Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   37   38   39   40   41   42   43   44   ...   163

 
 
 
83 
pitomnikində  və  fermer  təsərrüfatlarında  sınaqdan  keçirilmişdir.  Alınan  nəticələr  qənaətbəxş 
olduğuna görə, Qüdrətli-48 sortu 2007-ci ildə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə 
Dövlət Komissiyasına təqdim olunmuşdur [3]. 
     Qüdrətli-48  arpa  sortu,  arpanın  pallidum  növmüxtəlifliyinə  aiddir.  Bu  sort  kompleks  təsərrüfat 
qiymətli əlamətlərə malik olmaqla bərabər, bütün göstəricilərinə görə də, standart Pallidum-596 və 
Cəlilabad-19  arpa  sortlarından  üstün  olmuşdur.  Yeni  sort  qışı  sərt    keçən  dağlıq  və  dağətəyi, 
nəmliklə az təmin olunmuş bölgələrdə standart sortdan yüksək məhsul verir və 5-10 gün tez yetişir. 
Bu xüsusiyyət də, bitkilərin dən dolma dövründə, quraqlığın kəskin təsirindən qurtarmasına imkan 
verir. Tədqiqat illərində Qüdrətli-48 sortunun boyu 90-110 sm arasında dəyişmişdir (orta hesabla 98 
sm). Standart Pallidum-596 sortunda bu göstərici 78-96 (orta hesabla 87 sm) arasında dəyişmişdir. 
Yerə yatmaya davamlılıq yeni sortda 5-7 bal, standart sortda isə 3 balla qiymətləndirilmişdir. 
      1000 dənin kütləsi 47.4-50.2 q (orta hesabla 48.7 q), standart sortda isə 40.7-46.4 q (orta hesabla 
42.1  q)  arasında  dəyişmişdir.  Dəndə  zülalın  miqdarı  13.0-13.4  %    (orta  hesabla  13.2  %)  arasında 
dəyişməklə  standart  sortdan  üstündr  (standart  sortda  bu  göstərici  12.5  %  olmuşdur).  Qeyd  etmək 
lazımdır ki, Qudrətli -48 arpa sortu, təbii və süni infeksiya fonunda xəstəliklərə qarşı davamlılığının 
qiymətləndirilməsi  zamanı  da,  standart  Pallidum-596  sortundan  daha  yüksək  davamlılıq 
göstərmişdir. 
       Qüdrətli-48 sortu optimal becərmə şəraitində becərildikdə, yüksək potensial məhsul verməsi ilə 
fərqlənir. Sortun 2005-2007-ci  illərdə müsabiqəli sort sınağı və ilkin artırma pitimniklərində orta 
məhsuldarlığı  45-50  sentner  arasında  dəyişmişdir  ki,  bu  da  standart  Pallidum  -596  sortunun 
məhsuldarlığından  8-10  sentner  artıqdır.  Həmin  illərdə  Qüdrətli-48  arpa  sortunun  məhsuldarlığı, 
fermer təsərrüfatlarında 35.3 sentner olmaqla bərabər, yenə də standart sortdan 8-10 sentner üstün 
olmuşdur. 
       Arpanın  Qobustan  BTS-da  aparılan,  məqsədyönlü  selksiya  işləri  nəticəsində,  Dağlıq  Şirvanın 
yağmurlarla az təmin olunmuş dəmyə şəraitində, becərmək üçün ikinci bir sort-Dəyanətli, 2009-cu 
ildə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlə Komissiyasına təqdim olunmuşdur. 
       Sort 2002-ci ildə AzETƏİ-na İCARDA-dan introduksiya olunmuş, payızlıq arpanın Beynəlxalq 
müşahidə  pitomnikindən  (İBON-VVT),  Qobustan  BTS  şəraitində  kütləvi  seçmə  yolu  ilə 
yaradılmışdır. Sort iki cərgəli olub nutans növmüxtəlifliyinə aiddir. 
       Aparılan  tədqiqat  işləri  nəticəsində  müəyyən  olunmuşdur  ki,  dəmyə  ərazilərdə  becərilməsi 
nəzərdə tutulan Dəyanətli arpa sortunun, əsas təsərrüfat qiymətli əlamətləri aşağıdakı kimi dəyişir. 
Tədqiqat illərində bitkinin boyu 137-140 sm (orta 138 sm), standart sort Cəlilabad-19 sortunun isə 
boyu 141-144 sm (orta 142 sm) arasında dəyişmişdir (Cədvəl). 
 
Dəyanətli payızlıq arpa sortunun, əsas təsərrüfat qiymətli göstəriciləri 
(Qobustan BTS, 2007-2009) 
Cədvəl 
 
Əlamət və 
göstəricilər 
Dəyanətli 
 
Orta, 
s/ha 
Cəlilabad-19, st 
Orta, 
s/ha 
Standar
ta görə 
fərq, 
s/ha 
 
2007 
 
2008 
 
2009 
 
2007 
 
2008 
 
2009 
Bitkinin boyu, 
sm 
139 
137 
140 
138 
141 
142 
144 
142 
-4 
1000 dənin 
kütləsi, q 
43.6 
42.1 
48.3 
44.7 
41.6 
40.3 
44.2 
42.0 
+ 2.7 
Zülal, % 
 
13.2 
13.4 
13.0 
13.2 
12.1 
12.4 
11.9 
12.1 
+ 1.1 
Məhsuldar- 
lıq, s/ha 
46.4 
42.3 
51.1 
46.6 
36.4 
35.6 
40.2 
37.4 
+ 9.2 
 


 
 
 
84 
Təsərrüfat  qiymətli  əlamətlərdən  sayılan,  1000  dənin  kütləsi  yeni  sortda  orta  olaraq  üç  illik 
göstəriciyə  əsasən  44.7  q,  standart  sortda  isə  42.0  q  olmuşdur,  bu  da  Dəyanətli  sortunun  1000 
dəninin kütləsinin standartdan 2.7 q çox olduğunu göstərir. Ən başlıca göstəricilərdən biri də, dənin 
keyfiyyətidir.  Dənin  tərkibindəki  zülalın  və  onda  olan  amin  turşularının  zənginliyi,  yem  sərfinin 
qarşısını alır. Bu baxımdan istehsalata tətbiq olunması nəzərdə tutulan Dəyanətli sortu, daha üstün 
olub, tərkibindəki zülalın miqdarı, standart Cəlilabad-19 sortundan 1.1% yüksəkdir. 
       2007-2009- cu tədqiqat illərində, Dəyanətli arpa sortunun məhsuldarlığı 42.3  – 51.1 s/ha  (orta 
məhsuldarlıq 46.6 s/ha)   arasında dəyişmişdir. Bu  göstərici müvüfiq olaraq, standart Cəlilabad-19 
sortunda 36.4-40.2 s/ha arasında (orta məhsuldarlıq 37.4 s/ha) olmuşdur. 
      Beləliklə, aparılan tədqiqat işləri nəticəsində müəyyən olunmuşdur ki, Dağlıq Şirvanın nəmliklə 
az  təmin  olunmuş  dəmyə  şəraitində,  daha  məhsuldar  və  kompleks  əlamətlərə  malik  sortların 
yaradılması istiqamətindəki seleksiya işlərinin davam etdirilməsi perspektivlidir. 
 
ƏDƏBİYYAT 
 
        1.Оруджов  Г.Г.,  Мамедов  З.А.  Селекция  ячменя  в  Азербайджане  и  перспективы 
международого сотрудничества // Сборник научных трудов АзНИИЗ, Баку, 2005, 21 том, стр. 
267-270.  
   2.Мамедов  З.А.,  Алиев  Э.Б.,  Талаи  Д.М.,  Мусаев  А.Д.  Роль  и  перспективы 
международного  сотрудничества  в  развитии  селекции  ячменя  а  Азербайджане  //Сборник 
научных трудов АзНИИЗ, Баку, 2010, 22 том. стр. 89-92. 
 3.Məmmədov  Z.A.,  Musayev  Ə.C.,  Əhmədov  B.M.,  Təlai  C.M.,  Cahangirov  A.A.    Arpa 
bitkisinin yeni Qüdrətli-48 sortu // AzETƏİ EƏM, Bakı, 2010, XXII cild, səh. 81-85. 
      4.Cahangirov A.A., Təlai C.M.  Müxtəlif torpaq-iqlim şəraitində fizioloji xüsusiyyətlərinə görə 
fərqlənən  buğda  sortlarında  fotosintez  məhsuldarlığı  //  AzETƏİ  EƏM,  XXII  cild,  Bakı,  2010,  s. 
142-145. 
       5.Ригина-Трайнина  С.И.,  Одинцова  И.Г.  Мучнистая  роса  злаков  (пшеницы  и  ячменя). 
Генетика и селекция болезнеустойчивых сортов культурных растений. М., 1974. 
      6.Анпилагов  М.З.  Учет  заболеваний  зерновых  злаков.  В  кн.:  Методические  указания  по 
исследованию  устойчивости  к  возбудителям,  заболеваний  и  вредителям    исходного  и 
селекционного материала при выращивании в полевых условиях.Л., 1962. 
       7.Кривченко  В.И.  Изучение  устойчивости  зерновых  культур  и  рассового  состава 
возбудителей головных болезней. Л., 1978. 
       8.Musayev  Ə.C.,  Hüseynov  H.S.,  Məmmədov  Z.A.    Dənli-taxıl  bitkilərinin  seleksiyası 
sahəsində tədqiqat işlərinə dair tarla təcrübələrinin mrtodikası. Bakı, 2008, 87 s. 
 
Г.А.Новрузлу, Б.М.Ахмедов, ДЖ.А.Байрамова 
 
НЕКОТОРЫЕ ИТОГИ СЕЛЕКЦИИ ЯЧМЕНЯ ПРОВЕДЕННОЙ В УСЛОВИЯХ 
НЕОБЕСПЕЧЕННОЙ БОГАРЫ ГОБУСТАНСКОЙ ЗОНЫ ГОРНОГО ШИРВАНА 
 
Научно-Исследовательский Институт Земледелия 
 
        Исследование  проведено  в  условиях  необеспеченной  богары  Горного  Ширвана,  на 
территории Гобустанской ЗОС. В различных питомниках в 2006-2009 гг, изучено около 865 
сортообразцов,  линий  и  сортов.  В  этот  период  среди  изученных  образцов  генофондa, 
отобраны  двa  сортa:  Гудратли-48  и  Даянатли.  Эти  сорта,  соответственно  в  2007  и  2009  гг 
представлены в ГСИ, для испытыния и районирования. 
 
     Ключевые слова: ячмень, сорт, урожайность, качество, болезни, богара 
 
G.A.Novruzlu,   B.M. Ahmedov, J.A. Bayramova 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə