Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   27   28   29   30   31   32   33   34   ...   163

 
 
63 
 
 
ABŞERON  ŞƏRAİTİNDƏ PAYIZLIQ BUĞDANIN BİRİNCİ NƏSİL (F
1

HİBRİDLƏRİNDƏ BƏZİ KƏMİYYƏT ƏLAMƏTLƏRİNİN TƏDQİQİ 
 
S.K.HACIYEVA 
B.ü.f.d. 
   
Azərbaycan KTN, Elmi-Tədqiqat Əkinçilik  İnstitutu, Pirşağı qəs., Sovxoz №2,  
e-mail:
hacıyevasevda44@gmail.com
, tel.: 5516130 
 
 
 
Məqalədə  2012-ci  ildə  yumşaq  və  bərk  buğdanın  birinci  nəsil  (F
1
)  hibridlərində  bəzi 
kəmiyyət  əlamətlərinin  tədqiqinə  aid  məsələlər  öz  əksini  tapmışdır.  Tədqiqatlar  nəticəsində  
buğdanın  90  növdaxili  və  növlərarası  hibrid  kombinasiyasında  bir  bitkidə  olan  məhsuldar 
gövdələrin sayı; sünbülün uzunluğu, sünbüldə sünbülcüklərin sayı,sünbüldə dənin sayı və kütləsi 
valideyn  formalarla  müqayisəli  öyrənilərək,  heterozis  və  dominantlıq  dərəcəsi  müəyyən 
edilmişdir. 
 
Açar  sözlər:  yumşaq  buğda,  bərkbuğda,  seleksiya,  kolleksiya,  kombinasiya,  heterozis, 
dominantlıq, irsiyyət, hibrid, xətt, depresiya, fenotip, genotip 
 
Respublikamızda  buğda  əsas  ərzaq  bitkisi  sayıldığından,  onun  istehsalının  artırılması  ən 
mühüm məsələlərdən biri kimi ön plana çəkilmişdir və bu sahənin inkişaf etdirilməsi ölkəmizdə 
prioritet  istiqamətlərdən  biri  hesab  olunur.  Digər  tərəfdən  Azərbaycan  Respublikasının  torpaq-
iqlim  şəraitinin  müxtəlifliyi  yüksək  adaptasiya  qabiliyyətinə  malik  yumşaq  və  bərk  buğda 
sortlarının yaradılmasını seleksiyaçıların qarşısında mühüm vəzifələrdən biri kimi qoymuşdur. 
Bir çox tədqiqatçılar qeyd etmişlər ki, ekoloji tarazlığın pozulması və təbiətdə abiotik stres 
amillərinin  mövcudluğu  respublikamızın  bölgələrinə  uyğun,  daha  plastik  buğda  sortlarının 
yaradılmasını tələb edir. Onlar bu istiqamətdə seleksiya işlərinin aparılmasının böyük əhəmiyyət 
kəsb etdiyini göstərmişlər [2; 3]. 
Ədəbiyyat məlumatlarına və apardığımız tədqiqatlara əsasən belə bir nəticəyə gəlmək olar 
ki,  kompleks  yüksək  əlamətlərə  malik  sortnümunələrdən  hibridləşmədə  istifadə  etməklə  yüksək 
məhsuldarlığa  və  keyfiyyətə  malik  yeni  plastik  sortların  alınmasına  nail  olmaq  mümkündür.  Bu 
məqsədlə  2008-2010-cu  illərdə  Az.ETƏİ-nun  təcrübə  sahəsində  suvarma  şəraitində  yerli  və 
introduksiya  olunmuş  1327  yumşaq  və  bərk  buğda  sortnümunəsi  tədqiq  edilmiş  və  kompleks 
əlamətlərlə  seçilmiş  48  sortnümunə  2011-ci  ildə  hibridləşmə  proqramına  daxil  edilərək,  90 
kombinasiyada hibridləşmə aparılmışdır. 
Təcrübələrdə sələf paxlalı bitkilər olmaqla Səpin  
ϙ- F
1
- O  5x20 sm sxemi ilə aparılmışdır. 
Təcrübə  sahəsinə  səpinlə  birlikdə  şum  altına  hektara  100  kq  fiziki  çəkidə  kompleks  gübrə 
(nitrofoska-N
16
P
16
K
16
), erkən yazda kollanma fazasında hektara təsiredici maddə hesabı ilə 90 kq 
ammonium-nitrat  gübrəsi  (NH
4
NO
3
)  verilmişdir.  Vegetasiya  müddətində  nümunələr  kollanma 
fazasının  axırında  (20.IV)  və  sünbülləmə  fazasında  (18.V)  suvarılaraq  təcrübə  sahəsində 
aqrotexniki qulluq işləri bölgə üçün nəzərdə tutulmuş metodika əsasında həyata keçirilmişdir. Çöl 
tədqiqat  işləri,  bitkilər  üzərində  müşahidələr  və  məhsulun  struktur  elementləri  mövcud 
metodikaya uyğun olaraq həyata keçirilmişdir [4]. 
Birinci nəsil hibridlərdə (F
1
) kəmiyyət əlamətlərində həqiqi heterozis D.S.Ömərova (1975) 
görə,  irsiyyətin  nəsilə  ötürülməsi  (genotipik  dominantlıq  dərəcəsi)  G.M.Beil  və  R.E.Atkins 
(1965) düstürü ilə hesablanmışdır [6;7]. 
Buğda hibridlərində kəmiyyət əlamətlərinin irsən nəslə keçirilməsini bir çox tədqiqatçılar 
öyrənmişlər. N.İ.Vavilova (1934)  görə  yüksək heterozis gücünə malik hibridlərin alınması üçün 
birinci növbədə valideyn formaları düzgün seçilməlidir [5]. 


 
 
64 
 
Müəyyən olunmuşdur ki, kəmiyyət göstəricilərinin irsən keçməsi müxtəlif xarakter daşıyır 
və  qeyd  olunduğu  kimi  valideyn  formaların  genetik  xüsusiyyətləri  və  becərmə  şəraitindən 
asılıdır.  Tədqiq  edilən  hibrid  kombinasiyalarında  kəmiyyət  əlamətlərinin  formalaşmasına  görə 
irsiyyətin  ötrülməsində  dominantlıq  və  yüksək  dominantlıqdan  başlayaraq  depressiyaya  qədər 
müxtəliflik aşkar edilir (cədvəl). 
Apardığımız  tədqiqatlarda  məhsuldar  kollanmaya  görə  yumşaq  buğdanın  bütün  birinci 
nəsil  hibridlərində  heterozis  müşahidə  edilmişdir.  Yüksək  həqiqi  heterozis  və  genotipik 
dominantlıq səviyyəsi ilə Sanzor-4 x Azəri (h
həq
=+240%; h
p
=+15,4), Ruzi-84 x11
th
FAWWON 
KN
149-193 
(h
həq
=+123,3%;  h
p
=+8,40),  Sanzor-4  x  Murov-2  (h
həq
=+86,7%;  h
p
=+6,20)  və  başqa 
kombinasiyalar  daha  çox  fərqlənmişlər.  Bərk  buğdanın  birinci  nəsil  hibridlərində  müxtəlif 
səviyyədə  (yüksək  dominantlıq, aralıq  irsiyyət  və  depressiya)  irsi  dəyişkənlik  aşkar  edilmişdir. 
Belə  ki,  Zatino  x  Şiraslan-23  (h
həq
=+73,3%;  h
p
=+5,20),  Şiraslan-23  x  DKLD.N
00-01
.KN38 
(h
həq
=+26,7%;  h
p
=+2,60),  Kəhrəba  x  Zatino  (h
həq
=+40,0%;  h
p
=+4,20)  və  s.  kombinasiyalar 
26,7-73,3%  səviyyəsində  heterozis  və  yüksək  dominantlıq  (2,6-4,2)  göstərmişlər.  Növlərarası 
hibridlərin  Bəyaz  x  Bərəkətli-95  (h
həq
=+23,3%;  h
p
=+3,70),  Qarabağ  x  Fin  buğdası 
(h
həq
=0,00%; h
p
=+1,00), Pamyat x Qaraqılçıq-2 (h
həq
=+25,0%; h
p
=+5,00) kombinasiyalarında 
heterozisin səviyyəsi o qədər də yüksək olmamışdır.  
Sünbülün  uzunluğuna  görə  birinci  nəsil  (F
1
)  yumşaq  buğda  hibridlərindən  TT  09214/3  x 
Lütessens  2656  (h
həq
=+13,0%;  h
p
=+2,82),  Lütessens  2656  x  Murov-2  (h
həq
=+10,8%; 
h
p
=+2,22), SH Morg x Murov-2 (h
həq
=+7,84%; h
p
=+1,40) kombinasiyalarında yüksək heterozis 
və  yüksək  dominantlıq,  Sanzor-4  x  Azəri  (h
həq
=-15,6%;  h
p
=-1,41),  Renan  x  Azəri  (h
həq
=-
18,5%;  h
p
=-19,0),  Ruzi-84  x  11
th
FAWWON  KN
149-193
  (h
həq
=-22,1%;  h
p
=-1,27),  Sanzor-4  x 
Murov-2  (h
həq
=-5,88%;  h
p
=-0,50)    və  s.  kombinasiyalarda  isə  mənfi  heterozis  və  depressiya 
müşahidə edilmişdir. 
 
Yumşaq və bərk buğdanın növdaxili və növlərarası birinci nəsil (F
1
) hibridlərində 
bəzi kəmiyyət əlamətlərinin irsən keçməsi 
Cədvəl 
 
Valideyn və hibrid formalar 
Məhsul 
dar  
kollanma, 
əd. 
Sünbü 
lün uzun 
luğu, sm 
Sünbül 
cüklərin 
sayı, əd. 
Sünbüldə dənin  
sayı, 
əd. 
kütləsi, 
qr 
Yumşaq buğda kombinasiyaları 






TSXA.PUAN 1ha 76 (Dərbənd) 
2.00 
11.3 
20.0 
51.8 
2.91 
F
1
 
7.10 
10.8 
10.8 
32.6 
2.82 
Əzəmətli-95 (Azərbaycan) 
3.00 
10.1 
17.8 
39.0 
2.20 
Heterozis (h
həq

136.7 
-4.42 
-46.0 
-37.1 
-3.09 
h
p
 
9.20 
0.17 
-7.36 
-2.00 
0.78 
Sanzor-4 (Özbəkstan) 
2.00 
9.50 
17.3 
40.0 
2.12 
F
1
 
10.2 
9.11 
18.6 
33.0 
2.20 
Azəri (Azərbaycan) 
3.00 
10.8 
20.7 
58.8 
3.20 
Heterozis (h
həq

240 
-15.6 
-10.1 
-43.9 
-31.2 
h
p
 
15.4 
-1.41 
-0.23 
-1.74 
-1.00 
Ruzi-84 (Azərbaycan) 
2.00 
9.20 
18.3 
55.0 
2.80 
F
1
 
6.70 
8.80 
17.0 
27.0 
2.40 
11
th
FAWWON KN
149-193 
(CIMMYT) 
3.00 
11.3 
21.2 
49.8 
2.90 
Heterozis (h
həq

123.3 
-22.1 
-19.8 
-50.9 
-17.2 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə