Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/163
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41094
1   ...   32   33   34   35   36   37   38   39   ...   163

Nəzarət  pitomnikində  göstərilən  sort  və  hibridlərin  qısa  vegetasiya  müddətinə  malik 
olmaqla hündürboylu, yarpaqların sayının çox olması ilə fərqlənməsi onların silosluq məqsədilə 
yetişdirilməsində  xüsusilə  önəmlidir.  Belə  ki,  Hp  36x23/2008      nümunəsinin    vegetasiya 
müddəti  98  gün,  bitkinin  boyu  289  sm,  qıcanın  bitkidə  yerləşmə  hündürlüyü  129,  yaşıl 
yarpaqların sayı 12,2 olmaqla silosluq məqsədi ilə becərilməsi  əlverişli hesab olunur və yaşıl 
kütlə məhsulunu qənaətbəxş hesab etmək olar.  
Qarğıdalı  bitkisinin  seleksiyasında  yüksək  məhsuldar  və  keyfiyyətli,  əlverişsiz  amillərə 
davamlı  sort  və  hibridlər  yaradılmasında    ilkin  valideyin  formaların  seçilməsi  mühüm 
əhəmiyyət  kəsb  edir.    Bu  məqsədlə    müxtəlif  illərdə  seleksiya  pitomniklərindən  seçilərək 
formalaşdırılmış  sort  və  hibridlər  müsabiqəli  sort  yoxlama  pitomnikində    (cədvəl 2)    struktur 
göstəricilərinə  görə  təhlil  edilmiş  və    müəyyən  edilmişdir  ki,  KX3H  x  Kaz  Zp559  nümunəsi 
həm  bitkinin  məhsuldarlığına,  həm  də  onun  əsas  struktur  göstəricilərinə  görə  valideyin 
formalardan  üstün  olmuşdur.  KX3H  x  Kaz.  Zp  559  nümunəsi  vegetasiya  müddətinə  görə 
standart  kimi  götürülmüş,    Zaqatala  68  sortundan  tez  yetişməsinə  (6-7  gün),  qıcanın  bitkidə 
yerləşmə hündürlüyünə (40-45 sm aşağı), qıcada bir cərgədə dənin miqdarına (3-4 ədəd), dən 
çıxımına  (4,7  %),  1000  dənin  kütləsinə    (8-10  q)  və  dən  məhsuldarlığına  (5,4  s/ha)  görə 
standartdan üstün olmuşdur. Bu pitomnikdə tədqiq edilən nümunələrdən KX3H x Kaz. Zp 559, 
Sp100/01xSp67/01  və  Kx2HxKx3H  digərləri  ilə  müqayisədə  qısa  vegetasiya  müddətinə  (105 
gün) malik olmuş və  iki  nümunədə Kx3Hx KazZp559 (Bs58-2xH48)x K134 qıcanın gövdəyə 
birləşmə hündürlüyü 100 sm-dən aşağı (uyğun olaraq 95,0 və 99,0 sm) olmuş, dən çıxımı bütün 
nümunələrdə standartla müqayisədə üstünlük (3,3-5,6 intervalında) təşkil etmiş və 31,1 %-nin 
məhsuldarlığı  (0,1-5,1  s/ha  )  intervalında,  25,0  %-nin  1000  dəninin  kütləsi    (2,0-30,0  q 
intervalında) standartdan üstün olmuşdur.  
Hibridləşmədə istifadə edilən valideyin formalar coğrafi mənşəyinə görə fərqlənsələr də, 
bir çox kəmiyyət əlamətlərinə görə standart sortlara  yaxın olduqları  qeyd edilmişdir. Qarğıdalı 
bitkisinin seleksiyasında hibridləşdirilən xətlər arasında standart sortla müqayisədə  təsərrüfata 
yararlılıq  göstəricilərinin    təhlili  deməyə  imkan  verir  ki,  istifadə  edilən  valideyin  formaların 
genetik  göstəricilərinin  bir-birinə  uyğun  gəlməsi,  alınan  nəsildə  əhəmiyyətli  əlamətlərin 
toplanması və seçilmiş əlamətlərin nəslə ötürülməsində öz  əksini  tapmışdır. 
Beləliklə,  müəyyən  edilmişdir  ki,  KX3H  x  Kaz.  Zp  559  nümunəsi  vegetasiya 
müddətinə,  tez yetişməsinə, qıçanın bitkidə yerləşmə hündürlüyünə, qıçada bir cərgədə dənin 
miqdarına,  dən  çıxımına,  1000  dənin  kütləsinə,   dən  məhsuldarlığına  görə  standart  Zaqatala 
68  sortundan  üstün  olmuşdur.  Alınmış  nəticələrin  yeni  yüksək  məhsuldar  və  tezyetişən 
sortların alınmasında istifadə edilməsi məqsədə uyğundur. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Паритов  А.Ю.    Адаптивный  потенциал  линий  кукурузы.  Материалы  II 
Международной  научной  конференции  «Экология  биосистем:  проблемы 
изучения индикцации и прогнозирования», Астрахань, 2009, с.82-84. 
2.
 
Володарский  Н.И.  Биологические  основы  возделывания  кукурузы.  2-е  издание 
перераб.и доп.-М.: Агропромиздат.-1986, 189 с. 
3.
 
Волков  Н.М.,  Кузьмин  Н.А.,  Слюдеев  Ю.А.  Гибриды  кукурузы  для                      
выращивания  по  зерновой  технологии.  Рязянский  ЦНТИ,  Информационный 
листок, №61-139-00.-2000. 
4.
 
Сотченко  В.С.,  Мусорина  Л.И.  Состояние  и  перспективы  возделывания 
кукурузы в России. Кукуруза и сорго. №4, 2000, с.2-4. 
5.  Циков  В.С.,  Матюкова  Л.А.  Интенсивная  технология  возделывания        
кукурузы. М., Агропромиздат, 1992, с.27-28. 
6. Ortiz R., Taba S., Chavez Tovar VH, Mezzalama M, Xu Y, Yan J, Crouch, JH. 2010. 
Conserving  and  Enhancing  Maize  Genetic  Resources  as  Global  Public  Goods-A 
Perspective from CIMMYT. Crop Science 50. p.13-28. 


 
 
 
74 
С.М.Мамедова, С.A.Дунямалиев, С.А.Абдулбагиева 
 
ИССЛЕДОВАНИЕ БИОЛОГИЧЕСКОГО И ЭКОНОМИЧЕСКОГО ПОТЕНЦИАЛА 
ГЕНОФОНДА КУКУРУЗЫ ПРИ ОБЕСПЕЧЕНИИ ПРОДOВОЛЬСТВЕННОЙ  
БЕЗОПАСНОСТИ 
 
Научно-Исследовательский Институт Земледелия 
 
В  статье  приведены  данные  исследования  образцов  кукурузы,  собранных  в 
различных питомниках, выявлены перспективные популяции и линии.  Перспективный 
гибрид  KX3H  x  Kaz  Zp559    по  многим  показателям  превосходил  стандартный  сорт 
Закатала  68.  Полученные  результаты  целесообразнo    использовать  при  получении 
высокопродуктивных, раннеспелых  сортов.  
            
Ключевые слова: кукуруза, растение, зерно, селекция, продуктивность 
 
S.M. Mammadova, S.A. Dunyamaliyev, S.A. Abdulbagiyeva 
 
INVESTIGATION OF BIOLOGICAL AND ECONOMIC CAPABILITIES OF MAIZE 
GENPOOL ON FOOD SECURITY SUPPLY 
  
Research Institute of the Crop Husbandry 
 
In  article  are  given  results  of    investigation  of  maize  accession  collected  in  different 
nursery  and  are  determined perspective  populations. Advanced hybrid  KX3H x Kaz Zp559  
has superioty in comparison with local cheak variety Zaqatala 68. Obtained results are usefull 
for creation of high productive early ripen maize varieties.  
 
  
Key words: maize, plant, grain, breeding, productivity 
 
 
UOT 633.1 
 
ABŞERON ŞƏRAİTİNDƏ İCARDA-DAN İNTRODUKSİYA OLUNMUŞ ARPA RÜŞEYM 
PLAZMALARININ MÜXTƏLİF TƏSƏRRÜFAT ƏHƏMİYYƏTLİ ƏLAMƏTLƏRİNƏ 
GÖRƏ QİYMƏTLƏNDİRİLMƏSİ 
 
Q.A.NOVRUZLU 
Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru 
C.Ə.BAYRAMOVA 
Biologiya üzrə fəlsəfə doktoru 
Z.Ə.QƏRİBOV 
Magistr 
 
ET Əkinçilik İnstitutu, Sovxoz № 2, Bakı, Azərbaycan 
Tel.: 5516130, 4974931 
 
     
 
 
         Uzun  illər  boyu  elm  adamlarının,  bitkilərin  genetikası  və  seleksiyası  sahəsində  apardığı 
tədqiqatlar,  sübut  etmisdir  ki,  bitkilərin  məhsuldarlığının  və  onun  keyfiyyətinin  artırılmasında, 
seleksiya elminin rolu olduqca böyükdür. Bunu hələ keçən əsrin otuzuncu illərində Tərtər təcrübə 
stansiyasında aparılan seleksiya işləri də sübut edir. Həmin illərdə V.N.Qromaçevskinin rəhbərliyi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə