Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   50   51   52   53   54   55   56   57   ...   163

 
 
 
109 
Kələmin illik qida normasında bioloji aktiv maddələrin miqdarı 
 (ortayetişən Azərbaycan kələm sortu üzrə)  
Cədvəl 
 
Göstəricilər  
İlkin qəbul edilmiş 
ölçülər 
İllik norma 
Ölçü vahidləri 
Ümumi miqdarı 
Quru maddələr 
8,2 % 
kq 
24,6 
Şəkər miqdarı 
4,6 % 
kq 
13,8 
o cümlədən qlükoza 
2,7 % 
kq 
7,8 
Fruktoza 
1,7 % 
kq 
5,2 
Sellüloza 
0,84 % 
kq 
2,6 
Zülal 
1,6 %  
kq 
5,2  
Üzvi turşular 
0,52 % 
kq 
1,7 
Pektin 
0,33 % 
mq 
94 
Vitamin C 
41 mq % 
mq 
13012 
Askorbin 
19 mq % 
mq 
6210 
Vitamin U 
3,6% 
mq 
1162 
Kükürd 
70 mq % 

22,18 
Kalium 
179 mq % 

56,8 
Kalsium 
49 mq % 

13,8 
Dəmir 
1,4 mq % 

41,9 
Manqan 
15 mq % 

489 
Fosfor 
30 mq % 

954 
Natrium 
11,5 – 29,5 mq / 100 q  xammal 
Bor 
1,8 – 14,7  mq / kq  xammal 
Mis 
0,13 – 5,6  mq / kq  xammal 
Sink 
1,65 – 3,35 mq / kq  xammal 
 
Aparılan tədqiqatlar göstərir ki, askorbin turşusunun miqdarı kələmin yarpaqlarında sintez 
olunan şəkərin miqdarı ilə korrelyasiya olunur. Korrelyasiya əmsalı 0,957 ± 0,15 təşkil edir (şəkil). 
Bizim tərəfimizdən alınan reqressiyanın tənliyi  C = 9,156 + 7,313: Şəkər müəyyənləşdirilmişdir. 
Burada C- askorbin turşusu (vitamin C), mq %, 
Şəkər-kələmin yarpaqlarındakı şəkərin miqdarı, % 
 
 
X         Y           Y
t
 
4.1      39       39,14 
4,0      39       38,41 
3,7      38       36,21 
3,6      35       35,48 
3,5      34       34,75 
3,3      33       33,39 
3,2      32       32,56 
2,6      29       28,17 
 
Şəkil:  Ortayetişən  Azərbaycan  kələm  sortundakı  askorbin  turşusunun          (mq,  %) 
şəkərin miqdarından korrelyasiyanın asılılığı qrafiki 
 
7,3125              9,15625                K.kopp = 0,956577 
3
8
13
18
23
28
33
38
43
1
3
5
7
9


 
 
 
110 
0,909656          3,2096808            У = 915625 + 7,3125 * Х 
0,9150401        1,1506339            k_FİŞ = 64,62156 
64,621558        6 
85,55625          7,94375 
 
Ağbaş  kələmin  tərkibindəki  kükürd  efir  birləşmələrinin  tərkibinə  ötürülərək  qanda  şəkərin 
miqdarını tənzimləyən insulinin formalaşmasını stimullaşdırır ki, bu da şəkərli diabetin müalicə və 
profilaktikasında çox vacibdir. 
Kələmin qidalılığının və məhsul keyfiyyətinin artırılmasında (185 mq %) kalsium, (48 mq 
%) dəmir və (1,0-1,2 mq %) yığımları böyük rol oynayır. 
Kalium  ürəyin  ritmik  işləməsini  stabilləşdirir,  kalsium  sümüklərin  formalaşmasında  əsas 
komponent  kimi  iştirak  edir,  damarların  divarlarını  möhkəmlədir,  dəmir  isə  qan  yaranması 
prosesində iştirak edir. 
Kələm zəngin qida və müalicəvi-profilaktik bitki kimi Qədim Yunanıstan alimləri Hippokrat 
və Aristotelin işlərində qədim dövrlərin botaniklərindən olan Teofrastın on cildlik “Bitkilərin tarixi” 
əsərində  qeyd  olunur.  Bizim  eranın  I  əsrində  isə  Böyük  Pliniyanın  məlumatlarına  görə  Roma 
tərəvəzçiləri  kələmin  səkkiz  növünü  müalicəvi  bitki  kimi  becəriblər.  Qədim  romalılar,  misirlilər, 
yunanlar kələmi od kisəsi xəstəliklərində,  yaraların və irinlərin müalicəsində məsləhət  görürdülər. 
Hələ eramızdan əvvəl V əsirdə Pifaqor kələmi bal, sarımsaq və soğanla bir tutaraq əsəb sisteminin 
sakitləşdirilməsində, əhvalın və gümrahlığın yüksəldilməsində tibbi vasitə adlandırmışdır. 
Qədim dövrün böyük mütəfəkkirləri olan Pifaqor, Katon, Dioskorid, Pliney, Qalen, Xrisipp 
özlərinin  elmi  əsərlərində  kələmin  müalicəvi  xüsusiyyətlərini  geniş  şərh  etmişlər.  Qədim 
mənbələrdəki  məlumatlardan  və  öz  müşahidələrindən  istifadə  edən  orta  əsrlərin  həkim  və  şairi 
Maser  Floridus  özünün  “Otların  xüsusiyyətləri”  poemasında  yazırdı:  “Kələm  təkcə  təzə  yaraları 
yox,  həmçinin  köhnə  yaraları  da  sağaldır”.  Hamını  əmin  edirdi  ki,  tez-tez  kələm  yeyənin  gözünə 
işıq  gəlir.  Yeməyin  tərkibinə  daxil  etdikdə  o  qadınlarda  südün  artmasına,  mədədə  həzmə  kömək 
edir. 
Makedoniyalı  İsgəndər  döyüşdən  qabaq  döyüşçülərin  gücünü  artırmaq,  əhvalını 
yaxşılaşdırmaq və gümrah saxlamaq üçün onların yeməklərinin içinə kələm də əlavə etdirirdi. 
Qədim  Yunanıstan  və  Qədim  Romada  kələm  insanların  və  heyvanların  çoxsaylı 
xəstəliklərinin müalicəsində əsas tərəvəz bitkisi hesab olunurdu. 
Tədqiqatlar  nəticəsində  müəyyənləşmişdir  ki,  kələm  saxlandığı  müddətdə  özəyindəki  V 
vitamininin  miqdarı  artaraq  S-metilmetioninin  mənbəyinə  çevrilməyinə  kömək  edir.  Kələm 
başındakı S-metilmetioninin ilkin mərhələsi ilə uzun müddət saxlana bilən sortlar arasında qarşılıqlı 
əlaqənin olduğu görünür. 
Duzlu  kələm  suyunun  insan  orqanizminə  müalicəvi,  profilaktik  və  möhkəmləndirici  təsiri 
vardır. Mədə-bağırsaq şirəsinin turşuluğu azaldıqda, hepatit, disbakterioz, cinsi zəiflik, əsəb sistemi 
xəstəlikləri və halsızlığın müalicəsində kələmdən istifadə edirlər. 
Yüksək  mədə  şirəsi  turşuluğu  olduqda,  mədə  və  onikibarmaq  bağırsağın  yara 
xəstəliklərində, hipertonik xəstəliklərdə, böyrək xəstəliklərində istifadəsi qadağandır. 
Yanıq, şiş, irin, əzilmələr, açıq yaralarda təzə kələm köklərindən hazırlanmış həlimi 1 : 10 
nisbətində götürərək gündə 3 dəfə 0,5 stəkan olmaqla şiş əleyhinə vasitə kimi istifadə edirlər. 
Tibbdə  və  xalq  təbabətində  kələmin təzə  konservləşdirilmiş  və  emal edilmiş  halda  istifadə 
olunması  ilə  bağlı  çoxlu  müxtəlif  reseptlər  vardır.  Müalicəvi  preparatların  çox  baha  olduğu  bir 
dövrdə kələm müalicəvi tərəvəz bitkilərindən biri ola bilər. 
Beləliklə, ağbaş kələm tibbi ekoloji aktiv maddələr mənbəyi və müalicəvi profilaktik ərzaq 
bitkisi  kimi  düzgün  istifadə  olunduqda  planlı  iqtisadiyyatdan  bazar  iqtisadiyyatına  keçid  dövrü 
şəraitində qida probleminin həll olunmasında xüsusi yer tuta bilər. 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə