316
9 Oktyabr - Ümumdünya Poçt Günü, (1874)
Oktyabr ayının 9-da bütün dünyada poçt sahəsi işçilərinin peşə bayramı -
Ümumdünya Poçt Günüdür. Ümumdünya Poçt İttifaqının (ÜPİ) XIV konqresinin
qərarı ilə Ümumdünya Poçt Günü 1974-cü ildə ittifaqın yaranması günü qeyd
olunur. 9 oktyabr 1974-cü ildə İsveçrədə 22 ölkənin nümayəndəliyi ilə Baş Poçt
Birliyinin əsasını qoyan ―Bern sazişi‖ imzalanıb. Bu gün ÜPİ-yə üzv olan 191
ölkənin hamısında qeyd olunur. 1978-ci ildə birliyin adı dəyişdirilərək
Ümumdünya Poçt İttifaqı adlandırılıb. Ümumdünya Poçt Günü hər il 9 oktyabr
tarixindən etibarən bir həftə ərzində- ―Beynəlxalq məktub həftəsi‖ adı altında
keçirilir.
Azərbaycan ÜPİ üzvlüyünə 1993-cü ilin aprelində qəbul olunub. Bu hadisə
respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə böyük imkanlar
yaradıb. Ölkəmizdə poçt sahəsini ―Azərpoçt‖ Birgə Müəssisəsi təmsil edir. XX
əsrin sonunda SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə
poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilib. Respublikada poçt və
elektrik rabitəsinin təşkili və xidmətlərin göstərilməsi "Azərpoçt" İstehsalat Birliyi
tərəfindən həyata keçirilməyə başlayıb. ÜPİ-nın məlumatına görə, beynəlxalq poçt
öz müştərilərininin 6800 dilində danışır və dünyada ən böyük ölçüyə malik fiziki
poçtdaşıma şəbəkəsidir.
Ümumdünya Poçt Günü çərçivəsində hər il keçirilən tədbirlər (nadir marka
və açıqcaların tematik sərgisi, poçt markalarının şəkillərinin müsabiqəsi, müxtəlif
maarifləndirici aksiyalar və s.) müəyyən mövzuya həsr olunur.
İnternetdə:
www.books.google.com
317
10 Oktyabr - Yanğınsöndürənlər Günü, (2002)
2002-ci il oktyabr ayının 5-də ümummilli
liderimiz Heydər Əliyev hər il oktyabr ayının
10-nun ölkəmizdə yanğınsöndürənlərin peşə
bayramı günü kimi qeyd olunması haqqında
Sərəncam imzalamışdır.
Həmin tarixdən etibarən hər il oktyabrın 10-u
Yanğınsöndürənlər günü kimi qeyd olunur. XX
əsrin
əvvəllərində
yaradılan
Azərbaycan
Yanğından Mühafizə Xidmətinin əsas inkişaf
dövrü ötən əsrin 70-ci illərinə təsadüf edir.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə yanğın
təhlükəsizliyi sahəsi daha sistemli şəkildə inkişaf etməyə başladı. Yanğından
Mühafizə Xidmətinin maddi-texniki və normativ-hüquqi bazası möhkəmləndirildi,
kadr ehtiyatının yaradılmasına, şəxsi heyətin peşəkarlığının artırılmasına xüsusi
diqqət yetirildi. 1997-ci ildə ―Yanğın təhlükəsizliyi haqqında‖ Azərbaycan
Respublikası Qanununun qəbul olunması yanğın təhlükəsizliyi və dövlət yanğın
nəzarəti sisteminin təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən etmişdir.
Sonrakı dövrlərdə də Azərbaycanın yanğın təhlükəsizliyi xidməti inkişafda olmuş,
yanğından mühafizə sistemləri təkmilləşdirilmiş, şəxsi heyətin sosial-məişət şəraiti
yaxşılaşdırılmışdır.
Azərbaycanda Yanğından Mühafizə Xidməti 1918-ci ildə yaradılıb. Böyük
tarixi yol keçmiş Azərbaycan yanğınsöndürmə xidmətinin fəaliyyəti indi bütün
ölkəni əhatə edir. Qarabağ müharibəsində 24 yanğınsöndürən şəhid olub, onlardan
2-si Milli Qəhrəmandır.
İnternetdə:
www.books.google.com
318
13 Oktyabr - Ümumdünya Yumurta Günü, (1996) (2017-ci il üçün)
Dünyanın bir çox ölkələrində oktyabrın ikinci cümə günü Ümumdünya
Yumurta Günü (World Egg Day), deməli, bütün yumurtadan olan yeməkləri,
omletləri və s. sevənlərin bayramı qeyd olunur. Yumurta ən universal qida
məhsuludur, o bütün ölkələrin və mədəniyyətlərin kulinariyasında istifadə olunur.
Kulinariyada yumurtadan ən müxtəlif formalarda istifadə etmək mümkündür.
Bayramın yaranma tarixi belədir: 1996-cı ildə Beynəlxalq Yumurta
Komissiyası Vyanda keçirilən konfransında yumurtaya həsr olunmuş günün
oktyabrın ikinci cümə günündə keçiriləcəyini elan etmişdir. Bu günlə bağlı
yumurta mövzusunda müxtəlif tədbirlər keçirilir: ən yaxşı resept, ən yaxşı şəkil,
mühazirələr, aksiyalar, flaşmoblar və s.
Son zamanlar yumurtanın orqanizmə təsiri haqqında müxtəlif fikirlər
səslənsə də, yeni tədqiqatlar sübut etmişdir ki, yumurtadan imtina etmək olmaz.
Yumurtada yüksəkdəyərli, tez həzm olunan zülal vardır. Dünyada ən çox yumurta
Yaponiyada istifadə olunur. Yaponlar gündə ən azı bir yumurta yeyirlər.
Amerikalılar isə ildə bir dəfə Nəhəng Omlet Günü keçirirlər.
İnternetdə:
www.books.google.com