Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix28.06.2018
ölçüsü0,95 Mb.
#52213
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

 

                                                                                                                     



Mikayıl Mцşfiq-110

   

                                                                                                                   

 

  18 


 

müstəqil,  azad  görmək  istəyirdi.  Mikayıl  Müşfiq  Azərbaycanın  istiqlalını  arzu-

layan,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranmasını  alqışlayan  və  bu  müna-

sibətlə gözəl şeirlərini yazıb, cümhuriyyəti təbliğ edirdi. Müşfiq "Ey Dan ulduzu" 

deyib ölkəsinin yeni baharını alqışlayırdı.  

    


 

 

 



Dönmə bir şəbnəmə yaz səhərində

   


Könül, günəş kimi parla yerində. 

   


Göylərin lacivərd ətəklərində 

    


 Gedən bu qovğadan necə əl çəkim? 

    


    

 Baxınız, dan yeri sökülmüş kimi, 

   

 Dostlar bir cəbhəyə tökülmüş kimi



    

 Uzaqdan-uzağa xam gümüş kimi 

    

 Ağaran səhradan necə əl çəkim? 



 

         Müşfiq  öz  şeirlərində  arzularını  dilə  gətirirdi.  Elə  bu  da  sonralar  Müşfiqi 

ortadan  götürmək  üçün  "qırmızı  imperiyanın"  əlinə  bəhanə  vermişdi.  Müşfiqi 

"məhşər ayağına" çəkənlər ondan bu şeirlərin "əvəzini çıxırdılar, hesab sorurdu -

lar. Onun yazdığı şeirlər isə yaz səhərində parlayan və heç vaxt sönməyəcək parlaq 

ulduz idi.  

    

    


 

Baxdım ki, duman görməz yüksəkləri billuri, 

   

 

İnsanları matəmsiz, istəkləri billuri, 



    

 

Dağlar, ovalar gülşən, hər bir yeri billuri



    

 

Hər şey gülüyor gördüm, pək şad oldum ölkəmdə. 



   

 

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə. 



    

   


 

Qış getdi ölümlərlə, ölkəmdə bahar vardır, 

    

 

Bağlarda gözəlliklər, şən qəhqəhələr vardır, 



    

 

Sevdalı könüllərdə sevdikləri yar vardır, 



    

 

Daim sevişirlər, bax, məzdad olan ölkəmdə. 



   

 

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə. 



 

           M.  Müşfiqin  yəqin  ki,  ən  təsirli  şeirlərindən  biri  onun  "Ana"  şeiridir.  Bu 

şeirin hər bir misrasını oxuyarkən insan təəccübünü gizlədə bilmir. İki aylığında 

anasını itirən M. Müşfiq "Ana" şeirində onu elə vəsf edir ki, bəlkə də uzun ömür 

yaşayan və bütün həyatı boyu ana nəvazişi ilə böyüyən bir şair belə "ana"nı belə 

tərənnüm edə bilməz.  

    

    


Ana dedim, ürəyimə yanar odlar saçıldı, 

    


Ana dedim, bir ürpəriş hasil oldu canımda, 

 

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı, 



    

Ana dedim, fəqət onu görməz oldum yanımda.  

    

    


   


 

                                                                                                                     



Mikayıl Mцşfiq-110

   

                                                                                                                   

 

  19 


 

 

  Ana, ana!... Bu kəlmənin vurğunuyam əzəldən, 



   

 Onu gözəl anlatamaz düşündüyüm satırlar. 

   

 Ana olmaz bizə hər bir "yavrum" deyən gözəldən



   

 Çünki onun xilqətində ayrıca bir füsun var.  

    

           Cəmi 30 il ömür yaşayan, özündən sonrakı nəsillərə bəlkə də yaşlı bir qoca-



nın belə ömrünə sığışmayacaq qədər romantik şeirlər irsi qoyan M. Müşfiqin daha 

bir şeiri isə gənclər üçün sevginin bütün formalarını ümumiləşdirdiyi "Sevgilər" 

şeiridir. 

    


Sevgi vardır ki, dodaqlarda açar güllərini, 

   


Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir. 

   


Sevgi vardır oxudur qəlbidə bülbüllərini, 

    


Böylə bir sevgi mənim ruhumu oxşar kimidir. 

    


    

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür, 

    

Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu. 



   

Sevgi vardır ki, düşər yerlərə daim sürünür, 

    

Öylə bir sevgi də min dürlü xəyanətlə dolu. 



    

   


Sevgi vardır ki, bahardan bizə güllər gətirir 

    


İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar. 

    


Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar. 

 

           Həqiqətən  də  hər  bir  ölkənin  inkişafında  ən  böyük  rollardan  birini  onun 



mənəviyyatı oynayır. Tanrıya şükürlər olsun ki, o mənəvi irsi bizə M. Müşfiq kimi 

şairlərimiz  qoyublar.  Gənclərin  üzərinə  düşən  vəzifə  isə  bizə  əmanət  olunmuş 

mənəvi irsi öyrənməkdən, ruhumuzu o mənəvi irslə tərbiyələndirməkdən ibarətdir. 

Hazırda  dünya  alimləri  eksperimentlər  aparıblar  və  sübut  olunub  ki,  uşaqlıqdan 

mənəvi  aclığı  doydura  bilən  vətən,  ana  haqqında,  ümumiyyətlə,  sevgi  ilə  bağlı 

şeirləri oxuyaraq böyüyən uşaqlarla, adi uşaqlar arasında kəskin şəkildə fərq olur. 

Belə ki, birincilər həyata daha yumşaq baxır, cinayət əməllərindən, dələduzluqdan, 

ədalətsizlikdən uzaq həyat yaşayırlar. Bu səbəbdən də M. Müşfiq kimi şairlərimizin 

şeirlərini nə qədər tez-tez oxusaq və uşaqlarımızı da körpəlikdən bu ruhda tərbiyə 

etsək, onların da, özümüzün də sağlam gələcəyini təmin etmiş olarıq. 

İzolda 

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət 

Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb. 

 

             

 

 

 

 

 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə