Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   46   47   48   49   50   51   52   53   ...   163

 
 
 
101 
K/T  Nazirliyinin  rəsmi  məlumatına  əsasən    2012-ci  ilin  məhsulu  üçün  1647,1  min  hektar 
sahədə  (çoxillik  əkmələrsiz)  əkin  aparılmışdır.  Onun  1031,4  min  hektarını  və  ya  62,6   faizini 
payızlıq  və  yazlıq  dənli   və  dənli  paxlalı  bitkilər  təşkil  etmişdir  ki,  bundan  2011-ci  ilin  müvafiq 
dövrü  ilə  müqayisədə    2012-ci  ildə  dən  üçün  payızlıq  bitkilərin  əkin  sahəsi  7.1  faiz,  o  cümlədən 
buğda  əkini  3.4  faiz,  arpa  əkini  16.5  faiz  artıb.   Dövlət  Statistika  Komitəsindən  AFN.az-a  verilən 
məlumata görə, hesabat məlumatlarına görə cari il dekabr ayının 1-nə kimi 900.1 min hektar sahədə 
payızlıq  bitkilər,  o  cümlədən  890.0  min  hektarda  dən  üçün  payızlıq  bitkilər  səpilib.  Dən  üçün 
payızlıq  bitkilərin  619.3  min  hektarını  buğda,  270.7  min  hektarını  isə  arpa  təşkil  edib 
(
http://www.agro.gov.az/index.php cat=1&ses=6ea54
 ).
  
Dünya  təcrübəsinin  göstərdiyi  kimi  introduksiya  tam  mənasilə  konkret    rayonlaşma  zonası 
üçün mühitin əsas faktorlarının neqativ kompleks təsirlərini dəf etməyə imkan vermir və mürəkkəb 
ekoloji  şəraitdə  yerli  seleksiya  sortları  böyük  əhəmiyyət  kəsb  edir.  Başlıca  olaraq  Azərbaycanın 
duzlaşmış  və  şoran  torpaqlarında  becərilmə  üçün  əsas  məqsədi  həmin  sahələrdə  müxtəlif  çoxillik 
otların  becərilməsi  zamanı  örtük  bitkisi  kimi  çoxillik  otların  becərilməsi  ilə  birgə  tezyetişən, 
fazalararası  dövrlərin  qısa  olması,  quraqlığa  və  duzlaşmaya,  xəstəliklərə  və  zərəvericilərə  qarşı 
davamlı  və  ya  az  zədələnən,  optimal  hündürlüklü  yatmaya  davamlı  arpa  sortlarının 
yetişdirilməsidir.
  
Qarabağın  quraq  iqlim  şəraiti  olan  zonalarında  duzların  yüksək  miqdarının  regionun  əsas 
başlıca  faktorlarından  olmasını  nəzərə  almaqla,  mədəni  bitkilərə  onun  təsirinin  azaldılması  üçün 
əsas metod seleksiya-genetika üsuludur. Odur ki, bu torpaq iqlim şəraitində yeni davamlı sortların 
yaradılması  üçün  aparılan  tədqiqat  işləri  aktualdır.  Qarabağın  suvarma  zonasının  son  dərəcə 
spesifikliyi burada daha plastik sortların əkilməsini zəruri edir.  
Tədqiqat  işi  Tərtər  bolgə  təcrübə  stansiyasında    aparılmışdır.  Tərtər  Bölgə  Təcrübə 
stansiyası    Yuxarı  Qarabağ  İqtisadi  –  Coğrafi  Bölgəsində  yerləşir  ki,  bu  bölgə  təbii  şəratinin 
mürəkkəbliyinə  görə  respublikaının  digər  bölgələrindən  fərqlənir.  Bu  bölgəyə  Qarabağ  silsilə 
dağlarının  cənub–şərq  ətəklərində  yerləşən  və  cənubdan  Araz  çayına  söykənən  Cəbrayıl,  Fizuli 
rayonları,  habelə  onlara  şimal  və  şimal-  qərbdən  birləşən  Ağdam  və  Tərtər  rayonları  daxildir. 
Bölgənin ümumi sahəsi 834.2 min ha olmaqla respublika ərazisinin 9.6%-ni təşkil edir.  
Rəngarənglik  kompleksliyi  ilə  vəhdətdə  formalaşıb  inkişaf  edən  bölgənin  ümumi  torpaq 
fondunun  834.2  min  ha-  dan  yalnız  60.1%-i  (501.2  min  ha)  kənd  təsərrüfatı  istehsalına  yararlı 
olduğundan dövriyyəyə cəlb edilmişdir. Bölgədə suvarılan torpaqların sahəsi təqribən 159.2 min ha-
dır.Torpaq səthinin orta illk temperaturu dağlıq ərazidə 10

olub, fəsillər üzrə 2-23

arasıda tərəddüd 
edir.  Dağətəyi  düzənlikdə  isə  torpaq  səthinin  illk  orta  temperaturu  24.8-25.8
0
,  fəillər  üzrə  bu 
göstərci 2.3-30.7
0
 arasında dəyişir [2]. 
Hazırda  respublikamızda  becərilən  arpa  sortlarının  çoxu  hündürboyludur.  Bu  onların  yerə 
yatmaya  meyilliliiyini  artırır  və  suvarmada  məhsuldarlığın  aşağı  düşməsinə  səbəb  olur.  Bu  da 
nəticədə yüksək məhsuldar. Yerəyatmayan sortların yaradılmasını zəruri edir [5].  
Arpa  əkinlərinin  sahəsi,  torpaqların  çoxu  duzlaşmaya  məruz  qalmış  rayonlarda  ilbə  il  artır. 
Ancaq  arpanıın  məhsuldarlığının  artımı  sürəti  hələ  də  zəifdir.  Bu  hər  şeydən  əvvəl  duzlaşmaya 
məruz  qalmış  torpaqlarda  yüksək  məhsul  vermə  qabiliyyətinə  malik  sortların  olmaması  ilə 
əlaqədardır.  Sabit  və  yüksək  məhsul  alınması,  potensial  məhsuldarlığı  yüksək  ,  duza  davamlı 
sortların tətbiqindən asılıdır  [6].  
Burada  becərilmək  üçün  tezyetişən,  quraqlığa,  xəstəliklərə  və  zərərvericilərə  müqavimət 
göstərən, optmal hündürlüyə malik, yatmaya davamlı sortların yaradılması əsasdır. 
Xəstəliklərlə  daha  effektiv  və  iqtisadi  cəhətdən  əlverişli  mübarizə  metodu  davamlı  sortların 
seleksiyasıdır [1].  
Fitopatoloji xəstəliklər və entozərərvericilərə davamlı sortların yaradılması məhsulun radikal 
müdafiə  metodlarından  olub,  müxtəlif  göbələk  və  bakterial  xəstəliklərə,  zərərvericilərə  qarşı 
davamlılığına görə sortun səciyyəsi məhsuldarlığa görə qiymətləndirmə kimi zəruridir [4].  
Azərbaycanda  arpa  seleksiyası  üzrə  müxtəlif  tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  
sarı, qonur pas, sürmə növləri, helmintosporioz və unlu şeh arpa əkinlərinə ciddi ziyan vurur [3]. 


 
 
 
102 
Sarı  pas  Kobbun  modifikasiya  olunmuş  şkalası,  Unlu  şeh,  helmintosporioz  CİMMYT-in 
tətbiq etdiyi 9 ballı şkalası [9], Sürmə xəstəliyi [10] %-lə təyin edilmişdir. 
Unlu  şeh  xəstəliyi  (Puccinia  graminis).  Bu  bütün  taxıl  əkinlərində  geniş  yayılan    və 
məhsuldarlığa      kifayət  qədər  zərər  vuran    xəstəlik  olub,  bitkini  bütün  inkişaf  mərhələlərində 
sirayətləndirə bilir  və 8-20% məhsul itkisinə səbəb olaraq, məhsulun keyfiyyətini aşağı salır.  
Sarı  pas  (Pussinia  striformis).  Arpanın  geniş  yayılamış  və  zərəverici  xəstəliyi  olub,  güclü 
yayılması zamanı 15-20% məhsul  itkisinə səbəb olur. 
   Bərk  sürmə  xəstəliyi  Basidiomycetes  sinfinin  ustilaginales  sırasına  mənsub  olan  Tilletia 
caries göbələyi törədir.  
Toz sürmə xəstəliyini – Ustilaginales sırasına mənsub olan Ustilaqo tritici göbələyi törədir. 
Sürmə  xəstəliyi  dənli  taxıl  bitkilərinin  ən  qorxulu  xəstəliyi  olub,  bəzi  illərdə  10-20%-ə  qədər 
məhsul itkisinə səbəb olur. 
Helmintosporioz  xəstəliyini  –  Drechslera  oryzae  göbələyi  törədir.  Xəstəlik  ən  çox 
Yaponiyada,  Çİndə,  Hindistanda,  o  cümlədən  Azərbaycan  ərazisində  geniş  yayılmışdır.  Xəstəlik 
məhsuldarlığa 30-40% ziyan vurur. 
Bu  baxımdan    aparılmış  tədqiqatın  məqsədi  Qarabağın  əlverişsiz  iqlim  şəraitinə  uyğun 
yüksək  keyfiyyətli  dənə  malik,  yüksək  məhsuldar,  mühitin  stres  faktorlarına  qarşı  davamlı  arpa 
sortlarının  yetişdirilməsi  üçün  selektiv  əsasların  müəyyən  edilməsi  və  arpanın  selekiyası  üçün 
başlanğıc materalın yaradılmasından ibarət olmuşudur. Bu baxımdan kompleks qiymətli təsərrüfat 
əlamətlərinə  əsasən  müxtəlif  mənşəli  kolleksiya  sortnümunələri  öyrənilmış,  onlardan  nisbətən 
qiymətliləri sonrakı tədqiqtlar zamanı başlanğıc material kimi istifadə etmək üçün seçilmişdir. 
Bu  məqsədlə    Tvrel  metodu  ilə  çarpazlaşma,    fərdi  və  kütləvi  seçmə  metodları  tətbiq 
edilmişdir. Bu zaman yerli sortlardan Dağarpası, Şirvandəni, Qarabağ 7, Qarabağ 21, Qarabağ 22 və 
introduksiya olunmuş sortnümunələrdən Ralf, Danio, Yulia, Zes 4, Dotty, Ronia, Harlani, Zegni və 
s hibridləşməyə cəlb edilmişdir. 
 Tədqiqt nəticəsində 50 dən artıq sabit xətt kolleksiyaya daxil edilmişdir. Bu sabit formalar 
müsbət aqronomik göstəricilərə malik olub, standartdan fərqlənirlər.  
 
Tədqiq edilən arpa sortnümunələrinin məhsuldarlıq elementləri və xəstəliyə 
davamlılıqları 
Cədvəl 
 
Sortnümunələr 
Bitkinin 
boyu 
Sünbülün 
uzunluğu 
Sünbüldən 
dən sayı 
1000 
dənin 
kütləsi 
Xəstəliklərə  sirayətlənmə 
Unlu 
şeh 
Bərk 
sürmə 
Toz 
sürmə 
Nutans 071/2 
90 
10 
28 
47 


0.01 
Nutans 121/79 
80 
10 
30 
49 

0.01 
0.01 
Nutans 81/91 
87 

28 
46.5 


0.01 
Nutans 0208/1 
95 
7.5 
25 
46.5 


0.01 
Nutans 118/91 
95 
10 
29 
48 

0.01 
1.01 
Nutans 40/88 
85 

23 
45.2 

0.01 

Nutans 03/1 
77 
10 
28 
47.5 

0.01 

Nutans 276/1-m 
85 
10 
28 
48 

0.01 

Nutans 79/13m-1 
86 

26 
46.5 

0.01 

Nutans 92/179 
86 

27 
48.5 

0.01 

Nutans 36/88 
85 

24 
49 


0.01 
Qarabağ 7 
90 
10 
26 
44 

0.03 

Qarabağ 22 
90 

25 
44 

0.02 

Qarabağ23 
95 

33 
49.5 


0.01 
Qarabağ33 
90 

30 
49 



 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə