Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   33   34   35   36   37   38   39   40   ...   163

 
 
 
75 
altında  seleksiya  işlərinin  aparılması  üçün  fundamental  tədqiqat  proqramı  hazırlanmışdır.  Bu 
proqram əsasında, yerli seleksiya materiallarından bir çox qiymətli arpa, buğda və digər dənli bitki 
sortları yaradılmışdır [1]. Keçən əsrin ikinci yarısında, ET Əkinçilik İnstitutu fəaliyyətə başladıqdan 
sonra,  bu  işlər  daha  geniş  vüsət  almışdır.  Hazırda  institutun  elmi əməkdaları  tərəfindən,  yaradılıb 
istehsalata tətbiq edilən, müxtəlif dənli taxılların 30- dan artıq sortu vardır [1;2]. 
      Qeyd  etmək  lazımdır  ki,  hazırda  respublikamızda  dənli  bitkilərin,  o  cümlədən  arpanın  orta 
məhsuldarlığı, hektardan 19.0-23.0 sentner təşkil edir. Əkin sahəsi isə 2000-ci ilə kimi 130-180 min 
hektar təşkil edir. 2000-ci illərdə bütün kənd təsərrüfatının, o cümlədən heyvandarlığın  inkişafı ılə 
əlaqədar  olaraq,  arpanın  əkin  sahəsi  2010-cu  ildə  250  min  hektarı  keçmişdir.  Hal-hazırda  bu 
göstərici,  öz  üstünlüyünü  qoruyur  və  orta  məhsuldarlıq  26.0  sentnerə  çatdırılmışdır.  Göründüyü 
kimi arpanın əkin sahəsinin, əvvəlki illərlə müqayisədə 30 % (70 min ha) artırılmasına baxmayaraq, 
məhsuldarlıq 12 % yüksəlmişdir. Bunun əsas səbəblərindən biri, stres faktorlara (qurqlığa, duza və 
s.)  davamlı  sortların  çeşidinin  az  olmasıdır  [3;4].  Bu  məqsədlə,  hazırda  arpanın  seleksiyası  üzrə 
əsasən  üç  quraqlığa  davamlı,  duza-davamlı  və  suvarma  şəraiti  üçün,  yüksək  məhsul  vermə 
qabliyyətinə malik sortların yaradılması istiqamətlərində tədqiqat işləri aparılır [5]. Yeni kompleks 
əlamətlərə malik, məhsuldar sortların yaradılmsı üçün lazım olan ilkin materialın əldə olunması və 
onun məqsədyönlü istifadəsi, olduqca zəruridir. Apardığımız tədqiqat işlərində, başlanğıc materiala 
olan  ehtiyacın  az  bir  qismi  (8-10  %-i),  hibrid  kombinasiyalarından  seçilən  xətlərlə  və  yerli 
nümunələrdən seçilmiş seleksiya materialı hesabına ödənilir. Qalan qismi (90-92 %-i) isə İCARDA- 
dan alınan seleksiya materialı hesabına yerinə yetirilir [1;6]. 
      İCARDA-dan  introduksiya  olunmuş  seleksiya  materialı,  ilk  növbədə  Az  ETƏİ-  nun  Abşeron 
YTT-da,  müxtəlif  təsərrüfat-qiymətli  əlamətlərinə  görə  öyrənilir.  Öyrənilmiş  seleksiya  materialı, 
qiymətləndirildikdən  sonra,  təyinatına  görə  institutun  ayrı-ayrı  bölgə  təcrübə  stansiyalarına 
göndərilir. 
       Qeyd  etmək  lazımdır  ki,  Az  ETƏİ-nin  Abşeron  YTT-nin  yerləşdiyi  ərazi,  mülayim  iqlimə 
malik olub, illik yağmurların miqdarı olduqca aşağıdır (250 -300 mm arasında dəyişir). Buna görə 
də əkinlər, suvarma şəraitində becərilir. Abşeron YTT-da aparılan təcrübə sahəsinin torpaqları, orta 
dərəcədə  karbonatlı  olub,  qələvi  xassəyə  malikdir.  Bu  torpaqlarda  humusun  miqdarı  da,  olduqca 
aşağı  olub  1.18-1.48  %  (şumaltı  qatda  isə  0.75-0.89  %)    arasında  dəyişir.  Şum  qatında  umumi 
azotun  miqdarı  0.096-0.112  %  -dir.  Ərazi  mütəhərrik  fosfor  və  kaliumla  zəif  təmin  olunub.  Qida 
balansını düzgün müəyyən edib, əlavə gübrə verməklə, yüksək məhsul almaq mümkündür [7].  
         2006-2009-cu tədqiqat ilində, Abşeron YTT-da, İCARDA-dan introduksiya olunmuş, müxtəlif 
pitomniklərə aid  2326 ədəd sortnümunə, müxtəlif aqro-bioloji və təsərrüfat-qiymətli əlamətlərinə 
görə  öyrənilmişdir  (cədvəl  1).  Səpin  optimal  müddətdə  (oktyabr  ayının  sonu,  noyabr  ayının 
əvvəlində)  aparılmışdir.  Kolleksiya  pitomnikində  sortnümunələr,  sahəsi  1kv.  metr  olan  ləklərdə 
əkilmişlər.  Standart  sort  olaraq,  ikicərgəli  arpalar  üçün  Cəlilabad  19,  çoxcərgəli  arpalar  üçün  isə 
Pallidum 596 sortları götürülmüş və hər 20 ləkdən bir yerləşdirilmişlər. 
      Bitkilərin vegetasiya müddəti ərzində, arpa kolleksiyasının öyrənilməsinə aid metodikaya uyğun 
olaraq, müvafiq fenoloji müşahidələr və struktur analizləri aparılmışdır [8;9]. Sortnümunələrin unlu 
şeh xəstəliyinə davamlılığının qiymətləndirilməsi, avropa ölkələrində qəbul olunmuş şkalaya görə, 
pas xəstəliklərinin qiymətləndirilməsi, müxtəlif xəstəliklərinə yarpaqların sirayətlənməsi formasının 
qeydi  üçün  işlənmiş  şkalaya  əsasən  öyrənilmişdir  [8].  Helmintosporioz  xəstəliklərinə  görə 
qiymətləndirmə,  M.Z,  Anpilaqovun  təklif  etdiyi  şkalaya  görə  aparılmışdır.  Sürmə  xəstəliklərinə 
görə davamlılığın qiymətləndirilməsi V.İ.Krivçenkonun işlədiyi şkalaya görə aparılmışdır [10]. 
      2006-2009-cu  illərdə  Abşeron  YTT-də    aparılan  tədqiqat  nəticəsində,  öyrənilən  müxtəlif 
pitomniklərə aid-nəmliklə orta dərəcədə təmin olunmuş bölgələr üçün arpanın beynəlxalq müşahidə 
pitomniki (İBON-MRA), nəmliklə ortadərəcədə təmin olunmuş bölgələr üçün məhsuldarlığın sınağı 
üzrə betnəlxalq arpa pitomniki (İBYT-MRA), nəmliklə az təmin olunmuş bölgələr üçün soyuq qışa 
davamlı  arpaların  məhsuldarlığının  sınağı  üzrə  beynəlxalq  pitomnik  (İBYT-LRA-C),  payızlıq 
arpanın məhsuldarlığının sınağı üzrə beynəlxalq pitomnik (İBYT-W) və digər pitomniklərdə tədqiq 
edilən    2326  ədəd  arpa  rüşeym  plazmasından  528  ədədi  (22.7  %-  i)  seçilərək,  öyrənilmək  üçün 
institutun, müxtəlif  bölgələrdəki təcrübə stansiyalarına göndərilmişdir (cədvəl 1). Bu nümunələrin 


 
 
 
76 
197 ədədi Tərtər BTS-na, 120 əddi Cəlilabad BTS-na, 138 ədədi Qobustan BTS-na və 73 ədədi Şəki 
DM- nə göndərilmişdir. 
 
2006-2009-cu illərdə İCARDA-dan introduksiya olunmuş və Abşeron YTT-da  öyrənilmiş 
seleksiya materialının həcmi 
Cədvəl 1.  
 
№ 
 
 
Pitomniklərin adı 
2006-2009-cu illərdə 
introduksiya olun-  
muş nümunələrin 
sayı, ədəd 
seçilmiş mümunə-  
lərin sayı, ədəd 

İNBYT 
75 
19 

İBYT – MRA 
75 
14 

İNBON 
227 
56 

İBON – MRA 
182 
23 

İBCB – W 
310 
52 

IBSP – W 
398 
47 

IBON – W 
205 
58 

IBON – LRA- M 
75 
27 

IBYT – LRA – MRA 
75 
23 
10 
IBYT – MRA 
256 
53 
11 
IBON- HI 
75 
34 
12 
IBYT – HI 
75 
23 
13 
IBYT – LRA –C  
223 
61 
14 
IBYT- W 
75 
38 
Cəmi: 
2326 
528 
 
      Qeyd etmək lazımdır ki, öyrənilən sortnümunələr arasından həm məhsuldarlığına, həm də digər 
təsərrüfat  qiymətli  əlamətlərinə  görə  perspektiv  arpa  rüşeym  plazmalrı  seçilmişdir.  Bunların  da 
əksəriyyəti,  yeni  davamlı  və  stres  faktorlara      toleranslı  sortların  yaradılması  üçün  2010-cu  ildən 
hibridləşmə proqramına daxil edilmişdir. Seçilmiş arpa sortnümunələri kompleks əlamətlərə (yerə 
yatmaya  və  xəstəliklərə  davamlı,  keyfiyyətli,  yüksək  məhsuldar  və  s.)  malik  olmaqla  bərabər, 
müxtəlif beynəlxalq pitomnilkərə aiddir (cədvəl 2).  Buna misal    
 
2006- 2009 -cu illərdə İCARDA-dan introduksiya olunmuş və Abşeron YTT-da öyrənilən 
arpa rüşeym plazmalarından seçilmiş perspektiv sortnümunələr                                 
                                            Cədvəl  2. 
№ 
Sortnümunənin adı 
Yerəyat- 
maya da- 
vamlılığı, 
bal 
Xəstəlik- 
lərə kom- 
pleks da- 
vamlılığı, 
bal 
Məhsuldarlıq, 
 
s/ha 
St.görə 
fərq 

Cəlilabad 19, standart 


48.0 


Kuban 19 /İCB-149VVBF- İBSP 


52.6 
+4.6 

Vikiont/3/AİCBA-177VVBF- İBSP 


57.0 
+9.0 

Tadmor EİCBO-066 İBON-MRA- 


55.5 
+7.5 

Alpha/Durra/İCBH97-00- İBYT-V 


52.0 
+4.0 

Arizona 590 icb97-55  İBYT-MRA 


56.5 
+8.5 

Barqul ya icb01-015 İBYT- MRA 


59.0 
+11.0 

Saida/3/ALİCB01-093 İBYT 


57.5 
+9.5 

Assala 04CHECK Sİ İBYT-MRA 


58.0 
+10.0 
10 
Wmorale_CHECK Sİ İBYT-Hİ 


56.0 
+8.0 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə