Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi



Yüklə 265,51 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix20.10.2017
ölçüsü265,51 Kb.
#6132
1   2   3   4   5   6   7   8   9

20 

 

müəssisəsilə  və  61 000  işçi  ilə  fəaliyyət  göstərir.  Alüminium  istehsal  gücü  4,5  milyon 



tondur,  beləki  2014-cü  ildə  3,6  milyon  ton  istehsal  olmuşdur  bu  da  2013-cü  il  ilə 

müqayisədə  6,7%  az  istehsal  deməkdir.  Gil-torpaq  istehsal  gücü  isə  12  milyon  tondur  və 

2014-cü  ildə  7,2  milyon  ton  istehsal  olunmuşdur,  bu  isə  2013-cü  il  ilə  müqayisədə  0,8% 

geriləmə deməkdir.  

 

Alüminium  falqa  istehsal  gücü  80  min  tondur  və  Rusal  ən  böyük  falqa 



istehsalçılarından  biridir.  Dünya  alüminium  və  gil-torpaq  istehsalında  Rusal  7%  paya 

malikdir. İstehsal etdiyi məhsullar 70 ölkəyə ixrac olunur. 



Alcoa-

dünyanın  aparıcı  gil-torpaq,  ilkin  alüminium  və  alüminium  məhsulları 

istehsalçılarından biridir. Şirkət kosmik sənaye, avtomobil, qablaşdırma, tikinti, nəqliyyat 

və  s.  kimi  səahəlrin  alüminium  təchizatında  iştirak  edir.  Hazırda  müəssisədə  60 000  min 

işçi fəaliyyət göstərməkdədir. Şirkət ümumilikdə 2013-cü ildə 23 milyard dollar həcmində 

satış həyata keçirmişdir. 2014-cü ildə ilkin alüminium istehsalı 3,1 milyon ton 2013-cü ildə 

isə 3,5 milyon ton olmuşdur, bu isə 11,5% geriləmə deməkdir. Gil torpaq istehsalında isə 

istehsalın həcmi 2013-2014-cü illərdə 16,6 milyon ton olmuşdur. Bununla da 2014-cü ilin 

ən böyük gil-torpaq istehsalçısı Alcoa olmuşdur. 

Hydro  Aluminium-

  Norsk  Hydro  şirkətinin  2  biznes  sahəsindən  biri  də  alüminium 

istehsalıdır.  Şirkət  Braziliya  və  Yamaykada  boksit  və  gil-torpaq  hasilatı,  Avstraliya, 

Kanada, Almaniya , Norveç və Slovakiyada alüminium əritmə sahəsində fəaliyyət göstərir. 

Şirkət 50 ölkədə 13 000 işçi ilə fəaliyyət göstərməkdədir. 

Rio  Tinto  Alcan  Group-

boksit,  gil-torpaq  və  alüminium  istehsalında  aparıcı 

mövqedədir. 2007-ci ildə Rio Tinto  Kanadanın Alcan şirkəti ilə birləşərək 

Rio Tinto Alcan 

adı altında fəaliyyətini davam etdirir.  Boksit hasilatını Avstraliya, Braziliya və Qvineyada, 

gil-torpaq hasilatını Avstraliya, Braziliya və Kanadada, alüminium istehsalını isə Kanada, 

Fransa,  Avstraliya,  Yeni  Zellandiya,  Oman  və  B.Britaniyada  həyata  keçirir.  2014-boksit 

istehsalı  41,8  milyon  ton,  gil-torpaq istehsalı 8,1  milyon  ton, alüminium  istehsalı  isə  3,2 

milyon ton olmuşdur. 2015-ci ilin birinci rübündə 10,4 milyon ton boksit, 1,8 milyon ton 




21 

 

gil-torpaq, 809 min ton alüminium istehsal olunmuşdur. Bunu 2014-cü ilin birinci rübü ilə 



müqayisə  etsək  görərik  ki,  alüminium  istehsalında  +0%,  boksit  istehsalında  +4%,  gil-

torpaq istehsalında +2% artım müşahidə olunmuşdur.   



Chalco-

şirkətin  əsası  2001-ci  ildə  qoyulmuşdur.  Şirkət  əsasən  alüminium  və  gil-

torpaq  istehsalı  sahəsində  ixtisaslaşmışdır.  2013-cü  ildə  Chalco  3,3  milyon  ton  ilkin 

alüminium,  12  milyon  ton  gil-torpaq  istehsal  etmişdir.  2014-cü  ildə  ilkin  alüminium 

istehsalı  13,6%  artaraq  3,84  milyon  ton,  gil-torpaq  istehsalı  isə  dəyişməyərək  12  milyon 

ton olmuşdur. 



Century Aluminium-

şirkətin əsası 1995-ci ildə qoyulmuşdur. Yamyaka və ABŞ-da 

boksit hasilatını həyata keçirir. Alüminium istehsalı müəssisələri ABŞ ərazisində yerləşir. 

Şirkət 2014-cü ilin 1-ci rübündə 420,8 milyon dollar dəyərində 206 784 ton, 2015-ci ilin 1-

ci rübündə isə 587,9 milyon dollar dəyərində 245 258 ton alüminim istehsal etmişdir. 

3. Regionun Alüminium Sənayesi. 

 

Ölkəmizin  yerləşdiyi  regionun  alüminium  sənayesində  əsas  pay  Rusiya  və  İrana 



məxsusdur. Sözügedən region Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ermənistan  

və  Mərkəzi  Asiya  ölkələrindən  ibarətdir.  Rusiya  ərazisində  istehsal  gücü  1  milyon  tona 

bərabər olan 2 zavod fəaliyyət göstərir.  

Cədvəl 14. Regionun əsas alüminium müəssisələri. 

 

Ölkə 

Şəhər 

Şirkət 

İstehsal 

gücü 

(ton) 

Faktiki 

istehsal 

(2014-

cü il) 

1. 

Rusiya 


Bratsk 

Bratsk Alüminium Zavodu 

1,010,000 

 

2. 

Rusiya 

Kandalaşka 



Kandalaşka Alüminium Zavodu 

76,000 


 

3. 

Rusiya 


Xakas 

Xakas Alüminium Zavodu 

300,000 

 

4. 

Rusiya 

Krosnayarsk 



Krosnayarsk Alüminium Zavodu 

1,010,000 

 



22 

 

5. 

Rusiya 

Nadvoitsi 



Nadvoitsi Alüminium Zavodu 

24,000 


 

6. 

Rusiya 


Novokuznetsk 

Novokuznetsk Alüminium Zavodu 

322,000 

74,000 


7. 

Rusiya 


Sayanogorsk 

Sayan Alüminium Zavodu 

542,000 

 

8. 

Rusiya 

Şelexova 



İrkutsk Alüminium Zavodu 

529,000 


137,000 

9. 

İran 


Arak 

İran Aluminium Co (İralco) 

90,000 

 

10. 



İran 

Arak(2) 


İran Aluminium Co (İralco) 

110,000 


 

11. 

İran 


Bəndər Abbas 

Əl—Mehdi Aluminium Corp.(AAC) 

110,000 

 

12. 

İran 

Bəndər 


Abbas(2) 

Hormozgan Aluminium (Hormozal) 

147,000 

100,000 


13.  Qazaxıstan 

Pavlodar 

Qazaxıstan Alüminium Zavodu 

250,000 


50,000 

14.  Tacikistan 

Regar 


Tacikistan Alüminium 

Company(Talco) 

450,000 

328,000 


15. 

Türkiyə 


Seydişəhər 

Eti Aluminium İnc 

105,000 

 

16. 

Ukrayna 

Zaporejye 

Zaporejski Aluminium Kominat  

115,000 


115,000 

İran  alüminium  sənayesi:

  Dünya  alüminium  istehsalı  üzrə  sıralamaya  nəzər 

salsaq  görərik  ki,  İran  2010-2013-cü  illərdə  27,  28,  25  və  21-ci  sıralarda  yer  almışdır. 

2011-ci  ildə  318 000  ton,  2012-ci  ildə  337 000  ton,  2013-cü  ildə  350 000  ton  alüminium 

külçə  istehsal  olunmuşdur.  Həmçinin  (  Mart  20,  2013-Fevral  20,  2014)  207 089  ton 

alüminium  tozu  istehsal  olunmuşdur.  2016-ci  ildə  alüminium  istehsalının  770 000  tona, 

2025-ci  ilə  qədər  isə  1,5  milyon  tona  çatdırılacağı  planlaşdırılır.  Bu  planın  həyata 

keçirilməsi üçün 11,4 milyard dollar investisiya ayrılmışdır. 

2013-cü ildə İran Mərkəzi Asiyaya böyük həcmdə alüminium məhsullarının ixracını 

həyata keçirmişdir. İran və Tacikistan ölkələri arasında alüminium sahəsində əməkdaşlığa 

dair  80  milyon  dollar  həcmində  memorandum  imzalanmışdır. Memoranduma  əsasən  İran 

tərəfi 20 ay ərzində 100 000 ton alüminium tozu, 100 000 ton alüminium 

hidroksidlər 

ixrac 


etməyi nəzərdə tutmuşdur.  


Yüklə 265,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə