Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə8/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   4   5   6   7   8   9   10   11   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
         Cəmi  beş  il  keçibdir.  Siz  -  Neft  Daşlarının  əməkdaşları  burada  işləyirsiniz, 
burada yaşayırsınız. Siz bu müsbət dəyişiklikləri görürsünüz və bu dəyişikliklər hər 
yerdə vardır. Bakı şəhəri nə qədər gözəl olubdur, nə qədər gözəl yollar, xiyabanlar, 
parklar,  insanlar  üçün  istirahət  yerləri,  məktəblər,  tibb  ocaqları,  bölgələrimizin 
inkişafı.  İndi  Azərbaycanın  bölgələrində  gedən  proseslər  bəzi  ölkələrin 
paytaxtlarında  gedən  proseslərdən  daha  da  dəyərli  və  qiymətlidir,  inkişaf  çox 
sürətlidir.  Bütün  bölgələrimiz  abadlaşır,  gözəlləşir.  Hər  yerdə  inkişaf,  hər  yerdə 
yenilik,  hər  yerdə  müasirlik  -  nəyin  hesabına?  Ancaq  və  ancaq  öz  siyasi  iradəmizi 
ortaya qoyub, 1990-cı illərin ağır dövründə düzgün qərarın qəbul edilməsi hesabına. 
Bu gün Azərbaycan xalqının inkişafı artıq reallıqdır.  
          Bütün bunları xatırlatmaqla  bir  daha  demək  istəyirəm  ki, neft sənayesinin  və 
neftçilərin ölkəmizin inkişafında çox böyük rolu, çox böyük xüsusi çəkisi vardır. Bu, 
bütün  dövrlərdə  belə  olub.  Ancaq  1991-ci  ilə  qədər  Azərbaycan  müstəqil  dövlət 
deyildi.  Ancaq  biz  Azərbaycanda  yaranan  o  sərvətlərdən,  -  əlbəttə  ki,  onların  bir 
hissəsi  Azərbaycanın  inkişafına  çox  böyük  təkan  vermişdir,  -  öz  təbii 
resurslarımızdan müstəqil şəkildə istifadə edə bilmirdik. Əgər o vaxt, 1950-ci, 1960-
cı,  1970-ci  illərdə  Azərbaycan  müstəqil  ölkə  olsaydı,  görün  indi  nə  qədər  inkişaf 
edərdi. Ancaq buna baxmayaraq və baxmayaraq ki, 1991-ci ildə ən ağır vəziyyətdə 
olan Azərbaycan demək olar, iqtisadi və siyasi cəhətdən dünya xəritəsindən silinirdi, 
1993-cü  ildən  bu  günə  qədər  keçdiyimiz  uğurlu  yol  onu  göstərir  ki,  Azərbaycan 
xalqı  böyük  xalqdır.  Biz  böyük  nailiyyətlərə  nail  olmuşuq.  Biz  ölkəmizi 
gücləndirmişik.  Neft-qaz  potensialımızı  böyük  dərəcədə  artıra  bilmişik.  Bu  il 
Azərbaycanda  50  milyon  ton  neft  hasil  ediləcəkdir.  Bu,  rekord  göstəricidir  və  biz 
çalışmalıyıq ki, bu müsbət dinamika və bu hasilatın davamı təmin edilsin.  
          Bu  gün  Azərbaycan  dünyada  və  Avropada  daha  çox  qaz  ölkəsi  kimi  tanınır. 
Bu da müasir reallıqdır. Qaz sahəsi heç vaxt Azərbaycanda ön planda deyildi. Amma 
bu gün qaza daha da çox böyük tələbat vardır.  
26 


 
------------------------------------------Neft Daşları------------------------------------------- 
         
         Qaz  hasilatı  konkret  bazarlara  bağlandığına  görə,  əlbəttə  ki,  qaz  siyasətində 
vəziyyət  neft  siyasəti  ilə  müqayisədə  başqadır.  Biz  buna  da  hazırıq.  Bu  gün  mənə 
verilən məlumata görə, Azərbaycanın qaz imkanları çox böyük səmərə ilə işə salınır. 
Bu gün açdığımız qaz-kompressor stansiyası bütün səmt qazının yığılması üçün bizə 
şərait  yaradacaqdır.  Bu  gün  Azərbaycanın  qaz  anbarlarının  tutumu  təxminən  iki 
milyard  kubmetrə  çatdırılıb.  Halbuki  bir  neçə  il  bundan  əvvəl  bizim  anbarlar  500 
milyon  kubmetr  həcmində  idi.  Bu,  bizə  hansı  imkanları  yaradacaq?  İlk  növbədə, 
Azərbaycanda  qazlaşma  daha  da  sürətlə  gedəcək.  Digər  tərəfdən  bizim  ixrac 
imkanlarımız  daha  da  artacaqdır.  İxrac  imkanlarımız,  qaz  ixracı  imkanlarımız 
artdıqca həm ölkəmizə daha da çox vəsait daxil ediləcək, eyni zamanda, bizim siyasi 
önəmimiz, siyasi çəkimiz daha da artacaqdır. Bütün bu məsələlər bir-birilə bağlıdır. 
Neftçilərin  zəhməti  hesabına  bu  gün  Azərbaycanda  sosial  məsələlər  uğurla  həll 
edilir. Bütün çadır şəhərcikləri ləğv edildi və soydaşlarımız, işğaldan əziyyət çəkən 
soydaşlarımız normal, müasir evlərə köçürüldü. Bu da böyük nailiyyətdir.  
         Ölkəmiz üçün vacib olan müxtəlif layihələr Azərbaycan Dövlət Neft Fondunun 
xətti  ilə  icra  edilir.  Su  kəmərləri,  suvarma  kanalları,  məcburi  köçkünlərin  yaşayış 
səviyyəsinin yaxşılaşdırılması, təhsil məsələlərinin həlli, növbəti ildən ekologiya və 
alternativ  enerji  mənbələrinin  yaradılması  sahəsində  də  Neft  Fondunun  vəsaitindən 
istifadə  olunacaqdır.  Budur,  bizim  iqtisadi  imkanlarımızın  təməlində  neft 
sənayesidir.  
          Neftdən  əldə  olunan  gəlirlər  də  şəffaf  şəkildə  saxlanılır.  Azərbaycan  Dövlət 
Neft Fondu dünyada şəffaflıq təcrübəsinə görə birincidir. Dünyada bir neçə ölkədə 
neft fondları vardır. Şəffaflıq və idarə olunması baxımından Azərbaycan Dövlət Neft 
Fondu  birinci  yerdədir.  Baxmayaraq  ki,  Azərbaycan  Dövlət  Neft  Fondu  cəmi  on  il 
bundan  əvvəl  yaradılmışdır. Bu şəffaflıq bizə  imkan verir ki, neftdən gələn gəlirlər 
iqtisadiyyatın  vacib  olan  sahələrinə  səmərəli  şəkildə  yönəldilsin,  yeni  iqtisadi 
imkanlar  yaradılsın,  sosial  məsələlər  həll  olunsun  və  iqtisadiyyatımız   hərtərəfli  
27 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
inkişaf etsin. 
          Neftin  qiyməti  qısa  müddət  ərzində  140  dollardan  37  dollara  düşmüşdür. 
Azərbaycanda  bir  adam  bunu  hiss  elədi?!  Halbuki  dövlət  büdcəmiz  -  bu  ilin 
büdcəsində neftin  qiyməti  70 dollardan  hesablanıb. Bir  adam  bunu hiss  etmədi. Nə 
üçün? Çünki birincisi, Azərbaycan dövlətinin güclü sosial siyasəti vardır və bu sosial 
məsələlərin  həlli  prioritetdir.  İkincisi,  Azərbaycanın  iqtisadiyyatı  artıq  təkcə  neft-
qazdan asılı deyildir. Neft sənayesindən əldə edilən gəlirlərin ağılla və böyük səmərə 
ilə  qeyri-neft  sektoruna  yatırılması  nəticəsində  Azərbaycanda  kənd  təsərrüfatı, 
tikinti,  emal  sektoru  sürətlə  inkişaf  edir.  Bu  gün  biz  artıq  ərzaq  təhlükəsizliyinin 
böyük hissəsini həll etmişik. Azərbaycan özünü əsas ərzaq məhsulları ilə demək olar 
ki, maksimum dərəcədə təmin edir.  
           Bu,  heç  vaxt  belə  olmayıb.  Həmişə  Azərbaycan  ərzaq  məhsullarının 
idxalından asılı idi. Vəzifə qoyulmuşdu ki, özümüzü əsas ərzaq məhsulları ilə təmin 
etməliyik  və  biz  bu  məqsədə  çatırıq.  Güzəştli  kreditlərin  verilməsi,  Dövlət 
İnvestisiya  Şirkətinin  yaradılması,  bölgələrdə  infrastruktur  layihələrinin  icrası, 
elektrik stansiyalarının tikintisi - bütün bunlar vəsait tələb edir, pul tələb edir. Bəzi 
başqa  ölkələrdən  fərqli  olaraq  bizə  qıraqdan  heç  kim  pul  vermir.  İndi  bizim  buna 
ehtiyacımız  da  yoxdur.  Bütün  bunları  biz  öz  hesabımıza  edirik.  Bu  hesab  hansı 
hesabdır? Bu hesab neftçilərin əməyidir. Bu gün Azərbaycan vətəndaşları neftçilərin 
hesabına  daha  da  yaxşı  yaşayırlar,  qaçqınlar  daha  da  yaxşı  vəziyyətdə  yaşayırlar. 
Son beş il ərzində Azərbaycanda 1800 məktəb tikilibdir. Uşaqlar yaxşı məktəblərdə 
oxuyurlar.  
          Bütün  bunların  təməlində,  bir  daha  demək  istəyirəm  ki,  neft  sənayesidir, 
Azərbaycan  neftçiləridir.  Həmişə  olduğu  kimi,  Azərbaycan  neftçiləri  çox  böyük 
hörmətə  malikdirlər.  Bu  hörməti  onlar  öz  zəhməti  hesabına,  çətin,  ağır  şəraitdə 
Azərbaycanın inkişafı üçün çəkilən zəhmət hesabına qazanmışlar.  
          Azərbaycan    Dövlət   Neft   Şirkəti   son  illərdə  sürətlə  inkişaf  edir.  Vəzifə  
28 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə