Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə30/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
yarananda  fasiləsiz  olaraq  kəşfiyyatda  və  mədənlərdə  olurdu.  Bəxtiyar  Məmmədov 
nazir  postundan  qədim,  lakin  artıq  aparıcı  olmayan  Bibiheybət  idarəsinin  rəisi 
vəzifəsinə  keçirilərkən  o,  belə  yerdəyişməni  özü  üçün  faciə  kimi  qəbul  etmədi. 
Özünü  bütünlüklə  işə  sərf  edərək  gücdən  düşmüş  laylardakı  nəzərə  alınmamış 
ehtiyatları  axtarıb  tapır,  dayanmış  quyuları  bərpa  edir,  yeniliklər  tətbiq  edirdi. 
Bibiheybət  buxtasının  doldurulmasına  qəhrəmancasına  rəhbərlik  etmiş  insanın  - 
Pavel  Pototskinin  qəbrini  qaydaya  saldırır,  bu  ərazini  abadlaşdırır  və  sahildə  yeni 
abidə  qoymuşdur.  Azərbaycanın  bir  neçə  nəsli  tərəfindən  dünya  şöhrəti  qazanmış 
neft  akademiyası  yaradılmışdır.  Bəxtiyar  Məmmədov,  Bəhmən  Hacıyev,  Qurban 
Abbasov 
kimi 
müharibədən 
sonrakı  nəslin  nümayəndəsi  olaraq,  şanlı 
həmkarlarından  estafeti  qəbul  etmiş  və  onu  daha  da  irəli  aparmışdır.  Bəxtiyar 
Məmmədova beynəlxalq səhnədə də fərqlənmək nəsib olmuşdur. Onun məsləhətləri, 
tövsiyyələri  mütəxəssis  kimi  ezam  olunduğu  Albaniya,  Almaniya,  Kolumbiya, 
Venesuelada  yararlı  olmuşdur.  B.  Məmmədov  3  il  milli  neft  korporasiyasının 
məsləhətçisi  və  kontraktın  rəhbəri  kimi  Nigeriyada  işləmişdir.  Uzaq  Afrika 
ölkəsində  o,  yerli  neftçilər  və  sovet  həmkarları  ilə  olduqca  yaxın  olmuş  və  onların 
hörmətini  qazanmışdır.  Vətən  qarşısında  böyük  xidmətlərinə  görə  B.  Məmmədov 
Sosialist  Əməyi  Qəhrəmanı,  Azərbaycan  Dövlət  Mükafatı  Laureatı,  Respublikanın 
''Əməkdar  mühəndisi'',  ölkənin  ''Fəxri  neftçisi''  adlarına  layiq  görülmüş,  Lenin, 
Qırmızı Əmək Bayrağı, Oktyabr İnqilabı ordenləri və medallarla təltif edilmişdir. 
 
 
Yusif Xankişi oğlu Kərimov
 (1925-1995) 
          Yusif  Xankişi  oğlu  Kərimov  əmək  fəaliyyətinə  dənizdə  qazmaçı  köməkçisi 
kimi  başlamaqla,  qazmaçı,  qazıma  ustası  kimi  müxtəlif  vəzifələrdə  ''Neft  Daşları'', 
''Kürgən-dəniz'', ''Qum adası-dəniz'', ''Cənub'' və s. yataqların kəşf olunmasında fəal 
iştirak  etmişdir.  Bu xidmətlərinə görə  o  Sosialist  Əməyi  Qəhrəmanı  adına  layiq  
107 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
görülmüş, Lenin Ordeni və ''Şərəf Nişanı'' ordeni (2 dəfə) ilə təltif edilmişdir. 1960-
cı  ildən  Bakı  arxipelaqı  yataqlarında  qazıma  işləri  aparan  müəssisəyə  rəhbərlik 
edərkən  nəinki  təcrübəli  qazma  işləri  bilicisi,  eləcə  də  bacarıqlı  təsərrüfatçılıq  və 
təşkilatçılıq  qabiliyyətinə  malik  olduğunu  nümayiş  etdirmişdir.  Onun  rəhbərlik 
etdiyi  kollektiv  Respublikada  həmişə  qabaqcılar  sırasında  olmuş,  keçici  qırmızı 
bayraqlarla  və  pul  mükafatları  ilə  təltif  edilməklə  fərqlənmişdir.  Y.  Kərimovun 
rəhbərlik  etdiyi  dövr  ərzində  2  saylı  qazıma  kontorunun  kollektivi  tərəfindən 
''Səngəçal-dəniz'',  ''Duvannı-dəniz'',  ''Xarə-Zirə''  adası  yataqları  aşkar  olunub 
istifadəyə verilmişdir. Sonralar Sahil Dəniz Kəşfiyyat Qazıma idarəsi adı ilə həmin 
müəssisə  fəaliyyət  dairəsini daha da genişləndirərək  zəngin  təcrübə  və  biliyə  malik 
kadrların  əməyi  sayəsində  daha  böyük  dərinliklərdə  (6600  metrə  qədər)  qazma 
işlərini  davam  etdirmişdir.  Həmin  kollektivin  fəaliyyəti  ilə  sonralar  ''Bulla-dəniz'' 
neft-qaz  kondensat  yatağı,  ''Qarasu'',  ''Ələt-dəniz''  neft-qaz  yataqları  aşkar 
olunmuşdur.  
 
 
Bəhman Əbiş oğlu Hacıyev
 (1926-1998) 
          Bəhman  Əbiş  oğlu  Hacıyev  1950-ci  ildə  Azərbaycan  Sənaye  İnstitutunu 
bitirdikdən  sonra  Bibiheybət  mədənində  neft  hasilatı  üzrə  usta  işləmişdir.  1951-ci 
ildən o, həyatının 26 ilini ''Neft Daşları'' NQÇİ-nin inkişafına həsr etmişdir və 15 il 
''Neft  Daşları''  NQÇİ-nin  rəisi  işləmişdir.  ''Neft  Daşları''nın  ilk  kəşfiyyatçılarından 
biri  olmuşdur.  B.Ə.  Hacıyevin  rəhbərliyi  və  iştirakı  ilə  ''Neft  Daşları''nda  quyuya 
maili  istiqamətdə  kut  qazma,  maili  qazımanın  köməkliyi  ilə  bir  nöqtədən  iki 
quyunun  qazılması  üsulları  tətbiq  olunmuş,  neftin  yığılması  və  qorunması  üçün 
iriləşdirilmiş  məntəqələr  yaradılmış,  quyuların  tədqiqatı  üçün  yeni  üsullar  irəli 
sürülmüş,  boru  kəmərlərinin  mürəkkəb  üsullarının  tətbiqi,  kommunikasiya  işləri, 
tankerlərlə  neftin  nəqli  və  boşaldılması  məsələləri həll olunmuşdur. Azərbaycanın  
108 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
dəniz  neft  yataqlarının  kompleks  mənimsənilməsinə  görə  B.Ə.  Hacıyevə  bir  qrup 
mütəxəssislə  birgə  Lenin  mükafatı  və  dəniz  şəraitində  çox  böyük  maili 
istiqamətləndirilmiş 
qazımanın  kütləvi  surətdə  tətbiq  edilməsinə  görə                    
Azərbaycanın  Dövlət  mükafatı  verilmişdir.  1977-ci  ildə  respublika  rəhbərliyi  və 
şəxsən H.Ə. Əliyevin təşəbbüsü ilə B.Ə. Hacıyev ''Azərneft'' Birliyinə baş direktor 
təyin  olunmuşdur.  O,  gələndən  sonra  neft  kəşfiyatçılarının  bütün  gücü  səfərbər 
edilmiş,  nəticədə  ''Cəfərli'',  ''Zərdab'',  ''Kəlaməddin'',  ''Tərsdəllər''  yataqları  kəşf 
edilmiş və Muradxanlı yatağının neftli sahəsi genişlənmişdir. Sonralar B.Ə. Hacıyev 
Təhlükəsizlik texnikası üzrə Ümumittifaq Neft Elmi-Tədqiqat institutunda rəhbərlik 
etmirdir.  Bu  illər  ərzində  onun  böyük  istehsalat  təcrübəsinə  və  neft  sənayesinin 
problem  və  tələbatı  haqqında  ensiklopedik  biliyinə  əsaslanan  onun  elmi  qabiliyyəti 
özünü  daha  parlaq  şəkildə  göstərmişdir.  1990-cı  ildə  müvəffəqiyyətlə  dissertasiya 
müdafiə etmiş və texniki elmlər doktoru adını qazanmışdır. B.Ə. Hacıyev tərəfindən 
''Tengis''  (Qazaxıstan)  kükürdhidrogen  tərkibli  yataqların  işlənməsi  problemləri  ilə 
bağlı,  həmçinin  qazıma  vışkaları  və  digər  yükqaldırma  avadanlıqlarının  daşıyıcı 
qabiliyyətinin sınanmasının təhlükəsiz texnologiyasının məsələlərini irəli sürmüşdür. 
Ömrünün  conunadək  Azərbaycan  Dövlət  Neft  Sənayesi  Elmi-Tədqiqat  və  Layihə 
institutunun  baş  məslətçisi  işləmişdir.  Ölkə  və  xalq  qarşısında  böyük  xidmələrinə 
görə  Azərbaycanın  əməkdar  mühəndisi,  SSRİ-nin  fəxri  neftçisi  adlarına  layiq 
görülmüş,  Lenin,  iki  dəfə  Qırmızı  Əmək  Bayrağı,  Oktyabr  İnqilabı  ordenləri  və 
medallarla təltif olunmuşdur. 
 
 
Fuad İbrahim oğlu Səmədov
 (1926-1969) 
        Fuad  İbrahim  oğlu  Səmədov  1949-cu  ildə  Azərbaycan  Sənaye  İnstitutunu 
bitirdikdən  sonra  ''Neft  Daşlarında''  geoloq,  Azərneftkəşfiyyat  dəniz  qazma 
idarəsində  baş geoloq,  ''Gürgəndəniz''  (indiki ''Neft Daşları'')  qazma idarəsində baş 
109 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə