Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   57   58   59   60   61   62   63   64   ...   163

 
 
 
123 
2.  А.А.Созинов,  Ф.А.Попереля.  Полиморфизм  глиадина  и  возможности  его 
использования. Растительные белки и их биосинтез. М.: Наука, 1975: 65-76.  
3.  А.А.Созинов.  Полиморфизм  белков  и  его  значение  в  генетике  и  селекции.  М.:  Наука, 
1985. 
4.  А.В.Конарев,  В.Г.Конарев,  Н.К.Губарева,  Т.И.Пенева.  Белки  семян  как  маркеры  в 
решении  проблем  генетических  ресурсов    растений,  селекции  и  семеноводстива. 
«Цитология и генетика», 2000, т.34, № 2, с. 91-104. 
5.  Э.Б.Алиев,  З.А.Мамедов,  Д.М.Талаи,  А.Д.Мусаев,  К.К.Алиева.  Генетическая  
паспортизация  сортов мягких и твердых пшениц Азербайджанской местной селекции. В  
жур. «Аграрная наука Азербайджана». Баку,  2006, №7-8, с.60-61. 
6.  Э.Б.Алиев,  З.А.Мамедов.  Генетическая    паспортизация  –  надежная  гарантия  познания 
генотипов.  «Проблемы  прикладной  биологии».  Материалы  Республиканской  научной 
конференции, БГУ, 2007, с.115-116. 
7. Ахундова Э.М. Экологическая генетика. Баку, «Тахсил», НПМ, 2004, 263 с.  
8. См. сайт http://for-ua. сom/ukraine /2007/11/15/143640.html. 
9.  E.B.Əliyev,    Z.A.  Məmmədov.  Genetik    pasportlaşdırmanın  seleksiya  prosesində  rolu. 
Azərbaycan Aqrar Elmi jurnalı, №3,  Bakı-2008 s. 34-36. 
10.Биологические 
особенности 
кукурузы 
http://www.sadyk.ru/zlaki/biologicheskie-
osobennosti-kukuruzi. 
11. Биология кукурузы http://www.agrocounsel.ru/biologiya-kukuruzy 
12. КУКУРУЗА http://dic.academic.ru/dic.nsf/enc_colier/6914 
13. Qarğıdalı.  http://az.wikipedia.org/wiki/Qarğıdalı.
 
 
H.R.Məmmədova, E.B.Əliyev, С.M. Təlai 
 
AZƏRBAYCANIN QARĞIDALI QENOFONDUNUN SORT VƏ HİBRİD XƏTLƏRİNİN 
SELEKSİON-GENETİK PASPORLAŞDIRILMASININ PERSPEKTİVLƏRİ 
 
Azərbaycan Elmi Tədqiqat Əkinçilik Institutu 
 
     Hazırki məqalədə ME Akademiyasının Genetik Ehtiyatlar İnstitutu tərəfindən təqdim olunan   
490  sort  və  hibridlərdən  ibarət  qarğıdalı  qenofondunun    bəzi  əlamətlərə  görə  öyrənilməsi  ilə 
bağlı  tədqiqat  işlərinin  nəticələri  verilmişdir.  Tədqiq  olunan  hər  bir  sortun  cücərmə  faizi, 
çiçəkləmə  vaxtı,  mum  yetişmə  və  ümumi  vegetasiya  dövrü,    bitkinin  hündürlüyü,  bitkilərdə 
qıcaların  sayı,  qıcalarda  dənlərin  sayı  və  dənin  rəngi  kimi  təsərrüfat  əhəmiyyətli  əlamətlər 
öyrənilmişdir. Sadalanan əlamətlər üzrə genotiplərin ilkin pasportlaşdırılması aparılmışdır.    
Açar sözlər: qarğıdalı, genofond, sort, hibrid xətt, genetik pasport  
H.R.Mammadovа, E.B.Aliyev, J.M.Talai 
PERSPЕCTIVE OF SELECTIVE-GENETICAL PASSPORTISATION OF MAIZE 
VARIETIES AND HYBRIDS BELONGING TO AZERBAIJAN MAIZE GENOFOND 
Azerbaijan Research Institute of Crop Husbandry 
In this article there have been listed the results of research of some features of Azerbaijan 
maize  genе  fоnd  consisting  of  490  varieties  and  hybrids  which  were  given  kindly  by  the 
authorities  of  the  Institute  of  Genetic  Resources  at  Azerbaijan  National  Academy  of  Sciences. 
Each  genetical  type  was  studied  according  to  economic  data  such  as  germination  percentage, 
blossoming time, wax ripeness and vegetation period, height of plants, the number of maize-cobs 


 
 
 
124 
per plant, the number of grains per cob and the colors of the grains. Preliminary passportisations 
of genotypes have been conducted according to the features listed above. 
Key words: maize, genefoond, variety, hybrid line, genetic passport 
 
UOT 633.1 
 
DÜZƏN QARABAĞIN SUVARMA ŞƏRAİTİNDƏ İNTRODUKSİYA OLUNMUŞ 
İKİNCİ NƏSİL (F
) YUMŞAQ BUĞDA HİBRİDLƏRİNİN MƏHSULDARLIQ 
ELEMENTLƏRİNİN TƏDQİQİ 
 
B.B.NƏZƏROV  
(Dissertant) 
 
Azərbaycan Elmi Tədqiqat Əkinkçilik İnstitutu, Az4351, Zolgörən kəndi,Tərtər BTS 
 
Məqalədə  Beynəlxalq  Mərkəzlərdən  (CİMMYT,  İCARDA)  introduksiya  olunmuş  payızlıq 
yumşaq buğda hibridlərinin suvarma şəraitində tədqiqinə dair nəticələr qeyd olunmuşdur. Belə 
ki,  ikinci  nəsil  hibridlərdə  standartlarla  müqayisəli  şəkildə  məhsuldarlıq  elementləri 
müəyyənləşdirilmiş transqressiv əlamətlərə malik xətlər seçilmişdir.  
 
Açar sözlərseleksiya, hibrid , pitomnik, introduksiya,transqressiya 
 
Dünya əhalisinin ərzaq təhlükəsizliyinin təminatı dünya siyasətinin iqtisadi sahədə mühüm 
istiqamətlərindən biridir. Bu sahədə əsas prioritet rol kənd təsərrüfatının, xüsusəndə taxılçılığın 
üzərinə  düşür.  Dünyada  eləcədə  Respublikamızda  taxılçılığın  inkişaf  etdirilməsi,  onun 
məhsuldarlığının  yüksəldilməsi  və  keyfiyyətinin  yaxşılaşdırılması  kənd  təsərrüfatının  əsas 
prioritet  istiqaməti  olmaq  etibarı  ilə  hər  bir  ölkənin  iqtisadi  təhlükəsizliyini  təmin  edilməsində 
mühüm rola malikdir. 
 Məhsuldarlığın  yüksəldilməsi  üçün  iqtisadi  cəhətdən  ən  səmərəli  tədbirlərdən  biri 
seleksiya  yolu  ilə  daha  məhsuldar,  yatmaya  və  xəstəliklərə  qarşı  davamlı,  yüksək  dən 
keyfiyyətinə malik ekoloji baxımdan plastik  yeni sortların yaradılmasıdır. Ölkəmizdə seleksiya 
yolu  ilə  bir  çox  buğda  sortları  yaradılmışdır,  bunlar  qısa  müddətdə  geniş  sahələrdə  yayılaraq 
əlverişli şəraitdə əvvəlki sortlara nisbətən daha çox məhsuldar olmaqları ilə fərqlənmişlər. 
Hazırda  bizim  apardığımız  təcrübələrdə  də  əsas  məqsəd,  taxılçılığın  inkişaf  proqramına 
əsasən Beynəlxalq Mərkəzlərdən (CIMMYT, İCARDA) introduksiya olunmuş hibrid nümunələri 
üzərində  dərin  tədqiqat  işləri  apararaq  müasir  əkinçiliyin  tələblərinə  cavab  verən,  yüksək 
məhsuldarlığa  və  keyfiyyətə  malik,  xəstəlik  və  zərərvericilərə  davamlı,  ideal  buğda  modelinə 
uyğun  yeni  buğda  sortlarını  yaratmaqdır.  Təcrübələr  Qarabağ  bölgəsinin  suvarma  şəraitində, 
Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında həyata keçirilmişdir. 
Təcrübələrin həyata keçirildiyi ərazidə çəmən boz-qəhvəyi (şabalıdı) torpaqlar yayılmışdır, 
bu  torpaqların  aşağıdakı  yarımtiplərinə  rast  gəlinir:  gilli  zəif  şorakətləşmiş  çəmən  boz  qəhvəyi 
(şabalıdı),  ağır  gillicəli  zəif  şorakətləşmiş  çəmən  boz  qəhvəyi  (şabalıdı)  və  orta  gillicəli  zəif 
şorakətləşmiş çəmən şabalıdı. Torpaqların qranilometrik tərkibi gilli və ağır gillicəlidir. Qarabağ 
düzünün  torpaqlarının  80-90%-i  hidroliz  olunan  azotla  zəif,  mənimsənilən  fosforla  çox  zəif  və 
zəif,  10-20%-i  azot  və  fosforla  orta  və  çox  az  hissəsi  yəni  30%-i  mübadiləvi  kaliumla  yaxşı 
təmin olunmuşdur [1,2,3]. 
Ərazinin  iqlimi  qışı  quraq  keçən  mülayim-isti,  yarımsəhra  və  quru  steplər  iqlimi  tipinə 
aiddir. Zona üzrə orta illik temperatur 13,3-14,5°C arasında dəyişir, qış mülayim keçir, belə ki, 
ilin  ən  soyuq  ayı  olan  yanvarın  orta  aylıq  temperaturu  2,0°C,  ən  isti  ayın  (iyul)  orta  aylıq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə