Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   47   48   49   50   51   52   53   54   ...   163

 
 
 
103 
Cədvəldən göründüyü kimi bütün sortnümunələr əsas məhsuldarlıq əlamətləri hesab olunan 
sünbüldə  dənin  sayı  və  1000  dənin  kütləsinə  görə  standart  Qarabag  7  və  suvarma  zonası  üçün 
rayonlaşmış Qarabag 22  sortlarından daha  yaxşı nəticə göstərmişlər. Nutans 071/2, Nutans 81/91, 
Nutans 118/91, Qarabağ 23 (Daniliox Qarabağ 7), Qarabağ 33 (IBYTW entry 20; 85 ml) sortları bir 
sünbüldə dənin sayına görə daha  nəzərə çarpan nəticə göstərmişlər. Nutans 121/79, Nutans 118/91, 
Nutans  276/1-m,  Nutans  92/179,  Nutans  36/88,  Qarabağ  23,  Qarabağ  33  sortnümunələri  isə  1000 
dənin  kütləsinə  görə  daha  yaxşı  nəticə  göstərmişlər.  Sortnümunələrin  əksəriyyəti  hər  iki  əlamətə 
görə yaxşı nəticəyə malikdirlər. 
Nutans  121/79,  Qarabağ  23,  Qarabağ  33  sortnümunələri  hər  iki  əlamətə  görə  standart 
götürülmüş Qarabag 7 və rayonlaşmış Qarabag 22 sortlarından yaxşı nəticə göstərmişdir.  
Tədqiq  olunmuş  sortnümanələr  arpa  üçün  spesifik  olan  va  suvarma    zonasında  daha  geniş 
yayılmış  unlu  şeh  və  sürmə  xəstəlilərinə  davamlıdırlar.  Sortnümunələr  süni  sirayətləndirilərək 
tədqiq  olunmuş  və  Qarabağ  33-ün    sürmə  xəstəliyinə  xüsusi  müqavimətə  malik  olduğu  məlum 
olmuşdur.  
Cədvəldən  göründüyü  kimi  sortların  hamısı  ortaboylu  olub  yatmaya    xüsusi  davamlılığa 
malikdirlər.  Son  illərdə  mövsüm  zamanı  normadan  artıq  yağış  yağmasına  baxmayaraq  bu 
sortnümumnələrin  xüsusilə  də  Qarabağ  33-ün  yatmaya  tamamilə  davamlı  olduğu  müəyyən 
edilmişdir.  Sort  müsbət  kompleks  əlamətlərə  malik  olduğu  üçün  2007–ci  ildə  Seleksiya 
Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət  Komissiyasına təqdim edilmiş və 2013–cü ildə 
rayonlaşmışdır. 
 
ƏDƏBİYYAT 
 
1. Вавилов Н.И. закономерность в распределении иммунитета растений. М 1936.С.5-16 
2.  Q.Məmmədov.  Azərbaycanın  torpaq  ehtiyatlarından  səmərəli  istifadənin  sosial-iqtisadi  və 
ekoloji əsasları. Bakı. “Elm”-2007 
3.  Гусейнов  Г,С.    Селекция  ячменя  на устойчивость  к  грибным  заболеваниям  в  условиях 
Низменного Карабаха. Вестник с/х.Науки. Баку.1978.№2 см.16-19. 
4.  А.Дж.  Мусаев,  М.А.Бабаев.Оценка  местных  образцов  ячменя  как  исходный  материал 
для  селекции  на  устойчивость  к  основным  заболеваниям  в  условиях  Карабахской 
низменности.    Azərbaycan  elmi  tədqiqat  Əkinçilik  İnstitutunun  Elmi  Əsərləri  Məcmuəsi  XXI 
cild, Aqrar Elm Mərkəzi, Bakı,  2005 səh 48-53 
 5. Q.A.Novruzlu. Yerəyatmaya davammlı arpa sortlarının yaradılması üçün başlanğıc material. 
Azərbaycan  elmi  tədqiqat  Əkinçilik  İnstitutunun  Elmi  Əsərləri  Məcmuəsi  XXII  cild,  Müəllim 
nəşriyyatı, Bakı Səh 51-54 
6. Q.A.Novruzlu.  F
1
-F
2
 arpa hibridlərində duza davamlılığın nəslə ötürülməsi. Azərbaycan elmi 
tədqiqat Əkinçilik İnstitutunun Elmi Əsərləri Məcmuəsi XXII cild, Müəllim nəşriyyatı, Bakı Səh 
54-57 
7.  Heenan D.P. Salinity tolerance in rice varieties at different growth stages // Aust J Exp Agric 
28, 1988. – Р.343-349 
8.  Greenway  H.  Plant  response  to  salinity  substrates.  Growth  and  ion  uptake  throughout  plant 
development in two varieties of Hordeum vulgare // Aust J Biol Sci. 18. – 1965. – Р. 763-779 
9.  Peterson  et  all,  1948;    İnstructions    for  the  Management  and  Reporting  the    results  for    the  
FAWWON, 1995 
10.  Rodenhiser    H.A.,  Holton  C.S.  1945  Distribution  of  rages  of  Tilletia  caries  and  Tilletia 
foetida and their relative virulence on certain varieties and selection of wheat.-Phytopatology,35, 
N12. 
 
Г.Дж.Гашимомва 
 
ЭФФЕКТИВНОСТЬ СЕЛЕКЦИИ ЯЧМЕНЯ В УСЛОВИЯХ ПОЛИВА 
НИЗМЕННОГО КАРАБАХА 


 
 
 
104 
Научно-Исследовательский Институт Земледелия, Тертерский ЗОС 
 
В  статье  приведены  результаты  проведенных  исследований    по  оценке 
константных  линий  полученных  путем  гибридизации  местных  и  интродуцированных 
сортов, а также отбора из международных питомников по элементам продуктивности и 
устойчивости к болезням. В частности выявлены перспективные константные линии по 
отдельным  элементам  продуктивности,  которые  эффективны  для  использования    в 
качестве исходного материала в селекции ячменя, один из которых передан в 2007 году в 
Государственную  Комиссию  по  Испытанию  и  Охране  Селекционных  достижений  и 
районирован в 2013.  
Выделенные  линии  включены  в  селекционную  программу  для  дальнейшего 
исследования. 
 
Ключевые  слова:  селекция,  гибрид,  отбор,  питомник,  интродукция,  константная 
линия, сорт, ячмень 
 
H.J.Hashimova 
 
EFFICIENCY OF BARLEY BREEDING IN IRRIGATED CONDITIONS OF THE 
GARABAKH LOWLAND 
 
Research Institute of Crop Husbandry, Terter RES 
 
In article results of carried out investigations on estimation of constant lines obtained by 
crossings of local and introduced barley varieties, also by selection from international nurseries 
on productivity parameters and diseases resistance have given. In particular advanced constant 
lines  on  separate  parameters  of  productivity  are  revealed  use  as  an  initial  material  for  barley 
breeding.    One  of  them  are  transferred  to  the  State  Commission  on  Testing  and  protection  of 
Breeding Achievements in 2007 and zoned in 2013. 
Selected lines are included in breeding programs for the further research. 
 
Key words: breeding, hybrid, selection, nursery, introduction, constant line, variety, 
barley 
 
UOT  633:11 
 
MÜXTƏLİF BOTANİKİ NÖVMÜXTƏLİFLİKLƏRİNƏ AİD YERLİ YUMŞAQ BUĞDA 
NÜMUNƏLƏRİNİN (Triticum Aestivum L.) DUZA DAVAMLILIĞININ MÜQAYİSƏLİ 
ÖYRƏNİLMƏSİ 
 
S.Ə. NURİYEVA  
 
AMEA  Genetik  Ehtiyatlar Institutu, Bakı ş., Azərbaycan, Azadlıq 155  
E-mail:
 sevindj_72@hotmail.com 
          
Respublikamızın  ümumi  torpaq  fondu  8,6  milyon  hektardir  ki,  onun  yalnız  4.2  milyon 
hektarı  və  ya  49,3  %  -  kənd    təsərrüfatına  yararlıdır.  Həmin  torpaqlarda  şoranlaşma,  bataqlaşma, 
eroziya,  kimyəvi  çirklənmə  və  s.  proseslərin  təsiri  nəticəsində  deqradasiya  geniş  yayılmışdır.  Bu 
prosesdə  geniş  yayılmış  faktorlardan  biri  də  torpağın  şoranlaşmasıdır.  Respublikanın  1,2  mln.  ha 
torpaq  sahəsi  şoranlaşmaya  məruz  qalmışdır  və  bunun  600  min  ha–dan  artıgı  suvarılan  sahələrdir 
[1].  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə