Kompleks qazma işləri



Yüklə 74,5 Kb.
tarix03.11.2018
ölçüsü74,5 Kb.
#77810




Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

Kompleks qazma işləri” tresti



Kimyəvi reagentlərə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (№ 26028-16) elan edir.




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 60 təqvim günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 25.08.2016-cı il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 05.09.2016-cı il, Bakı vaxtı ilə saat: 09:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, ingilis və ya rus dilində əldə etmək istəyənlər 250 manat (ƏDV ilə) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Müqavilənin icra müddəti:

  • Satınalma müqaviləsinin 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı:

AZ1029;


Bakı şəhəri;

N.Nərimanov rayonu;

Məhəllə 1222, bina 12;

“Caspian Line Business Center”, 3-cü mərtəbə.



Əlaqələndirici şəxs:

Hüseynov Anar.

Maddi-texniki təchizat və marketinq şöbəsi, şöbə rəisinin müavini

Telefon : (+99 412) 521-31-59

Faks : (+99 412) 521-31-59

Anares.Huseynov@socar.az





Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 05.09.2016-cı il tarixdə, Bakı vaxtı ilə saat 11:30-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:



http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards




SOCAR-ın “Kompleks qazma işləri” trestinin Satınalmalar qrupu.


(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-c- il

___________№


SOCAR”ın “Kompleks qazma işləri” trestinin

Satınalmalar qrupunun rəhbəri cənab Faiq Hüseynova,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “SOCAR”ın “Kompleks qazma işləri” tresti tərəfindən Kimyəvi reagenlətərın satın alınması ilə əlaqədar elan edilmiş 26028-16 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________


Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

SATIN ALINAN MALLARIN SİYAHISI

Sıra №-si

Malların adı

Ölçü vahidi

Miqdar

Malların standartı

1

Kaustik soda

ton

210.70

Qazma məhlulunun qələvilik xüsusiyyətini nəzarətdə saxlayan, ağ və ya yarı şəffav ləpəli qranulalar, xüsusi çəkisi 2.13(APİ 13-A)


2

KMS 350

ton

155.2

Suverməni azaldan, ağ və ya krem rəngli toz, əsas maddədə kütlə miqdarının faizi-52-dən çox,Nəmliyi 10%-dən çox, suda tam həlli-99.3% ,polisaxarid (Sellüloza efiri) əsaslı reagent,

(TU-39-05-221-766-86)

3

FXLS

ton

234.2

Minerallaşdırılmış qazma məhlullarında özüllüyü və SSG göstəricilərini azaldan, tünd gəhvəyi toz, nəmliyi 10%, orqanik hissənin həll olunma faizi 90%, 1% su əsaslı məhlulda PH- 4- 4.5 (TU 39-01-08-274-77)

4

Qrafit

ton

30

Qazma məhlulunda yağlayıcı xüsusiyyətini artırılması üçün, Tünd,boz –qara toz, nəmliyi 2%

5

Glydril

ton

52,8

Quyu divarının dayanığlığını artıran Poli GlikolEfir qatqısı, qəhvəyi maye, xüsusi çəkisi 1.012, alışma nöqtəsi 230°F (110°C) (PMCC),

Bulanma nöqtəsi 150°F (66°C) @ 3% in 10% NaCl*(Api 13-A)

6

KCL

ton

196

Gilin şişməsinin qarşısını alan, Kalium Xlorid 95-98%, (QOST 4568-95 )(APİ 13-A)

7

Polypac UL

ton

25

Qazma məhlulunda su verməni azaldan , Molekulyar çəkisi 10 000 aşağı olmadan, Ağ toz şəklində xüsusi çəkisi 1.5-1.6 q/sm3 , aktiv maadənin faizi 70-100%, 1% məhlulda PH 6.5-8 əlavə qatqı Xloridli Natriy (APİ 13-A)

8

G-seal

ton

12

Qazma məhlulunda udulmanın qarşısının alınması üçün və yağlayıcı xüsusiyyətini artırılması üçün,Tünd,boz –qara toz, xüsusi çəkisi 2.19-2.26 (APİ 13-A)




Yüklə 74,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə