Mikayıl Mцşfiq-110
16
Azərbaycan gəncliyinin milli ruhu onun
şeiriyyatından doğur
Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Mikayıl Müşfiqin
ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olaraq
qalmaqdadır. Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı,
yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənc-
lərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Hər bir gənc
istənilən mövzuda M. Müşfiqin şeirlərindən istifadə edə bilər. Xüsusən də milli
mənlik şüuru, vətənpərvərlik, Vətənə sonsuz sevgi baxımından Mikayıl Müşfiq
şeirləri ölçüyə gəlməzdir.
Hansı şeir nümunəsi Mikayıl Müşfiqin "Oxu, tar!" harayına çata bilər?!.
Oxu, tar, oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim,
Oxu, tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütlənin acısı, şərbəti,
Alovlu sənəti!
Mikayıl Müşfiqin "Oxu tar" harayı qəlbində Vətən sevgisi olan hər bir insanı
riqqətə gətirməyə qadirdir. Bu haray hər bir Azərbaycan gəncini mərdliyə,
qəhrəmanlığa, döyüşə ruhlandırmağa, hətta Vətən sevgisinin nə olduğunu
bilməyənlərə də anlatmağa qadirdir.
Oxu, tar!
Mən səndə
İstənən havanı çala da bilərəm.
Mən səndən bu günün zövqünü
ala da bilərəm.
Sən bu gün silahsan əlimdə,
Səni mən hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm.
Qəlblərdə gizlənən keçmişi
Bir yeni nəğmənin əliylə
Devirə bilərəm!
Oxu, tar!
Bu saat qarşında
Nə qədər adam var!
Utanma, oxu, tar!
Mədənli Bakımın
Mikayıl Mцşfiq-110
17
Pambıqlı Gəncəmin,
İpəkli Şəkimin
Acısı, şərbəti
Alovlu sənəti.
Oxu, tar, oxu, tar!
Səni kim unudar?
Gəncliyə bütün sahələrdə örnək ola biləcək Mikayıl Müşfiqin həyat yoluna
qısaca bir nəzər salmaq yetər ki, bu əvəzsiz şəxsiyyətin Vətənə, dövlətçiliyə, milli-
mənəvi dəyərlərə necə bağlı olduğu təsdiqini tapsın.
Vicdanları pək şəffaf, insanları nurani,
Müşfiq, bilə bildinmi, aləmdə şu dövranı?!
Qaplar yarın artıq sağ dünyaları ürfanı.
Hər yer güləcək, nura mötad olan ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.
Azərbaycan şeir tarixinə adını qızıl hərflərlə yazmağı bacaran Mikayıl
Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Maraqlısı isə
odur ki, ziyalılarımızın, böyüklərimizin, gənclərin kitaba, şeirə marağının azlığın-
dan şikayətləndiyi bir dövrdə M. Müşfiqin şeirləri ən passiv gənclərin belə yad -
daşına həkk olunmağı bacarır. Yəqin ki, çox az adam tapılar ki, M. Müşfiqin "Yenə
o bağ olaydı" şeirini ömründə bircə dəfə də olsa eşitməmiş olsun. M.Müşfiqin
şeirlərini oxuyarkən adama elə gəlir ki, o yazdığı şeirlərdə gənclərin tərbiyəsi üçün
bir konsepsiya tərtib edib. Onun vətən, ana, sevgili haqqında yazdığı şeirlərlə
bəhrələnən, o şeirləri bütün varlığı ilə dərk edən gənclik yalnız yaxşı insan kimi
formalaşa bilər. Sanki M. Müşfiqin bütün şeirləri insanın, gəncliyin mənəvi
tərbiyəsi üçün yazılıb. Onun şeirlərində qadına yönəlmiş xüsusi diqqət, qadının
bəşəriyyət üçün nə qədər uca varlıq olduğunun göstərilməsi hər bir gənc üçün
örnəkdir. Bu şeirləri dərk edən oğullar vətəninə, anaya məhəbbəti öyrənməklə
yanaşı, qadına hörməti də öyrənmiş olur. M. Müşfiqin şeirlərini dərk edən, onun
vətənə, anaya, qadına, sevgiliyə həsr etdiyi şeirləri anlayan insan heç zaman
cəmiyyətdə pis ad çıxara bilməz. Çünki bu mənəvi tərbiyə insana ən ülvi, ən
romantik, ən müqqədəs hissləri duymağı öyrədir. Elə M. Müşfiqin şeirlərinin bütün
nəsillər, xüsusən də gənclər tərəfindən sevilməsinin ən böyük səbəblərindən biri də
yəqin ki, onun gəncliyin nəbzini tuta bilməsi olub.
M. Müşfiq vətənimizdən bəhs etdiyi "Ölkəm" şeirində o, sanki Azərbaycanı
görmək istədiyi, arzuladığı kimi tərənnüm etmişdir.
Dünyamızı seyr etdim min dürlü həvəslərlə,
Gördüm coşuyor dillər pək nəşəli səslərlə,
Baxdım doludur yarlar şən qəlbili kəslərlə
Pək şad olaraq güldüm abad olan ölkəmdə.
Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.
Vətənini dərin bir məhəbbətlə sevən Mikayıl Müşfiq onu hər zaman abad,