Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   40   41   42   43   44   45   46   47   ...   163

 
 
 
89 
qurtulmasına  imkan  verirki,  bu  da  son  nəticədə  məhsul  itkisinin  xeyli  aşağı  düşməsinin  qarşısını 
almağa imkan yaradır; 
-  nəhayət,  bu  tip  genotiplərin  mövcudluğu  və  onların  xüsusən  nəmliklə  təmin  olunmayan  quraq 
zonalarda istifadəsi buğda bitkisinin ümumi vegetasiya dövrünün xeyli qısaldılması deməkdir ki, bu 
da mədəni bitkilərin becərilmə strategiyasının təməlini təşkil edən ən mühüm problemlərdən biri  - 
hər  əkin  sahəsindən  bir  ildə  iki  və  üç  məhsul  almaq  kimi  məsələnin  həlli  üçün  geniş  imkanlar 
yaradır. 
Tədqiqatlar  nəticəsində  yaradılan  Leukurum  3601  bərk  buğda  sortu  yuxarıda  sadalanan 
şərtlərin demək olar ki, hər birinə cavab verməklə hazırda təsərrüfatlarda böyük sahələrdə becərilir.  
Əldə edilən nəticələrin elmi nəzəri əhəmiyyətinə gəlincə ilk növbədə onu geyd etmək lazımdır 
ki, tərəfimizdən ayrı-ayrı sortlarda və  genotiplərdə ən müxtəlf keyfiyyət  və kəmiyyət əlamətlərini 
idarə edən genlərin (məsələn: Ppd, Rht, B1, R2, Rg və s.) tapılması və konkret xromosomda yerinin 
müəyyən  edilməsi,  bəzi  genlərin,  məsələn  Rg  –  gen  sisteminin  çoxallelilik  xüsusiyyətinə  malik 
olması faktının aşkarlanması, sonralar çoxlu sayda mütəxəssislərin tədqiqat işləri ilə təsdiq olundu 
və həmən genləri daşıyan genotiplər bu gün də alimlər tərəfindən həyata keçirilən müxtəlif səpgili 
genetik tədqiqatlarda uğurla tətbiq və istifadə edilir.  
Tədqiqatlar  əsasında  bütün  Ppd  lokusların  resessiv  allellərini  daşıyan,  təbii  qısa  günə 
supergüclü həssaslıq göstərən unikal test- Warden yumşaq buğda sortunun əsl resipyent forma kimi 
müəyyən edilməsi, mənşəyindən və həyat tərzindən asılı olmayaraq bütün sortlarda Ppd genlərinin 
sayını  təyin  etməyə  imkan  verirmişdir  ki,  bu  da  uzun  müddət  mütəxəssislər  tərəfindən  genetik 
analizlərə  cəlb  olunan  resipyent  valideyn  formalarının  seçiminin  düzgün  aparılması  ilə  bağlı 
mövcud olan metodik səhvlərin aradan qaldırılmasına xidmət edəcək. Gələcəkdə bu qəbildən olan 
eksperimentlərdə yalnız Warden sortu və qısa fotoperioda həssaslıq səviyyəsinə görə ona oxşar olan 
sortlar  ilkin  resipyent  valideyn  formalar  kimi  dəqiq  müəyyən  edilərək  genetik  analizlərdə  tətbiq 
oluna bilərlər. 
Nəhayət,  Azərbaycanın  bütün  yerli  seleksiya  yumşaq  və  bərk  buğda  sortlarının  “həyat 
tərzinin” tədqiqi ilə bağlı onların yazlıq və payızlıq xüsusiyyətlərinə görə qruplaşdırılması əsasında 
alınan  nəticələr  payız  əkini  müddətinin  düzgün  təyin  edilməsində,  yaz  əkininə  ehtiyac  duyulan 
regionlarda isə, genotiplərin düzgün seçiminin aparılmasında tətbiq oluna bilər. 
 
ƏDƏBİYYAT 
 
1. Мошков В. С., Фотопериодизм растений, Л. – М., 1961; 
2. Keim D.L., Welsh J.R. McConnel R.L. Inheritanse of photoperiodic heading response in winter 
and spring cultivars of bread wheat // Can. J. Plant Sci. -1973.V.53. P.247-250. 
3. Pirasteh B., Welsh J. Monosomic analysis of photoperiodic response in wheat. Crop. Sci., 1975, 
vol.15, p.503-505. 
4. Law C.N., Sutca J., Worland A.J. A genetic  study of day eugth response in wheat.    Heredi-ty, 
1978, vol.41, part 2, p.185-191. 
5.  Scarth  R.,  Law  C.N.  The  control  of  the  day-length  response  in  wheat  by  the  group  2  chromo-
somes. J. of  Plant breeding, 1984, vol.92, N 2, p.140-150.  
6. Welsh J.R., Keim D.L., Pirasteh, Ricards. Genetic control of photoperiodic response in wheat.  – 
In.: Proc. 4-th Intern. Wheat genet. Symp. (Missouri), 1973, p.879-884. 
7.  Алиев  Э.Б.  Некоторые  итоги,  связанные  с  исследованием  генетического  механизма 
фотопериодической особенности пшеницы. Сборник научн.трудов АзНИИЗ, том ХХ1, 2005, 
стр.19-22. 
8.  Алиев  Э.Б.  Гены  фотопериодической  реакции  Ppd  на  службе  повышения 
засухоустойчивости  сортов  мягкой  пшеницы.  Аzərbaycan  Aqrar  Elmi  jurnalı,  №  6-7,  Бакы-
2007. 
 


 
 
 
90 
Э.Б.Алиев 
ИССЛЕДОВАНИЕ ГЕНЕТИЧЕСКОГО МЕХАНИЗМА ОСОБЕННОСТИ 
ФОТОПЕРИОДИЗМА И ДРУГИХ ПРИЗНАКОВ ПШЕНИЦЫ В УСЛОВИЯХ 
АЗЕРБАЙДЖАНА 
Азербайджанский Научно Исследовательский Институт Земледелия 
Cтатье  приведены  итоговые  результаты  30  летних  исследований  генетического 
механизма  особенности  фотопериодизма  и  других  признаков  пшеницы  в  условиях 
Азербайджана. 
Ключевы слова: пшеница, фотопериодизм, признак, генетический механизм 
E.B.Aliyev  
STUDY OF GENETIC PHOTOPERIODICAL AND OTHER CHARACTERISTICS OF 
WHEAT IN AZERBAIJAN CONDITIONS 
Azerbaijan Research Institute of Crop Husbandry 
Article,  presents  results  of  more  than  thirty  year  research  work  connected  with  the  study  of 
genetic  control,  photoperiodical  and  other  characteristics  of  wheat  in  natural  short  daytime 
conditions of Azerbaijan. 
Key words: wheat, photoperiod, character, genetic mechanizm 
     
UOT 633.1 
 
BEYNƏLXALQ SELEKSİYA MƏRKƏZLƏRİNDƏN  İNTRODUKSİYA OLUNMUŞ 
BUĞDA SORT NÜMUNƏLƏRİNİN İLKİN TƏDQİQİ  
 
F.Ə.ƏHMƏDOVA 
 
Biologiya üzrə fəlsəfə doktoru 
 
Azərbaycan Elmi- Tədqiqat Əkinçilik İnstitutu, Sovxoz № 2, Bakı, Azərbaycan, 
Tel.:5516130, 4974931 
 
 
Təqdim edilən məqalə 2011-2012 –ci illərdə Beynəlxalq Mərkəzlərdən alınmış, buğda sort 
nümunələrinin  ilkin  tədqiqinin  yekunlarına  həsr  edilmişdir.  Tədqiqat  nəticəsində  optimal  boya  və 
sünbülləmə    müddətinə  malik,    xəstəliklərə  davamlı,  yüksək  məhsuldar  98  nümunə  daha  geniş 
morfofizioloji tədqiqatlar üçün seçilmişdir. 
 
Açar sözlər: yumşaq buğda, bərk buğda, sünbülləmə, sarı pas, qonur pas,  introduksiya
məhsuldarlıq 
 
Dənli  taxıl  bitkiləri  bəşəriyyətin  özü  qədər  qədimdir.  Arxeoloji  qazıntılar  nəticəsində  e.ə. 
əvvəl 3-4-cü minilliklərə aid olan qəim insan məskənlərində buğda dənlərinin qalıqıarı tapımışdır. 
Əkinçilik mədəniyyətinin yaranması və inkişafı da elə dənli taxıl bitkilərinin əkilib-becərilməsi ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə