Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə35/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   31   32   33   34   35   36   37   38   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Ehtiyatda daha bir neçə məhsuldar horizont vardır. Bu quyu geoloq və qazmaçıların 
əfsanəvi  Neft  Daşlarının  60  illik  yubileyinə  daha  bir  töhfəsidir.  Müşahidə  olunan 
yüksək debit bu yatağın hələ çox zəngin ehtiyatların olduğunu göstərir. Neft Daşları 
bu  gün  uzunmüddətli  istismardan  sonra  ikinci  gənclik  dövrünü  yaşayır.  Son 
hesablamalara  görə,  bu  yataqda  və  ona  bitişik  olan  perspektivli  Palçıq  pilpiləsi 
yatağında  çıxarıla  bilən  qalıq  neft  ehtiyatları  30  milyon  ton  təşkil  edir.  Bu  isə 
beynəlxalq normalara əsasən, yeni yatağa bərabərdir. Rəqəmlər sübut edir ki, bundan 
sonra hələ uzun illər Neft Daşlarında neft hasil olunacaqdır. Yeni quyu ARDNŞ-nin 
Kompleks  Qazma  İşləri  Tresti  tərəfindən  2006-cı  ildə  istismara  buraxılmış  1887 
saylı iri 5 bloklu platformadan qazılmışdır. Onu da qeyd etmək lazımdır ki, quyunun 
qazıldığı  5-ci  blokda  əvvəllər  neft  çıxarılmayıb.  Artıq  xəbər  verildiyi  kimi,  1887 
saylı platforma 36 quyunun qazılması üçün nəzərdə tutulub. Geoloqların proqnozuna 
əsasən, bu quyulardan hər birindən sutkada orta hesabla 30 ton olmaqla, ümumilikdə 
1000 tondan çox neft hasil etmək mümkün olacaqdır. Ötən 3 ildə platformadan artıq 
20 quyu qazılmışdır. Hazırda onlardan 16-sı müvəffəqiyyətlə istismar olunur, 1 quyu 
isə  mənimsəmədədir.  Qalan  3  quyuda  təmir  işlərinə  ehtiyac  yaranmışdır.  Fəaliyyət 
göstərən  16  quyu  sutkada  500  tona  yaxın  neft  verir.  Platformada  uzunmüddətli 
hasilatla  bağlı  ümidlər  özünü  doğruldur.  Hazırda  burada  Kompleks  Qazma  İşləri 
Trestinin  Bayıl  Limanı  Dəniz  Kəşfiyyat  Qazma  İdarəsi  tərəfindən  eyni  vaxtda  iki 
dəzgahla qazma işləri aparılır. Bu il qazmaçılar qarşısında bu platformada gündəlik 
neft  hasilatını  550  tona  çatdırmaq  məqsədi  ilə  6  yeni  quyunun  istismara  verilməsi 
vəzifəsi qoyulmuşdu. Artıq 4 quyu sifarişçiyə təhvil verilib. 5-ci quyuda qazma işləri 
başa çatmaq üzrədir. Yaxın günlərdə, bu il istifadəyə verilməsi nəzərdə tutulan 6-cı 
quyunun qazılmasına başlanacaq. Neft Daşlarındakı digər meydançalarda da qazma 
işlərinin həcmi artırılmışdır. Son iki ildə burada ümumilikdə 36 quyunun qazılması 
üçün nəzərdə tutulan 3 yeni platforma istismara verilmişdir. Yubiley ərəfəsində  4-cü  
platformanın  da  inşasına  başlanmışdır.  NQÇİ  bu il fəaliyyətdə olan quyu fonduna 
123 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
16  yeni  quyu  daxil  etməyi  planlaşdırır.  Qeyd  edək  ki,  11  quyu  artıq  fonda  qəbul 
edilib  və  həmin  quyulardan  49,8  min  ton  neft  hasil  olunmuşdur.  Bu  isə  proqnozda 
nəzərdə tutulduğundan (22,3 min ton) 27,5 min ton çoxdur. 
 
 
 
 
Yubileyi ərəfəsində Neft Daşları üçün etibarlı və effektiv platformalar 
hazırlanır 
 
[15.10.2009] 
 
 
            Əfsanəvi  Neft  Daşlarının  60  illik  yubileyinin  qeyd  edilməsi  bütün 
Azərbaycan  iqtisadiyyatı  üçün  əlamətdar  hadisədir.  Elə  buna  görə  də  yubiley 
ərəfəsində  Neft  Daşlarında  yeni  layihələr  həyata  keçirilir.  Burada  tikiləcək  2585 
saylı  yeni,  4  bloklu  neftqazçıxarma  platformasının  inşası  üçün  layihə-smeta 
sənədləri bu günlərdə hazırlanaraq sifarişçiyə - Neft Daşları NQÇi-yə təqdim edilib. 
Platformanın  Neft  Daşları  və  “Günəşli”  yataqlarının  sərhəd  ərazisində,  dənizin  46 
metr  dərinliyində  quraşdırılması  nəzərdə  tutulur.  Dənizin  bu  hissəsində  indiyədək 
neft hasil edilməsə də, geoloqlar bu ərazini perspektivli hesab edirlər. Platformanın 
baş  tikinti  podratçısı  qismində  Neftqaztikinti  tresti  çıxış  edir.  Trestin  Zığ  tikinti-
quraşdırrna meydançasında 64 metr hündürlüyə və hər biri 550 ton çəkiyə malik iki 
blokun,  Heydər  Əliyev  adına  Bakı  Dərin  Özüllər  Zavodunda  isə  daha  iki  blokun 
tikilməsi  nəzərdə  tutulur.  Platformanın  layihəsi  Neftqazelmitədqiqatlayihə 
İnstitutunun  mütəxəssisləri  tərəfindən  işlənib  hazırlanmışdır.  Bu  institut  keçmiş 
Sovet  məkanında  açıq  dənizdə  sənaye  və  sosial  infrastruktur  obyektlərinin  - 
neftçıxarma  platformalarının,  estakadaların,  elektrik  stansiyalarının,  sualtı  boru 
kəmərlərinin,  hətta  9  mərtəbəli  evlərin  layihəsinin  işlənib  hazırlanması  sahəsində 
ixtisaslaşmış  yeganə elmi mərkəzdir.   İnstitutun  mütəxəssisləri  layihələndirdikləri  
124 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
obyektlərdə  istismara  qədərki  bütün  iş  prosesi  üzərində  müəllif  nəzarətini  həyata 
keçirirlər.  Neft  Daşları  və  Xəzərin  Azərbaycan  sektorundakı  başqa  dəniz 
yataqlarında    tikilmiş   bütün   obyektlər   bu  institutun  alim   və   mühəndislərinin  
layihələri əsasında inşa olunmuşdur. Neft sənayesi üçün mühüm əhəmiyyət daşıyan 
bir  çox  işlər  bu  institutun  laboratoriyalarında  həyata  keçirilir.  Uzunömürlü  və 
korroziyaya davamlı materiallar seçilir, sərt dəniz şəraitində korroziya ilə mübarizə 
metodları  işlənib  hazırlanır,  fırtına  və  dalğaların  gücü,  hidrodinamik  yüklər 
hesablanır.  Elə  buna  görədir  ki,  institutun  layihələrinə  əsasən  dənizdə  tikilən 
obyektlər  istifadə  üçün  etibarlılığı  ilə  fərqlənir  və  bəzən  hətta  nəzərdə  tutulan 
istismar müddətini 2 dəfə üstələyir. Buna misal kimi Neft Daşlarında, «Qum dəniz» 
yatağında,  Nəriman  Nərimanov  adına  NQÇİ-də  istismar  olunan  estakadaları 
göstərmək mümkündür. Son 3 ildə Neftqazelmitədqiqatlayihə İnstitutunun layihələri 
əsasında, Neft Daşlarında ümumilikdə 72 quyunun qazılması üçün nəzərdə tutulan 4 
iri neftçıxarma platforması inşa edilərək istismara verilmişdir. Bunların arasında  ən 
böyüyü 36 quyu üçün nəzərdə tutulan 1887 saylı 5 bloklu platformadır. Artıq həmin 
platformada  nəzərdə  tutulan  quyuların  20-si  qazılmışdır  və  burada  sutkada  400 
tondan  çox  neft  hasil  edilir.  Digər  3  platforma  oxşar  layihələr  əsasında  tikilib. 
Bunlardan 2387 saylı platformada, layihədə nəzərdə tutulduğu kimi, 1500-1600 metr 
dərinliyə  12  quyu  qazılmışdır.  Hazırda  platformadan  sutkada  150  tona  yaxın  neft 
alınır.  Analoji  layihəyə  əsasında  tikilmiş  2415  saylı  platforma  yenicə  istismara 
götürülüb. Buradan 2 quyu qazılıb. Dənizdə quraşdırılmış 2521 saylı üçüncü bu tipli 
platforma  isə  «General  Əliağa  Şıxlinski»  dəniz  kranı  vasitəsilə  dənizdə 
quraşdırılmışdır.  Hazırda  platformanın  dəniz  dibinə  bərkidilməsi  məqsədi  ilə 
svayvurma işləri aparılır. Gələn ilin əvvəllərində həmin platformada qazıma işlərinə 
başlanılması  planlaşdırılır.  İnstitut  bu  günlərdə  daha  bir  layihə  üzərində  işləri 
yekunlaşdıraraq,  Neft  Daşları  NQÇİ-yə  təhvil  verib.  Bu,  hesablamalara  əsasən, 
əhəmiyyətli qalıq neft ehtiyatlarına malik Palçıq pilpiləsi yatağı üçün nəzərdə tutulan 
125 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə