Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə7/17
tarix28.06.2018
ölçüsü0,95 Mb.
#52213
1   2   3   4   5   6   7   8   9   10   ...   17

 

                                                                                                                     



Mikayıl Mцşfiq-110

   

                                                                                                                   

 

  16 


 

Azərbaycan gəncliyinin milli ruhu onun 

şeiriyyatından doğur 

 

      Azərbaycan  poeziyasının  ən  parlaq  səhifələrini  yazmış  Mikayıl  Müşfiqin 

ömrü  və  yaradıcılığı  Azərbaycan  gəncliyinə  bütün  zamanlarda  örnək  olaraq 

qalmaqdadır.  Mikayıl  Müşfiq  şəxsiyyəti  milli  şüur  və  vətənpərvərliyin  timsalı, 

yaradıcılığı  isə  gənc  nəslin  milli  mənlik  şüurunun  inkişaf  etdirilməsi  və  gənc-

lərimizdə  vətənpərvərlik  hisslərinin  tərbiyəsində  əvəzsiz  xəzinədir.  Hər  bir  gənc 

istənilən  mövzuda  M.  Müşfiqin  şeirlərindən  istifadə  edə  bilər.  Xüsusən  də  milli 

mənlik  şüuru,  vətənpərvərlik,  Vətənə  sonsuz  sevgi  baxımından  Mikayıl  Müşfiq 

şeirləri ölçüyə gəlməzdir.

 

            



Hansı şeir nümunəsi Mikayıl Müşfiqin "Oxu, tar!" harayına çata bilər?!. 

   


  

 

    



Oxu, tar, oxu, tar! 

   


  

Səsindən ən lətif şeirlər dinləyim, 

    

  

Oxu, tar, bir qadar, 



    

  

Nəğməni su kimi alışan ruhuma çiləyim. 



    

  

Oxu, tar! 



    

  

Səni kim unudar? 



    

  

Ey geniş kütlənin acısı, şərbəti, 



    

  

Alovlu sənəti! 



       

Mikayıl Müşfiqin "Oxu tar" harayı qəlbində Vətən sevgisi olan hər bir insanı 

riqqətə  gətirməyə  qadirdir.  Bu  haray  hər  bir  Azərbaycan  gəncini  mərdliyə, 

qəhrəmanlığa,  döyüşə  ruhlandırmağa,  hətta  Vətən  sevgisinin  nə  olduğunu 

bilməyənlərə də anlatmağa qadirdir.  

    


 

 

Oxu, tar!   



         

Mən səndə 

  

 

İstənən havanı çala da bilərəm. 



    

 

Mən səndən bu günün zövqünü 



    

 

ala da bilərəm. 



    

 

Sən bu gün silahsan əlimdə, 



    

 

Səni mən hansı bir hədəfə 



    

 

İstəsəm, çevirə bilərəm. 



   

 

Qəlblərdə gizlənən keçmişi 



    

 

Bir yeni nəğmənin əliylə 



    

 

Devirə bilərəm! 



   

         

Oxu, tar! 

    


 

Bu saat qarşında 

    

 

Nə qədər adam var! 



    

 

Utanma, oxu, tar! 



    

 

Mədənli Bakımın 




 

                                                                                                                     



Mikayıl Mцşfiq-110

   

                                                                                                                   

 

  17 


 

    


 

Pambıqlı Gəncəmin, 

   

 

İpəkli Şəkimin 



    

 

Acısı, şərbəti 



    

 

Alovlu sənəti. 



    

 

Oxu, tar, oxu, tar! 



    

 

Səni kim unudar? 



               

Gəncliyə bütün sahələrdə örnək ola biləcək Mikayıl Müşfiqin həyat yoluna 

qısaca bir nəzər salmaq yetər ki, bu əvəzsiz şəxsiyyətin Vətənə, dövlətçiliyə, milli-

mənəvi dəyərlərə necə bağlı olduğu təsdiqini tapsın.  

      

    


 

Vicdanları pək şəffaf, insanları nurani, 

   

 

Müşfiq, bilə bildinmi, aləmdə şu dövranı?! 



    

 

Qaplar yarın artıq sağ dünyaları ürfanı. 



    

 

Hər yer güləcək, nura mötad olan ölkəmdə. 



    

 

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə. 



 

        Azərbaycan  şeir  tarixinə  adını  qızıl  hərflərlə  yazmağı  bacaran  Mikayıl 

Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Maraqlısı isə 

odur ki, ziyalılarımızın, böyüklərimizin, gənclərin kitaba, şeirə marağının azlığın-

dan şikayətləndiyi bir dövrdə M. Müşfiqin şeirləri ən passiv gənclərin belə yad -

daşına həkk olunmağı bacarır. Yəqin ki, çox az adam tapılar ki, M. Müşfiqin "Yenə 

o  bağ  olaydı"  şeirini  ömründə  bircə  dəfə  də  olsa  eşitməmiş  olsun.  M.Müşfiqin 

şeirlərini oxuyarkən adama elə gəlir ki, o yazdığı şeirlərdə gənclərin tərbiyəsi üçün 

bir  konsepsiya  tərtib  edib.  Onun  vətən,  ana,  sevgili  haqqında  yazdığı  şeirlərlə 

bəhrələnən, o şeirləri bütün varlığı ilə dərk edən gənclik yalnız yaxşı insan kimi 

formalaşa  bilər.  Sanki  M.  Müşfiqin  bütün  şeirləri  insanın,  gəncliyin  mənəvi 

tərbiyəsi  üçün  yazılıb.  Onun  şeirlərində  qadına  yönəlmiş  xüsusi  diqqət,  qadının 

bəşəriyyət  üçün  nə  qədər  uca  varlıq  olduğunun  göstərilməsi  hər  bir  gənc  üçün 

örnəkdir.  Bu  şeirləri  dərk  edən  oğullar  vətəninə,  anaya  məhəbbəti  öyrənməklə 

yanaşı, qadına hörməti də öyrənmiş olur. M. Müşfiqin şeirlərini dərk edən, onun 

vətənə,  anaya,  qadına,  sevgiliyə  həsr  etdiyi  şeirləri  anlayan  insan  heç  zaman 

cəmiyyətdə  pis  ad  çıxara  bilməz.  Çünki  bu  mənəvi  tərbiyə  insana  ən  ülvi,  ən 

romantik, ən müqqədəs hissləri duymağı öyrədir. Elə M. Müşfiqin şeirlərinin bütün 

nəsillər, xüsusən də gənclər tərəfindən sevilməsinin ən böyük səbəblərindən biri də 

yəqin ki, onun gəncliyin nəbzini tuta bilməsi olub. 

       M. Müşfiq vətənimizdən bəhs etdiyi "Ölkəm" şeirində o, sanki Azərbaycanı 

görmək istədiyi, arzuladığı kimi tərənnüm etmişdir.  

 

 

Dünyamızı seyr etdim min dürlü həvəslərlə, 



   

 

Gördüm coşuyor dillər pək nəşəli səslərlə



    

 

Baxdım doludur yarlar şən qəlbili kəslərlə 



   

 

Pək şad olaraq güldüm abad olan ölkəmdə. 



   

 

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə. 



 

   Vətənini  dərin  bir  məhəbbətlə  sevən  Mikayıl  Müşfiq  onu  hər  zaman  abad, 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə