Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə160/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   155   156   157   158   159   160   161   162   163

 
 
 
2.
 
Məmmədov Q.Ş.,  Azərbaycanın torpaq ehtiyyatlarından səmərəli istifadənin sosial iqtisadi 
və ekoloji əsasları, Bakı, “Elm” 2007. 
3.
 
Мовсумов  З.Р.,  Кулийев  Магнитцкий  К.П.,  Диагностика  потребности  растений  в 
удобрениях. Москва, 1972, 270 с. 
4.
 
Джон Райн, Джорж Эстефан, Авдул Рашид, Анализ растений и почвы. Руководство по 
лабораторным анализам. 2002. с. 15-17. 
5.
 
Доснехов. Б.А. Методика полевого опыта. М. Агропромиздат. 1985. 351с. 
6.
 
Mövsümov  Z.R.,  Hacıməmmədov  İ.M.,  Üzvi  və  mineral  gübrələrin  payızlıq  buğdanın 
məhsuldarlığına  və  qida  maddələrinin  mənimsənilməsinə  təsiri,  kənd  təsərrüfatı  elmi 
xəbərləri, Bakı, 1983, №6, s. 14-18. 
7.
 
Гаджимамедов  И.М.,  Махмудов  Р.,  Сеидов  М.,  Талаи  Д.,  Моргунов  А.  Влияние 
сульфата  цинка  на  урожай  озимой  пщеницы  в  богарных  условиях  Азербайджана. 
Вестник региональной сети по внедрению сортов пщеницы и семено в водсуству.  № 
2(5). Алматы. 2003. ст. 15-17. 
8.
 
Шаганов  И.А.  Практические  рекомендации  по  освоснию  интенсивной  технологии 
возделивание основных зерновых культур.  Минск. Равноденствие. 2009 г. 180 с.  
9.
 
Аринушкина  Е.В.  Руководство  по  химическому  анализу.  Издательство  Московского 
Университета 1961 г. 
10.
 
 Ə.B. Şəfibəyov. Torpaq və bitkilərin aqrokimyəvi analiz üsulları. Bakı. Azərnəşr. 1964. 
 
С.Р. Велиевa 
 
ВЛИЯНИЕ УДОБРЕНИЙ НА УСВОЕНИЕ АЗОТА В СВЕТЛО-КАШТАНОВЫХ 
НЕ ОБЕСПЕЧАННЫХ ПОЧВАХ В ЗАВИСИМОСЬТИ ОТ ФАЗ РАЗВИТИЯ ОЗИМОЙ 
ПШЕНИЦЫ 
Научно-Исследовательный Институт Земледелия 
 
Оброзование  сухой  биомассы  и  усвоение  азота  зависила  от  нормы  и  соотношения 
органо-минеральны  удобрений  фазы  разбития  озимой  пшеницы  в  необеспечнных  светло-
каштановых  почвах  Гобустанской  ЗОС.  Урожайность,  содержание  белка  в  зерне,  сбор  с 
гектара, все это зависит от биомассы и содержание в нем азота в конце трубкования и начале 
колошения. 
 
        Ключевые слова: почва, удобрение, растение, азоt   
 
S.R.Veliyeva 
 
 EFFECT OF FERTILIZERS IN UNSUPPLIED LIGHT CHESTNUT SOIL 
CONDITIONS ON NITROGEN FIXATION IN DEPENDENCE OF WINTER WHEAT 
DEVELOPMENT STAGES 
 
Research Institute of Crop Husbandry 
Dry  biomass  formation  and  nitrogen  fixation  depends  on  rate  and  ratio  of  organic-mineral 
fertilizers, development stages of winter wheat in unsupplied light chestnut soils of Gobustan RES. 
As  result  of  carried  out  investigation  have  determined  that  productivity,  protein  content  of  grain, 
protein  accumulation  depends  on  biomass  and  its  protein  content  at  the  end  of  booting  and 
beginning of heading stages.     
 
Key words: soil, fertilizer, plant, protein 
 
 


 
 
 
UOT. 531.47 
 
GƏNCƏ-QAZAX MASSİVİ SUVARILAN BOZ-QƏHVƏYİ (ŞABALIDI) TORPAQLARIN 
MORFOGENETİK DİAQNOSTİKASINA ÜZÜM BİTKİSİNİN TƏSİRİ 
 
V.H. HƏSƏNOV, R.H. ASLANOVA, B.N. İSMAYILOV  
  AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AZ1073, Azərbaycan Respublikası, Bakı ş., 
Məmməd Arif  küç., 5 
 
Apardığımız  müqayisəli-coğrafi tədqiqatların araşdırılması Gəncə-Qazax massivində başqa 
mədəni bitkilərə nisbətən uzun müddət üzüm bağları altında istifadə edilən qədimdən suvarılan boz-
qəhvəyi  (şabalıdı)  torpaqların  morfogenetik  profilində  tünd-boz  (qaramtıl)  rəngdə  mədəniləşmiş 
yüksək  humuslu  (3,6-4,0%)  qatın,  akkumlyativ  irriqasiyalı  qatın  (AU'a+AU"a=  45-50  sm) 
formalaşması,  yaxşı  aqreqatlaşmış  dənəvari-topavari  strukturaya,  kifayət  qədər  potensial 
münbitliyə və əlverişli aqronomik xüsusiyyətlərə malik olduğu müəyyən edilmişdir. 
Açar  sözlər:  torpaq  profili,  morfoloji  əlamətlər,  antropogen,  morfogenetik  diaqnostika, 
mədəniləşmiş əkin qatı 
 
 Kiçik  Qafqazın  alçaq  dağlıq  və  dağətəyi  düzənlik  əraziləri  və  buraya  daxil  olan  Gəncə-
Qazax massivi üzüm bitkisinin inkişafı üçün əlverişli torpaq-ekoloji xüsusiyyətlərə malikdir.  
Qeyd etmək lazımdır ki, Gəncə-Qazax massivinə daxil olan Şəmkir, Xanlar (indiki Göygöl), 
Tovuz,  Ağstafa  rayonları  ərazilərində  Almanlar  hələ  XX  əsrin  əvvəllərindən  başlayaraq  xeyli 
sahələrdə  mədəni  üzüm  plantasiyaları  salmışlar  ki,  onların  bəzi  hissələri  son  illərə  kimi 
qalmaqdadır.  Mərhum  Prezidentimiz  Heydər  Əliyevin  Azərbaycana  rəhbərlik  etdiyi  1970-1980-ci 
illərdə Gəncə-Qazax massivi də daxil olmaqla respublikanın quru subtropik regionlarında 250-300 
min  hektara  qədər  iqtisadi  cəhətdən  daha  səmərəli  üzüm  bağlarının  sahəsi  genişləndirildi.  Məhz 
bununla əlaqədar  olaraq  keçmiş  SSRİ  dövründə  Azərbaycan  şərab  istehsalı  sahəsində  birinci  yerə 
çıxdı.  Lakin,  M.Qarbaçovun  1986-90-cı  illərdə  alkoqolizmə  qarşı  həyatda  özünü  doğrultmayan 
antoqonist,  qeyri  insani    mübarizə  sərəncamından  sonra  üzüm  bağları  qırılaraq  sahəsinin  kəskin 
azalmasına  baxmayaraq  bəzi  bağ  sahələri  hələ  də  saxlanılmışdır.  Üzüm  bitkisinin  yüksək  iqtisadi 
effektivliyini  nəzərə  alaraq  son  illərdə  iri  fermer  və  fərdi  təsərrüfatlarda  yeni  üzüm  plantasiyaları 
salınmaqla sahəsi xeyli genişləndirilir. 
Yuxarıda  göstərilən  müxtəlif  dövrlərdə  salınmış  və  son  5-10  ildə  əkilmiş  üzüm  bağları 
altında  istifadə  edilən  torpaqların  morfogenetik  diaqnostikasında  və  münbitlik  göstəricilərində 
köklü  dəyişikliklər  baş  vermişdir  ki,  onların  kompleks  tədqiqatlar  əsasında  öyrənilməsi  müasir 
aktuallığa və dəyərli elmi-təcrübi əhəmiyyətə malikdir. 
 Gəncə-Qazax  massivi  geoloji-geomor-foloji  cəhətdən  Kiçik  Qafqazın  maili  düzənliyini 
əhatə  edir.  Quru  subtropik  bioiqlim  xüsusiyyətlərinə  malik  Gəncə-Qazax  massivinin  ərazisi 
Ağstafaçay,  Hasansuçay,  Zəyəmçay,  Şəmkirçay,   Qoşqarçay,  Gəncəçay  və  Qazax-Tovuz suvarma 
kanalı ilə suvarılır. Bütün tədbirlər nəticəsində bölgədə suvarılan torpaq sahələri xeyli artmışdır. 
Gəncə-Qazax  massivinədə  müxtəlif  dövrlərdə  salınmış  üzüm  plantasiyaları  altında  istifadə 
edilən suvarılan və təbii-xam boz-qəhvəyi (şabalıdı) torpaq profil-lərinin morfogenetik quruluşunun 
və diaqnostik göstəricilərinin dəyişməsinə üzüm bitkisinin təsirini öyrənmək məqsədilə 2010-2011-
ci illərdə kompleks çöl-torpaq və kameral-laboratoriya tədqiqatları aparılmışdır.  
Çöl-torpaq  tədqiqatı  zamanı  Gəncə-Qazax  massivinə  daxil  olan  Şəmkir,  Göy-göl,  Tovuz, 
Ağstafa rayonları ərazisində mövcud olan müxtəlif dövrlərdə (XX əsrin əvvəllərində-Almanların və 
1970-80-ci  illərdə)  salınmış  üzüm  bağlarında  1,0-1,5m  dərinliyində  20-dən  çox  torpaq  kəsimləri 
qazılmaqla  xam  və  suvarılan  boz-qəhvəyi  (şabalıdı)  torpaq  profillərinin  genetik  quruluşu  və 
morfoloji  əlamətləri  müəyyən  edilmişdir.  Xarakterik  torpaq  kəsimlərinin  genetik  qatlarından 
laboratoriya analizləri üçün torpaq nümunələri götürülmüşdür. Laboratoriya tədqiqatlarında torpaq 
kəsimlərinin  genetik  qatlarından  götürülmüş  torpaq  nümunələrində  müasir  medodlarla  fiziki-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə