Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə40/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

  
------------------------------------------Neft Daşları------------------------------------------- 
            
           Təsadüfi  deyil  ki,  ümummilli  liderimiz  Heydər  Əliyev  bu  barədə  demişdir: 
«Respublikamızda  dənizdə  neftçıxarmanın  pioneri  sayılan  Neft  Daşları  böyük 
inkişaf perspektivinə malikdir və hələ uzun illər zəngin yanacaq mənbəyi olacaqdır». 
Ulu  öndərin  uzun  illər  əvvəl  söylədiyi  bu  fikir  özünü  tam  doğruldub.  İndi 
«möcüzələr  adası»nın  yeni  inkişaf  strategiyası  uğurla  həyata  keçirilir.  Prezident 
İlham  Əliyev  bu  nadir  neftçıxarma  və  infrastruktur  obyektinin  əhəmiyyətindən 
danışarkən  demişdir:  «Əminəm  ki,  Neft  Daşları  hələ  uzun  illər  Azərbaycana  çox 
ləyaqətlə  xidmət  edəcəkdir...  Hamımız  yaxşı  bilirik  ki,  Neft  Daşları  olmadan 
Azərbaycanda  heç  bir  böyük  neft  və  yaxud  qaz  hasilatı  layihəsi  mümkün  deyildir. 
Bizim  bütün  xətlərimiz  və  gələcəkdə  istismara  veriləcək  layihələr  hamısı  Neft 
Daşlarında  birləşir.  Ona  görə  də  Neft  Daşlarının  əhəmiyyəti  heç  vaxt  aşağı 
düşməməlidir. Neft Daşları həmişə Azərbaycan xalqının qəlbində yaşayacaqdır». 
 “Ülfət” qəzeti  
http://ulfet-az.com/
 
 
 
Əsrdən əsrə atılmış körpü 
 
Neft Daşları XX əsrdən XXI əsrə atılmış bir körpüdür. 
Heydər Əliyev 
 
Bu il noyabrın 7-də Neft Daşlarının 60 yaşı tamam olacaq.  
Neft Daşları karbohidrogen yatağı olaraq Xəzərin zəngin sərvətidir. Bu sərvəti 
üzə insan zəkası və əməyi çıxarıb - dünya tarixində açıq dənizdə neft ilk dəfə Neft 
Daşlarında hasil edilib.  
Neft  Daşları  əfsanəvi,  yer  üzündə  bənzəri  olmayan  bir  şəhərdir.  O,  dənizdə, 
polad dirəklər üzərində qurulub, qərar tutub. Xəzərdə, paytaxtımızdan 110 kilometr 
şərqdə yerləşir. 
                                                     139 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Neft  Daşları  igid  insanlar  məskəni,  böyük  hünər  meydanıdır.  O,  yalnız 
cəsurları  sevir.  Burada  heç  də  hər  kəs  dözüş  gətirib  yaşaya,  işləyə  bilməz.  "Neft 
Daşlarında işləyən hər kəs ən böyük hörmətə layiq insandır. Orada işləməyən, oranı 
görməyən,  oranı  ziyarət  etməyən  insan  bunu  təsəvvür  edə  bilməz..."  Bu,  ulu  öndər 
Heydər Əliyevin Neft Daşları haqqında söylədiyi yüksək fikirlərdən yalnız biridir. 
Neft  Daşları  təkcə  neftimizin,  iqtisadiyyatımızın  deyil,  ümumiyyətlə, 
xalqımızın tarixinin şanlı səhifələrindən biridir. İnsan əqlinin, zəkasının və əməyinin 
məhsulu  olsa  da,  Neft  Daşlarını  dünyanın  səkkizinci  möcüzəsi  adlandıranları 
qınamaq olmaz.  
Bir  şəhərin,  yaxud  nəhəng  bir  sənaye  müəssisəsinin,  istehsalat  ocağının 
tarixindən  söhbət  gedəndə,  60  il  o  qədər  də  uzun  vaxt  deyil.  Neft  Daşlarının  60  il 
əvvəl "ilk quyu", "ilk buruq", "ilk evcik"dən başlandığını nəzərə alsaq, onun bu dövr 
ərzində qazandığı nailiyyətləri, indiki yüksəlişini daha aydın görərik. 
Azərbaycanın bu gün neft diyarı kimi şöhrətini daha da artırmasında, üstəlik, 
həm də qaz ixrac edən ölkəyə çevrilməsində Neft Daşlarının payı az deyil. Hazırda 
Xəzərdə  gedən  nəhəng  işlərin  təməl  daşları  da  məhz  Neft  Daşlarıdır.  Neft  Daşları 
olmasaydı, nə "Günəşli", nə "Çıraq", nə də "Azəri" yataqları olardı. 
"Neft  Daşları  -  60"  rubrikasını  açmaqla  məhz  bu  yüksəliş  yolunu  qəzetdə 
işıqlandırmaq  niyyətindəyik.  Neft  Daşlarını  fəth  edənləri  xatırlatmaq  istəyirik. 
Neftçilərin,  geoloqların,  alimlərin  xatirələrini  dərc  etmək  fikrindəyik.  Neft 
Daşlarının fatehlərindən çoxu indi yaşamasa da, onların yetirmələrinin, övladlarının 
da yəqin ki, deməyə sözü olacaq.  
Ümummilli  lider  Heydər  Əliyev  Neft  Daşlarının  inkişafına  həmişə  xüsusi 
diqqət və qayğı göstərib. Ulu öndərin dəfələrlə dəniz şəhərində olması bu barədə çox 
söz  deyir.  Şübhəsiz  ki,  Xəzərin  fatehlərindən  bu  görüşlər  barədə  ürəkdolusu 
danışmaq  istəyənlər  də  az  deyil.  Bizsə    başlanğıcda    hələlik    Neft  Daşlarının 
tarixindən  bəzi  səhifələri  yada salırıq: 
140 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Bu  gün  Azərbaycan  dünya  iqtisadiyyatının  aparıcı  sahəsi  olan  neft 
sənayesində  öz  sözünü  deyir.  Ölkəmiz  qədim  neft  diyarı,  ilk  dəniz  neftinin  beşiyi, 
"neft  akademiyası"  olduğunu  bir  daha  təsdiqləyir.  1994-cü  il  sentyabrın  20-də 
dünyanın  ən  iri  neft  şirkətləri  ilə  imzalanmış  "Əsrin  müqaviləsi"  Azərbaycana 
getdikcə daha çox iqtisadi güc və siyasi nüfuz gətirməkdədir. 
"Əsrin müqaviləsi" ilə ümummilli lider Heydər Əliyevin yeni neft strategiyası 
başlanmışdır.  Ulu  öndər  özünün  bir  əsrə  deyil,  əsrlərə  hesablanmış  bu  uzaqgörən 
strategiyasına  gedən  yolun  məhz  Neft  Daşlarından  üzübəri  istiqamət  aldığını 
dəfələrlə  vurğulamışdır.  XXI  əsrin  astanasında  ulu  öndər  demişdir:  "Biz  yeni  əsrə 
müstəqil  Azərbaycanın  yeni  neft  strategiyası  ilə  qədəm  qoyuruq.  Həmin 
strategiyanın maddi və elmi təməli isə məhz Neft Daşları ilə qoyulmuşdur". 
Neft Daşlarına gedən yol heç də sadə və asan olmayıb. Bu akvatoriyada neftin 
varlığına dair ilk mənbələr XVIII əsrin sonlarına təsadüf edir. XIX yüzillikdə və XX 
əsrin  birinci  yarısında  tədqiqatlar  davam  edib.  Lakin  rayonun  mütəmadi  geoloji 
tədqiqatlarına  1945-ci  ildə  məşhur  Azərbaycan  geoloqu  Ağaqurban  Əliyevin 
rəhbərliyi  ilə  keçmiş  SSRİ  Elmlər  Akademiyasının  xüsusi  ekspedisiyası  tərəfindən 
başlanıb.  Xəzərin  tufanları  qoynunda  mürəkkəb  və  gərgin  axtarışlar  davam  edib. 
Nəticədə  rayonun  geoloji  xəritəsi  hazırlanıb,  sənaye  üsulu  ilə  kəşfiyyatı 
planlaşdırılıb. 
Qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  -  Neft  Daşlarını  işləməyə  başlamaq 
üçün A.Əliyev böyük əmək və dözüm nümayiş etdirib. O sübut edə bilib ki, Xəzərdə 
neft mövcuddur, özü də böyük həcmdə! Bunu çıxarmaq da mümkündür! 
1948-ci  ildə  23  nəfərdən  ibarət  ilk  dəniz  neftçiləri  qrupu  birinci  quyunun 
kəşfiyyatına  başladı.  Böyük  neft  təşkilatçısı  S.Orucovun,  geoloq  A.Əliyevin  və 
məşhur  qazmaçı  Y.Cəfərovun  təklifi  ilə  əlavə  xərclərə  yol  verməmək   və   işçi 
qüvvəsinə  qənaət  etmək  məqsədilə  Bakı  gəmi  təmiri  zavodlarından  istifadədən 
 
141 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə