Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   48   49   50   51   52   53   54   55   ...   163

 
 
 
105 
 Torpağın şoranlaşmaya məruz qalması həmin torpaqlarda əkilən bitkilərin normal böyümə 
və  inkişafına,  həmçinin  məhsuldarlığına  mənfi  təsir  göstərən  amillərdən  biridir.  Belə  ki,  şoran 
torpaqlarda  osmotik  təzyiq  nəticəsində  torpaq  məhlulunda  olan  su  güclü  osmotik  qüvvə  ilə 
saxlandığından bitkilərin su rejimi pisləşir [2]. 
          Bitkilərin  duza  davamlılığının  hərtərəfli  və  dərindən  tədqiq  olunmasının  böyük  nəzəri  və 
praktiki əhəmiyyəti vardır. Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda əkin sahələrinin 
şoranlaşması prosesi son dövrlərdə intensivləşmişdir. 
         Son  illər  əkinçilik  təcrübəsində  geniş  istifadə  olunan  bitkilərin  məhsuldarlığının  daha  da 
artırılmasına yönəldilən tədbirlər sırasında yüksək məhsuldarlığa malik olan formalarının alınması 
da aktualdır [3]. 
         Azərbaycanda buğda bitkisinin məhsuldarlığının yüksəlməsinə aid kompleks tədqiqatlar 20-ci 
əsrin  60-cı  illərindən  başlayaraq  Akademik  C.Ə.  Əliyev  tərəfindən  aparılır.  Həmin  tədqiqatlarda 
əsas məqsəd buğdanın, eləcə də digər kənd təsərrüfatı bitkilərinin  fotosintez fəaliyyətinin, mineral 
qidalanmasının və məhsuldarlığının öyrənilməsi olmuşdur [4]. 
        AMEA  Genetik  Ehtiyatlar  İnstitutunun  tədqiqatlarında  müxtəlif  buğda  sortlarının 
məhsuldarlığı,  tezyetişkənliyi,  xəstəliklərə  və  stres  amillərə,  o  cümlədən  duzluluğa  və  quraqlığa 
davamlılıq məsələsinin həlli mühüm yer tutur. 
          Tədqiqat  materialı  milli  genbankda  saxlanılan  yumşaq  buğdanın  6  növmüxtəlifliyinə  aid  50 
nümunəsindən ibarət olmuşdur. Nümunələr AMEA Genetik Ehtiyatlar İnstitutunun Abşeron təcrübə 
təsərrüfat  sahəsində  və  AMEA  Aqrokimya  və  Torpaqşünaslıq  İnstitutunun  Ucar  dayaq 
məntəqəsinin  orta  şoran  torpaqlarında əkilmişdir.  Əkin  beynəlxalq  deskriptorun  tələblərinə  uygun 
şəkildə,  yəni bitki arası 2,5 sm, cərgə arası 20 sm və hər cərgəyə 40 toxum olmaqla alfa – dizayn 
şəklində və təsadüfi bloklarda aparılmışdır. 
           Vegetasiya  dövrü  ərzində  tədqiqat  materialları  üzərində  fenoloji  müşahidələr  aparılmışdır. 
Tədqiqat materialı yığıldıqdan sonra aşağıdakı əlamətlərə görə struktur analizi aparılmışdır: bitkinin 
boyu,  məhsuldar  gövdələrin  sayı,  sünbülün  uzunluğu,    sünbüldəki  sünbülcüklərin  sayı,    əsas 
sünbüldəki dənin sayı və kütləsi,  1000 dənin kütləsi. 
              Məqalədə  yumşaq  buğdanın  (T.  aestivum  L.)  6  növmüxtəlifliyinə  aid  olan  nümunələrinin 
bəzi əlamətləri hər iki şəraitdə müqayisəli olaraq verilmişdir (Cədvəl 1;2). Əsas sünbüldəki dənin 
sayı,  kütləsi  və  1000  dənin  kütləsi  məhsuldarlığı  təşkil  edən  əsas  əlamətlərdir.  Onlar  bir  sıra 
faktorlardan, əsasən, nümunənin bioloji və irsi xüsusiyyətlərindən,  iqlim şəraitindən və becərmədən 
asılıdırlar. 
 
Abşeronda  əkilmiş  yumşaq buğda nümunələrində məhsulun struktur analizinin göstəriciləri 
Cədvəl 1. 
Nümunələr 
Toplandığı yer 
Bitkinin 
boyu 
Çiçək 
saplağının 
uzunluğu 
(sm ) 
Əsas sünbüldə 
dənlərin 
1000 
dənin 
kütləsi
, (qr) 
sayı, 
(əd) 
kütləsi, 
(qr ) 
 Standart 
Aran 
100 
47,6 
42,4 
1,8 
50,8 
var. erythroleucon 
Qəbələ, ( h=593m) 
82,0 
40,4 
42,6 
1,5 
42,4 

Şəki (h=202 m) 
97,0 
50,2 
47,4 
1,7 
47,6 
var. graecum 
Oguz (450 m ) 
75,0 
39,4 
50.0 
1,6 
40,2 

Tər-tər ( h=557 m ) 
73,0 
37,5 
45,0 
2,0 
36,4 
var. milturum 
Tər-tər (h=357m) 
89,6 
45,4 
45,6 
2,3 
45,6 
-
 
 
Şamaxı (h=605m) 
100 
48,3 
43,2 
2,2 
50 
var. 
erythrospermum 
Şamaxı 
114,2 
55,4 
42,2 
1,6 
38,4 

Şamaxı 
120,8 
60,0 
28,4 
1,4 
30 
var. ferrugineum 
Şamaxı ( h=555m) 
107,6 
52,7 
42,4 
2,0 
42,4 

Şamaxı (h=719m) 
99,6 
54,2 
48,0 
2,1 
43,6 


 
 
 
106 
var. lutessens 
Şəki (h=289m) 
95,8 
45,4 
30,4 
1.2 
40,8 

Şamaxı (h=545m) 
112,8 
57,0 
29,6 
1,3 
30,6 
Cədvəldən göründüyü kimi normal şəraitdə (Abşeron) öyrənilən numünələrin boyu 73,0 sm 
(var.  graecum,  Tər-tər)  və  120,8  sm  (var.  erythrospermum,  Şamaxı)  arasında  olmuşdur.  Standart 
Aran sortunda isə bu  göstərici 100 sm təşkil etmişdir. Əsas sünbüldəki dənlərin sayı 6 nümunədə 
standart Aran sortundan üstün olmuşdur. 
Cədvəldən görünüyü kimi 1000 dənin kütləsinə görə nümunələr bir-birindən fərqlənmiş,  bu 
göstərici 30,0- 50,0 qr arasında dəyişmişdir. 
 
Ucarda  əkilmiş  yumşaq bugda nümunələrində məhsulun  
struktur analizinin göstəriciləri 
Cədvəl 2. 
Nümunələr 
Toplandığı yer 
Bitkini
n boyu 
Çiçək 
saplağının 
uzunluğu 
(sm ) 
Əsas sünbüldə 
dənlərin 
1000 
dənin 
kütləsi, 
(qr) 
sayı, 
(əd) 
kütləsi, 
(qr ) 
 Standart 
Aran 
113,6 
52,6 
41,6 
1,9 
48.4 
var. erythroleucon 
Qəbələ, (h=593m) 
100,8 
35,8 
38 
1,8 
40,4 

Şəki (h=202 m) 
107,6 
36,0 
42,0 
1,5 
42,4 
var. graecum 
Oguz (450 m ) 
89,2 
33,5 
40,0 
1,6 
40,0 

Tər-tər ( h=557 m ) 
80,0 
42,2 
38,0 
2,0 
38,6 
var. milturum 
Tər-tər (h=357m) 
111,8 
50,2 
40,4 
2,0 
45,0 
-
 
 
Şamaxı (h=605m) 
105,4 
50,6 
41,4 
1,8 
43,6 
var. 
erythrospermum 
Şamaxı 
120,0 
57,2 
37,2 
1,3 
35,6 

Şamaxı 
113,2 
57,6 
30,4 
1,4 
27,4 
var. ferrugineum 
Şamaxı ( h=555m) 
110,2 
47,4 
37,5 
1,5 
40,4 

Şamaxı (h=719m) 
106,4 
50.2 
40,4 
1,6 
41,4 
var. lutessens 
Şəki (h=289m) 
100,6 
51,4 
28,6 
1.2 
28,4 

Şamaxı (h=545m) 
110,2 
58,2 
30,0 
1,4 
29,4 
 
Cədvəl 2-dən göründüyü kimi Ucar dayaq məntəqəsinin orta şoran torpaqlarında öyrənilən 
nümunələrin  boyu  80-118  sm  arasında  olmuşdur.  9  nümunənin  boyu  standart  Aran  sortunun 
boyundan qısa, 1 nümunənin boyu isə standarta uyğun (113 sm) olmuşdur. 
Əsas  sünbüldəki  dənlərin  sayına  görə  isə  standart  Aran  sortundan  üstün  olan  nümunələrə 
təsadüf edilməmişdir. 1000 dənin kütləsi göstəricisinə görə nümunələr bir- birindən fərqlənmişlər. 
Beləliklə,  aparılan  tədqiqatlardan  aydın  olur  ki,  öyrənilən  kəmiyyət  əlamətləri  bəzi 
nümunələrdə şoran torpaqlarda aşağı olmuşdur. Yumşaq buğda nümunələrinin duza davamlılığının 
qiymətləndirilməsi  başlanğıc  materialın  seleksiya  proseslərinə  tətbiqində  məqsədyönlü  seçim 
imkanı yarada bilər ki,  bu baxımdan aparılan tədqiqatlar əhəmiyyət kəsb edir.  
 
ƏDƏBİYYAT 
 
1.
 
“Tətbiqi  biologiyanın  problemləri”  mövzusunda  elmi  konfransın  materialları.  BDU 
nəşriyyatı,  2007. 
2.
 
A.A.Шахов “Солеустойчивость растений” Москва, 1956 г.,  стр. 245-248. 
3.
 
Arora A., Sairam R.K. and Srivastave G.C. “Oxidative stress and antioksidative systems 
in plants”,  Curr,  Sci, 82,1227-1238, 2002. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə