95
Key words: bread wheat, durum wheat, heading, yellow rust, leaf rust, introduction,
productivitу
UOT 633/635:631.52
KOLLEKSİYA TİNGLİYİNDƏ BECƏRİLƏN YONCA SORT NÜMUNƏLƏRİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ
A.A.ZAMANOV – Bilogiya üzrə fəlsəfə doktoru
H.Y.QASIMOV
N.M.ƏHMƏDOVA
T.Y.RÜSTƏMOVA
Böyük elmi işçilər
Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu,
Az0111, Abşeron r-nu, Aşağı
Güzdək qəsəbəsi
Məqalədə başlanğıc material olaraq xarici ölkələrdən alınmış müxtəlif coğrafi-ekoloji
şəraitə mənsub olan yonca sort nümunələrinin yerli sortlarla (nəzarət) birlikdə kolleksiya
tingliyində öyrənilməsindən bəhs edilir. Həmin sort və nümunələr bioloji-morfoloji və təsərrüfat
əhəmiyyəti qiymətləndirilməklə öyrənilirlər. Apardığmız tədqiqat işlərində kolleksiya tingliyində
qiymətləndirmək üçün 57 yonca genotipindən istifadə edilmişdir.
Məqsəd kolleksiya nümunələrinin qiymətli təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi, seçilməsi
və gələcəkdə bu sort nümunələrinin seleksiya işini növbəti pitomniklərində davam etdirilərək
seçilmiş perspektiv sortları Seleksiya Nailiyyətlərinin Sınağı və Mühavizəsi üzrə Azərbaycan Dövlət
komissiyasına təqdim etməkdir.
Açar sözlər: yonca,
bioloji, morfoloji, coğrafi-ekoloji, təsərrüat xüsusiyyətləri, genotip,
toxum
Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın dinamik inkişaf etdirilməsi
üçün möhkəm və davamlı yem bazasının yaradılması əsas şərtlərdən biri kimi qiymətləndirilə bilər.
Möhkəm və davamlı yem bazasının yaradılması üçün ilk növbədə əkinçilik mədəniyyətinin
yüksəldilməsi, elmlə istehsalatın əlaqəsini möhkəmləndirməklə bərabər yüksək aqrotexnoloji
paketlərin tətbiqi və onların nümayiş etdirilməsi fonunda mümkün ola bilər.
Respublikamızda yemçilik sahəsinin inkişaf etdirilməsində seleksiya işlərinin xüsusi
əhəmiyyəti vardır. Bu sahədə aparılacaq işlərin genişləndirilməsi, mövcud yem sahələrindən daha
səmərəli istifadə edilməsinə şərait yaradır. Seleksiya işləri müxtəlif istiqamətlərdə, o cümlədən
tarixən yaranmış sortların bərpa edilməsi və fermer təsərrüfatlarında əkilməsi,
hibridləşmə və seçmə
yolu ilə yeni məhsuldar, keyfiyyətli genotiplərin yaradılması, onlara uyğun aqrotexnoloji paketin
hazırlanması ilə yanaşı təsərrüfatlarda yayılması vacib məsələlərdən biri kimi qiymətləndirilə bilər.
Respublikamızda möhkəm və davamlı yem bazasının yaradılması bu sahənin müxtəlif
istiqaməli inkişafı sayəsində mümkün ola bilər. Bu, mövcud yem sahələrini genişləndirməklə yanaşı
intensiv aqrotexnoloji paketlərin istehsalata tətbiqi və yeni məhsuldar genotiplərin istifadəsi ilə
reallaşa bilər.
Möhkəm, davamlı və dinamik yem bazasının yaradılmasında müxtəlif yem bitkiləri ilə
yanaşı yonca bitkisinin xüsusi çəkisi vardır. Yonca bitkisi kənd təsərrüfatında müsbət keyfiyyətləri
ilə yanaşı yüksək məhsuldarlığa malikdir ki, bunun da heyvandarlığın inkişafında rolu əvəzsizdir.
Yem bitkiləri arasında yoncanın xüsusi çəkisini, onun müsbət keyfiyyətini, yəni
məhsuldarlığını, yüksək yem vahidinə və qidalılığa malik olmasını nəzərə alaraq Azərbaycan Elmi-
96
Tədqiqat Əkinçilik İnstitutunun Abşeron təcrübə bazasında kolleksiya tingliyi yaradılmışdır.
Kolleksiya tingliyində yoncanın 57 sort nümunəsi üzərində tədqiqat işləri aparılmışdır. Tədqiqat
sahəsində hər 10 nümunədən sonra standart kimi rayonlaşdırılmış “Aran” sortu səpilmişdir.
Kolleksiya tingliyində hər sortun sahəsi 1 m² olamaqla cərgəarası 15 sm, ləklərarası məsafə isə 80
sm təşkil etmişdir. Təcrübə təkrarsız, səpin isə 2008-ci il oktyabrın 12-də aparılmışdır.
Tədqiqatın aparıldığı bölgənin torpaqları əsasən boz-qonurdur və qida maddələri ilə zəif
təmin olunmuşdur. Mexaniki tərkibi əsasən gilli, qumsal və zəif struktura malik olub torpaq mühiti
qələvidir. Torpağın məhsuldar qatı əsasən 20-35 sm-də yerləşmişdir.
Bölgədə yağıntıların orta illik miqdarı 310 mm olmaqla, əsas hissəsi qış aylarına (60-70 %),
10 %-i isə yaz aylarına təsadüf edir ki, bu da torpaq səthindən və transpirasiya nəticəsində
buxarlanan 800-1000 mm su ilə uyğunsuzluq təşkil etdiyindən suvarmaya daha çox ehtiyac duyulur.
Tədqiqatlar əsasən erkən yaz aylarından başlayaraq axırıncı çalıma qədər, yəni payızın sonuna
qədər aparılır.
Tədqiqatlar zamanı kolleksiya tingliyində aşağıdakı fenoloji müşahidələr, struktur təhlillər
və məhsul uçotu işləri aparılmışdır.
1.
Göyərmə
2.
Budaqlama
3.
Qönçələmə (başlanması 25 %, tam 75%)
4.
Çiçəkləmə (başlanması 25 %, tam 75%)
5.
Paxla əmələgəlmə (başlanması 25 %, tam 75%)
6.
Toxumun
yetişməsi
7.
Kolleksiya tingliyindəki nümunələr üzərində boy dinamikasının təyini
8.
Yaşıl kütlə və quru
ot məhsulunun öyrənilməsi
9.
Yarpaqlama və ot çıxımı faizinin
müəyyən edilməsi
10.
Toxum məhsuldarlığının
təyin edilməsi
Tədqiqat ilində qeyd etdiyimiz kimi öyrənilən genotiplər üzərində fenoloji müşahidələr
aparılmış, biometrik ölçmələr və təsərrüfat xüsusiyyətləri təyin olunmuşdur. Tədqiqat ilində təcrübə
sahəsində 3 çalım aparılmışdır.
I və III çalımda təsərrüfat göstəricilərindən yaşıl kütlə və quru ot çıxımı təyin edilmişdir. II
çalımda isə sahə toxum almaq üçün saxlanmış əlavə olaraq toxum məhsuldarlığı hesablanmışdır.
Tədqiqat ilində qeyd etdiyimiz kimi öyrənilən genotiplər üzərində fenoloji müşahidələr,
liometrik ölçmələr və təsərrüfat xüsusiyyətləri müəyyən edilmişdir. I və III çalımda ot çıxımı
hesablanmışdır. II çalım toxuma saxlanaraq ot və toxum məhsuldarlığı hesablanmışdır. I çalımda
standart “Aran” sortunun boyu 85 sm olmuşdur. Standartla müqayisədə maksimal qiymət sıra
nömrəsi 3, 17, 19, 20, 22, 23, 24, 33, 39, 40, 41, 42, 43, 44, 50, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60 və
64 olan genotiplərdə müşahidə edilərək 11 %-ə qədər olmuşdur. Minimal qiymət isə sıra nömrəsi 4,
5, 11, 12, 13, 14, 15, 16, 62 və 63 olan genotiplərdə müşahidə edilərək standartdan 10-25 % az
olmuşdur. Qeyd edilməyən digər genotiplər isə standartla oxşarlıq təşkil etmişlər. Kolleksiya
pitomnikində sortdan asılı olaraq bitkilərin boyu 65-100 sm arasında olmuşdur.
Yemçilik təsərrüfatlarında əsas nəticə kimi götürülən hektardan yaşıl kütlənin miqdarı və
quru ot çıxımıdır ki, bu da genotipin əsas təsərrüfat göstəricisi hesab edilə bilər. I çalımda hektardan
yaşıl kütlənin və quru otun miqdarı standart “Aran” sortunda 236 və 51,2 sentner olmuşdur.
Standartla müqayisədə maksimal qiymət sıra nömrəsi 7, 10, 17, 23, 24, 39, 40, 41, 44, 50,
52, 53, 54, 56, 58, 59, 60, 64 olan sortlarda müşahidə edilərək yaşıl kütlə 245-296 sen/ha, quru ot
çıxımı isə 55-70 sen/ha təşkil etməklə standartdan 4-25 % və 7-38 % artıq olmuşlar. Standartla
müqayisədə minimal qiymət isə sıra nömrəsi 2, 3, 4, 5, 8, 15, 18, 26, 29, 30, 32, 33, 35, 37, 43, 49,
62, 63 olan genotiplərdə müşahidə edilərək yaşıl kütlə 108-190 sen/ha, quru ot çıxımı isə 32-46
sen/ha təşkil etməklə standartla müqayisədə 20-55 % və 20-33 % məhsuldarlıq az olmuşdur. Digər
nümunələr isə standartla oxşarlıq təşkil etmişlər. Öyrənilən genotiplərdə yaşıl kütlənin miqdarının
108-296 sen/ha, quru ot çıxımının isə 32,2-90,4 sen/ha intervalında olduğu müəyyən edilmişdir.