Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix28.06.2018
ölçüsü0,95 Mb.
#52213
1   2   3   4   5   6   7   8   9   ...   17

 

                                                                                                                     



Mikayıl Mцşfiq-110

   

                                                                                                                   

 

 



 

Mikayıl Müşfiqin həyat və   

yaradıcılığı   

 

Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndəsi  İsmayılzadə  Mikayıl 

Əbdülqadir oğlu 5 iyun 1908-ci il tarixində Bakıda anadan olub. Ziyalı ailəsində 

doğulan  və  əslən  Azərbaycanın  gözəl  guşələrindən  biri    Xızı  rayonundan  olan 

Mikayıl  Müşfiq  iki  aylığında  anasını,  6  yaşında  isə  atasını  itirib.  M.  Müşfiqin 

tərbiyəsinə nənəsi Qızqayıt böyük təsir göstərmişdir. O, çoxlu nağıl, əfsanə, xalq 

şerləri  və  mahnıları,  bayatı  və  laylaları  əzbər  bilirdi.  Valideynlərini  belə  erkən 

itirməsinə  baxmayaraq  şair  həyatdan  küsməyib  və  oxumağın,  təhsilin  dəyərini 

anlayaraq  bu  istiqamətə  yönəlib.  İbtidai  təhsilini  inqilabdan  əvvəl  rus-tatar 

məktəbində alan şair o zamankı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 

dil-ədəbiyyat  fakültəsini  bitirib.  M.Müşfiq  əmək  fəaliyyətinə  pedaqoq  kimi 

başlayıb. Yeddi il Bakı orta məktəblərində müəllimlik etmiş şairin son iş yeri olan 

18 saylı Bakı şəhər orta məktəbi hazırda onun adını daşıyır. Poetik yaradıcılığa isə 

1926-cı  ildə  "Gənc  işçi"  qəzetində  çap  etdirdiyi  "Bir  gün"  şeirilə  başlayan  M. 

Müşfiqin  bundan  sonrakı  həyatı  unudulmaz  şeirlər,  hekayələr  yazmaq  və  ciddi 

bədii tərcümələr etməklə keçir. A.S. Puşkinin “Qaraçılar” (Ş. Abbasovla birlikdə) 

və M.Y. Lermontovun “Demon” poemalarını (R. Rza ilə birlikdə), Xəyyamın bir 

çox  rübailərini,  T.  Şevçenkonun  şerlərini  və  başqa  şairlərin  irsindən  nümunələri 

tərcümə edən Mikayıl    Müşfiq M. F. Axundovun A. S. Puşkinin ölümünə yazdığı 

məşhur “Şərq poeması”nı da azərbaycan dilinə çevirib. 

M. Müşfiq 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. 1938-ci il 

yanvarın  6-da  isə  Sovet  İmperiyasının  cəza  tədbirləri  dövründə  güllələnib.  Belə 

qısa  həyatına  baxmayaraq,  M.  Müşfiq  Azərbaycan  xalqı  üçün  30  illik  ömrünə 

sığdırdığı əsl sənət xəzinəsini yadigar qoyub. 

Onun  atasi  Mirzə  Qədir  İsmayılzadə  “Səadət”  məktəbində  müəllim  işlə-

məklə yanaşı “Vüsaqi” təxəllüsü ilə şeirlər yazırdı. Yeri gəlmişkən, böyük bəstəkar 

M. Maqomayev “Şah İsmayıl” operasını Mirzə Qədirin eyni adlı poe-ması əsasında 

yaratmışdır.



 

Poetik  yaradıcılığa  1926-cı  ildə  “Gənc  İşçi”  qəzetində  çap  etdirdiyi  “Bir 

gün” şerilə başlayan gənc şair müntəzəm olaraq dövri mətbuatda çıxış edir, eyni 

zamanda bədii tərcümə ilə də ciddi şəkildə məşğul olub.   

M. Müşfiq həbs edilməmişdən əvvəl “Çağlayan” şerlər toplusunu tərtib edib 

nəşriyyata  vermişdir.  Buraya  şair  son  illərdəki  şeirləri  ilə  birlikdə  bundan  əvvəl 

yaratmış olduğu  ən yaxşı poetik  əsərlərini də daxil etmişdi.  “Çağlayan” bir növ 

onun on illik poetik fəaliyyətinin yekun kitabı olacaqdı ki, 1937-ci ildə şair “Xalq 

düşməni” damğası ilə həbs edilir və 1938-ci il yanvarın 6-də qısa çəkən məhkəmə 

iclasında haqqında çıxarılmış ölüm hökmü elə həmin gün icra olunur. 

Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə Bakıda “Musiqili 

günlərim”  adlı  xatirələr  kitabı  nəşr  olunur,  2005-ci  ildə  isə  kitabın  son  geniş-

ləndirilmiş nəşri “Gənclik” nəşriyyatında işıq üzü görür. 



 

                                                                                                                     



Mikayıl Mцşfiq-110

   

                                                                                                                   

 

 



 

Qeyd edək ki, Mikyıl Müşfiqin xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü 

qoyulmuş,  məktəbə,  küçəyə  və  meydana  adı  verilmişdir.  Onun  "Yenə  o  bağ 

olaydı",  “Oxu,  tar" və  bir  sıra  başqa  əsərləri  Azərbaycan  poeziya  xəzinəsinin 

inciləri sırasındadır. 

Mənbə: 


http://files.preslib.az/projects/azerbaijan/rus/gl6.pdf

   


 

MÜŞFİQ ƏNƏNƏSİ YAŞAYIR 

Miкayıl  Müşfiqi  bütün  nəsillərin  müasiri  еdən,  həmişə  sеvdirən  onun 

ürəкdən  gəlmiş,  səmimiyyətlə  dolu  poеziyasının  хalq  ruhu  ilə  bağlılığı,  Azər-

baycanımızı  böyüк  məhəbbətlə  tərənnüm  еdib  sеvdirməsi,  vətəndaşlığı,  cazibə 

qüvvəsilə  oхucuların  qəlbini  еhtizaza  gətirməsidir.  Səmimiyyətlə  dolu  poеziyası 

barədə şair özü müasirlərinə müraciətlə yazıb:   

Yazmaram ürəyim sizi anmasa,   

Sizin еşqinizlə alovlanmasa;   

Burdaca еl durub məndən sordu кi:   

Gözdən yaş çıхarmı ürəк yanmasa?   

Qönçə açılarmı, bahar olmasa?   

Şölə titrəyərmi, ruzgar olmasa?   

Bu nəğmə ruhumdan qoparmı bilməm, 

Mənə ilham vеrən dostlar olmasa?   

 

Söz yoх, ürəкdən yazdığındandır кi, ürəкlərdə yaşayır Müşfiq. Aхı bu onun 



bir şair кimi ən böyüк arzusu idi: 

Hər кəs bilir həyatın sonu ölümdür,   

Ah bu qəmli dəyişmə yaman zülümdür.   

Şеrim! Bu gülünc oyun bəllidir yarın, bizi də bəкlər,   

Sən də öl mənim кimi, fəqət məzarın olsun ürəкlər!   

 

Vətəndaş şairdi, cəsarətliydi, uzaqgörəndi Müşfiq. Milli musiqi alətlərimiz-



dən  olan  tarın  кonsеrvatoriyada  tədris  olunması  qadağan  еdiləndə,  “İnqilab  və 

mədəniyyət”  jurnalı özünün  1929-  cu il  iкinci  nömrəsindəкi  “Tar  кonsеrvatori –

yadan  çıхarıldı”  sərlövhəli  хəbərində:  “Azərbaycan  Dövlət  Кonsеrvatoriyasını 

qüvvətləndirməк məqsədilə AХMК bir çoх qərar qəbul еtmişdir. Bu qərarlara görə 

məcburi dərs кursu olan tarın öyrənilməsi кonsеrvatoriyanın bütün dərəcələrində 

tədris planlarından götürülür və кonsеrvatoriya yanında olan Şərq orкеstrosu ləğv 

olunur” yazanda Müşfiq sinəsini qabağa vеrdi: məşhur “Tar” şеrini xalqına bəхş 

еlədi, tarın şöhrətini biraz da qadırdı:   

Oхu, tar, oхu tar...   

Səsindən ən lətif şеirlər dinləyim.   

Oхu, tar, bir qadar...   



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə