Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   43   44   45   46   47   48   49   50   ...   163

 
 
 
95 
Key  words:  bread  wheat,  durum  wheat,  heading,  yellow  rust,  leaf  rust,  introduction, 
productivitу 
 
UOT 633/635:631.52  
 
KOLLEKSİYA TİNGLİYİNDƏ BECƏRİLƏN YONCA SORT NÜMUNƏLƏRİNİN 
QİYMƏTLƏNDİRİLMƏSİ  
 
A.A.ZAMANOV – Bilogiya üzrə fəlsəfə doktoru 
H.Y.QASIMOV   
N.M.ƏHMƏDOVA  
T.Y.RÜSTƏMOVA  
Böyük elmi işçilər 
 
Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu,
 
Az0111, Abşeron r-nu, Aşağı 
Güzdək qəsəbəsi
  
 
 
Məqalədə  başlanğıc  material  olaraq  xarici  ölkələrdən  alınmış  müxtəlif  coğrafi-ekoloji 
şəraitə  mənsub  olan  yonca  sort  nümunələrinin  yerli  sortlarla  (nəzarət)  birlikdə  kolleksiya 
tingliyində  öyrənilməsindən  bəhs  edilir.  Həmin  sort  və  nümunələr  bioloji-morfoloji  və  təsərrüfat 
əhəmiyyəti  qiymətləndirilməklə  öyrənilirlər.  Apardığmız  tədqiqat  işlərində  kolleksiya  tingliyində 
qiymətləndirmək üçün 57 yonca genotipindən istifadə edilmişdir. 
Məqsəd kolleksiya nümunələrinin qiymətli təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi, seçilməsi 
və  gələcəkdə  bu  sort  nümunələrinin  seleksiya  işini  növbəti  pitomniklərində  davam  etdirilərək 
seçilmiş perspektiv sortları Seleksiya Nailiyyətlərinin Sınağı və Mühavizəsi üzrə Azərbaycan Dövlət 
komissiyasına təqdim etməkdir. 
 
Açar  sözlər:  yonca,  bioloji,  morfoloji,  coğrafi-ekoloji,  təsərrüat  xüsusiyyətləri,  genotip, 
toxum 
 
Kənd  təsərrüfatının  əsas  sahələrindən  biri  olan  heyvandarlığın  dinamik  inkişaf  etdirilməsi 
üçün möhkəm və davamlı yem bazasının yaradılması əsas şərtlərdən biri kimi qiymətləndirilə bilər. 
Möhkəm və davamlı yem bazasının yaradılması üçün ilk növbədə əkinçilik mədəniyyətinin 
yüksəldilməsi,  elmlə  istehsalatın  əlaqəsini  möhkəmləndirməklə  bərabər  yüksək  aqrotexnoloji 
paketlərin tətbiqi və onların nümayiş etdirilməsi fonunda mümkün ola bilər. 
Respublikamızda  yemçilik  sahəsinin  inkişaf  etdirilməsində  seleksiya  işlərinin  xüsusi 
əhəmiyyəti  vardır.  Bu  sahədə aparılacaq işlərin genişləndirilməsi, mövcud  yem sahələrindən daha 
səmərəli  istifadə  edilməsinə  şərait  yaradır.  Seleksiya  işləri  müxtəlif  istiqamətlərdə,  o  cümlədən 
tarixən yaranmış sortların bərpa edilməsi və fermer təsərrüfatlarında əkilməsi, hibridləşmə və seçmə 
yolu  ilə  yeni  məhsuldar,  keyfiyyətli  genotiplərin  yaradılması,  onlara  uyğun  aqrotexnoloji  paketin 
hazırlanması ilə yanaşı təsərrüfatlarda yayılması vacib məsələlərdən biri kimi qiymətləndirilə bilər. 
Respublikamızda  möhkəm  və  davamlı  yem  bazasının  yaradılması  bu  sahənin  müxtəlif 
istiqaməli inkişafı sayəsində mümkün ola bilər. Bu, mövcud yem sahələrini genişləndirməklə yanaşı 
intensiv  aqrotexnoloji  paketlərin  istehsalata  tətbiqi  və  yeni  məhsuldar  genotiplərin  istifadəsi  ilə 
reallaşa bilər.  
Möhkəm,  davamlı  və  dinamik  yem  bazasının  yaradılmasında  müxtəlif  yem  bitkiləri  ilə 
yanaşı yonca bitkisinin xüsusi çəkisi vardır. Yonca bitkisi kənd təsərrüfatında müsbət keyfiyyətləri 
ilə yanaşı yüksək məhsuldarlığa malikdir ki, bunun da heyvandarlığın inkişafında rolu əvəzsizdir. 
 
Yem  bitkiləri  arasında  yoncanın  xüsusi  çəkisini,  onun  müsbət  keyfiyyətini,  yəni 
məhsuldarlığını, yüksək yem vahidinə və qidalılığa malik olmasını nəzərə alaraq Azərbaycan Elmi-


 
 
 
96 
Tədqiqat  Əkinçilik  İnstitutunun  Abşeron  təcrübə  bazasında  kolleksiya  tingliyi  yaradılmışdır. 
Kolleksiya  tingliyində  yoncanın  57  sort  nümunəsi  üzərində  tədqiqat  işləri  aparılmışdır.  Tədqiqat 
sahəsində  hər  10  nümunədən    sonra  standart  kimi  rayonlaşdırılmış  “Aran”  sortu  səpilmişdir. 
Kolleksiya tingliyində hər sortun sahəsi 1 m² olamaqla cərgəarası 15 sm, ləklərarası məsafə isə 80 
sm təşkil etmişdir. Təcrübə təkrarsız, səpin isə 2008-ci il oktyabrın 12-də aparılmışdır. 
Tədqiqatın  aparıldığı  bölgənin  torpaqları  əsasən  boz-qonurdur  və  qida  maddələri  ilə  zəif 
təmin olunmuşdur. Mexaniki tərkibi əsasən gilli, qumsal və zəif struktura malik olub torpaq mühiti 
qələvidir. Torpağın məhsuldar qatı əsasən 20-35 sm-də yerləşmişdir. 
Bölgədə yağıntıların orta illik miqdarı 310 mm olmaqla, əsas hissəsi qış aylarına (60-70 %), 
10  %-i  isə  yaz  aylarına  təsadüf  edir  ki,  bu  da  torpaq  səthindən  və  transpirasiya  nəticəsində 
buxarlanan 800-1000 mm su ilə uyğunsuzluq təşkil etdiyindən suvarmaya daha çox ehtiyac duyulur. 
Tədqiqatlar  əsasən  erkən  yaz  aylarından  başlayaraq  axırıncı  çalıma  qədər,  yəni  payızın  sonuna 
qədər aparılır. 
Tədqiqatlar  zamanı  kolleksiya  tingliyində  aşağıdakı  fenoloji  müşahidələr,  struktur  təhlillər 
və məhsul uçotu işləri aparılmışdır. 
1.
 
Göyərmə 
2.
 
Budaqlama 
3.
 
Qönçələmə (başlanması 25 %, tam 75%) 
4.
 
Çiçəkləmə  (başlanması 25 %, tam 75%) 
5.
 
Paxla əmələgəlmə (başlanması 25 %, tam 75%) 
6.
 
Toxumun yetişməsi 
7.
 
Kolleksiya tingliyindəki nümunələr üzərində boy dinamikasının təyini  
8.
 
Yaşıl kütlə və quru ot məhsulunun öyrənilməsi 
9.
 
Yarpaqlama və ot çıxımı faizinin müəyyən edilməsi 
10.
 
Toxum məhsuldarlığının təyin edilməsi 
 
Tədqiqat  ilində  qeyd  etdiyimiz  kimi  öyrənilən  genotiplər  üzərində  fenoloji  müşahidələr 
aparılmış, biometrik ölçmələr və təsərrüfat xüsusiyyətləri təyin olunmuşdur. Tədqiqat ilində təcrübə 
sahəsində 3 çalım aparılmışdır. 
I və III çalımda təsərrüfat göstəricilərindən yaşıl kütlə və quru ot çıxımı təyin edilmişdir. II 
çalımda isə sahə toxum almaq üçün saxlanmış əlavə olaraq toxum məhsuldarlığı hesablanmışdır.  
Tədqiqat  ilində  qeyd  etdiyimiz  kimi  öyrənilən  genotiplər  üzərində  fenoloji  müşahidələr, 
liometrik  ölçmələr  və  təsərrüfat  xüsusiyyətləri  müəyyən  edilmişdir.  I  və  III  çalımda  ot  çıxımı 
hesablanmışdır.  II  çalım  toxuma  saxlanaraq  ot  və  toxum  məhsuldarlığı  hesablanmışdır.  I  çalımda 
standart  “Aran”  sortunun  boyu  85  sm  olmuşdur.  Standartla  müqayisədə  maksimal  qiymət  sıra 
nömrəsi 3, 17, 19, 20, 22, 23, 24, 33, 39, 40, 41, 42, 43, 44, 50, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60 və 
64 olan genotiplərdə müşahidə edilərək 11 %-ə qədər olmuşdur. Minimal qiymət isə sıra nömrəsi 4, 
5,  11,  12,  13,  14,  15,  16,  62  və  63  olan  genotiplərdə  müşahidə  edilərək  standartdan  10-25  %  az 
olmuşdur.  Qeyd  edilməyən  digər  genotiplər  isə  standartla  oxşarlıq  təşkil  etmişlər.  Kolleksiya 
pitomnikində sortdan asılı olaraq bitkilərin boyu 65-100 sm arasında olmuşdur.  
Yemçilik  təsərrüfatlarında  əsas  nəticə  kimi  götürülən  hektardan  yaşıl  kütlənin  miqdarı  və 
quru ot çıxımıdır ki, bu da genotipin əsas təsərrüfat göstəricisi hesab edilə bilər. I çalımda hektardan 
yaşıl kütlənin və quru otun miqdarı standart “Aran” sortunda 236 və 51,2 sentner olmuşdur. 
Standartla müqayisədə maksimal qiymət sıra nömrəsi 7, 10, 17, 23, 24, 39, 40, 41, 44, 50, 
52, 53, 54, 56, 58, 59, 60, 64 olan sortlarda müşahidə edilərək yaşıl kütlə 245-296 sen/ha, quru ot 
çıxımı  isə  55-70  sen/ha  təşkil  etməklə  standartdan  4-25  %  və  7-38  %  artıq  olmuşlar.  Standartla 
müqayisədə minimal qiymət isə sıra nömrəsi  2, 3, 4, 5, 8, 15, 18, 26, 29, 30, 32, 33, 35, 37, 43, 49, 
62,  63  olan  genotiplərdə  müşahidə  edilərək  yaşıl  kütlə  108-190  sen/ha,  quru  ot  çıxımı  isə  32-46 
sen/ha təşkil etməklə standartla müqayisədə 20-55 % və 20-33 % məhsuldarlıq az olmuşdur. Digər 
nümunələr isə standartla oxşarlıq təşkil etmişlər. Öyrənilən genotiplərdə yaşıl kütlənin miqdarının 
108-296 sen/ha, quru ot çıxımının isə 32,2-90,4 sen/ha intervalında olduğu müəyyən edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə