Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə10/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Azərbaycanda  Neft və qazçıxarmanın qisa tarixi 
  
          Azərbaycan  dünyada  neftçıxarma  üzrə  liderlərdən  biri  kimi  tanınmış, 
maddi  və  mənəvi  sərvətlərlə  zəngin  və  neftçıxarma  sahəsində  ən  qədim  təcrübəyə 
malik olan bir ölkədir.Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr 
alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun 
böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq 
kimi  tibbi  və  hərbi  məqsədlər  üçün  istifadə  olunurdu.  XVIII-XIX  əsrlərin  sənaye 
inqilabı  neftə  tələbatı  kəskin  artırdı  və  onu  ölkənin  inkişafı  üçün  birinci  dərəcəli 
əhəmiyyətə  malik  strateji  məhsula  çevirdi.  Dünyada  neft  “bum”u  başladı. 
Azərbaycanın  neftçıxarma  sahəsində  xarici  sərmayə  axını  başladı.  Qədim 
neftçıxarma ənənələrinə malik Bakı qazma, neftçıxarma və neft emalı sahəsində ən 
yeni  texnologiyaların  ixtirası  və  ilkin  tədbiq  meydanına  çevrildi.  1847-ci  ildə 
dünyada  ilk  dəfə  olaraq  Bibiheybətdə,  sonra  isə  Balaxanıda  texnikanın  tətbiqi  ilə 
neft  quyuları  qazılmışdır.  1901-ci  ildə  Azərbaycan  11,5  mln  ton  neft  hasil  edərək 
dünyada  birinci  yere  çıxmışdır  (ABŞ-da  həmin  ildə  9,1  mln  ton  neft  hasil 
edilmişdir). 
              1941-ci  ildə  Azərbaycanın  neft  hasilatı  tarixində  (2009-cu  il  istisna 
olmaqla)  maksimum  miqdarda-  23,5  mln  ton  neft  çıxarılmışdır  və  bu  da  bütün 
keçmiş Sovetlər Birliyi neftinin 71,4%-ni təşkil etmişdir. Belə yüksək hasilat SSRİ-
nin  İkinci  dünya  müharibəsindəki  qələbəsini  təmin  etmiş,  ölkə  iqtisadiyyatının 
qarşısında  duran  bir  çox  məsələlərin  həllində  neftin  xüsusi  rolunu  daha  da 
artırmışdır. 
             Azərbaycanda  dünyada  ikl  dəfə  olaraq  dənizdə  neftin  çıxarılmasına 
başlanılmış və Xəzərin Azərbaycan sektorunda bir-birinin ardınca “Gürgan-dəniz”, 
“Pirallahı”, “Çilov adası” kimi yataqların mənimsənilməsinə başlanılmışdır. 1949-cu 
ilin  7  noyabırında açıq  dənizdə sahildən  40 km  və  Bakıdan   90  km  aralı   “Neft 
32 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Daşları” yatağının aşkar edilməsi Azərbaycanı və Xəzəri bütün dünyada məşhur etdi. 
1970-ci  illiərin  sonu  1980-cı  illərin  əvvəllərində  dənizin  80-350  metr 
dərinliklərində indi adları bütün dünyada məhşur olan “Azəri”, “Çıraq”, “Kəpəz” və 
“Günəşli” kimi yataqlar aşkar edildi. 
              1994-cu  ilin  20  sentyabrında  “Xəzər  dənizinin  Azərbaycan  sektorunda 
“Azəri”,  “Çıraq”,  və  “Günəşli”  (suyun  dərin  hissəsi)  yataqların  birgə  işlənməsi  və 
hasilatın  pay  bölgüsü  haqqında”,  sonradan  “Əsrin  müqaviləsi”  adını  almış  Sazişin 
imzalanması həyata keçirildi.Bu müqaviləni dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti 
imzalamışdır. 
             Dünyanın  ən  iri  və  aparıcı  dövlətlərinin  neft  şirkətlərilə  belə  bir  Sazişin 
imzalanması  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  müdrik 
siyasətinin,  uzaqgörənliyinin  və  siyasi  cəsarətinin  ifadəsi  idi.  Saziş  demək  olar  ki, 
bütün  dünya  dövlətlərinin  Azərbaycana  inamını  artırdı  və  sonradan  dünyanın  ən 
böyük  və  tanınmış  neft  şirkətlərinin  ölkəmizə  axınıns  şərait  yaratdı.Bununla    da 
Azərbaycan öz qapılarını xarici sərmayələr üçün taybatay açdı. 
             Bu  vata  qədər  ARDNŞ  və  xarici  neft  şirkətləri    arasında  “Hasilatın  pay 
bölgüsü”  tipli  31  saziş  imzalanmışdır.Bunlardan  17  saziş  Xəzərin  Azərbaycan 
sektorunu 14 saziş isə quru sahələrini əhatə edir. 
            01.01.2010-cu  il  tarixinə  qədər  respublika  neft  sənayesinə  32,4  mlrd  ABŞ 
dolları miqdarında xarici sərmayə qoyulub. 
                       
 
 
 
 
 
                                                            33 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Brıef Hıstory of Oıland Gas Recovery in Azerbaıjan
 
 
Azerbaijan is a recognized country as one of leaders on oil recovery in the 
world  being  enriched  with  material  values  and  spiritual  knowledge  and 
experienced  in  oil  production.Information  about  crude  oil  recovery  in  Azerbaijan 
was  repeatedly  mentioned  in  art  works  of  scientists  and  travelers  of  the  early 
Middle  Ages  and  it  was  noted  that  such  uncommon  product  would  generate  a 
significant  income.But  at  that  times  oil  was  only  used  for  fuel,  medical  and 
military  purposes.  In  the  XVIII-XIX  centuries  the  industrial  revolution  caused  a 
sharp rise in oil demand and transformed  it into a strategic output being essential 
for development of the country. Subsequently it leaded to an oil  boom all over the 
world.  A  flow  of  foreign  investments  occurred  in  oil  production  of  Azerbaijan. 
Having ancient oil extraction traditions Baku city became a center of invention and 
initial application of high technologies in boring, oil recovery and refinery. For the 
first  time  in  the  world  oil  wells  were  drilled  in  Bibiheybat  in  1847,  then  in 
Balakhani  by  application  of  technique.  In  1901  Azerbaijan  took  the  first  place  in 
the world by producing 11.5 mln tons of oil (in the same year 9.1 mln tons of oil 
was produced in USA).   
 
 
 
 
 
 
 
 
 
In the history of (with the exception of 2009) Azerbaijan Republic 23.5 mln 
tones of oil-to the maximum extent was extracted in 1941 and it constituted 71% of 
overall  oil  output  of  former  Soviet  Union.  Such  high  production  ensured  the 
victory  of  the  Soviet  Union  in  Second  World  War  and  promoted  more  the 
particular role of oil resource in solution of many problems faced with economics.
 
Offshore oil recovery originated in Azerbaijan and exploration of fields such 
as  “Gurgan-deniz”,  “Pirallahi  and  Chilov  adasi”  started  one  after  another  in 
Azerbaijan sector of Caspian Sea. Discovery of offshore oil field “Neft Daslari” 40 
km far from shore and 90 km from Baku on 7 November 1949 led the  Republic  of  
                                                   34 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə