Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   35   36   37   38   39   40   41   42   ...   163

 
 
 
79 
birləşdirən sortların yaradılmasına yönəldilməlidir [2]. Bu məqsədlə Cəlilabad BTS-nın  ərazisində 
seleksiya işləri aparılır. 
       Qeyd etmək lazımdır ki, bu məqsədlə Cəlilfbad BTS-nın  quraq dəmyə şəraitində 2006-2009-cu 
illərdə  kolleksiya  pitomnikində  634  sort  nümunə,  seleksiya  pitimnikində  219  xətt,  nəzarət 
pitomnikində  171  nömrə,    müsabiqəli  sort  sınağında    92  sort  və  artırma  pitomnikində  7  sort 
öyrənilmişdir. 
       Sort  və  nümunələrin  öyrənilməsi  metodik  qayadlara  uyğun  olaraq  yerinə  yetirilmişdir  [3;4]. 
Kolleksiya  pinomnukində  sortnümunələr  hər  biri  1  kv.m  sahəyə  300  dən  hesabı  ilə  səpilmişdir. 
Seleksiya  pitomnikində  xətlər,  əldə  olunan  toxumun  miqdarına  görə  səpilmişdir.  Səpin  nəzarət 
pitomnikində öyrənilən nömrələrin hər birinin sahəsi 50 kv.m olmaqla 1-2 təkrarda, müsabiqəli sort 
sınağında  öyrənilən  sortun  hər  ləkinin  sahəsi  50  kv.m  olmaqla  4  təkrarda  aparılırmışdır.  Fenoloji 
müşahidələr və xəstəliklərə (unlu şeh, pas, helmintosporioz və s.) davamlılığın geydiyyatı metodik 
qaydalara müvafiq aparılmışdır. 
       Nəzarət pitomnikində öyrənilən nümunələrin struktur elementləri və məhsuldarlığı haqqındakı 
göstəricilər cədvəl 1-də verilmişdir. 
 
 
Nəzarət pitomnikində öyrənilən arpa sortlarının bəzi təsərrüfat göstəriciləri 
(2007-ci il) 
Cədvəl  1 
 
Sort nümunələr 
(nömrələr) 
Bitkinin 
boyu, 
sm 
Yerə yat- 
maya da- 
vamlılıq, 
bal 
1000 dənin 
kütləsi,q 
Məhsuldarlıq 
s/ha 
fərq, 
s/ha 
             NP-1 
 
 
 
 
 
Cəlilabad 19, nəzarət 
98.0 

32.6 
17.0 
   - 
GOB 12 DH/CANELA/3/. 
107.0 

33.8 
18.2 
+ 1.2 
ATAH 92/GOB/101/... 
87.0 

33.7 
20.2 
+ 3.2 
Antares/ky-68-1294/3/.... 
110.0 

34.6 
19.0 
+ 2.0 
BR2/LP/AZA/CB9997... 
82.0 

35.4 
23.0 
+ 6.0 
NAGENTA 
107.0 

37.3 
25.6 
+ 8.6 
           NP-2 
 
 
 
 
 
Cəlilabad 19, nəzarət 
97.0 

34.4 
26.0 
    - 
VVCB- 5185-2 
90.0 

40.1 
31.5 
+ 5.5 
CVVB- 177-77-9 
95.0 

38.3 
29.5 
+ 3.5 
Btlt 67 - 1608 
106.0 

39.6 
32.3 
+ 6.3 
 
Cədvəldən  göründüyü  kimi,  nəzarət  pitomnikində  öyrənilən  sortların  boyu,  nəzarət  sortdan  fərqli 
olmuşdur.  Nəzarət  kimi  götürülən  Cəlilabad  19  sortunda  bu  göstərici  98  sm  olduğu  halda,  digər 
sortlarda bu göstərici 82  – 110 sm arasında dəyişmişdir. Həmin sortların yerəyatmaya davamlılığı 
isə 7-9 bal arasında olmuşdur. 
       1000 dənin kütləsinə görə də, sortlar bir- birindən fərqlənmişlər. Bu göstərici nəzarət Cəlilabad 
19 sortunda 32.6 – 34.4 qr olduğu halda, digər sortlarda NP-1 də 33.7-37.3 qr və ya nəzarətdən 1.1-
4.7  qr;  NP-2  –  də  isə  38.3-40.1-  qr    arasında  dəyişərək,  nəzarətdən  3.9-6.3  qr  yüksək  olmuşdur 
(Cədvəl 1). 
       Məhsuldarlıq  göstəricisi  də,  sortlar  arasında  müxtəlif  şəkildə  dəyişmişdir.  Cədvəl  1-dən 
göründüyü  kimi  NP-1  də  olan  sortlardan,  ikisi  (GOB  12  DH/  CANELA/3/..  və  Antares/ky-68-
1294/3/..) nəzarət sortdan qismən üstün məhsul (1.2-2.0s/ha) vermişdir. Digər üç sort isə daha çox 
fərqlənmiş  və  nəzarət  Cəlilabad  19  sortundan  3.2-  8.6  s/ha  üstün  məhsul  vermişlər.    NP-2 
pitomnikində də, bu hal müşahidə edilmişdir. CVVB-177-77-9.., VVCB 5185-2.. və Belt 67-1608... 


 
 
 
80 
sortları, müvafiq olaraq nəzarətdən 3.5; 5.5 və 6.3 s/ha artıq məhsul vermişlər. Qeyd etmək lazımdır 
ki,  NP1  və  NP  2  pitomniklərində  fərqlənən  məhsuldar  sortlar,  xəstəliklərə  davamlılığına  görə  də, 
nəzarət Cəlilabad 19 sortundan üctün olmuşlar. 
       Müsabiqıli sort sınağında öyrənilən bəzi sortların iki illik məhsuldarlığı haqqındakı göstəricilər, 
aşağıdakı cədvəldə verilmişdir (Cədvəl 2). 
 
2008-2009- cu illərdə MSS-da fərqlənən arpa sortlarının məhsuldarlığı 
 
Cədvəl 2 
 
Sortlar 
Məhsuldarlıq  s/ ha 
2008 
2009 
Orta 
Fərq 
Cəlilabad 19, nəzarət 
32.4 
33.8 
33.1 

CVVB- 177-77 -9... 
36.7 
38.4 
37.5 
+ 4.4 
VVCB- 5185 -2 
38.2 
42.5 
40.3 
+ 7.2 
Belf 67 – 1608.. 
38.0 
40.8 
39.4 
+ 6.3 
Magenta 
41.2 
44.6 
42.9 
+ 9.8 
 
Müsabiqəli  sort  sınağında  öyrənilən  sortların  iki  illik  məhsuldarlığı  göstərdi  ki,  bu  göstərici 
37.5-42.9  s/ha  arasında  dəyişmişdir.  Nəzarət  sort  Cəlilabad  19  sortunda,  bu  orta  rəqəm  33.1  s/ha 
olmuşdur. Ən  yüksək məhsuldarlıq VVCB-5185-2... (40.3 s/ha), Maqenta (42.9 s/ha) və  Beet 67-
1608  (39.4  s/ha)  sortlarımda  olmuşdur  ki,  bu  da  nəzarətdən  6.3-9.8  s/ha  çoxdur.  Bu  sortlar 
xəstəliklərə davamlılığına görə də,  nəzarət sortdan üstün olmuşlar. 
       Beləliklə,  aparılan  tədqiqatlar  nəticəsində  müəyyən  olunmuşdur  ki,  genetik  baxımdan  stres 
faktorlara  davamlılığı  müxtılif  olan,  arpa  sort  nümunələrinin  dəmyə  şəraitində  öyrənilməsi 
nəticəsində, daha yüksək məhsul verən sortların seçilməsi perspektivlidir. 
 
ƏDƏBİYYAT 
 
1.Мадатзаде  А.А.  Естественные  синоптико-климатические  сезоны  Закавказья  (на  примере 
Азербайджана). Вопросы географии Азербайджана. Баку, 1964, с. 138-147. 
2.  Гусейнов  Г.С.,  Гашимов  Д.К.,  Ахмедов  С.А.  Проблемы  селекции  ячменя  в 
Азербайджане//Сб. научн. тр. Аз НИИ Земледелия. Баку, 1986, с. 28-33. 
3.Ə.C.Musayev,  H.S.Hüseynov,  Z.A.Məmmədov.  Dənli-taxıl  bitkilərinin  seleksiyası  sahəsində  
tədqiqat islərinə dair tarla təcrübələrinin metodikası. Bakı, 2008, 87 s. 
4.Методические  указания  по  изучения  мировой  коллекции  ячменя  и  овса  /Сост. 
М.В.Лукьянова, А.Я.Трофимовская/.- Л.,1981. – 31 с. 
 
 
Г.А.Новрузлу, С.И.Шарбатов 
 
НЕКОТОРЫЕ ИТОГИ СЕЛЕКЦИИ ЯЧМЕНЯ  ПРОВЕДЕННОЙ В УСЛОВИЯХ 
НЕОБЕСПЕЧЕННОЙ БОГАРЫ ЮЖНОЙ МУГАНИ 
 
Научно – Исследовательский Институт Земледелия 
 
          Исследования  проведены  в  условиях  необеспеченной  богары  Южной  Мугани,  на 
территории  Джалилабадской  ЗОС.  В  течении  2006-2009  годах  в  различных  питомниках 
селекционного процесса, изучено около 634 сортообразцов ячменя, в том числе 219 линий в 
селекционном  питомнике,  173  номеров  и  сортов  в  контрольном  питомнике,  92  сорта  в 
конкурсном сорто испытании и 7 сорта в питомнике размножения. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə