88
cücərtilərin, gövdənin və erkəkciklərin
antesian rəngini, qılçıqların rəngini, sünbülcüklərin sünbüldə
sayını, yelkən yarpağın enini, məhsuldar gövdələrin sayını, sünbülün və gövdənin uzunluğunu idarə
edən dominant və resessiv genlərin sayını təyin etmək və test sortların köməyi ilə onların hansı
xromosomda yerləşdiyini müəyyən etmək mümkün olmuşdur.
Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikasının ərazisi, qismən
Abşeron rayonu, fotoperiodizm xüsusiyyətini nəinki təbii qısa gün şəraitində, (payız əkini zamanı
11-13 saat fotoperiod rejimində), hətta təbii uzun gün rejimində də (yaz əkini zamanı 15-16 saat
fotiperiod rejimində də) öyrənmək üçün əlverişli təbii təcrübə fonu sayıla bilər ki, bu da son dərəcə
baha başa gələn süni nəzarət kameralarından və istsxanalardan istifadə etmədən müvafiq
eksperimentləri aparmağa imkan yaradır.
Aparılan tədqiqatların nəticələri Azərbaycan ərazisində fotoperiodizm amilinin buğda
bitkisinin vegetasiya dövrünün uzunluğuna, onunla bağlı digər təsərrüfat qiymətli əlamətlərin
formalaşmasına əhəmiyyətli dərəcədə təsiri müəyyənləşdirildi.
Bu xüsusiyyətin genetik əsaslarının araşdırılması, onun idarə olunmasında iştirak edən Ppd
genlərinin təyin edilməsi və ekspressiyasının qiymətləndirilməsi, genotiplərin həssaslıq səviyyəsinə
görə təsnifata alınması, işlək “modelin” köməkliyi ilə mənşəyindən asılı olmayaraq digər sortlarda
Ppd gen sisteminin aşkar edilməsi və beləliklə, bu genlərin perspektiv sort və xətlərə köçürülməsi,
müasir global istiləşmə fonunda vegetasiya dövrünü qısaltmaqla, bir tərəfdən bitkilərin stres istilik
amilinin təsirindən qaçmasını təmin etməyə, digər tərəfdən, əkin sahələrini xeyli tez boşaltmaqla,
bir əkin ərazisindən ildə iki məhsul almaq kimi mühüm məsələnin həllinə imkan yaradır. Çoxlu
sayda sortlarda Ppd genləri ilə yanaşı ən müxtəlif keyfiyyət və kəmiyyət əlamətlərini idarə edən
genlərin aşkarlanmasi və müvafiq xromosomlarda onların yerinin təyin edilməsi, həmən sortların
test formalar qismində, genotipləri məlum olmayan digər sortların gen sisteminin
müəyyənləşdirilməsinə imkan yaradır və eyni zamanda buğda bitkisinin genetik xəritəsinin yeni
genlərlə zənginləşdirilməsinə xidmət göstərir.
Məqsədyönlü tədqiqatların nəticəsində əldə edilən 100 – dən artıq sabit genotiplərə malik
fotoneytral, ultratezyetişən hibrid buğda xətləri, həm payız və həm də yaz əkinləri zamanı (yaz
əkinində vegetasiya dövrünü 56 günə başa vuraraq) qənaətbəxş məhsuldarlıqları ilə səciyyələniblər
ki, bu da onların gələcəkdə bir əkin sahəsindən iki məhsul almaq kimi mühüm problemin həllinin
reallaşmasında istifadəsi üçün böyük zəmin yaradır.
Bu istiqamətdə yaradılan yeni ultratezyetişən, fotoneytral, Dövlət Sort Sınağı və Seleksiya
Nailiyyətlərinin Mühafizəsi Komissiyasinda qeydiyyatdan keçən yüksək təsərrüfat qiymətli
göstəricilərə malik Leukurum 3601 bərk buğda sortu da bilavasitə aparılan tədqiqat işlərinin bariz
nümunəsidir.
Genetik analizlər əsasında müxtəlif əlamətlərə görə təyin olunmuş genlər və onların
xromosom lokalizasiyası hazırda Beynəlxalq səviyyədə qəbul olunmuş Buğda Bitkisinin Gen
Kataloquna salınaraq, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislər tərəfindən uğurla geniş
istifadə edilir. Bu sahədə əldə edilən nəticələr nəzəri genetikanın inkişafına xidmət göstərməklə
yanaşı ali təhsil ocaqları üçün müvafiq proqramlar üzrə əyani tədris vasitəsi kimi geniş istifadə edilə
bilərlər.
Aparılan tədqiqatlarla təbii qısa günə neytral və zəif həssaslıq göstərən genotiplərin
yaradılması bir neçə praktik əhəmiyyətli məsələlərin həllinə xidmət göstərmişdir. Belə ki;
- payiz əkinləri zamanı əlverişsiz hava şəraiti ilə bağlı səpin işlərinin gecikdiyi illərdə taxıl
sahələrini təbii qısa günə neytral və zəif həssaslıq göstərən sortlarla becərib, zamanında qənaətbəxş
məhsul əldə etmək
mümkündür;
- müxtəlif səbəblərdən, o cümlədən mexaniki zədələnmədən payız əkinlərindən sonra cücərtilər
məhv olarsa, bu zaman yaz aylarında təbii qısa günə neytral və zəif həssaslıq göstərən genotiplərlə
taxıl sahələrini “təmir” edərək kifayət qədər yüksək keyfiyyətli məhsulun formalaşmasına nail
olmaq mümkündür;
- payız aylarında bu qəbildən olan genotiplərin əkilməsi erkən yazda bəzi stres faktorların, o
cümlədən, temperatur amilinin, xəstəlik və ziyanvericilərin təsirindən vaxtında, tez bir zamanda