Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə32/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   28   29   30   31   32   33   34   35   ...   52

------------------------------------------Neft Daşları-------------------------------------------
 
vəzifəsində  əzmlə  işləmişdir.  Son  dövrdə  -  1984-cü  ildən  1992-ci  ilə  qədər  A. 
Cəfərov ''Azərneft'' İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləmişdir. 
 
 
Ənvər Əliheydər oğlu Məmmədov
 (1930-1996) 
          1963-cü  ildən  1996-cı  ilədək  fasiləsiz  olaraq  Neft  Daşları  NQÇİ-nin  baş 
geoloqu,  rəis  müavini  vəzifəsində  çalışmış,  özünü  yüksək  ixtisaslı  mütəxəssis, 
tələbkar  rəhbər  kimi  göstərmişdir.  Ə.Ə.  Məmmədovun  rəhbərliyi  altında  ''Neft 
Daşları''  və  ''Palçıq  Pilpiləsi''  yataqlarının  rasional  işlədilməsi,  intensivləşdirmə  və 
suvarma  metodlarının  tətbiqi  həyata  keçirilmişdir,  yeni  perspektiv  sahələrin 
kəşfiyyat işləri aparılmışdır. Onun fəal iştirakı ilə ''Neft Daşları'' yatağının mezozoy 
qatının  və  perspektiv  ''Günəşli''  yatağının  layihə  işləri  yerinə  yetirilmişdir.  Ə.Ə. 
Məmmədovun  neft  sənayesində  səmərəli  əməyi  yüksək  qiymətləndirilmiş,  ''Şərəf 
Nişanı''  ordeni,  Qırmızı  Əmək  Bayrağı  ordeni,  Azərbaycan  Respublikasının 
''Əməkdar Mühəndisi'' adına layiq görülmüşdür. 
 
 
İsrafil Sami oğlu Hüseynov
 (1931-1986) 
      Ağa  Neymatulla,  Mixail  Kaveroçkindən  estafeti  tanınmış  qazıma  ustası,  Lenin 
ordenli, Respublika Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli 
neftçi İsrafil Sami oğlu Hüseynov qəbul etmişdir. Fəhlə, kəlləçarxıı,texnik, istehsalat 
şöbəsinin  mühəndisi,  Neft-qaz  sənayesi  işçilərinin  həmkarlar  İttifaqı  Respublika 
Komitəsinin sədri - onun əmək fəaliyyəti bu mərhələlərdən keçmişdir. İ. Hüseynov 
briqadası,  açıq  dənizdə  işləyərək  ölkə  praktikasında  ilk  dəfə  olaraq  1531  saylı 
quyunu  nəzərdə  tutulduğundan  69  gün  əvvəl  təhvil  vermişdir  (2040  m).  Quyunun 
kommersiya  sürəti  plana  görə  290,5  m/dəz-ay,  normaya  görə  365,9  olsa  da  496,9 
m/dəz-ay  təşkil  etdi.  Bu  maili  qazımada  Avropa  rekordu  idi.  İ.  Hüseynovun 
briqadasının yenilikçi qazımaçıları  ilk  dəfə  olaraq  qazıma işində  boru-sütun  boru  
113 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
baltasının mexaniki tutucusunu, müxtəlif tipli mexaniki açarların və s. sınanılmasını 
və praktikaya tətbiq edilməsini həyata keçirmiş, qazıma nasosunu hərəkətə gətirmək 
üçün  -  10  güc  aqreqatından  istifadə  edərək  dizellərin  verilmiş  rejimdə  avtomatik 
işləməsini  təmin  etməklə  yanaşı  dizel  yağına  qənaət  etməyə  və  istehsalatın  inkişaf 
səviyyəsini  yüksəltməyə  nail  olmuşdur.  Görkəmli  qazıma  ustasının  adı  ilə  Xəzərdə 
yeni neft rayonunun mənimsənilməsi bağlıdır. Məhz burada Neft Daşlarının bir neçə 
kilometrliyində,  Xəzərin  dərinliyində  tikilmiş  stasionar  platformalarda  İsrafil 
Hüseynovun  briqadası  uğurla  ilk  quyuları  qazmışdır.  Hazırda  fəaliyyətdə  olan  ''28 
May'' adına yatağın işlənməsinin əsasını İ. Hüseynovun briqadası qoymuşdur. 
 
 
Xanoğlan Vəli oğlu Bayramov
 (1933-1999) 
         1958-ci ilin avqust ayı. Məhz həmin gün ilk dəfə olaraq İnşaatçılar Günü qeyd 
olundu  və  Azərbaycandan  yalnız  2  nəfər  Sosialist  Əməyi  Qəhrəmanı  fəxri  adına 
layiq  görüldü.  Onlardan  biri  25  yaşlı  Xanoğlan  Bayramov  idi.  Xanoğlan  Vəli  oğlu 
Bayramov 
Neft  Daşlarında  əmək  fəaliyyətinə  fəhlə  kimi  başlamış, 
''Xəzərdəniztəmirtikinti''  trestinin  rəisi  vəzifəsinə  qədər  yüksəlmişdir.  Ayrı-ayrı 
vaxtlarda  o,  usta,  baş  mühəndis  işləmiş,  Neft  Daşlarını  tikənlərdən  olmuşdur. 
Dənizin  ortasında  yaradılmış  ilk  mədənlərdən,  yaşayış  evlərindən,  estakadalardan 
başlayaraq  Xəzərdə  gedən  tikinti  işlərində  iştirak  etmiş,  30  ildən  artıq  öz  çətin 
inşaatçı peşəsinə sadiq qalmışdır. Xanoğlan Bayramov görkəmli neft ustası Qurban 
Abbasovla  Neft  Daşlarında  tanış  olmuşdur.  Onların  əmək  tərcümeyi-halları  bir-
birinə  uyğun  gəlir.  Bu  2  neftçi  1954-cü  ilin  yayında  açıq  dənizdə  görüşmüşlər.  O 
vaxtlar  Qurban  Abbasob  artıq  Azərbaycanda  və  Azərbaycandan  kənarda  ''Neftçi 
Qurban'' kimi  şöhrət qazanmışdır.  O  ən uzaq platformalarda gedən  işlərə  rəhbərlik 
edirdi. 20 yaşlı X. Bayramovun rəhbərlik etdiyi dəniz inşaatçılarının briqadası isə bu 
platformalardakı  özülləri  quraşdırırdı.  Onun  briqadası  yeni  sahəni  usta  Qurban  
114 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Abbasovun  qazımaçılarına  təhvil  verdi  Ömrünün  sonunadək  X.B.  Baqramov  Neft 
Daşlarında  mühüm  sahələrdən  biri  sayılan  tikinti-quraşdırma  idarəsinə  rəhbərlik 
etmişdir. 
 
                                        
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
115 
 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
www.socar.az
  
SAYTINDAN XƏBƏRLƏR
 
 
 
             
5  Noyabr  2009,  15:11
    
Azərbaycan  Prezidenti  "Neft  Daşları"  yatağının 
60 illik yubileyi münasibətilə keçirilən təbirlərdə iştirak edib.
 
            Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  cümə  axşamı  "Neft 
Daşları"  yatağının  60  illik  yubileyi  münasibətiləkeçirilən  təntənəli  tədbirlərdə 
iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb. 
           Prezident İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini 
ziyarət edərək abidə önünə gül dəstəsi qoyub, ulu öndər Heydər Əliyevin muzeyi 
ilə tanış olub. 
           Azərbaycan  Prezidenti  İlham  Əliyev  neftçilərin  istirahət  parkının  və  qaz-
kompressor stansiyasının açılışında iştirak edib. 
          Dövlət  başçısı  dəniz  neftçilərini  yubiley  münasibətilə  təbrik  edib,  onlara 
gələcək  işlərində  uğurlar  arzulayıb,  təltif  olunan  neftçilərə  orden  və  medallar 
təqdim edib. 
Trend    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
116 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə