Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix28.06.2018
ölçüsü0,95 Mb.
#52213
1   2   3   4   5   6   7   8   9   ...   17

 

                                                                                                                     



Mikayıl Mцşfiq-110

   

                                                                                                                   

 

 



 

 

Tərtibçidən 

 

 

XX 


əsr 

Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndələrindən  biri  də 

Mikayıl Müşfiqdir. Ötən əsrin birinci yarısının sənətkarları nəslinə mənsub olan 

istedadlı şair çox qısa bir ömür yaşamasına baxmayaraq Azərbaycan poeziyasının 

inkişafında,  onun  yeni  mövzu,  bəşəri  məzmunla  zənginləşməsində  böyük  rol   

oynamışdır. 

 

M. Müşfiq bədii yaradıcılığa çox gənc yaşlanndan başlamış, ilk şeiri 1926-



cı ildə çap olunmuşdur. Qısa müddətli yaradıcılıq dövründə şairin on şeirlər kitabı 

çap  olunmuşdur.  M.  Müşfiq  qələmindən  çıxmış  bütün  lirik  şeirlər  və  poemalar 

yetkin  sənət  nümunələri  olub,  Azərbaycan  poeziyasını  zənginləşdirən  bədii 

əsərlərdir. Müasirlik, coşqun hisslər, yüksək ilham və həyat sevgisi bu  əsərlərin 

əsas səciyyəsi, onları dəyərləndirən əlamətlərdir. 

Bu  il  iyun  ayının  5-də  Turan  yolçusu  və  Azərbaycan  aşiqi,  1937-1938-ci 

illərdə repressiya qurbanı olmuş nakam məhəbbət şairi Mikayıl Müşfiqin 110 yaşı 

tamam olur. Şairin yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə 

Azərbaycan  Respublikasının  Prezidenti  17  may  2018-ci  il  tarixli  sərəncam 

imzalamışdır 

M.Müşfiq  qısa  ömrünə  baxmayaraq,  maraqlı  və  orijinal  əsərləri  ilə  ədə- 

biyyatımızda  dərin  izlər  qoyub.  Nakam  şairin  lirikasının  hər  bəndi,  hər  misrası 

oxucu qəlbinin dərinliklərinə nüfuz edir, könülləri oxşayır, insanları yüksək hisslər, 

yüksək  amallar  aləminə  aparır. Bu  lirika  bu  gün  də  aktualdır, bu  gün  də  sevilən 

nümunələr, sevilən şeirlərdir. M. Müşfiq lirikasının əzəməti də məhz bundadır! 

Düz 80 ildir ki,   böyük şairin nəşi çox sevdiyi Xəzərdə uyuyur, ona həmişə 

hüsnünə heyran olduğu Xəzərin ləpələri ağı deyir, “Xəyalının yelkəni”ni yelləyir. 

Müşfiqin  məzarı  Xəzər  boydadır,  ruhu  dənizin  üzərində  daim  dolaşmaqdadır, 

şeirləri,  əsərləri  isə  onu  çox  sevən  insanların  qəlbində,  ürəklərində,  könüllərin- 

dədir. 


Azərbaycan  poeziyasının  gözəl  incilərini  yaratmış  Mikayıl  Müşfiq 

yaradıcılığı  haqqında  yaşlı  oxucuların  yaddaşını  təzələmək,  gənc  nəslə  isə  onu 

təqdim  etmək  məqsədilə  C.Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanası 

“Könüllərdə yaşayan şair” adlı biobiblioqrafik göstərici tərtib edib. 

 

Vəsaitdə  şairin  həyat-yaradıcılığı  haqqında  Azərbaycan,  türk,  rus,  ingilis, 



belorus dillərində mətnlər, 115 adda kitab və dövri mətbuatdda çıxan  məqalənin 

təsviri  verilmişdir.  Göstəricinin  tam  mətni  kitabxananın 

www.ryl.az

    saytında 

yerləşdirilmişdir.           

           

Mütəxəsisslər, eləcə də istifadəçilər bu vəsait barədə öz rəy və təkliflərini   

kitabxananın elektron ünvanına (info@ryl.az) göndərə bilərlər. 

 

 



 

                                                                                                                     



Mikayıl Mцşfiq-110

   

                                                                                                                   

 

 



 

 

Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

2018-ci ilin iyun ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl 



Müşfiqin (Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin) anadan olmasının 110 

illiyi tamam olur. 

Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə 

bəhrələnməklə  yaratdığı  dərin  lirizmə  malik  və  doğma  dilin  bütün  gözəlliklərini 

özündə  ehtiva  edən  bənzərsiz  poetik  nümunələrlə  Azərbaycanın  çoxəsrlik  bədii 

fikir  xəzinəsini  daha  da  zənginləşdirmişdir.  Forma  yeniliyi,  məzmun  genişliyi, 

romantik  əhval  və  yüksək  həyat  eşqi  bu  söz  sənəti  incilərinin  başlıca 

keyfiyyətləridir.  Müşfiqin  adı  1930-cu  illər  totalitarizminin  qurbanına  çevrilmiş 

məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında 

yaşamaqdadır. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini 

rəhbər  tutaraq,  Azərbaycan  ədəbiyyatının  inkişafına  dəyərli  töhfələr  vermiş 

görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümünün layiqincə 

qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram: 

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının 

Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan 

Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mikayıl Müşfiqin 110 illiyinə həsr 

olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 

2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Sərəncamdan  irəli  gələn 

məsələləri həll etsin. 

 

İlham Əliyev 

 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 17 may 2018-ci il. 

 

 

 

 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə