Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi



Yüklə 265,51 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix20.10.2017
ölçüsü265,51 Kb.
#6132
1   2   3   4   5   6   7   8   9

23 

 

İran alüminium şirkətlərinin istehsal göstəricilərinə nəzər salsaq görərik ki, 2014-cü 



ilin  ilk  9  ayı  ərzində  İralco  135 413  ton,  Əl-Mehdi  Aluminium  Company  72 966  ton, 

Hormuzal Company 54 565 ton alüminium istehsal etmişdir. 



Türkiyə  alüminium  sənayesi: 

Türkiyə  alüminium  sənayesi  sahəsində  hazırda 

1500  şirkət  fəaliyyət  göstərməkdədir.  Ümumilikdə  bu  şirkətlərdə  30 000  nəfər  işçi 

fəaliyyət göstərir. 

2014-cü  ilin  ilk  6  ayında  yarımfabrikat  ixracında    2013-cü  ilə  nisbətən  13%  artım 

müşahidə  olunmuşdur.  Bu  artımın  2015-ci  ildə  də  olacağı  gözlənilir.  Bu  artımın  başlıca 

səbəbi  türkiyə  və  digər  ölkələrdə  inşaat  sektorunun  sürətli  inkişafı  və  bu  sektorda 

alüminiuma olan tələbdir. 

2014-cü  ildə  alüminium  yarımfabrikat  (çubuq,  profil)  istehsalı  384 000  ton 

olmuşdur.  Bu  isə  2013-cü  ildəki  340 000  tonluq  istehsala  görə  13%  artım  deməkdir. 

Türkiyədə  inşaat  sektorunun  sürətli  inkişafı,  əsasən  də  alüminium  qapı,  pəncərə  və  digər 

alüminium məmulatlara tələbi nəzərə alaraq, 2015-ci ildə də eyni artım olacağı gözlənilir.   



Cədvəl 15. Türkiyə Alüminium yarımfabrikat istehsalı və istehlakı (ton). 

 

İllər 



İstehsal 

İstehlak 

1. 

2009 


230 000 

114 077 


2. 

2010 


275 000 

147 283 


3. 

2011 


290 000 

154 722 


4. 

2012 


320 000 

117 782 


5. 

2013 


340 000 

187 000 


6. 

2014 


384 000 

224 000 


 

Türkiyə alüminium inşaat materialları ixracı 2014-cü ildə 2013-cü ilə nisbətdə 6,8% 

artaraq  942,4  milyon  dollara  yüksəlmişdir.  Dünyadakı  alüminium  istifadəsində  tələbin 

artmasına,  həçinin  Türkiyədəki  alüminium  istifadəsinin  və  istehsalının  artımı  səbəbindən 

daxili və xarici bazar daim bir-biri ilə əlaqədədir. Alüminium  sektorundakı böyük həcmli 



24 

 

ixrac potensialının olmasının əsas səbəbləri dünya bazarına standartlara cavab verə biləcək 



məhsullar çıxarılması, məhsulların müxtəlif çeşidlərdə olmasıdır. 

Cədvəl  16.  Türkiyə  Alüminium  İnşaat  materialları  və  Tibbi  avadanlıqlar  ixracı  (2008- 

2014), (milyon dollar). 

 

İllər 


İnşaat materialları 

Tibbi 


avadanlıqlar 

1. 


2008 

837,0 


50,8 

2. 


2009 

651,3 


53,7 

3. 


2010 

739,9 


54,3 

4. 


2011 

835,0 


60,2 

5. 


2012 

849,4 


76,5 

6. 


2013 

882,1 


96,7 

7. 


2014 

942,4 


116,0 

Türkiyənin  ən  çox  alüminium  inşaat  materialları  ixrac  etdiyi  ölkə  Almaniyadır. 

Almaniyaya  ixrac  2013-cü  ilə  nisbətdə  7%  artaraq  2014-cü  ildə  177  milyon  dollar 

olmuşdur.  Son  illərdə  Türkmənistan  inşaat  sektorunun  inkişafı  Türkiyənin  bu  ölkəyə  iri 

həcmdə  alüminium  inşaat  materialları  ixracına  zəmin  yaratmışdır.  Belə  ki,  ixrac  2013-cü 

ilə nisbətdə 32% artaraq 2014-cü ildə 55,8 milyon dollar olmuşdur. 



Cədvəl  18.  Türkiyə  Alüminium  inşaat  materialları  ixrac  bazarları  ilk  beş  ölkə  (milyon 

dollar).


 

 

Ölkələr 



2013 

2014 


Artım tempi (%) 

1. 


Almaniya 

165,3 


177,0 

7,1 


2. 

İraq 


109,1 

107,1 


-1,8 

3.  Türkmənistan 

42,2 

55,8 


32,2 

4. 


Azərbaycan 

43,0 


44,0 

2,4 


5. 

Bolqarıstan 

37,1 

28,6 


-22,8 

 


25 

 

Rusiya  alüminium  sənayesi:



 

Rusiya  dünya  alüminium  istehsalında  aparıcı 

ölkələrdən  biridir.  2000-ci  ilə  qədər  Rusiya  alüminium  sənayesi  müxtəlif  özəl  və  dövlət 

müəssisələrindən  ibarət  olmuşdur.  2000-ci  ildə  “RUSAL”  şirkəti  yaradıldıqdan  sonra 

alüminium  sənayesinin  95%-i  şirkətin  balansına  keçmişdir.  Şirkətin  əsas  fəaliyyət 

sahələrinə  boksit  hasilatı,  gil-torpaq  və  ilkin  alüminium  istehsalı,  həmçinin  təkrar 

alüminium emalı, yarımfabrikat və son məhsul istehsalı aiddir. 

Cədvəl 19. Rusal şirkətinin istehsal göstəriciləri (min ton). 

 

2007 



2008 

2009 


2010 

2011 


2012 

2013 


Boksit 

17349.78 

11300.00  11800.00  13473.00  12365.00  11876.00 



Gil-torpaq  11347.95  11317.00  7279.00 

7840.00 


8154.00 

7477.00 


7310.00 

İlkin 


alüminium 

4201.75 


4424.00 

3946.00 


4083.00 

4123.00 


4173.00 

3857.00 


Şirkət 2014-cü ilin 4-cü rübünə nisbətdə boksit hasilatınını 7% artıraraq 2015-ci ilin 

1-ci  rübündə  3,1  milyon  tona  yüksəltmişdir.  Bu  göstərici  2014-cü  ilin  1-ci  rübü  ilə 

müqayisədə  8%  artım  deməkdir.  Hasilatın  artmasına  səbəb  gil-topaq  istehsalına  tələbin 

yüksək  olmasıdır.  Şirkət  2015-ci  ildə  də  boksit  hasilatının  artırılmasını  planlaşdırır. 

Ümumilikdə Rusal tərəfində 2014-cü ildə 5,3 milyon ton boksit hasil olunmuşdur. 

Gil-torpaq  istehsalı  isə  2014-cü  ilin  4-cü  rübünə  nəzərən  2015-ci  ilin  1-ci  rübündə 

1% azalaraq 1,8 milyon ton olmuşdur. 

İlkin alüminium istehsalı 2015-ci ilin 1-ci rübündə 900 min ton olmuşdur ki, bu da 

2014-cü ilin 4-cü rübü ilə müqayisədə 2% aşağı deməkdir.Lakin 2014-cü ilin 1-ci rübü ilə 

müqayisədə isə 2% çox məhsul istehsal olunmuşdur. İlkin alüminium satışına gəldikdə isə 

2015-ci ilin 1-ci rübündə 942 min ton məhsul satışı həyata keçirilmişdir ki, bu da 2014-cü 

ilin 4-cü rübü ilə müqayisədə 7,7 % çox deməkdir. 

2013-cü  ildə  Rusiya  1,775  milyard  dollar  həcmində  alüminium  məhsulları  idxal 

etmişdir. 2014-cü ildə isə bu göstərici 13% azalaraq 1,558 milyard dollar olmuşdur. 




Yüklə 265,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə