Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   41   42   43   44   45   46   47   48   ...   163

 
 
 
91 
bağlıdır.  Təsadüfi  deyil  ki,  dənli  taxıl  bitkiləri  meyvə  və  tərəvəzlərlə  birlikdə    makrobiotik 
qidalanmanın  əsasını  təşkil  edir.  Təbiətin  enerjisini  özündə  akkümulyasiya  edib  onu  insan 
orqanizminə  daşıyan  bu  unikal  möcüzə   insanın  sağlamlıq  durumunu  müəyyən  edən  əvəzsiz  qida 
mənbəyidir. Bəşəriyyətin dənli taxıl bitkilərinə bir qida kimi həmişə ehtiyyacı olmuşdur. Bu təlabat 
bu gündə vardır, həm də azalmamış, əksinə, artmışdır. Müəyyən edilmişdir ki, artmaqda olan dünya 
əhalisinin  ərzaq  təlabatını  ödəmək  üçün  buğda  istehsalının  həcmi  ildə    1,5%-dən  az  olmayaraq 
artırılmalıdır. Ona görə mühitin ekstremal faktorlarına qarşı dayanıqlı, yüksək məhsuldarlığa malik 
plastik  sortların  yaradılması,  müasir  seleksiyanın  ən  mühim  vəzifələrindən  biridir.  Bunun  üçün 
seleksiyanın  zəngin  material  bazasına  ehtiyyacı  vardır.  Bu  baxımdan    Beynəlxalq  mərkəzlərdən 
(CİMMYT  və  İCARDA)  taxılçılığın  inkişaf  proqramına  əsasən  introduksiya  olunmuş,  sort 
nümunələrin  tədqiqi    məhsuldarlq,  keyfiyyət  və  xəstəliklərə  davamlılığa  görə  donorların 
müəyyənləşdirilməsinə və sonrakı tıdqiqatlar üçün başlanğıc mterialın seşilməsinə imkan verir.  
Bu  məqsədlə  2011-2012  ci  tədqiqat  illərində  Az.ET.  Əkinçilik  İnstitutunun  Abşerondakı 
təcrübə  bazasında  CİMMYT  və  İCARDA-dan  alınmış,    12  pitomnikdə  toplanan  müxtəlif  morfo-
fizioloji əlamətlərə malik 1069 sort nümunə öyrənilmişdir. Bu nümunələrdən 216 bərk, 853 yumşaq 
buğdalara  malikdir.  Hər  nümunə  uzunluğu  2  m  və  cərgəarası  25sm  olmaqla  1 cərgədə  2  təkrarda 
əkilmişdir.  Nümunələrə  bütün  inkişaf  fazalarında  ümumi  qəbul  edilmiş  metodikaya  uyğun  olaraq 
aqrotexniki qulluq göstərilmişdir. Buğda sort nümunələrinin qışlamadan sonrakı vəziyyəti və həyat 
tərzləri öyrənilmiş, onlar üzərində bütün vegetasiya müddətində fenoloji müşahidələr aparılmışdır. 
Öyrənilən  nümunələrin  sünbülləmə  müdətləri  (yanvarın  1-dən  sünbülləmə  tarixinə  qədər  olar 
günlərin  sayı)  müəyyən  edilmiş,  yatmaya  və  xəstəliklərə  qarşı  davamlılıqları  öyrənilmiş, 
məhsuldarlıq  göstəriciləri  təyin  edilmişdir.  Xəstəliklərdən  sarı  və  qonur  pas,  unlu  şehə  görə 
beynəlxalq standartlara müvafiq şkalalar üzrə qiymətləndirmə aparılmışdır.  
Fenoloji müşahidələr Kuperman metoduna [1], qışlamasına, xəstəliklərə nəzarət CİMMYT 
və  İCARDA-nın beynəlxalq təlimatlarına əsasən [2;3] aparılmış, həyat tərzləri vizual olaraq təyin 
edilmişdir. Məhsuldarlıq vahid sahədən dərz çıxımına görə hesablanmışdır.  
Müəyyən edilmişdir, ki əkilmiş nümunələr həyat tərzlərinə görə payızlıq,  yarım-  yazlıq  və 
yazlıq  tipli  olmuşlar.  Türkiyə,  CİMMYT  və  İCARDA-nın  birgə  proqramına  uyğun  olaraq  tərtib 
edilmiş  pitomniklərdə  əsasən  fakultativ  və  payızlıq,  birbaşa  CİMMYT  və  İCARDA-dan  alınmış 
pitomniklərdə isə yazlıq formalar üstünlük təşkil etmişdir. Ümumilikdə götürdükdə yazlıq formalar 
sayca  daha  çox  olmuşdur  (80%).  Bütün  nümünələr  sünbülləmə  müddətlərinə  (yanvarın1-dən 
sünbülləmə  tarixinə    qədər  olan  günlərin  sayı)  görə  3  qrupa  bölünmüşdür:  I  qrupda-sünbülləmə 
müddəti 110-120 gün olmaqla nümunələrin sünbülləməsi aprel ayının 3-cü ongünlüyünə, II qrupda 
-sünbülləmə müddəti 120-130 gün olmaqla nümunələrin sünbülləməsi may ayının 1-ci ongünlüyünə 
və III qrupda-sünbülləmə müddəti 130 gündən artıq olmaqla nümunələrin sünbülləməsi may ayının 
2-ci ongünlüyünə təsaduf etmişdir.  
Cədvəldən göründüyü kimi, 2011-2012-ci vegetasiya illərində əkilmiş buğda nümunələrinin 
kütləvi sünbülləməsi may ayının 1-ci ongünlüyünə düşmüşdür.  
 
Beynəlxalq pitomniklərdəki buğda nümunələrinin sünbülləmə müddətlərinə görə 
qruplaşdırılması, (Abşeron, 2011-2012-ci illər) 
№ 
Pitomnikin adı 
Proqram  
Nümunələ
rin sayı, 
ədədlə 
Nümunələrin sayı, ədədlə 
I qrup 
II qrup 
III qrup 

19th FAWWON-SA 
T-C-İ 
108 

90 
16 

14th IWWYT-SA 
OSU 
20(2) 

18 


19 FAWWON-IR 
T-C-İ 
234 
12 
203 


15 IWWYT-IR 
T-C-İ-OCU 
25(2) 

24 


HTSBW-ON 
T-C-İ 
160 
39 
121 


12 SBW-ON (CWANA) 
İ 
190 
52 
138 


12 IRSBWYT 
İ 
24(3) 

17 



 
 
 
92 
Qeyd: T-Türkiyə; C-CIMMYT; İ-İCARDA 
 
I qrup- sünbülləmə müddəti 110-120 gün olmaqla sünbülləməsi aprel ayının III 
ongünlüyünə; 
 
II qrup- sünbülləmə müddəti 120-130 gün olmaqla sünbülləməsi may ayının I 
ongünlüyünə; 
 
III qrup- sünbülləmə müddəti 130 gün olmaqla sünbülləməsi may ayının II 
ongünlüyünə təsadüf edən nümunələr. 
 
Çoxillik  müşahidələrin  nəticələri  ilə  bu  vegetasiya  ilindəki  göstəricilərin  müqayisəsi  belə 
deməyə əsas verir ki, 2011-2012-ci illərdə erkən yazda havaların soyuq keçməsi səbəbindən buğda 
nümunələrində  sünbülləmə fazası bir qədər gecikmişdir.  
Pitomniklərdəki  əksər  nümunələrin  orta  boy  göstəriciləri  əsasən  69-91  sm  hüdudlarında 
olmaqla  100  sm-i  aşmamışdır  ki,  bu  da  nümunələrin  yatmaya  davamlılığında  əhəmiyyətli 
göstəricidir.  Pitomniklər  üzrə  orta  boy  təxminən  81,0  sm  olmuşdur.    Variasiyanın  hüdudlarından 
göründüyü kimi, ən qısa boy 55,0 sm, ən hündür boy isə 117 sm olmuşdur.  
Beynəlxalq pitomniklərdəki buğda nümunələrinin orta boy göstəriciləri (Abşeron, 2011-2012) 

Pitomniklərin adı 
Proqram 
Nümunələrin 
sayı, ədəd 
Bitkinin boyu, sm 
orta 
variasiya 

19th FAWWON-SA 
T-C-İ 
108 
91 
55-117 

14th IWWYT-SA 
OSU 
20(2) 
89 
75-107 

19 FAWWON-IR 
T-C-İ 
234 
84 
55-106 

15 IWWYT-IR 
T-C-İ-OCU 
25(2) 
81 
82-102 

HTSBW-ON 
T-C-İ 
160 
79 
55-91 

12 SBW-ON (CWANA) 
İ 
190 
80 
63-101 

12 IRSBWYT 
İ 
24(3) 
80 
72-90 

12 DSBWYT(CWANA-CA) 
İ 
24(3) 
83 
75-96 

(CWANA-TA) 
İ 
24(3) 
78 
70-94 
10 
6 IASBWYT (CWANA-LL) 
İ 
24(3) 
79 
70-93 
11 
35 IDON-MD 
İ 
192 
69 
55-85 
12 
35 IDYT-MD 
İ 
24(3) 
76 
60-85 
 
Pitomniklərdəki  nümunələrin  sarı  və  qonur  pas,  unlu  şeh  xəstəlikləri  ilə  sirayətlənmə 
dərəcələri  də  fitopatoloji müşahidələrdə  tədqiq  edilmişdir.  Müəyyən  olunmuşdur  ki,  2011-2012-ci 
vegetasiya  illərində  tədqiq edilən  pitomniklərdə  sarı  və  qonur  pasa  sirayətlənmiş  nümunələrə  rast 
gəlinməmişdir.  Uyğun  fon  olmadığına  görə  tədqiq  edilən  nümunələrin  xəstəliklərə  davamlılıqları 
barədə mühakimə yürütmək çətindir. Lakin pitomniklərdəki  nümunələrin unlu şehlə  sirayətlənməsi 
aşağı (0-3) və  orta (4-6) dərəcədə olmuşdur.  

12 DSBWYT(CWANA-CA) 
İ 
24(3) 

24 


(CWANA-TA) 12 DSBWYT  İ 
24(3) 

23 

10 
6 IASBWYT (CWANA-LL) 
İ 
24(3) 

15 

11 
35 IDON-MD 
İ 
192 
23 
169 

12 
35 IDYT-MD 
İ 
24(3) 

15 

 
Nəzarət: 
 
 
 
● 

Qiymətli 2/17 
 
 
 
● 
 
Bərəkətli 95 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə