Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   30   31   32   33   34   35   36   37   ...   163

 
 
69 
 
depression to superdomination, on spike length, number of spikeletes and number of grains per 
spike.  Even  so,  degree  of  phonotypical  dominance  of  quantitative  features  mainly  depends  on 
intensity of these features at initial forms.  
 
Key  words:  soft  wheat,  durum  wheat,  breeding,  collection,  combination,  heterozis, 
domination, heredity, hybrid, line, depression, phenotype, genotype 
 
 
UOT 633.1 
 
ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASI İSTİQAMƏTİNDƏ  
QARĞIDALI GENOFONDUNUN BİOLOJİ VƏ İQTİSADİ POTENSİALININ TƏDQİQİ 
 
S.M.MƏMMƏDOVA, S.Ə.DÜNYAMALIYEV, S.A.ABDULBAQIYEVA 
  
Azərbaycan Elmi- Tədqiqat Əkinçilik İnstitutu, Bakı ş. Pirşağı qəs, Sovxoz № 2,   
e-mail:
sevka_m@yahoo.com 
 
Məqalədə müxtəlif pitomniklərdə toplanmış qarğıdalı nümunələrinin tədqiqi haqda 
məlumatlar  verilmiş,  perspektiv  populyasiyalar  müəyyən  edilmişdir.  Seleksiya  yoly  ilə 
alınmış KX3H x Kaz. Zp 559 nümunəsinin vegetasiya müddətinə, tez yetişməsinə, qıçanın 
bitkidə yerləşmə hündürlüyünə, qıcada bir cərgədə dənin sayına, dən çıxımına, 1000 dənin 
kütləsinə,    dən  məhsuldarlığına  görə  standart  Zaqatala  68  sortundan  üstün  olması 
müəyyən edilmişdir.  
          
Açar sözlər: qarğıdalı, bitki, dən, seleksiya, məhsuldarlıq 
 
         Əhalinin ərzaq  təhlükəsizliyinin  təmin  olunmasında  müasir  dünya  əkinçiliyinin  əsas 
bitkilərindən olan, müxtəlif sahələrdə istifadə olunan və yüksək məhsuldarlığa malik olan 
qarğıdalı  bitkisi  bütün  dünyada-  tropik  enliklərdən  Skandinaviya  dövlətlərinədək  geniş 
arealda  becərilir.  Yer  üzərində  kənd  təsərrüfatına  yararlı  torpaq  sahələrinin  14  milyard 
hektar  təşkil  etdiyi  bir  vaxtda  əhalinin  800  milyonundan  çoxu  aclıqdan  əziyyət  çəkir. 
Həmçinin, dünyada baş verən qlobal iqlim dəyişkənlikləri, kənd təsərrüfatına yararlı torpaq 
sahələrinin şoranlaşmasına, eroziyaya uğramasına və su altında qalmasına səbəb olur ki, bu 
da  əhalinin  ərzaq  təlabatının  ödənilməsində  çətinlik  yaradır.  Buna  görə  də  torpaqlardan 
səmərəli  istifadə  etmək  üçün  fasiləsiz  növbəli  əkin  sisteminin  tətbiq  edilməsi  olduqca 
aktual  və  əhəmiyyətlidir.  Bu  baxımdan  insanların  davamlı  ərzaq  məhsulları  ilə  təmin 
olunmasında qarğıdalı potensial imkanlara malik mühüm kənd təsərrüfatı bitkilərindəndir. 
Qarğıdalı  bitkisinin  bioloji  və iqtisadi  potensialının  geniş  istifadə  olunması  respublikanın 
kənd təsərrüfatının bir sıra problemlərinin həll olunmasına imkan verir. Bu bitki müxtəlif 
çeşidli  ərzaq  məhsulu  kimi  insanların  qida  rasionuna  daxil  olmuş,  heyvandarlığın  və 
quşçuluğun  davamlı  yem  bazası  ilə  təmin  olunmasına,  həmçinin,  əlverişli  torpaq  iqlim 
şəraitində  eyni  əkin  sahəsindən    bir  ildə  2-3  dəfə  məhsul  götürülməsinə  imkan  verir 
[3;4;5;6]. Qargıdalı toxum sərfi hektara 18-20 kq  olmaqla, сərgə arası becərilən bitki kimi 
sahələrin  alaqlardan  təmizlənməsi  və  digər  dənli  bitkilərlə  ümumi  zərərverici  və 
xəstəlikləri olmayan və növbəli əkində yaxşı sələf [1;2]. Bu bitkinin tez yetişən, məhsuldar 
sort  və  hibridlərinin  yaradılması  respublikamızın  başqa  ölkələrdən  asılılığının  aradan 
qaldırılmasına kömək edəcəkdir. 
1965-1970-ci  illərdən  başlayaraq  Az.ET  Əkinçilik  İnstitutunda  qarğıdalı  bitkisinin 
yeni  sort  və  hibridlərinin  yaradılması  istiqamətində  elmi  tədqiqat  işləri  başlamış,  hazırda 
müxtəlif  məqsədlərlə  işlədilən  tezyetişən,  yüksək  keyfiyyətli  məhsuldar,  xəstəlik  və 


 
 
70 
 
zərərvericilərə  qarşı  davamlı  qarğıdalı  sort  və  hibridlərinin  yaradılması  istiqamətində 
seleksiya  tədqiqatları  isə  Az.ET  Əkinçilik  İnstitutunun  Zaqatala  Bölgə  Təcrübə 
Stansiyasında davam etdirilir. 
Aparılan  tədqiqat işinin əsas  məqsədi  yerli  və  xarici  ölkələrin tədqiqat mərkəzləri 
ilə aparılan əməkdaşlıq  nəticəsində  toplanmış  genofond  nümunələri  üzərində  hibridləşmə 
və  seçmə  aparılaraq  respublikanın  müxtəlif  torpaq-iqlim  zonalarına  uyğun  xəstəlik  və 
zərərvericilərə  qarşı  davamlı,  ortaboylu,  yüksək  keyfiyyətli,  məhsuldar  qağıdalı  sort  və 
hibridlərinin yaradılaraq fermer təsərrüfatlarına tətbiq edilməsidir.  
Tədqiqat  materialı  kimi  yerli  və  xarici  ölkələrdən  introduksiya  olunmuş  qarğıdalı 
nümunələri  müxtəlif  tədqiqat  illərində  sınaqdan  keçirilərək  seçilmiş,  yüksək  adaptasiya 
qabiliyyətinə  malik  kolleksiya  nümunələri,  topkross  və  diallel  hibridləşmə  nəticəsində 
yaradılan xətlər, populyasiyalar və sortlar götürülmüşdür. 
            Müxtəlif  dövrlərdə  Zaqatala  Bölgə  Təcrübə  Stansiyasında  aparılan  seleksiya 
tədqiqatlarında 600-ə yaxın qarğıdalı nümunələri üzərində elmi-tədqiqat işləri aparılmış və 
həmin  nümunələr    seleksiya,  seçmə,  hibridləşmə, ilkin  sort  yoxlama,  nəzarət,  müsabiqəli 
sortyoxlama,  nümayiş,  artırma  və  toxumçuluq  pitomniklərində  əkilərək,  hibridləşmə  və 
seçmə aparılmışdır. 
Tədqiq olunan qarğıdalı nümunələri təcrid olunmuş şəraitdə becərilmiş və müşahidələr 
aparılmış, standart kimi rayonlaşmış Zaqatala 420 sortu götürülmüşdür. 
Nəzarət pitomnikində 27 nümunə üzərində müxtəlif əlamətlərə görə srtuktur analizləri 
aparılmış və alınmış nəticələr cədvəl 1-də öz əksinin tapmışdır.  
Müqayisə üçün qeyd edək ki, vegetasiya müddətinə, bitkilərin boyuna, bitkidə qıcanın 
yerləşmə hündürlüyünə, yarpaqların sayına, qıcanın uzunluğuna, qıcada dən çıxımına, 1000 
dənin  kütləsinə,  dən  məhsuldarlığına,  xəstəlik  və  zərərvericilərə  qarşı  davamlılığna  görə 
əlamətlər  standartla  müqayisə  edilmiş,  tədqiq  edilən  nümunələrdən  Spl  x  7/2008-94  gün, 
Hp36  x  23/2008-98  gün,  Kol.P.365  x  Kol.P-101  gün  və    Hp39  x  14/2008-102  gün 
müddətində yetişməsi ilə standartdan və digər nümunələrdən üstün olmuşlar.  
Göstərilən  nümunələrdən    Kol.P365xKol.P  həm  tezyetişkənliyinə    (101  gün),  həm 
xəstəlik  və  zərərvericilərə  qarşı  davamlılığına,  həm  də  məhsuldarlıq  və  digər  struktur 
göstəricilərə  görə  tədqiq  edilən  nümunələrdən  üstün  olmuşdur.  Bu  nümunədə  qıcanın 
uzunluğu  21,6  sm,  1000  dənin  kütləsi  388  q,  dən  məhsuldarlığı    81,2  s/ha  təşkil  etmiş  və 
standart  kimi  götrülmüş  Zaqatala  420  sortundan  uyğun  olaraq,  1,8  sm,  66  q  və  13,6  s/ha 
üstün olmuşdur. 
Qıçanın  bitkidə  yerləşmə  hündürlüyünün  məhsulun  kombaynlarla  yığılmasında 
mühüm əhəmiyyəti vardır. Belə ki, seleksiya tədqiqatlarında dən üçün alınan sortlar nisbətən 
alçaq boylu, qıcanın yerləşmə hündürlüyü bir metrədək olduqda onların yığılması və tədarük 
olunması  asan  başa  gəlir  ki,  verilən  nümunədə  bu  göstərici  98  sm  təşkil  etmişdir.  Bu 
pitomnikdə  tədqiq  edilən  nümunələrin  14,8%-nin  məhsuldarlığı  80  s/ha-dan  yüksək  olmuş 
və  standartla  müqayisədə  bu  üstünlük  13,6-20,8  s/ha  intervalında  olmuşdur.  1000  dənin 
kütləsi isə 337-398 q intervalında dəyişmişdir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə