisələri  Gəncə 

Gil-torpaq  kombinatının  və  Sumqayıt  Alüminium  Zavodunun  dayanmasına  səbəb 

olmuşdur. 




30 

 

Azərbaycan  Respublikasında  əlvan  metallurgiya  sənayesinin  aparıcı  sahəsi  olan 



boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat 

(alüminium  vərəq-rulon  və  lövhə  şəklində,  hər  iki  üzü  boyanmış  vərəq  və  lövhə) 

məhsullarının istehsalı bu sahə üzrə aparıcı şirkət olan Det-AL Holding tərəfindən həyata 

keçirilir.  

Şirkətin  baza  müəssisəsi  olan  Det-AL  Alüminium  Kompleksi  Gəncə  şəhərində 

yerləşir.  Kompleksin  ümumi  ərazisi  81  hektar,  ümumi  tikinti  altı  sahə  isə  102.000  m

2

 

ərazini  əhatə  edir.  Kompleksin  tərkibinə  4  zavod  (Elektroliz  Zavodu,  Anod  Prosesləri 



Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu) və 

2  köməkçi  sahə  (110  kvt-luq  və  Silisium  Düzləndirici  Yarımstansiya,  Mexaniki  Təmir 

Stansiyası), çoxlu sayda sex, istehsalat və sosial obyektlət daxildir. Holdinqin ümumi işçi 

sayı isə 910 nəfərdir.  

Det-AL  Alüminium  Kompleksinin  təməli  2008-ci  ildə  qoyulmuşdur.  2011-ci  ildə 

Kompleksin  ilk  50.000  tonluq  istehsal  gücünə  malik  1-ci  fazası  işə  başlamışdır.  2013-cü 

ilin  may  ayından  etibarən  Det-AL  Alüminium  Kompleksinin  Yarımfabrikat  məhsulları 

istehsal  edən  (Metal  Tökmə  və  Fasiləsiz  Yayma  Zavodu,  Təzyiqlə  Emal  və  Boyama 

Zavodu)  zavodları  sınaq  məqsədilə  fəaliyyətə  başlamışdır.  Zavodun  ümumi  ilkin 

alüminium  istehsal gücü ildə 50 min tondur. 



1.Metal Tökmə və Fasiləsiz Yayma Zavodu (illik 50,000 ton məhsuldarlıq ilə) 

Elektroliz  zavoduna  yaxın  ərazidə  yerləşən  bu  zavodun  tikili  sahəsi  12,240  m

2

 

olmaqla,  6  aşırımdan  ibarətdir.  Layihə  çərçivəsində  burada  8  ədəd  (4  ədəd  30  tonluq,  4 



ədəd 25 tonluq) mikserlər (əritmə peçləri) və 4 ədəd metalyayma aqreqatı quraşdırılmışdır. 

Elektroliz  vannalarından  çıxarılan  maye  alüminium,  Metal  Tökmə  və  Fasiləsiz  Yayma 

Zavoduna daşınaraq, burada ildə 50 min ton-qalınlığı 6-10 mm, genişliyi 1000-1700 mm, 

daxili  diametri  610  mm,  xarici  diametri  2200  mm(maks.)  və  ümumi  ağırlığı  15.000  kq 

(maks.) həcmində olan rulon şəklində alüminium lövhə (vərəq) istehsal ediləcəkdir. 



31 

 

2.Təzyiqlə  Emal  (illik  35,000  ton  məhsuldarlığı  ilə)  və  Boyama  (illik  15,000  ton 



məhsuldarlığı ilə) Zavodu 

Bu zavodun ümumi ərazisi 19,602 m

2

-dir. Bunun 14,418 m



 hissəsi Təzyiqlə Emala, 

5,184 m

2

 isə Boyamaya aiddir. 



Əsas avadanlıq olaraq burada quraşdırılmış soyuq yayma aqreqatı vasitəsilə 8-0,15 

mm  qalınlığında  rulon  və  vərəq istehsal ediləcəkdir.  Həmin  zavodda bu  aqreqatla  yanaşı 

yan  kəsmə,  eninə  kəsmə,  uzununa  kəsmə,  dartıb  düzəltmə,  boyama  aqreqatları  və  3  ədəd 

termik emal soba da quraşdırılmışdır. 



Layihənin əsas Podratçısı-bu sahədə Çin bazarının 70%-ni əhatə edən, China Non-

Ferrous Metals Processing Technology Co.,LTD (CNPT) şirkətidir. 



Yerli  tikinti  işləri-yerli  şirkətlər  olan  “As-Tikinti”  MMC  və  “AzMetalQaynaq” 

MMC şirkətləri tərəfindən həyata keçirilir. 

Layihənin  həyata  keçirilməsi  nəticəsində  300-ə  yaxın  yeni  iş  yerləri  açılmış,  orta 

əmək haqqı 400 manat təşkil edir. Layihə işə düşəndən etibarən alüminium yarımfabrikat 

məhsullarının ixracı müvəffəqiyyətlə həyata keçirilir. 

4.2. Azərbaycan alüminium sənayesinin ekoloji səmərəliliyi 

Mövcud  iqtisadi  sistem  tükənmək  üzrə  olduğundan  onun  yenidən  qurulması  üçün 

meydana  çıxan  hədsiz  ehtiyac  yaşıl  iqtisadiyyat  üzrə  debatı  şərləndirir.  Beynəlxalq 

Energetika Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək CO2 emissiya həcmi 130% 

artacaq, bu isə orta qlobal tempraturun 6

0

 C artmasına, nəticə etibarı ilə isə ətraf mühitdə 



geridönməz  dəyişikliklər  riskinin  yaranmasına  səbəb  olar.  Belə  ki,  yaşıl  iqtisadiyyat 

istiqamətində  fəaliyyət  nəinki  iqlim  dəyişikliyindən  irəli  gələn  problemlərin  həllinə 

yönəlib, həmçinin davamlı iqtisadi inkişafa rəvac verir. “Yaşıl iqtisadiyyat” iqtisadi artımın 

ekoloji nəticələri və ehtiyatlardan istifadə arasında asılılığın aradan qaldırılmasını nəzərdə 

tutur.  Yaşıl  biznesin  əsas  təşəbbüsü  xidmət  və  istehsal  prosesi  zamanı  meydana  gələn 



32 

 

zərərli  kimyəvi  maddələrin,  material  və  tullatıların  təsirini  azaltmaq  yaxud  aradan 



qaldırmaqdır.  

Yaşıl  Sənaye  Sektorları  və  Biznes  üçün  yeni  perpektivlər-  təmiz  enerji  və  yaşıl 

biznes praktikasına maraq və böyük investisiyalar  ən müxtəlif sənaye sahələrində iqtisadi 

inkişaf və bazarın böyüməsini nəzərdə tutur. 

Cədvəl 23. Yaşıl iş yerlərində tərəqqi və gələcək potensial. 

 

 



Yaşıllaşma 

potensialı 

Günümüzə qədər 

Yaşıl iş yerlərində 

baş verən irəliləyişlər 

Uzun müddətdə 

Yaşıl iş yerlərinin 

yaranması 

potensialı 

Sənaye 

sahələri 

Polad 

Yaxşı 

Zəif 


Zəif 

Alüminium 

Yaxşı 

Zəif 

Zəif 

Sement 


Zəif 

Zəif 


Zəif 

Kağız kütləsi 

və kağız 

Yaxşı 


Yaxşı 

Yaxşı 


Təkrar emal 

Əla 


Yaxşı 

Əla 


Yaşıl  biznesin  ən  geniş  əhatə  etdiyi  sahə  tulantıların  yenidən  emalı  və  tulantıların 

idarə olunması sahəsidir.  

Yaşıl biznesin alüminium sənayesində tətbiqi alüminium məhsulların yenidən emalı 

və  tullantıların  idarə  olunması  səahəsində  effektiv  təsir  göstərər.  Alüminium  tullantıların 

idarə olunması və yenidən emalı tullatıların toplanması, daşınması, emalı, yenidın emalı və 

ya  ləğvindən  ibarətdir.  Bu,  tullantıların  insan  səhhətinə  və  ətraf  mühitə  mənfi  təsirini 

azaltmaq və ya bərpa olunaraq xammal kimi istifadəsini nəzərdə tutur. 

Gəncə  şəhərindəki  Det-AL  Alüminium  Kompleksinin  nəznində  alüminium 

tullantıların  yenidən  emal  və  tullantıların  idarəolunmasını  həyata  keçirən  müəssisənin 

gələcəkdə inşası alüminium sənayesinə öz tövhəsini verə bilər. 




33 

 

Məlumat üçün bildiririk ki, son illər ərzinda ABŞ, Kanada və bir neçə inkişaf etmiş 



ölkələrdə  alüminium  içki  qutularının  yığılaraq  təkrar  emalı  hökuət  tərəfindən  həyata 

keçirilən  tətbirlərdəndir.  2013-cü  ildə  1,72  milyon  dollar  həcmində  içki  qutusu  yığılaraq 

təkrar emala verilmidir. 

Azərbaycan  ətraf  mühit  qanunvericiliyinin  aşağıdakı  prinsipləri  yaşıl  iqtisadiyyatın 

inkişafını vurğulayır: 

 



Təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi; 

 



Ekoloji tarazlığın qorunub saxlanması və mühafizəsi; 

 



Təbbi ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadənin 

və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi; 

 

“çirkləndirici  ödəyir"(ətraf  mühitə  dəyən  zərərin  istehsalçı  tərəfindən 



ödənməsi yolu ilə məsuliyyətin artırılmasıdır.)  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



34 

 

Ədəbiyyat siyahısı 



 

1.www.kpars.ir/wp-content/uploads/2014 

Opportunities, Challenges and Potential Markets in İran Aluminium İndustry 



2.www.statista.com 

Bauxite reserves worldwide top countries 2014/statistic 



3.www.infogeo.ru/metals/proizv/ 

Казакистан статистика производство 



3. 

www.infogeo.ru

 

Статистика по цветным металлам и ферросплавам 



4.www.acadeia.edu/5500816/ 

Dvelopment Strategy of Aluminium Industry in Iran 



5.www.world-aluminium.org 

8.www.a;uplanet.com/documenti/InfoAlluminio/Execative_Summary_impactEU 

9.2013 Minerals Yearbook 

10.www.riotinto.com/documents/ 

Rio Tinto releases solid first quarter production performance 



11.www.blog.article.com/2015/06/01/can-aluminium-become-channel-middle-east-

economic-diversity 

12.www.aluminiumleader.com/en/serious/industry/ 

13.www.alueurope.eu/production-eu-primary-aluminium-supply/ 

14.www.rusal.ru 

15.www.aluminalimited.com 

16.www.mineral.ru/NEWS/ 

17.www.aluminium.or.jp 

Japan Aluminium Association 



18.www.worldal.com/market/statistics/ 

Yüklə 265,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə