Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   49   50   51   52   53   54   55   56   ...   163

 
 
 
107 
4.
 
Tugce  Kalefetoglu,    Yasemin  Ekmekci  “Bitkilerde  kuraklık  stresinin  etkileri  ve 
dayanaklılık mekanizmaları”,  G.Ü.Fen Bilimleri Dergisi 18 (4),  723-740, 2005. 
 
С.А.Нуриева  
 
СРАВНИТЕЛЬНОЕ ИЗУЧЕНИЕ ВЛИЯНИЯ ЗАСОЛЕНИЯ НА МЕСТНЫЕ  
БОТАНИЧЕСКИЕ РАЗНОВИДНОСТИ  МЯГКОЙ ПШЕНИЦЫ (Т. Аеstivum L.) В 
АЗЕРВАЙДЖАНЕ  
 
Институт Генетических Ресурсов НАН, г.Баку,  Азербайджан  
 
 
На  основе  данных  структурного  анализа  были  исследованы  некоторые  местные 
образцы  мягкой  пшеницы  (T.  aestivum  L.)  в  двух  условиях:  в  нормальном  (Абшерон)  и 
засоленном (Уджар). Проведенные наблюдения и анализы показали превосходство образцов, 
посеянных в нормальных условиях, по сравнению с образцами засоленных почв, что еще раз 
доказывает пагубное влияние засоления на растения сельского хозяйства. 
 
 
Ключевые слова: мягкая пшеница, засоление, изучение, сельское хозяйство 
 
S.A Nuriyeva   
        
 СOMPARATIVE STUDYING OF INFLUENCE OF SALT STRESS ON THE LOCAL 
BREAD WHEAT (TRITICUM AESTIVUM L.) VARİETYSAMPLES IN AZERBAIJAN 
 
Cenetic Resources Istitute of ANAS, Baku, Azerbaijan 
 
 
On  the  basis  of  data  of  the  structural  analysis  some  local  varietysamples  of  bread  wheat 
(T.aestivum L.) were investigated in two conditions: in normal (Absheron) and saline sails (Udjar). 
Observations  and  analyses  showed  a  superiority  of  the  varietysamples  in  normal  conditions,  in 
comparison with saline soils that once again proves harmful influence of salinization on agriculture 
plants. 
 
Key words: bread wheat, salinity, study, agriculture 
 
 
UOT. 635. 1/8 
 
 
ƏRZAQ  PROBLEMİNİN  HƏLLİNDƏ  AĞBAŞ  KƏLƏMİN  
QİDA  VƏ  TƏBİİ-BİOLOJİ  ÜSTÜNLÜKLƏRİ 
 
Ç.S. ƏİIYEV, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent  
Az.ETYÇ və Otlaqlar İnstitutu 
S.Ç. ƏLİYEVA, tələbə 
Azərbaycan Tibb Universiteti 
 
Beynəlxalq  aləmdə  tərəvəz  bitkiləri  arasında  ağbaş  kələm  insanların  gündəlik  həyatında 
əvəz  edilməz  qida  məhsulu  kimi  tanınır.  Uzun  tarixə  malik  olan  ağbaş  kələm  insanların  daimi 
qidalanmasında, orqanizmin fiziki və zehni cəhətdən formalaşmasında, sağlamlığın qorunmasında, 
iş fəaliyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. 
Ağbaş kələm az kalorili olsa da, tərkibində olan sulu karbonlar, zülallar, vitaminlər, makro 
və mikroelementlər, mineral maddələr, enerji yaratmaq qabiliyyəti qidada əvəzedilməz xüsusiyyətə 
malikdir. 
 


 
 
 
108 
Açar sözlər: ağbaş kələm, qidalılıq dəyəri, biokimyəvi tərkibi, insan, illik norma 
 
Ağbaş kələm (Brassica capitata Lizg fəsilə - Brassicacea) ikiillik tərəvəz bitkisidir. Birinci 
il  baş  (yarpaqlarla  örtülmüş  qısalmış  gövdə)  əmələ  gətirir.  Başlar  oval,  konusvari,  yastı,  yumru 
formalarda olur. Yarpaqlar sadə, iri, ətli və ya oturaq formalı olub, saplağın uzunluğu isə sortlardan 
asılı olaraq 6-32 sm arasında dəyişir. Başların rəngi açıq yaşıl, bənövşəyi çalarlardan intensiv-yaşıl 
rəngə qədər dəyişir. İkinci il çoxşaxəli hündür zoğlar, xırda yarpaqlar, salxımlarda yerləşən solğun 
sarı  rəngli  çiçəklər,  meyvə  buynuzcuqları  yaranır  və  toxum  verir.  Çiçəkləri  əsasən  birevli,  iki 
cinslidir,  çarpaz  tozlanır.  Toxumu  bucaqlı-dəyirmi  və  qəhvəyi  rənglidir.  İstiliyə  az  tələbkardır,  -
13
0
C şaxtaya davamlıdır. Toxumlar 17-19
0
C  temperaturda 4-6 günə cücərir və 11-13  gün ərzində 
həqiqi yarpaqlar əmələ gətirir. 
Kələm insanlara məlum olan qədim müalicəvi əhəmiyyətli bitkidir. Bu bitki   5 min ildən 
çoxdur ki, tərəvəz və müalicəvi bitki kimi yetişdirilir. Onun haqqında ilk yazılı məlumatlara qədim 
Misir papiruslarında rast gəlinir. Rusiya  Dövlətinin görkəmli alimlərindən V.İ. Burenin (1990) və 
İ.P.  Neumıbakinin  (2005)  məlumatlarına əsasən  kələm  eramızdan  əvvəl    V-VII  əsrlərdə  mülayim 
iqlimli  ölkələrdə  əsas  tərəvəz  bitkisi  kimi  məşhurlaşmışdır.  Onu  dadlı  və  xeyirli  yemək  kimi 
qaynadılmış halda desert əvəzi verirdilər. 
Kələm  Azərbaycanda  ərzaq  və  müalicəvi-profilaktik  bitki  kimi  çox  geniş  yayılmışdır. 
Onun əkin sahəsi 6,138 min ha, orta məhsuldarlıq isə 148,4 sen/ha təşkil edir. 
Ağbaş  kələmin  kimyəvi  tərkibi  becərmənin  texnoloji  üsul  və  şəraitinin  təsiri  ilə  böyük 
dəyişiklərə məruz qalır. Bitkinin çox hissəsini açıq sahə şəraitində biokimyəvi təbiəti asan dəyişən 
yarpaqlar təşkil edir. 
Kələmin  baş  hissəsinin  daxili  yarpaqları  qida  maddələrinin  tərkibinə  görə  xarici 
yarpaqlardan  əhəmiyyətli  dərəcədə  fərqlənərək,  qida  maddələrinin  özünəməxsus  şəkildə 
saxlanmasına  xidmət  edir.  Xarici  şəraitdən  və  becərilmə  üsulundan  asılı  olaraq  daxili,  xarici 
yarpaqlar və saplaq arasında üzvü maddə nisbəti əhəmiyyətli dərəcədə dəyişir. 
Kələm  tərkibində  yüksək  su  tutmu  və  quru  maddələrin  olması  ilə  səciyyələnir.  Ağbaş 
kələmin  yarpaqlarında  quru  maddələr  sortlardan  asılı  olaraq  -7,5-8,1%,  saplaqlarda  -9,5  -9,8%, 
monosaxaridlər müvafiq olaraq  -2,3 -3,9  %, disaxaridlər -0,38-1,75%, polisaxaridlər  -0,36-0,63%,  
sellüloza -0,68-1,3%, ümumi azot -0,24-0,36%,  zülalı azot 0,10-0,20% təşkil edir. 
Ən  vacib  qida  məhsullarından  biri  olan  kələmin  tərkibində  həyat  üçün  vacib  olan  qida 
maddələrindən  karbohidrat,  zülal,  vitamin,  mineral  duzlar,  üzvi  turşular  və  digər  bioloji  aktiv 
maddələr mövcuddur. ATU-nin biokimyəvi və Az.ETYÇ və Otlaqlar İnstitutunun Yemlərin kütləvi 
analizlər  laboratoriyasının  məlumatlarına  əsasən  kələmin  başında  üzvi  maddə  miqdarı  tezyetişən 
növlərdə  6,4-6,9%,  ortayetişənlərdə  -8,2-8,4%,  gecyetişənlərdə  isə  -8,9-14,9%  arasında  dəyişir. 
Şəkərin  miqdarı  isə  100  qr  xammalda  daha  çox  2,9  %-dən  5,9%,  sellüloza  -0,68-1,4,  zülal  -1,3-
2,1%  askorbin turşusu 13,5-72 mq/ təşkil edir. 
Ölkədə  adambaşına  illik  istehlak  norması  10  kq  olduqda  təzə  və  konservləşdirilmiş 
kələmdən adambaşına 8,0 kq bioloji aktiv quru maddə düşür, həmçinin 4,8 kq şəkər olur ki, bunun 
da  2,4%  qlükozanın,  2,4%  isə  fruktozanın  payına  düşür.  Aparılan  hesablamalara  əsasən  ölkə 
əhalisinin ağbaş kələm bitkisinə adambaşına     31 kq hesabı ilə tələbatı vardır. Bu tələbatı ödəmək 
məqsədilə  istehsal  olunan  kələmin  məhsuldarlığının  2  dəfə  artırılması  əsas  hədəflərdən  biridir 
(cədvəl). 
Ağbaş  kələmin  illik  qida  normasından  orqanizmə  5,6  kq  zülal  daxil  olur  ki,  bu  da  qan 
yaranmasında və qaraciyərin piylənməsinin qarşısının alınmasında aktiv rol oynayan əvəzolunmaz 
amin turşularının (lizin, metionin, treonin, triptofan) mənbəyidir (N.N.Чернышева 2007). 
Kələmin  qida  dəyəri  spesifik  komponentlərlə  yanaşı,  ilk  növbədə  zəngin  mineral  duz 
kompleksi,  yüksək  sellüloza  tutumu  və  həzm  şirəsinin  ifraz  olunmasına  oyadıcı  təsir  göstərən 
kükürd tərkibli birləşmələrlə xarakterizə olunur. 
Ağbaş  kələmin  zənginliyi  C  vitamininin  sələfi  olan  askorbigen  şəklində,  sərbəst  halda 
yığılan 32-dən 71mq-dək faizlə vurğulanır. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə