Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   51   52   53   54   55   56   57   58   ...   163

 
 
 
111 
Ə D Ə B İ Y Y A T 
 
1.Буренин В.И. Овощи-родник здоровья – Лениздат, 1990, 420 с. 
2.Неумывакин И.П., Неумывакина Л.С. Эндоэкология здоровья М.С.Петербург: Диля, 2005 
3.Чернышева Н.Н. Капуста. История, состояние  и перспектива культуры в Западной, Сибири 
(Монография) Барнаул, изд. АГАУ, 2007, 169 с.  
 
Ч.Ш.Алиев, С.Ч.Алиева 
 
ПИЩЕВЫЕ И ПРИРОДНО-БИОЛОГИЧЕСКИЕ ПРЕИМУЩЕСТВА 
БЕЛОКАЧАННОЙ КАПУСТЫ В РЕШЕНИИ ПРОДОВОЛЬСТВЕННОЙ ПРОБЛЕМЫ 
 
Азербайджанский Научно-Исселедовательский Институт Кормоводства Лугов и 
Пастбищ, Медицинский Университет 
 
Белокачанная  капуста  известна  как  незаменимый  пищевой  продукт  рациона 
населения мира среди овощных культур. Белокачанная капуста имеет важную роль в 
постоянном  питании,  в  умственном  и  физическом  формировании  организа,  в 
сохранении здоровья и в увеличении работоспособности людей. 
Являясь  низкокалорийной,  белокачанная  капуста  содержит  углеводы,  белки, 
макро-и  микроэлементы,  минеральные  вещества,  которые  питательно  ценны  и 
незаменимы для организма. 
 
Ключевые слова: белокачанная капуста, питательная ценность, биохимический 
состав,  человек, годовая норма  
 
Ch.S. Aliyev, S.Ch. Aliyeva 
 
NUTRITIONAL  AND  NATURAL-BIOLOGIC A4 ADVANTAGES  OF    WHITE  
CABBAGE  IN  SOLUTIONS  OF  FOOD  PROBLEM 
 
Az.Rİ of Forages, Meadows and Pastures; Azerbaiyan Medical University 
 
White  cabbage  is  knows  as  irreplaceable  foodstuff  in  the  world  scene  among  vegetable 
cultures is in day life  of people. White cabbage which has long history, plays an important role in 
constant nutrition of people, in physical and mental organism formations, in preservations of health 
and in increases of business activity.  
Despire  the  fact  that  white  cabbage  is  a  low-calorie,  proteins,  macro  and  microelements, 
mineral  substances  which  are  part  of  and  the  ability  to  create  energy  yielding  properties  are 
indispensable for food. 
 
Key words: white cabbage, nutritional value, biochemical composition, human, annual rate    
 
UOT 635.658 
 
METEOROLOJİ FAKTORLARIN PAXLALI BİTKİLƏRİN İNKİŞAF FAZALARINA VƏ 
MƏHSULDARLIĞINA TƏSİRİ 
 
                                 A.İ.ƏSƏDOVA, biologiya üzrə fəlsəfə doktoru ,b.e.i. 
 
            AMEA Genetik Ehtiyatlar İnstitutu  Bakı,Azadlıq pr.155. e-mail:
 almas58@box.az 
 


 
 
 
112 
     
Kənd  təsərrüfatı  bitkilərinin  səpini  yerli  iqlim  faktorları,  hava  şəraiti  və  bitkilərin  bioloji 
tələbatından  asılıdır.  Bu  göstəricilərin  müvəffəqiyyətli  birləşməsi  ilə  yetişdiriləcək  bitkilərdən 
yüksək məhsuldarlıq gözləmək mümkündür. Müxtəlif bioloji xüsusiyyətlərə və morfoloji əlamətlərə 
malik  paxlalı  bitkilərin  təbiətə  və  iqlim  səraitinə  tələbatları  da  müxtəlifdir.  Onların  əlverişsiz 
meteoroloji  şəraitə  (havaya,torpağın  quraqlığına,şaxtaya  və  s.)  münasibətləri  də  eyni  deyil.  Bu 
baxımdan praktiki olaraq paxlalı bitkiləri meteoroloji elementlərə- istiyə, rütubətə, işığa, həmçinin 
də torpağa münasibətlərinə görə qruplara bölünürlər. 
      
Prafessor  A.M.Alpatyev  hesab  edir  ki,kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığı 
atmosferin,torpağın  və  aqrotexniki  şəraitin  birgə  assimliyasiyasının  nəticəsidir.  Buna  görə  də 
yüksək nəticə əldə olunması üçün aqrotexniki qaydalar əkiləcək kənd təsərrüfatı bitkilərinin bioloji  
xüsusiyyətləri və təbii şəraitlə ciddi uzlaşmalıdır.  
 
Açar sözlər: meteoroloji faktor, lobya, at paxlası, iqlim, temperatur,  rütubət 
                  
          Kənd  təsərrüfatında  insan  qidasında  və  kənd  təsərrüfatı  heyvanlarının  yemində  bol  zülal 
mənbəyi  olduğundan  paxlalı  bitkilər  böyük  rol  oynayır.  Paxlalıların  dənləri,  onlardan  hazırlanmış 
jımıx  və  yaşıl  kütlə  heyvanlar  və  quşlar  üçün    qiymətli  proteyinlə  zəngindir.  Onların  dənlərindən 
kombikorm,  yaşıl  kütləsindən  isə  təzə  və  ya    qurudulmuş  yem,  silos    istehsalında  geniş  istifadə 
olunur. Paxlalıların küləşində olan zülal, taxılların küləşindəkindən 3-5 dəfə çoxdur. 
             Dənli  paxlalıların  yetişdirilməsində  bol  məhsul  əldə  etmək  üçün  onların  inkişaf  fazalarına 
və məhsuldarlığına meteoroloji faktorların təsirinin tədqiqi çox böyük əhəmiyyət kəsb edir.    
             ADİ LOBYA-Phaseolus vulqaris L.-əsasən istisevər bitkidir. Lobya bitkisinin yarpaqlarının 
yaşıl  rəngi  2-3
0
C-də  itir  və  saralır.  İsti  və  rütubətin  çatmadığı  yağışlı  havada  çiçəkləri  tökülür. 
Lobyanın böyüməsi və inkişafı üçün ən yaxşı temperatur 20-25
o
C-dir.  A.N.Krılov  belə  hesab  edir 
ki,  lobyanın  vegetasiya  müddəti  üçün  temperaturun  miqdarı  1400-dən  3000  dərəcəyə  qədər 
olmalıdır.  E.İ.Şenderetskiyə  görə  isə  əkindən  texniki  yetişməyə  qədər  olan  dövr  üçün  temperatur 
637-700
0
C, yetişmə üçün isə 1059-1200
o
C olmalıdır. 
            V.N.Stepanovun  göstəricilərinə  görə  lobyanın  toxumları  10-12
o
C-də  cücərir.  Cücərtilər 
temperaturanın  1,-1,5
o
C düşməsinə dözməyib ölürlər. Quru torpaqda lobya toxumları cücərmədiyi 
halda keçən dövr ərzində öz cücərmə qabiliyyətini saxlayıb yağış və ya suvarmadan sonra cücərir.   
Lobyada əkin-çıxış mərhələsi meteoroloji şəraitdən aslı olaraq 9-22 gün arasında tərəddüd edir. Bu 
bitkinin  toxumlarının  kütləvi  cücərməsi  və  böyüməsi  üçün  torpağın  orta  temperaturu  12
o
C-dən 
yuxarı,  kifayət  qədər  nəmlik  olmalıdır.  Qeyd  etmək  lazımdır  ki,  əkin-çıxış  müddəti  sortun 
xüsusiyyətindən aslı deyil. Fazalararası müddət toxumun əkilmə dərinliyindən cox aslıdır. Beləki, 4 
sm dərinlikdə 10, 8 sm- də 14, 16 sm-də isə 15 günə cücərti alınır.  Növbəti mərhələlərin (fazaların) 
davametmə müddəti isə sortun xüsusiyyətindən aslı olmaqla 2-5 gün arasında dəyişir. 
                Lobya  bitkisi  xüsusilə  ilk  dövrlərdə  işığa  tələbkardır.  Lobya  bitkisinin  kifayət  qədər 
işıqlandırılması zamanı o, inkişafdan qalır və məhsuldarlıq aşağı düşür. Çiçəklənmə başlandıqda isə 
işığa tələbat azalır. Buna görədə cənub bölgəsində hətta yüngül kölgələnmə şərtdir. 
               Lobyada  çıxış-çiçəkləmə  fazasında  günün  uzanması  həlledici  amillərdəndir.  Qısa  gün 
sortlar  üçün  bu  mərhələ  şimalda  uzanır,  uzun  günlülər  üçün  isə  əksinə  qısalır.  Çiçək-yetişmə 
fazasının  uzanması  kütləvi  (birgə)  çiçəkləmədən,  havanın  temperaturundan  və  rütubətdən  aslıdır.                 
Adi lobya rütubət sevəndir. Hava quraqlığında onun inkişafına mənfi təsir göstərir. Əsasən də çiçək 
və  bığcıqlar  havanın  quraqlığından  əziyyət  çəkir.  Atmosfer,  torpaq  və  aqrotexniki  şəraitdən  asılı 
olaraq  paxlalı bitkilərdən adi lobya və at paxlasının məhsuldarlığı tədqiq edilmişdir. 
Tədqiqat  materialı  olaraq  ölkə  ərazisində  yayılmış,  2007-ci  ildə  ÜRBİ-dan  (VİR)  geri


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə