Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   60   61   62   63   64   65   66   67   ...   163

 
 
 
130 
işlərdən [2;7;5;6;9] məlum olmuşdur ki, becərilmə şəraitini optimallaşdırmaqla 5-7 m
2
/m
2
 yarpaq səthi 
ilə  daha  cox  məhsul  əldə  etmək  olar.  Yarpaq  səthinin  müəyyən  həddən  sonrakı  artımı  istər  bioloji, 
istərsə  də  məhsulun  təsərrüfat  əhəmiyyətli  hissəsinin  artmasına  səbəb  ola  bilməz.  Belə  ki,  yarpaq 
səthinin  optimal    qiymətlərdən  daha  yüksək  olması  əkin  daxili  işıq  rejimini  pozaraq  daha  aşağı 
səviyyədə  yerləşən  yarpaqların  assimilyasiya  qabiliyyətini  aşağı  salır.  Odur  ki,  müxtəlif 
arxitektonikaya və məhsuldarlığa malik olan assimilyasiya səthlərinin müqayisəli şəkildə öyrənilməsi 
və  bundan  seleksiyada  yeni  sortların  yaradılmasında  və  seçilməsində  istifadə  olunması  vacib 
məsələlərdəndir. 
Tarla  təcrübələri  AzET  Əkincilik  İnstitutunun  Abşerondakı  təcrübə  sahəsində,  qoyulmuşdur. 
Təcrübələr İCARDA beynəlxalq təşkilatının tövsiyələrində nəzərdə tutulmuş sxem əsasında qoyulmuş, 
vegetasiya  dövrü  ərzində  iki  dəfə  suvarılma  aparılmış,  sahələrə  yazda  N
30
(t.e.m)  normada  gübrə 
verilmişdir.    Bitkilərin  assimilyasiya  səthi  AAC-400  cihazı  (Yaponiya),  qaz  mübadıləsi  isə  Lİ-6400 
XT  cihazı  (Amerika)  vasitəsi  ilə  təyin  olunmuşdur.  Kənd  təsərrüfatı  əkinlərinin 
optimallaşdırılmasında,  bitkilərin  potensial  məhsuldarlığının  aşkar  olunmasında,  yeni  məhsuldar 
sortların  yaradılmasında  bitkilərin  ümumi  assimilyasiya  səthinin,  yerüstü  quru  biokütləsinin  dəyişmə 
dinamikasının  və  yarpaq  indeksinin  öyrənilməsinin  praktik  əhəmiyyəti  böyükdür.  Bu  məqsədlə  3 
noxud  və  4  mərcimək  nümunələrində  bu  parametrlərin  dəyişməsi    vegetasiya  dövrü  ərzində 
öyrənilmişdir. Göründüyü kimi vegetasiyanın əvvəlində assimilyasiya səthinin  formalaşması və quru 
biokütlənin  toplanması  çox  zəif  gedir  (şəkil  1,  2).  Budaqlanma  fazasının  sonu, çiçəklənmə  fazasının 
əvvəlində  bitkidə  sürətlə  boy  atma  və  inkişaf  prosesləri  getdiyindən    ayrı-ayrı  nümunələr  üçün  bu 
göstəricilər əsasən genetik xüsusiyyətlərin hesabına  fərqlənməyə başlayır. 
Bu zaman fotosintez prosesi nəticəsində yaranan assimilyatların böyük bir hissəsi əsasən böyümə 
və inkişafın daha sürətlə getdiyi yerüstü orqanlara daşınırlar. 
                                                       Noxud 
 
Mərcimək 
 
 
 
 
 
 
 
 
Nərmin 
Sultan
Sanford


 
 
 
131 
 
 
 
Şək.  1.  Bəzi  noxud  və  mərcimək  nümunələrinin  assimilyasiya  səthinin  vegetasiya  dövründə 
dəyişməsi (sm
2

                                              Noxud 
 
Mərcimək 
 
 
 
 
 
 
 
 
Arzu
Flip-2008-5L
Flip-2005-58L
Flip-2006-95L
Nərmin 
Sultan
Sanford


 
 
 
132 
 
 
Şək.2. Bəzi noxud və mərcimək nümunələrində yerüstü quru biokütlənin    toplanması (q) 
Bitkilərdə    yan  budaqların  (əlavə  gövdələrin)  yaranması  hesabına  assimilyasiya  səthi  və  quru 
biokütlə  sürətlə artır. 
Öyrənilən  noxud  və  mərcimək  nümunələrində  paxlanın  formalaşması  fazasından  başlayaraq 
vegetativ  orqanların  əmələ  gəlməsi  yavaşıyır,  bitkinin  bütün  buğumlarında    paxlaların  əmələ 
gəlməsindən sonra isə əsas gövdənin uzanması və əlavə gövdələrin əmələ gəlməsi dayanır. 
Öyrənilən nümunələrdə assimilyasiya səthinin vegetasiya ərzində  maksimal qiyməti dən dolma 
fazasına, yerüstü  ümumi biokütlənin  maksimum qiyməti isə bu fazanın axırına təsadüf edir. Alınmış 
nəticələrdən göründüyü kimi Sultan noxud sortunda assimilyasiya səthinin  sahəsi daha çox olmuşdur. 
Vegetasiya  dövrünün  sonunda  bu  sortların  aşağı  yarus  yarpaqlarının  daha  çox  tökülməsi  hesabına 
assimilyasiya  səthinin  sahəsi  azalır.  Tədqiq  olunan  noxud  nümunələri  arasında    Nərmin  sortunun 
assimilyasiya  səthinin  sahəsi  ən  az  olmuşdur.  Quru  biokütləyə  gəldikdə  isə  bu  göstərici  Sultan 
sortunda  ən  yüksək,  Sanford  sortunda  isə  ən  az  olmuşdur.  Alınmış  bu  göstəriciləri  sortların 
məhsuldarlığı  ilə  müqayisə  edəndə  məlum  olur  ki,  daha  məhsuldar  olan  Sultan  sortu  (1,6t/ha)  
assimilyasiya  səthinin  böyüklüyü  və  yerüstü  quru  biokütlənin  çoxluğu  ilə  digər  sortlardan  üstündür. 
Sanford  sortunun  (0,9  t/ha)  assimilyasiya  səthi  Nərmin  sortunun  (1,4t/ha)  assimilyasiya  səthindən 
böyük,  quru  biokütləsi  isə  Nərmin  sortundan  azdır.  Məhsulun  struktur  elementlərinin  tədqiqinin 
nəticələrinə  görə  məlum  olmuşdur  ki,  Sanford  sortunda    bir  bitkidə  olan  paxlaların  (dənlərin)  sayı  
öyrənilən  Sultan  və  Nərmin  sortlarından  azdır.  Aydındır  ki,  bu  bitkinin  genetik  xüsusiyyətləri  ilə 
bağlıdır.  Mərcimək  nümunələrinin  assimilyasiya  səthinin    formalaşmasının  və  yerüstü    quru 
biokütlənin  toplanmasının öyrənilməsindən aydın olmuşdur ki, assimilyasiya  səthinin sahəsi və quru 
biokütlənin  qiyməti Flip-2008-5L, və Arzu (0,8-1,0 t/ha) sortlarına nisbətən  daha yüksəkdir.  
Öyrənilən noxud və mərcimək nümunələri üçün bitkilərin yarpaq indeksi öyrənilmişdir. Məlum 
olmuşdur ki, noxud nümunələri üçün yarpaq indeksi  2-3 m
2
/m
2
,
 
 mərcimək  nümunələri üçün  isə 1-2 
m
2
/m
2
 olmuşdur.  
Aydındır  ki,  bitkilərin  məhsuldarlığı  əsasən  mürəkkəb  proses  olan  fotosintezin  sürətindən  və 
effektivliyindən,  bu  isə  öz  növbəsində  ətraf  mühit  amillərindən  (işıq,  temperatur,  karbon  qazının 
miqdarı,  su  və  qida  maddələri  ilə  təmin  olunma  dərəcəsindən,  yarpağın  yaşından  və  s.)  asılıdır. 
Arzu
Flip-2008-5L
Flip-2005-58L
Flip-2006-95L


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə