Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə34/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   30   31   32   33   34   35   36   37   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Daşları yatağında ilk quyu 7 noyabr 1949-cu ildə 100t/sut debit, 6mm-lik ştutser ilə 
istismara verilmiş və 1950-ci ildə yatağın işlənməsinə başlanılmışdır. 1951-ci ildə bu 
yataqdan  çıxarılmış  neftlə  yüklənmiş  ilk  tanker  sahilə  göndərilmişdir.  Yataqdakı 
quyuların dərinliyi 550-2800 metr arasında dəyişir. Neft Daşları DQİİ Neft Daşları 
və Palçıq Pilpiləsi-ndən başqa Xəzər dənizini akvatoriyasında 5 müxtəlif yataqlarda: 
Çilov  adası,  Həzi  Aslanov,  Mezazoy,  Cənub  Bankası,  Günəşli  sahələrində  74 
kəşfiyyat-axtarış  və  istismar  quyuları  qazmışdır.  Avropada  vaxtı  ilə  ən  böyük 
inhiraflı  (2400  metr)  quyu  -  1531  saylı  3170  metr  dərinlikli  quyu  1969-cu  ildə  bu  
idarə  tərəfindən  qazılmışdır.  1949-cu  ildən  bu  günə  qədər  DQİİ  2070-dən  çox  neft 
quyusu  qazmış,  2000-dən  artıq  quyu  istismara  təhvil  vermişdir.  İdarə  öz  fəaliyyəti 
dövründə  3060000  metrdən  artıq  qazma  işi  görmüşdür.  Neft  Daşları  DQİİ  1954-cü 
ildən  Gürganneft  Qazma  Kontoru,  1971-ci  ildən  Sov.İKP-nin  XXII-ci  qurultayı 
adına  İB-nin  tərkibində  Neft  Daşları  DQİİ,  1988-ci  ildən  Neft  Daşları  DQİİ  adı 
altında fəaliyyət göstərmişdir. ARDNŞ-in 12 mart 2007-ci il tarixli 51 nömrəli əmri 
ilə  Azneft  İstehsalat  Birliyinin  strukturuna  daxil  olan  Neft  Daşları  Dəniz  Qazma 
İşləri  İdarəsi,  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  55.1  və  55.2 
maddələrinə  uyğun  olaraq  yenidən  təşkil  edilərək  Kompleks  qazma  işləri”  trestinin 
tabeliyinə  verilmişdir.  İdarənin  fəaliyyəti  dövründə  üç  nəfər  işçisi-Kaveroçkin 
Mixail  Petroviç,  Abbasov  Qurban  Abas oğlu  və  Hüseynov  İsrafil  Sami  oğlu  SSRİ 
dövlətinin  ən  yüksək  mükafatı  olan  Sosialist  Əməyi  Qəhrəmanı  adına  layiq 
görülmüşlər. 
 
Neft Daşlarında yeni quyu qazılır 
[03.12.2009] 
 
           Kompleks  Qazma  İşləri  Trestinin  Bayıl  Limanı  Dəniz  Qazma  İşləri  İdarəsi 
Neft  Daşları  yatağındakı  1887  nömrəli  platformadan  yeni  quyunun  qazmasına 
başlayıb.  Qiməki  Üstü  Qumlu Lay Dəstəsinə qazılan 1617 nömrəli həmin quyunun  
120 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
layihə  dərinliyi  2420  metrdir.  Quyu  Neft  Daşları  Neft  və  Qazçıxarma  İdarəsi 
tərəfindən  istismar  olunacaq.  Geoloqların  hesablamalarına  görə,  quyudan  sutkada 
təxminən 30 ton neft hasil ediləcək. 
 
                                  
Neft Daşlarının enerji sistemi  yeniləşdirilir 
                                                     [04.11.2009]  
 
           Neft Daşlarında hasilata başlanılmasının 60 illiyi ilə əlaqədar, Azneft İB-nin 
energetikləri açıq dənizdə salınmış bu əfsanəvi mədən şəhərində enerji təsərrüfatının 
bərpası  və  yenilənməsi  istiqamətində  geniş  miqyaslı  işlər  həyata  keçirirlər.  Polad 
dirəklər  üzərindəki  estakadalarda  -  əsas  meydançada,  eyni  vaxtda  3  min  nəfərdən 
çox  növbə  əməkçisinin  məskunlaşmasına  imkan  verən,  beynəlxalq  standartlara 
uyğun  yeni  təmir  olunmuş  7  yataqxana  korpusunda,  idman  meydançalarında, 
mədəniyyət  sarayında,  kitabxanada,  H.Əliyev  adına  parkda  yeni  dizaynlı  müasir 
işıqlandırma qurğuları, projektorlar, müxtəlif işıqlandırma cihazları quraşdırılmışdır. 
Buradakı  rezervuar  parkının,  yanalma  körpüsünün,  vertolyot  meydançasının  və 
estakada  yollarının  lazımi  səviyyədə  işıqlandırılması  ölkənin  iki  ən  iri  dəniz 
neftqazçıxarma  idarəsinin  Neft  Daşları  və  28  May  NQÇİ-nin  enerji  tələbatını  tam 
həcmdə  ödəyən  48  MVt  gücündə  olan  Qaz  -  Turbin  Elektrik  Stansiyasının  istehsal 
etdiyi enerji hesabına həyata keçirilir. Stansiya 1986-cı ildən istismar olunur. Onun 
üstün  cəhəti  əvvəllər  atmosferə  atılan  qazlardan  yanacaq  kimi  istifadə  etməklə 
elektrik  enerjisi  almaq,  iş  və  yaşayış  sahələrini  istiliklə  təmin  etməkdən  ibarətdir. 
Hazırda 85 nəfər işçisi olan Stansiyada ildə orta hesabla 90 milyon kVt/saat elektrik 
və  10  min  Qkal  istilik  enerjisi  istehsal  edilir  ki,  buna  da  təxminən  48  milyon 
kubmetr  qaz  sərf  olunur.  Son  vaxtlar  28  May  NQÇİ-nin  bütün  özülləri  Stansiyada 
istehsal olunan  enerji  ilə  təchiz olunduğundan  burada ümumi  yük  11,5-12,5 MVt-a 
qalxmışdır. O da qeyd olunmalıdır ki, Stansiyada işləyən qaz-turbin  mühərrikləri  və           
generatorların   bir   çoxu   fiziki   və   mənəvi  cəhətdən   artıq   köhnəlmişdir. 
121 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
             Dənizdəki  hasilat  obyektlərinin  elektrik  enerjisinə  olan  tələbatın  artmasını 
və  elektrik  enerjisi ilə  təminatın dayanıqlı  olmasını  təmin  etmək  üçün  hazırda  Neft 
Daşlarında  yeni  Qaz  Turbin  Elektrik  Stansiyasının  tikintisi  nəzərdə  tutulub.  Bu 
məqsədlə layihə - smeta sənədləri hazırlanır, texniki məsələlər həll edilir. ARDNŞ-
nin  qaz  hasilatının  yüksəldilməsinə  yönəldilmiş  xüsusi  «Qaz  Proqramı»nın  bu  ilki 
buraxılış  obyektlərindən  olan  2  nömrəli  Sıxıcı  Kompressor  Stansiyasının  (SKS-2) 
genişləndirilməsi  layihəsi  çərçivəsində  energetiklərin  apardığı  işlər  isə  artıq  öz 
bəhrəsini  vermişdir.  də  böyük  iş  aparmışlar.  Stansiyada  Qaz-turbin  aqreqatlarının 
ümumi  sayı  16-ya,  SKS-in  istehsal  gücü  isə  sutkada  7,5  milyon  kubmetrdən  11 
milyon  kubmetrə  çatdırılmışdır.  Yeni  yaradılmış  güclərin  işini  təmin  etmək  üçün 
xaricdən  alınan  2  ədəd  1600  KVt  gücündə  transformator  məntəqəsi  quraşdırılmış, 
ümumu  uzunluğu  10  kilometr  olan  2  yeni  kabel  xətti  çəkilmişdir.  Həmçinin  Neft 
Daşları  NQÇİ-nin  istismar  etdiyi  Palçıq  Pilpiləsi  yatağına  dənizin  dibi  ilə  11 
kilometr  uzunluğunda  Finlandiya  istehsalı  olan  yüksək  keyfiyyətli  sualtı  kabel 
çəkilmişdir.  Hazırda  həmin  yatağın  10  neftçıxarma  özülündə  müasir  paylayıcı 
qurğuların  quraşdırılması  işi  davam  etdirilir.  Energetiklər  ekoloji  proqramların 
həyata  keçirilməsində  də  fəallıq  göstərirlər.  Belə  ki,  bu  ildən  NQÇİ-də  əvvəllər 
havaya  buraxılan  aşağı  təzyiqli  qazların  yığılması  və  sıxılaraq  sahilə  ötürülməsi 
problemi  həll  edilmişdir.  Artıq  30  stasionar  özüldə  yığılan  qazların  tam  həcmdə 
sıxılması  və  lazımi  istiqamətlərə  yönəldilməsi  üçün  nəzərdə  tutulan  kompressor 
maşınları  quraşdırılmışdır.  Bu  maşınların  hər  biri  energetiklər  tərəfindən  enerji 
mənbəyinə və paylayıcı qurğuya qoşulan 75 kilovatlıq mühərriklə təchiz edilmişdir. 
 
Neft Daşlarında qazmadan yüksək debitli quyu istismara verilib 
[21.10.2009] 
 
            Neft  Daşları  NQÇİ-də  yeni  2284  saylı  quyu  istismara  qəbul  olunub.  Quyu 
2548 metr dərinlikdən sutkada fontan üsulu ilə 55 ton yüksək  keyfiyyətli  neft  verir.  
122 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə